ABŞ gələn həftə yeni hipersəs raketini sınaqdan keçirəcək -"The Sun" nəşri
Gələn həftə Pentaqon saatda 24 min kilometr sürət yığa bilən yeni hipersəs raketinin sınağını həyata keçirə bilər. Bu iddia ilə “The Sun” qəzeti çıxış edib. Nəşrin yazdığına görə, çəkisi 3 ton, uzunluğu 6,7 metr olan və havadan buraxılan AGM-183 “Air-launched Rapid Response Weapon” (ARRW) hipersəs raketinin sınaqları Sakit okeanın qərbində baş tutacaq.
Nəşrin iddiasına görə, ötən həftə sonu pilotlara və dənizçilərə müvafiq təlimatlar göndərilib. Lakin raketin gözlənilən sınağı barədə hələ ki, rəsmi məlumat yoxdur və bu, yalnız ehtimallara əsaslanır.
Mətləb