Vaşinqtondakı İsrail yürüşü Londondakı Fələstin yürüşünə cavabdır?
Minlərlə nümayişçi noyabrın 14-də Vaşinqtonda Kapitolinin yaxınlığındakı Milli Xiyabanda «İsrail uğrunda yürüş» keçirib. ABŞ-ın ən böyük yəhudi təşkilatlarının təşkil etdiyi tədbir "amerikalıları Israil xalqı ilə həmrəylik əlaməti olaraq birləşdirmək, Amerikanın Yaxın Şərqdəki ən vacib müttəfiqinə sadiqliyini nümayiş etdirmək, antisemit təqiblərinin artan tendensiyasını pisləmək məqsədi ilə keçirilib. Medianın hesablamalarına görə, yürüşdə 100 mindən çox nümayişçi iştirak edib. Amma təşkilatçılar toplaşanların sayını 200 min qiymətləndiriblər.
Bu yürüş sanki bir müddət öncə 300 min insanın iştirakı ilə Londonda keçirilən Fələstinlilərlə həmrəylik yürüşünə altenrativ addım kimi görünür. Həttda Böyük Britaniyanın daxili işlər naziri Suella Braverman Fələstinə dəstək məqsədilə keçirilən aksiyalar zamanı polisin fəaliyyətini tənqid edən məqalə ilə çıxış etdikdən sonra ölkənin Baş naziri Rişi Sunak onu istefaya göndərib.
Mətləb