KÖHNƏ VERSİYA            

Avropa Şurası Azərbaycandan KİMİN QİSASINI ALIR?

Image

Avropa Şurası Parlament Assambleyası növbəti dəfə Azərbaycan əleyhinə açıq-aşkar QƏRƏZLİ, sırf təxribat xarakterində bir addım atdı. Avropa dəyərlərindən, ölkələrin suverenliyindən, insan hüquq və azadlıqlarından dəm vuran AŞPA, bütün bu “dəyərlərinə” tüpürüb, Azərbaycana qarşı olan mənfi münasibətini rəzil şəkildə ifadə etdi. Onsuz da neçə illərdir ki, qərb qurumlarında azərbaycançılığa, türkçülüyə, İslama, əməkdaşlığa, qarşılıqlı hörmətə qarşı çirkin fobiyanın tüğyan etdiyi hər kəsə gün kimi aydın idi. Amma işin bu həddə çatacağı, AŞPA-nın normal təşkilat əvəzinə, daha çox siyasi sifariş yerinə yetirən oyuncaq quruma çevrildiyinin biabırçı şəkildə ortaya çıxacağı gözlənilmirdi. Düşünmək olardı ki, AŞPA özünü belə rəzil vəziyyətə salmaz, elan etdiyi dəyərləri bu şəkildə tapdalamaz.

Amma olan oldu. Azərbaycan əleyhinə heç bir beynəlxalq hüquqa əsaslanmayan, birbaşa ölkələrin daxili işlərinə müdaxilə edən ittihamlar səsləndirən AŞPA-dakı “tutuquşular”, açıq-aşkar siyasi sifariş yerinə yetirdiklərini büruzə verdilər. AŞPA Azərbaycandan kimin QİSASİNI ALIR? Əlbəttə, 44 günlük müharibədə Azərbaycana məğlub olub rəzil günə düşən Ermənistanın qisasını alır!
Təsəvvür edin ki, iyirmi il ərzində bu təşkilat torpaqlarımızı işğal altında saxlayan Ermənistana qarşı heç bir sanksiya tətbiq etmədiyi, yüz minlərlə qaçqın və köçkün azərbaycanlıya hər hansı mesaj göndərmədiyi, onların problemləri ilə məşğul olmadığı halda, məhz indi Azərbaycana qarşı düşmən mövqeyinə keçib. Çünki bu münasibət məhz 44 günlük müharibədə Azərbaycan öz torpaqlarını azad edəndən, ərazi bütövlüyünü və suverenliyini, sərhədlərini tam şəkildə bərpa edəndən sonra baş qaldırıb. Bəs Nikol Paşinyanın Ermənistanda yaratdığı xunta rejimi necə, AŞPA-dakıların gözünə girmir ki? Yoxsa diletant N.Paşinyanın Ermənistandakı hüquq və azadlıqlara tüpürüb, öz əli ilə imzaladığı kütləvi həbslər AŞPA-dakıları qəti maraqlandırmır? Əlbəttə, maraqlandırmır. Onları Azərbaycana necə dəhşətli ziyan vurmaq maraqlandırır. Onları demokratiya, insan hüquqları kimi mənasız terminlər heç zaman maraqlandırmayıb da. Onlar üçün maraqlar öndə gəlir, hüquq və demokratiya terminləri bu maraqlar üçün şantaj vasitəsidir, vəssalam!
Amma AŞPA-nın bu qərəzli mövqeyindən öncə də Azərbaycan əleyhinə kampaniya start götürmüşdü. Xüsusilə, Avropa İttifaqı səviyyəsində açıq-aydın Ermənistanın silahlandırılmasına çağırışlar edilir, Azərbaycan əleyhinə sanksiyalar üçün təxribatlar törədirdilər. Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel adlı biri var. Yaşı da səksənə yaxınlaşır. Bu ağsaçlı ispaniyalı siyasətçi ermənipərəstlikdə Emmanuel Makronu da, digər qərb ermənipərəstlərini də vurub keçib. Sözsüz ki, bu qocaman ispaniyalının erməbilərə görə belə canfəşanlığı təkcə regionda qərbin yırtıcı maraqlarına hesablanmayıb. Hətta uzaq Afrikadakı qəbilələrə də aydındır ki, neçə on illiklərdir ki, Avropada kök salan erməni diasporu belələrini ABŞ dollarına “bələyir”, dollar bağlamaları ilə bəsləyir, sonra da gündəmə çıxarıb Azərbaycana qarşı qışqırdır...
Sözsüz ki, erməni diasporu qərbdəki “bərkgedən” qurumları və onların vəzifəlilərini dollar və avro qoxusunda yerindəcə “ovlamağı” əla bilir. Görünür ki, cənab C.Borrel də Aİ-dakı quru maaşındansa, bu qoca vaxtında erməni diasporunun bağlama nəmərlərinə tamah salıb...

Keçək MƏTLƏBƏ. Məsələnin mətləbi budur ki, C.Borrel azərbaycanlı diplomatlarla bağlı Fransanın mövqeyini qızğın şəkildə müdafiə edib və bununla kifayətlənməyərək əlavə edib ki, Bakıda təxribatla məşğul olan fransız diplomatlar “məsumdurlar”, günahsızdırlar. Bundan başqa, Ali nümayəndə Azərbaycan Prezidentinin Azərbaycan və Ermənistan ərazilərinə dair tarixi faktlarla bağlı fikirlərini tamamilə təhrif etməklə yanaşı, Azərbaycana qarşı hərbləşmə və təcavüzkar siyasəti bilərəkdən qızışdırmaqla məşğuldur.
Bu qoca C.Borrelə gün kimi aydındır ki, beynəlxalq ictimaiyyətin Ermənistanı beynəlxalq hüququn norma və prinsiplərinə uyğun hərəkət etməyə inandırmaq üçün heç bir səy göstərməməsinə baxmayaraq, Azərbaycan hər zaman Ermənistanla danışıqlara, sülhə və sabitliyə sadiq olub. Bu qoca siyasətçi bütün sadaladıqlarımız həqiqətləri bildiyi halda gözlərini erməni təəssübkeşliyi necə örtübsə, hətta qeyri-diplomat görkəminə bürünüb diletant şəkildə bilərəkdən Azərbaycan əleyhinə yalanlar üfürməkdədir. Təkcə bu qoca Borreldirmi? - xeyr, belələri Avropa Parlamentində ağzına kimi doludurlar.

Amma həmin qüvvələr əmin ola bilərlər ki, həmişəki kimi, bu dəfə də heç nə əldə edə bilməyəcəklər. Azərbaycan dövləti milli və müstəqil maraqlara əsaslanan qətiyyətli, eyni zamanda, tam ədalətli mövqeyindən bir addım da geri çəkilməyəcək. Bir vacib məqam da budur ki, Azərbaycan Avropanın əsas enerji təminatçılarından biridir. Ölkəmiz Cənubi Qafqazda yeganə güc sahibidir. AŞPA-da və ya Avropanın digər siyasi dairələrində oturub Azərbaycana qarşı düşmənçilik edənlər anlamalıdırlar ki, belə davam edəcəkləri təqdirdə, bölgəmizdəki tərəfdaşlarını itirəcəklər. Hələ ki, nə C.Borrel, nə E.Makron, nə də qərbdəki erməni züy tutanları Azərbaycana qarşı təxribatların hansı adekvat cavablarla nəticələnəcəyinin fərqində deyillər. Ya da fərqindədirlər, sadəcə, Azərbaycan düşmənçiliyi gözlərini elə bağlayıb ki, nəticələr onları düşündürmür. İşlərinə gələn tək fakt, nə olursa-olsun Azərbaycana ziyan vurmaqdır. Amma burası dəqiqdir ki, ziyanın da qarğış kimi iki başı var. Heç bir nüfuzu və qərar hökmü olmayan ölü AŞPA üzərindən Azərbaycana qarşı belə oyuna görə qərb çox şeyi itirəcək. Çünki itirdikləri qazandıqlarından çox olacaq, burası tam dəqiqdir...

Mətləb Salahov








VİDEO

Təyyarəmizi Qroznıda Rusiya vurub - təsdiqləndi... - VİDEO

Tramp 20 yanvarda bu inanılmaz fərmanları verəcək - dünya yeni dönəmə girir... - VİDEO

Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı... - VİDEO

“Zəngəzur” və “Qərbi Azərbaycan” sözləri danışıqlardan çıxarılsın - Avropa deputatı reallıq hissini itirdi...

Aktau təyyarə qəzasında çoxsaylı şübhəli məqamlar var - "quş dəstəsi" ən zəif varianta çevrilir...

ABŞ Ermənistana silah satışına haqq qazandırdı... “Nəzarət edirik”...

SON XƏBƏRLƏR

27.12.2024 | 12:00
ABŞ vətəndaşı casusluğa görə 15 il həbs cəzası aldı - Rusiya FTX açıqlama yaydı

27.12.2024 | 11:20
Milli Məclisin plenar iclası keçirilir - 17 məsələ müzakirə olunur

27.12.2024 | 11:10
Təyyarə qəzasında həlak olan Ramazan Filiyev Balakəndə dəfn edilib

27.12.2024 | 11:05
Dekabr ayının bütün sosial ödənişləri yekunlaşıb - rəsmi AÇIQLAMA

27.12.2024 | 11:00
Fatih Terim “Əl-Şəbab” klubunun baş məşqçisi oldu

27.12.2024 | 10:43
Prezident İlham Əliyev 2025-ci ilin dövlət büdcəsini təsdiqləyib

27.12.2024 | 10:30
Sabunçuda “Mercedes” 61 yaşlı qadını vurub öldürdü

27.12.2024 | 10:29
Qroznıda "təyyarə cinayətinin" arxasında konkret şəxslər var...

27.12.2024 | 10:20
Ekologiya və Təbii Sərvətlər Nazirliyində kadr dəyişikliyi - xanım direktor işdən çıxarıldı

27.12.2024 | 10:15
Bu gün Suraxanı, Cəlilabad və Lənkəranın bir hissəsində işıq olmayacaq

27.12.2024 | 10:10
İmadəddin Nəsiminin 655 illiyi münasibətilə elektron məlumat bazası hazırlanıb

27.12.2024 | 10:05
Kanadalı nazirlər Trampın görüşünə gediblər

27.12.2024 | 10:00
"Natali Luazonun bu fikirlərini qınayırıq" - İcmadan etiraz bəyanatı

27.12.2024 | 09:50
Azərbaycan idman ölkəsi kimi gücünü beynəlxalq yarışlarda təsdiqləyib

27.12.2024 | 09:40
ABŞ-da ŞOK HADİSƏ - avtomobildə 4 yaşlı uşaq güllələnib!

27.12.2024 | 09:30
Peru Azərbaycana başsağlığı verib

27.12.2024 | 09:22
Azərbaycanda distant təhsil diplomları birdəfəlik qadağan olundu...

27.12.2024 | 09:18
Yaponiyadan 2025-ci il üçün rekord büdcə - 731 milyard dollar!

27.12.2024 | 09:14
İngiltərə nəhənglərindən xal itkisi

27.12.2024 | 09:05
Şirvanda "Jiquli" hasara çırpılıb, sürücü ölüb

27.12.2024 | 09:00
Bu gün Sumqayıtın böyük hissəsində qaz olmayacaq - XƏBƏRDARLIQ

27.12.2024 | 08:39
Yumurta yenə bahalaşmağa başladı - qıtlıq, ya bayramqabağı hadisə?..

26.12.2024 | 23:52
Aktauda qəzaya uğrayan təyyarənin ikinci “qara qutu”su da tapıldı

26.12.2024 | 23:27
Təyyarəmizi Qroznıda Rusiya vurub - təsdiqləndi... - VİDEO

26.12.2024 | 22:43
Gürcüstan spikeri və XİN rəhbəri təyyarə qəzası ilə əlaqədar Azərbaycan səfirliyində olublar

26.12.2024 | 21:55
İsrail aviaşirkəti AZAL təyyarəsinin qəzaya uğramasından sonra Moskvaya bütün reysləri ləğv etdi

26.12.2024 | 21:38
Təyyarə qəzasında yaralananlar "Yeni Klinika"ya yerləşdirildi

26.12.2024 | 21:30
Təyyarə qəzasında yaralananlara və ölənlərin ailələrinə maddi kompensasiya veriləcək

26.12.2024 | 21:12
Dünyada ən dəhşətli dollar-yuan müharibə dövrü başladı...

26.12.2024 | 21:10
Təyyarə qəzasında həlak olanlardan dördünün nəşi Aktaudan Bakıya gətirildi - FOTO

26.12.2024 | 21:07
Azərbaycanın ABŞ-dakı səfirliyində xatirə kitabı açılıb

26.12.2024 | 20:56
“Zəngəzur” və “Qərbi Azərbaycan” sözləri danışıqlardan çıxarılsın - Avropa deputatı reallıq hissini itirdi...

26.12.2024 | 20:41
Paşinyanın debat çağırışına Ter-Levondan cavab - “2019-cu ilin iyun olaylarını aç”...

26.12.2024 | 20:26
Paşinyan Ermənistanı MDB-dən də uzaqlaşdırır - Moskvada hələ ümid edirlər...

26.12.2024 | 20:12
"Qərbi azərbaycanlıların qayıdış məsələsi sülh sazişində yer aldı" - erməni cəmiyyəti yeni xofda...

26.12.2024 | 19:58
Ermənistanın ticarətində 54 faiz artım necə baş verir?...

26.12.2024 | 19:45
Minlərlə kənd kitabxanası təhlükədən qurtardı - ağıllı təklif var...

26.12.2024 | 19:36
Təyyarəmiz Qroznıda vurulub, məsuliyyət Rusiyanın üzərindədir - təsdiqləndi...

26.12.2024 | 19:32
Təyyarə qəzasında yaralanan vətəndaşlarımız Bakıya gətirildi - FOTO

26.12.2024 | 19:23
"Türkiyə Abxaziyada çevriliş hazırlayır" - ermənilər bölgənin yeni rusofob "prezidentini" də tapıblar...

26.12.2024 | 19:10
Vətən müharibəsindən sonra diasporumuzun ən ümdə işi - lobbiçilik...

26.12.2024 | 19:01
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

26.12.2024 | 18:56
Bakının "Minsk qrupu buraxılsın" tələbinə Kremldən birmənalı dəstək gəldi...

26.12.2024 | 18:42
Aktau təyyarə qəzasında çoxsaylı şübhəli məqamlar var - "quş dəstəsi" ən zəif varianta çevrilir...

26.12.2024 | 18:28
ABŞ Ermənistana silah satışına haqq qazandırdı... “Nəzarət edirik”...

26.12.2024 | 18:28
Tiflisdə azərbaycanlıları da təkrar seçki tələbilə ayağa qaldırırlar...

26.12.2024 | 18:22
Aktauda təyyarə qəzasında yaralananlar FHN-in xüsusi təyyarəsi ilə Bakıya yola düşdü - FOTO

26.12.2024 | 18:15
“Quru keçidlər açıq olsaydı, təyyarə qəzası olmazdı” - sosial şəbəkələrdə absurd müzakirə...

26.12.2024 | 18:12
Andjey Duda Prezident İlham Əliyevə başsağlığı verdi

26.12.2024 | 18:02
Vaxtı ötmüş kreditlər probleminin günahkarı yenə də banklar özləridir...

26.12.2024 | 17:49
MDB ölkələri ilə ticarətimizdə böyük nöqsan var - cəmi 1.4 milyard dollar...

26.12.2024 | 17:44
Si Cinpin Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

26.12.2024 | 17:42
Rüstəm Minnixanov Prezident İlham Əliyevə başsağlığı verdi

26.12.2024 | 17:37
Tarix muzeyində saxta “Erməni Kilikiya şahlığı” ekspozisiyası açılıb

26.12.2024 | 17:26
Bakıda şagirdlər marşrut avtobuslarına buraxılmır...

26.12.2024 | 17:18
Aktauda qəzaya uğrayan AZAL təyyarəsi Rusiya hava məkanında hücuma məruz qalıb

26.12.2024 | 17:10
Rusiyadan NATO və Avropa ölkələrinə nüvə xəbərdarlığı - istənilən ssenariyə hazırıq...

26.12.2024 | 17:02
Təyyarə qəzasında xəsarət alan bir qrup vətəndaşımız ölkəyə gətirilir - FOTO

26.12.2024 | 16:51
AZAL-ın təyyarəsinin qəzaya uğramasına Rusiya raketi səbəb olub - "Euronews"dan iddia...

26.12.2024 | 16:44
Slovakiya Prezidenti Prezident İlham Əliyevə başsağlığı verib

26.12.2024 | 16:30
“Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir” - Vüqar Rəhimzadə

26.12.2024 | 16:08
Əsədin arvadının vəziyyəti ağırlaşdı - sağalma şansı 50 faizə düşüb, otağına heç kim buraxılmır...

26.12.2024 | 15:39
Gürcüstanın XİN başçısı Ceyhun Bayramova zəng vurdu - "Azərbaycanın yanındayıq"

26.12.2024 | 15:30
Fələstin Prezidenti Prezident İlham Əliyevə başsağlığı verdi

26.12.2024 | 15:18
Beynəlxalq ictimaiyyətdən Azərbaycana başsağlığı mesajları gəlməkdə davam edir

26.12.2024 | 15:17
BƏƏ Prezidenti Prezident İlham Əliyevə başsağlığı verdi

26.12.2024 | 15:15
Həştərxanın qubernatoru Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

26.12.2024 | 15:12
Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Prezident İlham Əliyevə başsağlığı verdi

26.12.2024 | 15:10
TDT Baş katibi Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

26.12.2024 | 14:35
Tramp Milad təbrikində Kanadanın baş nazirini qubernator adlandırdı - ABŞ-ın 51-ci ştatı olsalar...

26.12.2024 | 14:32
Məhəmməd Şahbaz Şərif Prezident İlham Əliyevə məktub göndərib

26.12.2024 | 14:20
"Nəşlərin tanınması üçün yaxınlarının DNT analizinə ehtiyac olacaq" - Baş konsul

26.12.2024 | 14:16
Milorad Dodik Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

26.12.2024 | 14:14
Məsud Pezeşkian Prezident İlham Əliyevə başsağlığı verdi

26.12.2024 | 14:05
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə zəng edib

26.12.2024 | 13:51
Təyyarə qəzasında vəfat edən sərnişinlər və ekipaj üzvlərinin siyahısı açıqlandı

26.12.2024 | 13:45
Azərbaycan və Qazaxıstanın Baş nazirləri arasında növbəti telefon danışığı olub

26.12.2024 | 13:34
ABŞ Departamenti AZAL təyyarəsinin qəzaya uğraması ilə əlaqədar başsağlığı verib

26.12.2024 | 12:46
AZAL prezidentindən təyyarə qəzasının səbəbləri ilə bağlı açıqlama...

26.12.2024 | 12:33
Tramp 20 yanvarda bu inanılmaz fərmanları verəcək - dünya yeni dönəmə girir... - VİDEO

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031