"Qəbələ" - "Olimpiakos" oyununun hakimləri açıqlandı
![Image](/uploads/posts/2023-11/d8ea4dc2-ad4c-31a1-ab28-829d4f9f2c6e_850.webp)
“Qəbələ”nin U-19 komandasının UEFA Gənclər Liqasının ikinci mərhələsinin ilk oyunu çərçivəsində Yunanıstan “Olimpiakos”una qarşı keçirəcəyi qarşılaşmanın hakimləri açıqlanıb. Noyabrın 8-də, saat 16:00-da Qəbələ şəhər stadionunda təşkil ediləcək oyunda ədaləti Gürcüstandan olan hakimlər briqadası qoruyacaq. Baş hakim Qoqa Kikaçeşviliyə laysmanlar qismində David Axvlediani və Davit Qabisonia kömək edəcəklər.
Mətləb