İrəvan Moskvaya rəsmən müraciət etdi - rus əsgərlərini «Zvartnots» aeroportundan çıxarın...
Ermənistan Rusiyanı «Zvartnots» hava limanından Rusiya Federasiyası FTX Sərhəd Xidmətinin nümayəndələrini çıxarmaq niyyəti barədə xəbərdar edib. Bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bəyan edib.
"Ermənistan bu məsələdə aydın mövqedədir. Bu aydın mövqe barədə Rusiya Federasiyasına rəsmi məktubla məlumat verilib", - Qriqoryan jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Ermənistanın mövqeyi ondan ibarətdir ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qüvvələri hava limanında tam xidmət etməlidir.
"Ermənistan bunun üçün bütün imkanlara malikdir", - deyə Qriqoryan əlavə edib.
Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya sərhədçilərinin Zvartnots hava limanından çıxarılması ilə bağlı hər hansı qərar barədə məlumatlı deyil.
"Zvartnots hava limanındakı sərhədçilərə gəlincə, bildiyimiz qədərilə bununla bağlı hər hansı qərar verilməyib. Rəsmi kanallarla da bizə bu qərarlar barədə bildirilməyib, biz həm MDB, həm də Avrasiya İqtisadi Birliyi strukturları çərçivəsində bütün istiqamətlərdə çalışırıq", - o deyib.
"Bəli, "Mülki müqavilə" fraksiyasının deputatları da cəmiyyətimizin böyük bir hissəsi kimi, Zvartnots hava limanında rus sərhədçilərinin olmasından narahatdır. Bu məsələ siyasi komandamızın gündəliyindədir, müzakirələr gedir və qərar qəbul edildikdə hamımız bunu biləcəyik", - o deyib.
TAHİR