Məleykə Abbaszadə kişi müəllimlərin azalmasına münasibət bildirdi - Gender balansı pozulub
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə təhsil sahəsində kişi müəllimlərin azalmasına və gender balansının pozulmasına öz münasibətini bildirib.
Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında insanları bu peşəni seçməyə məcbur etməyin düzgün olmadığını söyləyib.
“Bu məsələ ilə bağlı peşəyönümlü ciddi işlər aparılmalıdır ki, oğlanlar müəllimlik peşəsini seçsinlər. Maarifləndirmə işləri artmalıdır. Gender balansı pozulub. Müəllimlərin əksəriyyəti qadınlardır. Ancaq məktəb direktorlarının əksəriyyəti kişilərdir. Dövlət qulluğunda da biz görürük ki, təhsil sahəsində rəhbər vəzifələrdə kişilər üstünlük təşkil edir”, - deyə DİM sədri bildirib.
ZÜMRÜD