KÖHNƏ VERSİYA            

ATƏT AŞPA-nın Azərbaycana qarşı qərəzli mövqeyini alt-üst etdi

Image

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycana qarşı qərəzli mövqeyi beynəlxalq qurumlarda, o cümlədən ATƏT-də də rədd edilir. Belə ki, ATƏT Azərbaycandakı seçki müşahidəçi missiyası üzvlərinin və seçki müşahidəçilərinin təsir, manipulyasiya və ya qərəzdən uzaq olduğunu bəyan edib.

Xatırladaq ki, ötən həftə Avropa Şurası Parlament Assambleyasında Almaniya nümayəndə heyətinin rəhbəri Frank Şvabe iddia edib ki, ATƏT-in Azərbaycanda prezident seçkilərilə bağlı hesabatı tənqidi olmayacaq. Şvabe onu da iddia edib ki, hazırda ATƏT Azərbaycan tərəfindən güclü təzyiq altındadır: “İndi onlar bilirlər ki, Avropa Şurasından seçki ilə bağlı ciddi tənqidi hesabat alacaqlar və ümid edirlər ki, ATƏT-in hesabatı o dərəcədə tənqidi olmayacaq. Azərbaycanda hesab edirlər ki, ATƏT-i dəvət etmək, Avropa Şurasını isə kənarda saxlamaq daha yaxşıdır”. Şvabe fikrini onunla əsaslandırıb ki, bu ilin oktyabrında ATƏT-in gələcəyi ilə bağlı müzakirələr zamanı bütün ölkələrin, o cümlədən Azərbaycanın dəstəyinə ehtiyacları olacaq, ona görə də bəzi ölkələr tərəfindən, xüsusilə də Azərbaycan tərəfindən ciddi təzyiqə məruz qalırlar: “ATƏT-in Azərbaycana getməsindən məmnun deyiləm, çünki bizim razılaşmamız var ki, hər hansı ölkənin bizdən bir-birimizə qarşı istifadə etməsinə imkan verməyəcəyik. Ya biz birlikdə çağırılırıq, ya da heç birimiz həmin ölkəyə getmirik. Mən ATƏT-dən bunu istəyirəm”. Ancaq ATƏT bu ittihamları qəbul etməyib. Təşkilatın sözçüsü Katya Andrusz bununla bağlı bildirib: “Seçkidən bir gün sonra təqdim etdiyimiz nəticələr dərc olunmazdan əvvəl seçkini keçirən dövlətlərlə müzakirə edilmir və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Ofisinin işi Müşahidəçinin Davranış Kodeksinin tələb etdiyi kimi hər hansı təsir, manipulyasiya və ya qərəzdən uzaqdır”. Qurum onu da bildirib ki, uzun illər ərzində 400-dən çox seçkini müşahidə edib və seçki metodologiyası hərtərəfli, sistemli və müstəqildir. ATƏT-in sözçüsü Katya Andrusz onu da açıqlayıb ki, ATƏT və Avropa Şurası yaxından əməkdaşlıq etsə də, o cümlədən seçkiləri müşahidə etməkdə, ATƏT və Avropa Şurası iki tamamən fərqli təşkilatdır, onların strukturları və mandatları da fərqlidir: “Öz mandatına əsasən, Demokratik Təsisatlar və İnsan Haqları Ofisi ATƏT üzvü olan 57 ölkəyə digər dövlətlərdən seçki müşahidəçilərini bir araya gətirməkdə kömək edir. ATƏT Azərbaycan hakimiyyətindən dəvət alıb və 2023-cü ilin dekabrında həyata keçirilmiş qiymətləndirmədən sonra biz Bakıya qarşıdan gələn prezident seçkiləri üçün müşahidə missiyası göndərmişik. Müşahidə komandası işinə sentyabrın 27-də başlayıb və Bakıda fevralın 17-nə kimi qalacaq”.

Bütün bunlar AŞPA-da Azərbaycana qarşı iddiaları alt-üst edir. Xatırladaq ki, yanvarın 17-də Azərbaycan nümayəndə heyətinin AŞPA-da fəaliyyəti bir il müddətinə dondurulub. AŞPA etimadnamələri təsdiq etməyib, bu barədə səsə qoyulmuş qətnamə qəbul edilib. Bu barədə təklifi irəli sürən Frank Şvabe Azərbaycanda insan haqları vəziyyətilə yanaşı, həmçinin Azərbaycanın seçkiləri müşahidə etməyə yalnız ATƏT-i dəvət etməsindən və üzvü olduğu Avropa Şurasına dəvət göndərməməsindən narazılıq ifadə edib. ATƏT isə bildirib ki, uzun illər ərzində qazandığı seçki təcrübəsi ona öz yanaşmasını təkmilləşdirməyə imkan verib və seçki proseslərinin qiymətləndirilməsində misilsiz təcrübə qazandırıb. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Ofisinin seçki missiyası hazırda Bakıda olan 11 beynəlxalq ekspert komandasından ibarətdir, onları qurumun oz təcrübələri və beynəlxalq təcrübələrinə əsaslanaraq işə cəlb edilib. Bu fonda ATƏT-dən aşağıdakıları da bildiriblər: “Bizim, həmçinin, 26 uzunmüddətli müşahidəçimiz ölkənin müxtəlif yerlərində işləyir, 220-yə yaxın qısamüddətli müşahidəçi isə seçki gününə bir neçə gün qalmış gəlməlidir. Onlar ATƏT regionu boyunca 29 ölkədən gəlirlər”. Bunlar fonunda görünən odur ki, AŞPA Azərbaycan nümayəndə heyətinin etimadnaməsini təsdiqləməməklə özü üçün biabırçı bir səhifə açdı. Bu təşkilat fəaliyyətini demokratiya, insan haqları və qanunun aliliyi prinsipləri üzərində qurmalı olduğu halda, özünün təməl prinsiplərinin icrasında acizliyini nümayiş etdirdi. Belə ki, verdiyi qərarlarla AŞPA özünün təməl prinsiplərini müdafiə edən təşkilat yox, bəzi dövlətlərin sifarişlərinin icraçısı olduğunu sübuta yetirdi. Bu baxımdan Fransanın sifarişi ilə hazırlanan və qəbul olunan Azərbaycanla bağlı qərara səs verən avropalı parlamentarilər reallıqdan uzaq, ədalətsiz və riyakar olduqlarını göstərdilər. Məsələnin bu tərəfinə toxunan Milli Məclisin deputatı Azər Badamov bildirir: “Avropa Şurasına üzv dövlətlərin dini mənsubiyyətlərinə baxsaq görərik ki, təşkilatda Türkiyə və Azərbaycandan başqa İslam dininin daşıyıcıları yoxdur. Amma son vaxtlar Türkiyənin və Azərbaycanın yürütdükləri müstəqil siyasətlə dünyada nümayiş etdirdikləri cəsarətli mövqe digər dövlətlərin maraqlarına cavab vermir. Ona görə də AŞPA-da təmsil olunan xristian birliyi ədaləti və beynəlxalq hüququ yaddan çıxardaraq islamofob, türkofob, azərbaycanofob məqsədlərini reallaşdırmağa çalışır. Avropalı parlamentarilər utanmadan yalan, böhtan və iftira dolu çıxışları ilə Azərbaycanın etimadnaməsini təsdiq etməyəcəklərini bildirdilər. Əslində, AŞPA bu rəzil addımı atmaqla Azərbaycan kimi tərəfdaşını özündən uzaqlaşdırdı… Sual oluna bilər ki, Azərbaycanın AŞPA-da iştirak etməməsindən kim nə qazanır və kim nə itirir? Birincisi, qeyd etmək istəyirəm ki, AŞPA Azərbaycanın ümidlərini doğrultmadı və bu illərdə ancaq insan haqları adı altında ölkəmizdə ictimai-siyasi sabitliyi pozmağa cəhdlərlə yadda qaldı. Bütün bu ikiüzlülüklərinə baxmayaraq, Azərbaycan AŞPA-nı, sadəcə, dialoq üçün bir platforma kimi qəbul edərək orada təmsil olunurdu”.

Nahid SALAYEV







VİDEO

Konqresmen Pallone Bakıdan qaçdı və ABŞ da “tünd sirkə kimi partladı”... - VİDEO

Pezeşkian Şahin Mustafayevlə görüşdə səhv etdi, ermənilər isə səhvdən yapışdı... - VİDEO

Türk dövlətlərinin vahid xəritə qərarı Rusiyada təşvişə səbəb oldu... - VİDEO

Dilimizin Monitorinq Mərkəzi niyə ləğv edildi... Prezidenti məcbur buraxan nüanslar...

Belçika parlamentindən Azərbaycana absurd tələb - “qoşunlarınızı Ermənistandan çıxarın!..”(?)

Ermənistan Azərbaycanla "Transsərhəd çaylar" əməkdaşlığında maraqlı deyil...

SON XƏBƏRLƏR

23.11.2024 | 18:47
"Qlobal Cənub QHT Platforması" nədir - Azərbaycan COP-da növbəti addımını atdı...

23.11.2024 | 18:33
Kiçik ada dövlətləri Bakıda "iqtisadi güclərə qarşı üsyan qaldırdılar" - "bizim seçimimiz yoxdur"...

23.11.2024 | 18:30
Beynəlxalq Forum direktoru ABŞ-ı iqlim sazişi ilə bağlı öhdəliklərindən yayınmağı dayandırmağa çağırdı

23.11.2024 | 18:20
"Power Shift Africa" ABŞ və Qərb ölkələrini iqlim maliyyəsi üçün məsuliyyətdən yayınmaqda ittiham etdi

23.11.2024 | 18:19
"Politico" nəşri Azərbaycanı "rus qazı" ilə ləkələməyə çalışır...

23.11.2024 | 18:12
İqlim Fəaliyyəti üzrə Beynəlxalq Şəbəkənin nümayəndəsi üsyan etdi - Qlobal Şimal ikiüzlülüyə son qoymalıdır...

23.11.2024 | 18:05
“Böyük Tiqranın Halley Kometi” - erməni tarixçilər təzə saxtakarlığa əl atdılar...

23.11.2024 | 18:03
Antiterrordan sonrakı reallıqları COP 29 bir daha təsdiqlədi...

23.11.2024 | 17:51
COP çərçivəsində “Qarabağa erməni qayıdışı”nı qabardanlara 2 dəqiq şərt qoyuldu...

23.11.2024 | 17:44
Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürülür...

23.11.2024 | 17:38
Ermənilər İrəvandakı daha bir qədim türk izini silir - “Qırmızı körpü”...

23.11.2024 | 17:25
Qərblə Rusiya "qarşılıqlı dondurulmuş pullarla" bir-birinə hücuma başlayıblar...

23.11.2024 | 17:12
İqlim fəalları inkişaf etmiş ölkələri iqlim maliyyəsi vədinə əməl etməyə çağırdı...

23.11.2024 | 17:02
Berbok Azərbaycan XİN-in “76 nəfərlik qara deputatlar” siyahısından danışdı...

23.11.2024 | 16:41
ABŞ Ukraynaya nüvə silahı verilməsi məsələsini gündəmə gətirdi...

23.11.2024 | 16:25
Netanyahunun Brüsselə yolu bağlandı - gəlsə həbs edəcəyik...

23.11.2024 | 16:14
MM-in Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupundan Paşinyana cavab...

23.11.2024 | 16:09
Aİ və 25 ölkə COP29-da öhdəlik götürdü - kömür elektrik stansiyaları tikməyəcəklər...

23.11.2024 | 16:06
Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzaladı

23.11.2024 | 16:05
Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edildi

23.11.2024 | 15:51
Tramp Ukraynanın NATO üzvlüyünə qarşı çıxan diplomatı Kiyevə xüsusi nümayəndə təyin edir...

23.11.2024 | 15:36
COP29-da iqlim maliyyəsinin artırılması tələbi ilə aksiya keçirildi - FOTO

23.11.2024 | 15:17
Zakir Həsənov müşavirə keçirdi - ordu qarşısında konkret tapşırıqlar qoyuldu

23.11.2024 | 14:31
Fəxrəddin Altun: “Türkiyə terrora qarşı mübarizəsini davam etdirəcək”

23.11.2024 | 14:24
“Kipr türk xalqının bərabər beynəlxalq statusu üçün təşəbbüslərimizi davam etdiririk” - Hakan Fidan

23.11.2024 | 13:30
İstanbulda 70 kq qızılla tutulan azərbaycanlı özünü diplomat kimi təqdim etdi, ancaq...

23.11.2024 | 13:16
COP29 zolaqlarında yol nişanlarının sökülməsinə başlanıb

23.11.2024 | 13:04
Laçında 4,5 bal gücündə zəlzələ olub...

23.11.2024 | 12:16
Baş nazir Əli Əsədov köhnə qərarı ləğv edib yeni qərar imzaladı

23.11.2024 | 12:00
Livanda bəzi xəstəxanalar fəaliyyətini dayandırıb - ÜST həyəcan təbili çalır

23.11.2024 | 11:30
Qaz partlayışından xəsarət alan Cəhri sakini Bakıda vəfat edib

23.11.2024 | 11:20
Deputatlarımız Moskva yolçusudur

23.11.2024 | 11:10
Neftimizin qiyməti 76 dolları ötüb - dünya bazarında son durum

23.11.2024 | 11:05
Azərbaycanın əl-ayağına düşüb minnətdar olmalı idilər ki, "bizim bərbad etdiyimiz dünyanı siz xilas edirsiniz"!

23.11.2024 | 11:00
"Bu cəhdlər bütün bəşəriyyət üçün fəlakətlə nəticələnə bilər" - türkiyəli iqtisadçıdan XƏBƏRDALIQ

23.11.2024 | 10:30
“Neftçi” “Zirə”yə, “Səbail” “Qarabağ”a qarşı

23.11.2024 | 10:20
Gəncədə yük maşını beton hasara çırpılaraq yanıb

23.11.2024 | 10:15
Bu iş adamı ABŞ-ın maliyyə naziri olacaq

23.11.2024 | 10:05
Neftçalada avtomobil və motosiklet toqquşub, bir nəfər ölüb

23.11.2024 | 10:00
ABŞ-ın bu hərəkətləri müharibə risqi yaradır - Pxenyandan ETİRAZ

23.11.2024 | 10:00
Bu gündən bəzi məktəblərdə dərslər başlayıb

23.11.2024 | 09:25
Minimum aliment 11 manat artırılır...

23.11.2024 | 09:22
Makron dayanmır - yenə qalmaqal, yenə gərginlik...

23.11.2024 | 09:15
Donald Tramp bu prokurorları işdən çıxaracaq - “The Washington Post”

23.11.2024 | 09:10
Ronaldonun komandası ilk dəfə məğlub oldu

23.11.2024 | 09:05
Britaniya bankından ŞOK addım - Rusiya və Belarusdan ödənişləri DAYANDIRDI

23.11.2024 | 09:00
“Tramp praqmatik insandır”, - Medvedevdən açıqlama

23.11.2024 | 08:42
Rubl kağıza dönür - Bakıya pul göndərən soydaşlarımız çətinlikdədir...

23.11.2024 | 01:11
Rusiya Ukraynanı ilk dəfə bu silahla vurdu - dünyanı dəhşətə salan GÖRÜNTÜLƏR...

22.11.2024 | 21:58
Macarıstanın baş naziri Orban İsrailin baş naziri Netanyahunu həbs qərarından niyə müdafiə etdi?...

22.11.2024 | 21:12
25-də Gürcüstanda baş verəcəklər dünyanı narahat edir...

22.11.2024 | 20:58
BC Məhkəməsi Netanyahunu və Qallantı hansı cinayətlərə görə həbsə məhkum etdi...

22.11.2024 | 20:43
Dilimizin Monitorinq Mərkəzi niyə ləğv edildi... Prezidenti məcbur buraxan nüanslar...

22.11.2024 | 20:32
Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır

22.11.2024 | 20:28
Avroittifaq missiyası Ermənistanda müşkül problemə çevrildi - 1 ay qaldı...

22.11.2024 | 20:15
Dünyada pul var, ancaq müharibəyə xərclənir - COP29 çağırış edir...

22.11.2024 | 20:01
Ukrayna cəbhəsində hər iki tərəf nüvə müharibəsini sürətləndirir...

22.11.2024 | 19:46
Avropa Birliyi Türkmənistanla Transxəzər layihəsini canlandırır - səbəb...

22.11.2024 | 19:33
ABŞ və Çin COP29-da sərrast ittiham olundular...

22.11.2024 | 19:19
Ermənistan Hindistandan yeni hücum texnikası alır...

22.11.2024 | 19:05
"COP29 niyə maliyyə COP-u adlanır" sualı Bakıda cavablanacaq...

22.11.2024 | 18:47
Belçika parlamentindən Azərbaycana absurd tələb - “qoşunlarınızı Ermənistandan çıxarın!..”(?)

22.11.2024 | 18:34
Lüksemburq parlamenti Azərbaycana qarşı qətnamə çıxardı - növbəti qərəz...

22.11.2024 | 18:20
Azərbaycanda məktəblərin yarısı hələ yüksəksürətli internetə qoşulmayıb...

22.11.2024 | 18:10
"Həll olunmamış məsələlərə son düzəlişlər üçün iştirakçılarla işləməyə davam edəcəyik" – Yalçın Rəfiyev

22.11.2024 | 18:06
100-dən az şagirdə dərs keçən məktəblər hələ də böyük sayda mövcuddur...

22.11.2024 | 17:55
Ölkədə ilk dəfə tam marafon qaçış yarışı keçriləcək

22.11.2024 | 17:53
Ermənistan Azərbaycanla "Transsərhəd çaylar" əməkdaşlığında maraqlı deyil...

22.11.2024 | 17:50
Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO

22.11.2024 | 17:40
ABŞ Rusiyanın ən qorxduğu sanksiyanı da tətbiq etdi - "Qazprombank"...

22.11.2024 | 17:33
“Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib - FOTO

22.11.2024 | 17:30
Konqresmen Pallone Bakıdan qaçdı və ABŞ da “tünd sirkə kimi partladı”... - VİDEO

22.11.2024 | 17:27
İranda Qaşqay türkləri güclə “lorlaşdırılır”...

22.11.2024 | 17:14
COP29 adətlərimizin və mədəniyyətimizin mühüm təbliğ arenasına çevrildi...

22.11.2024 | 17:06
Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın üzvlərinin dairəsi və səlahiyyət müddəti müəyyənləşdi

22.11.2024 | 17:00
Almaniyanın 3-cü Dünya Müharibəsi planı ortaya çıxdı - Rusiyaya qarşı 800 minlik NATO ordusu və 200 min hərbi texnika...

22.11.2024 | 16:48
COP29-da misilsiz maliyyə hədəfi - 100 milyarda qarşı 250 milyard təklif edildi...

22.11.2024 | 16:44
"Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb" - Prezident

22.11.2024 | 16:40
Prezident İlham Əliyev Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanladı

22.11.2024 | 16:30
Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamədə dəyişiklik edildi

XƏBƏR ARXİVİ

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930