Bazar günü günü, 24 may 2026
     

Prezident İlham Əliyevin Rusiya Hökumətinin sədri ilə görüşü olub - FOTO/YENİLƏNDİ

Image


Martın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin ilə görüşü olub.

Əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Hökumətinin sədri Mixail Mişustin birgə foto çəkdirdilər.

Görüş iştirakçılarını salamlayan Prezident İlham Əliyev dedi:

- Hörmətli Mixail Vladimiroviç.

Hörmətli qonaqlar.

Sizi Azərbaycanda bir daha görməyimə şadam. Bilirəm ki, dünən sizin həmkarınızla çox məhsuldar görüşünüz olub. O, səhər mənə yaxşı nəticələr, gələcək planlarımız haqqında məruzə edib. Biz ili uğurla başa vurmuşuq. İkitərəfli qarşılıqlı fəaliyyət nəzərdə tutduğumuz qaydada inkişaf edir. Artıq iki ildən bir az çoxdur ki, biz müttəfiqlik qarşılıqlı fəaliyyəti çərçivəsində əməkdaşlıq edirik, əlaqələrin möhkəmləndirilməsi üzrə qarşıya qoyulmuş bütün vəzifələr uğurla yerinə yetirilir.

İqtisadi-ticari sahəyə gəldikdə, həmçinin hesab edirəm ki, nəticələr tamamilə qənaətbəxşdir, 17 faizlik artım var. Zənnimcə, yaxşı göstəricidir. Artıq 4,5 milyard dollar səviyyəsinə yaxınlaşırıq. Amma təbii ki, bu, son hədd deyil. Əminəm ki, səfər zamanı əldə olunmuş razılaşmalar çərçivəsində həm növbəti ildə, həm də bu il biz ilin yekunlarına görə qarşılıqlı ticarətdə daha böyük artımın şahidi olacağıq.

Şadam ki, sənaye kooperasiyası layihələri reallaşdırılır. Bu, əməkdaşlığımızın nisbətən yeni sahəsidir. Rusiyanın Azərbaycandakı şirkətləri yeni istehsal sahələri, xidmət mərkəzləri yaradırlar. Bütün bunlar isə sənaye sahəsində daha geniş əməkdaşlığa kömək edir.

Sizin səfərinizdən əvvəl materiallara baxdım, kənd təsərrüfatı üzrə bir-birimizi tamamlayırıq. Bizə lazım olanı sizdən əldə edirik və bu, əks istiqamətdə də həyata keçirilir. Həmçinin sevinirik ki, razılaşdığımız kimi, Rusiya bazarına Azərbaycan kənd təsərrüfatı məhsullarının tədarükünün böyük həcmdə artması uğurla davam edir.

Əlbəttə ki, Sizin də dünən geniş bəhs etdiyiniz nəqliyyat-logistika sahəsi ilə bağlı müvafiq sənədlər imzalanıb. Burada həm tranzit daşımalarının, həm də ikitərəfli yük daşımalarının artdığını görürük. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ölkələrimizi birləşdirən layihədir.

Bildiyiniz kimi, biz bütün zəruri məsələlərin reallaşdırılması üzrə fəal qarşılıqlı fəaliyyət göstəririk. Azərbaycan ərazisində, eləcə də Rusiya ərazisində infrastruktur mövcuddur, yeganə lazım olan planlaşdırıldığından artıq yük həcmini nəql etmək üçün onun modernləşdirilməsidir.

Əlbəttə ki, humanitar sahə. Burada, zənnimcə, Rusiya ilə Azərbaycan arasında münasibətlər iki qonşu dost dövlətlərin münasibətləri üçün nümunə ola bilər. Azərbaycanın 26 ali məktəbində rus dilində təhsil həyata keçirilir, 16 min Azərbaycan vətəndaşı olan tələbə rus dilində təhsil alır. Həmçinin 324 orta məktəbdə təhsil rus dilindədir. Biz onilliklər ərzində xalqlarımızı birləşdirən bütün yaxşı cəhətləri qorumuşuq və qarşılıqlı fəaliyyət göstərdiyimiz ictimai-siyasi formasiyadan asılı olmayaraq, xalqlarımız arasında dostluq əlaqələri həmişə dövlətlərarası münasibətlərin bünövrəsi olub. Bu gün isə dövlətlərarası münasibətlərin forma və məzmun etibarilə keyfiyyətcə yeni səviyyəyə yüksəldiyi bir vaxtda, təbii ki, bu, həmçinin ölkələrimizdə ictimaiyyət tərəfindən də dəstəklənir. Beləliklə, əminəm ki, ötən il olduğu kimi, biz bu ili də yaxşı nəticələr ilə başa vuracağıq. Müttəfiqlik qarşılıqlı fəaliyyətimiz ölkələrimizin və xalqlarımızın rifahı naminə möhkəmlənəcək, həmçinin bu, regional sabitliyin və təhlükəsizliyin mühüm amilidir.

Sizi bir daha salamlayıram və səfərinizin artıq başa çatdığını nəzərə alaraq, yaxşı yol arzulayıram. Əlbəttə, hesab edirəm ki, dövlət başçılarının müntəzəm görüşləri nümunəsində olduğu kimi, hökumət rəhbərləri səviyyəsində də belə müntəzəm görüşlərin keçirilməsi faydalı olardı.

x x x

Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin dedi:

-Hörmətli İlham Heydər oğlu.

Hörmətli dostlar.

Əvvəlcə, Sizi fevralın 7-də keçirilən növbədənkənar Azərbaycan Prezidenti seçkilərində inamlı qələbə münasibətilə səmimi-qəlbdən təbrik etmək istəyirəm. Bu, Sizin səylərinizlə və rəhbərliyinizlə ölkənizdə əldə olunan bütün nailiyyətlərə Azərbaycan xalqı tərəfindən verilən yüksək qiymətdir. Əlbəttə, fürsətdən istifadə edərək, Rusiya Prezidenti Vladimir Vladimiroviç Putinin ən səmimi və xoş arzularını çatdırmaq istəyirəm.

Biz Azərbaycan Hökumətinin hörmətli başçısı Əli Hidayət oğlu Əsədovla daim təmasdayıq və müntəzəm görüşlər keçiririk. Elə bu yaxınlarda - dekabrda Moskvada Müstəqil Dövlətlər Birliyinin forumunda görüşmüşük, ondan əvvəl isə Soçidə görüş olub. Mənə elə gəlir ki, bu yaxınlarda Azərbaycana səfərim olub. Sizi əmin etmək istəyirəm ki, dövlətlərimizin rəhbərləri arasında qəbul olunan qərarların hamısı daimi nəzarətdədir, hökumətlərimiz tərəfindən icra olunur.

Dünən geniş ikitərəfli gündəliyi müzakirə etdik. Siz bir neçə istiqaməti xatırlatdınız, sənaye sahəsində daha çox layihələr var. Biz, həmçinin nəqliyyat maşınqayırması sahəsində birgə layihələr barəsində düşünürük. Eyni zamanda, qarşılıqlı iri texnoloji, innovativ layihələr üzrə perspektivli istiqamətlər də var. Kənd təsərrüfatı sahəsi üzrə də işləyirik. Siz tamamlama haqqında danışdınız. Həmçinin əczaçılıq üzrə bir sıra məsələlərimiz mövcuddur. Dünən bu sahədə işlərin gücləndirilməsinə dair razılıq əldə etdik. Belə desək, bu gün bizim qarşılıqlı layihələrimizin bütün palitrası nəzarətimizdədir. Qarşılıqlı iqtisadi-ticari dövriyyə rəqəmləri də bunu göstərir. Siz 17 faizlik artım barədə danışdınız. Bu, belədir.

Həmçinin demək istəyirəm ki, bizim keçid məntəqələrimizdə daşıma gücləri 5 dəfə artıb. Bu da bizim Nəqliyyat Nazirliyinin Azərbaycandan olan hörmətli həmkarları ilə birgə böyük sistemli işidir. Biz, həmçinin burada logistika üzrə bütün müvafiq layihələri davam etdiririk. Siz Şimal-Cənub dəhlizini qeyd etdiniz. Həqiqətən, 30 milyon ton ciddi həcmdir və əlbəttə ki, məntəqələrdə dar yerlərin qalmaması üçün çoxlu iş görülməlidir.

Həmçinin demək istəyirəm ki, biz atanız hörmətli Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş anım tədbirini böyük ehtiramla keçirdik. Rusiyada onu xatırlayırlar, xatirəsini əziz tuturlar.

Mədəni mübadilə. Bu sahədə qarşılıqlı fəaliyyətlə bağlı məsələlər üzrə çoxlu layihələr və ideyalar var. Bu gün Rus Dram Teatrında oldum, orada mədəniyyət sahəsində qarşılıqlı fəaliyyətdən bəhs etdilər. Biz əlaqələrimizin, o cümlədən Azərbaycan Mədəniyyət Nazirliyi ilə əməkdaşlığın genişləndirilməsi üzrə razılıq əldə etdik. Çoxlu sayda tədbirlərin keçirilməsi üzrə Yol xəritəsi üzərində işləyirik. Əlbəttə, Azərbaycanın hörmətli mədəniyyət və incəsənət xadimlərini Rusiyada, Moskvada görməyə şad olacağıq.

Sizə və həmkarlarıma Rusiya nümayəndə heyətinə göstərilən səmimi, ənənəvi mehriban qəbula görə təşəkkür edirəm.

Prezident İlham Əliyev: Sağ olun.

x x x

Dövlətimizin başçısı Rusiya Prezidentinin səmimi və xoş arzularına görə minnətdarlığını bildirdi, onun da xoş arzularını Vladimir Putinə çatdırmağı xahiş etdi.


 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

“Abituriyentləri dolaşdıran bir sual göstərin” - Abbaszadənin cavabı verildi...

Bakının uğurlu manevrləri Azərbaycana qərəzli yanaşanların sayını azaldır…

Bakı-Tiflis: sərbəst gediş-gəliş başladı, niyə məhz indi...

SON XƏBƏRLƏR

24.05.2026 / 06:56
Ermənistanın cinayətləri WUF-un yekun sənədlərində…

23.05.2026 / 21:53
İran Trampa yeni razılaşma mətni göndərdi, ABŞ-dan açıqlama gəldi - bəzi irəliləyişlər əldə edilib...

23.05.2026 / 21:30
İran ABŞ-a mesaj göndərdi – uran məsələsi razılaşmaya mane olacaq...

23.05.2026 / 18:36
Azərbaycanlı rejissor Saida Haqverdiyeva Türkiyədə “Gümüş Karyera” beynəlxalq mükafatına layiq görülüb

23.05.2026 / 17:40
İlham Əliyev WUF-a liderlərin "siyasi tribuna statusu" qazandırdı...

23.05.2026 / 16:28
Azərbaycanın postmünaqişə bərpa təcrübəsi WUF13 sənədində xüsusi qeyd edildi...

23.05.2026 / 16:19
176 dövlət Ermənistanın 30 illik cinayətlərini təsdiqlədi...

23.05.2026 / 16:06
WUF tarixində mühüm yenilik Bakı Bəyannaməsində rəsmi ifadə olundu...

23.05.2026 / 15:57
WUF-13: Bakının Qlobal Memarlıq Təqdimatı

23.05.2026 / 15:31
Xanım jurnalistdən maraqlı paylaşım

23.05.2026 / 15:03
Bakı forumu qlobal həmrəyliyin müzakirə olunduğu mühüm beynəlxalq platforma kimi tarixə düşdü - AÇIQLAMA

23.05.2026 / 14:47
Rusiyada Ermənistan içkilərinin satışı dayandırıldı

23.05.2026 / 14:26
176 dövlətin təmsilçiləri azərbaycanlı məcburi köçkünlərin qayıdışı ilə bağlı mühüm çağırış etdi...

23.05.2026 / 14:00
Rektor Anar Eminov: Malayziya universitetləri ilə əməkdaşlıq Mingəçevir Dövlət Universitetinin qlobal inkişaf xəttini gücləndirəcək

23.05.2026 / 12:40
İrana yeni hücum iddiası – Tramp buna görə oğlunun toyunda iştirak etməyəcək...

23.05.2026 / 12:25
"WUF13 Azərbaycanın çoxtərəfliliyə və daha yaxşı gələcək naminə kollektiv fəaliyyətə verdiyi daha bir mühüm töhfədir" - Prezident İlham Əliyev

23.05.2026 / 12:07
1394 nəfərin buraxılış imtahanı nəticəsi dəyişdirildi

23.05.2026 / 11:41
Azərbaycandan Ermənistana 10 milyon dollarlıq məhsul ixrac edilib

23.05.2026 / 11:37
Təhsilə verilən dəyər, gələcəyə qoyulan sərmayə - Lamiyə İsazadə yazır...

23.05.2026 / 11:23
Tarixin ən yaxşı 100 romanı

23.05.2026 / 11:22
Çində kömür mədənində güclü partlayış – ölənlərin sayı 90-a çatdı...

23.05.2026 / 11:10
Kərim Abbasov:"Əsgərliyə getməyənlər dövlət tədbirində vətənpərvərlikdən oxuyurlar"

23.05.2026 / 11:04
Azərbaycan XİN Çinə başsağlığı verdi

23.05.2026 / 10:58
Galt & Taggart:Bakı–Tbilisi dəmir yolunun yenidən açılması 2026-cı ildə turizmə müsbət təsir göstərəcək

23.05.2026 / 10:28
Kasparov beynəlxalq axtarışa verildi

23.05.2026 / 10:07
Nikah və boşanmaların sayı azalıb

23.05.2026 / 09:37
103 ölkədən 569 QHT WUF13-lə bağlı Bakı Bəyannaməsini imzaladı \

23.05.2026 / 09:01
Vaşinqton və Tehran arasında mümkün atəşkəsin pozulmasının qarşısını almaq üçün diplomatik səylər artırılıb

23.05.2026 / 08:47
Göyçə həsrəti ilə yaşayan alim

23.05.2026 / 08:30
“Axios”: Tramp İrana qarşı yeni zərbələri nəzərdən keçirir

22.05.2026 / 21:54
Deputat çox qüsurlu izah verdi - “Uşaq pulu” verilsə...

22.05.2026 / 21:09
Türkiyədə partiyalararası gərginlik ən qorxulu mərhələyə keçdi...

22.05.2026 / 20:25
NATO parçalanma həddinə çatdı - ABŞ çıxır, sabiq baş katib “haray çəkdi”...

22.05.2026 / 19:48
WUF13-dən misilsiz çağırış - dünyanı hədələyən “torpaq böhranı” nədir...

22.05.2026 / 19:31
Makron bu faktdan sonra Ermənistana hərbi yardımı artıra bilməz...

22.05.2026 / 19:23
ICESCO-nun Baş direktoru İlham Əliyevə təbrik məktubu göndərib

22.05.2026 / 19:18
Kim Çen In Prezident İlham Əliyevi təbrik etdi

22.05.2026 / 19:17
Bəhreynin Kralı Prezident İlham Əliyevə təbrik məktubu göndərib

22.05.2026 / 19:12
BƏƏ-nin vitse-prezidenti Prezident İlham Əliyevi təbrik edib

22.05.2026 / 19:11
Şeyx Məhəmməd bin Raşid Al Maktum Prezident İlham Əliyevə məktub göndərib

22.05.2026 / 19:10
Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Prezident İlham Əliyevi təbrik etdi

22.05.2026 / 18:50
WUF13-ün rəsmi bağlanış mərasimi keçirildi - FOTO/YENİLƏNDİ

22.05.2026 / 18:33
"Bakı Fəaliyyətə Çağırış" - WUF13-ün yekun sənədinin mətni açıqlandı

22.05.2026 / 18:25
Əhliman Əmiraslanov Ankarada TBMM-nin komitə sədri ilə görüşüb - FOTO

22.05.2026 / 18:10
Bakı-Tbilisi qatarında ödənişsiz baqaj limiti açıqlandı

22.05.2026 / 17:55
Hikmət Hacıyev WUF13-ü işıqlandıran media nümayəndələrinə təşəkkür etdi - Çox ağır bir iş idi...

22.05.2026 / 17:44
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

22.05.2026 / 17:41
WUF13-də Azərbaycanın və BMT-nin bayraqlarının endirilməsi mərasimi keçirilib - FOTO

22.05.2026 / 17:23
Azərbaycanın bolşevik diktatoru S.M.Kirov

22.05.2026 / 17:09
WUF-a sədrlik Azərbaycandan Meksikaya təhvil verildi

22.05.2026 / 17:01
Əli Əsədov Aşqabadda MDB Hökumət Başçıları Şurasının iclasında iştirak edib

22.05.2026 / 16:56
Daşkəsənli şəhid anası -“köç karvanı ilə oğullarımızın ruhu o yerlərə dönür”...

22.05.2026 / 16:50
"Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsi 2025-ci ildə 10 faizdən çox artıb" - Baş nazir

22.05.2026 / 16:44
UN-Habitat-ın icraçı direktoru Azərbaycana təşəkkür etdir...

22.05.2026 / 16:30
"Müasir İnkişaf" İctimai Birliyi "WUF-13: Yeni urbanizasiya və milli prioritetlər" mövzusunda tədbir keçirib

22.05.2026 / 16:24
"WUF13 rekord sayda iştirakçını bir araya gətirdi" - Anaklaudia Rossbax

22.05.2026 / 16:20
"Biz WUF14-ə hazırlıq prosesində təcrübəmizi bölüşməyə hazırıq" - Anar Quliyev

22.05.2026 / 16:12
BƏƏ Hörmüz boğazına alternativ tapdı - İran BƏƏ-ni yenə vuracaq?..

22.05.2026 / 16:04
"Bakı müzakirələr üçün çox uyğun məkan oldu" - BMT Baş katibinin müavini

22.05.2026 / 15:57
Putinlə Lukaşenko nüvə silahının atışını 3 gün məşq etdilər...

22.05.2026 / 15:45
Xamenei 400 kilo zənginləşdirilmiş uran barədə son sözünü dedi -Trampa zərbə...

22.05.2026 / 15:32
ABŞ Sülh Korpusunun “əsgərləri” Zəngəzura gəldi-yeni proses...

22.05.2026 / 15:20
10 il öncə ABŞ prezidentinin qürurla görüşdüyü lideri Tramp düşmən elan etdi - ABŞ bu günə necə düşdü...

22.05.2026 / 15:06
Rusiya-Gürcüstan-Ermənistan üçbucağında təhlükə - Avropa İrəvanla Tiflisi toqquşdura bilər…

22.05.2026 / 14:59
Tramp Avropaya soyğunçu ticarət sazişini qəbul etdirdi - 15:0...

22.05.2026 / 14:42
Meksika səfiri yüksək təşkilatçılığa görə Azərbaycanı təbrik etdi...

22.05.2026 / 14:28
"WUF13-ün nəticəsi Bakıda verilən öhdəliklərin icrası ilə ölçüləcək" - UN-Habitat

22.05.2026 / 13:55
WUF13-də 53 mindən çox insan iştirak edib

22.05.2026 / 13:47
Azərbaycan öz hesabına 12 şəhəri sıfırdan inşa edir

22.05.2026 / 13:31
Paşinyanın əsas seçki rəqibi FSB agenti çıxdı...

22.05.2026 / 13:27
Trampın ardınca Starmer Ukraynanın ziyanına, Rusiyanın mənfəətinə qərar verdi...

22.05.2026 / 13:19
Netanyahunun karyerasında ən çətin an - Trampla mürəkkəb "İran müharibəsi" müzakirəsi...

22.05.2026 / 13:16
Türkiyədə şok - Ana müxalifət partiyasının sədri məhkəmə qərarı ilə təyin olundu...

22.05.2026 / 13:10
Azərbaycana gələn turistlərin sayı ilə bağlı maraqlı proses gedir... Ən çox Rusiya...

22.05.2026 / 13:02
Siimonyan Şoyqunu bir az da qıcıqlandırdı: “Müharibə əsəblərini gərib"...

22.05.2026 / 12:53
Xeyrəddin Qoca:" Bəlkə Kamal Abdulla elə Günay Ağamalını nəzərdə tutur?!"

22.05.2026 / 12:43
Prezident İlham Əliyev Yerlan Sıdıkova məktub ünvanlayıb

22.05.2026 / 12:34
Avroittifaq Britaniyanın Rusiya qərarına etiraz etdi – bizə "sürpriz" oldu...

22.05.2026 / 12:23
Bakıda WUF13 zolaqları sabahdan qüvvədən düşür...

22.05.2026 / 12:16
Ukrayna müharibəsi 2027-ci ildə də davam edəcək - Avrokomissiyadan proqnoz...

22.05.2026 / 12:11
"Minalar iqtisadi bərpa və yenidənqurma qarşısında ciddi maneələr yaradır" - ADA-nın professoru

WUF13 Azərbaycanın milli, mədəni, əxlaqi, tarixi kimliyinin nümayiş meydanıdır...

XƏBƏR ARXİVİ