"İƏT Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı daim ədalətli mövqeyə malik olub"
"Azərbaycan 1991-ci ilin 8 dekabrında Təşkilata tamhüquqlu üzv qəbul olunub. İslam Əməkdaşlıq Təşkilatı Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı daim ədalətli mövqeyə malik olub". "Bakı xəbər" yazır ki, bu fikirləri İƏT-ə üzv dövlətlərin əmək nazirlərinin 5-ci konfransı ilə bağlı mətbuat konfransında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov deyib.
O bildirib ki, İƏT 30 ilə yaxın ölkəmizin ərazilərini işğal altında saxlamış Ermənistanın hərbi təcavüzünü pisləyərək və Azərbaycanın haqlı mövqeyini dəstəkləyərək bununla əlaqədar bir çox qətnamələr qəbul edib. Nazir müavini tarixi Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsi dövründə də İƏT-in Azərbaycanın ədalətli mövqeyini qətiyyətlə dəstəklədiyini qeyd edib.
Leyla SƏMƏNDƏR