"ABŞ seçkilərdən sonra NATO-nu tərk etməyəcək” - Stoltenberq əmin danışır...
ABŞ prezident seçkilərinin nəticəsindən asılı olmayaraq NATO-nu tərk etməyəcək. Bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.
“Bloomberg TV”yə müsahibə verən baş katib deyib ki, ABŞ əvvəlki kimi dayanıqlı və mühüm müttəfiq olacaq.
"Çünki 30-dan çox dost və müttəfiqə malik olmaq ABŞ-ın təhlükəsizlik maraqlarına cavab verir”, - deyə o, bildirib.
Stoltenberq qeyd edib ki, Alyansa üzvlük ABŞ-ı bir dövlət kimi daha da güclü, təhlükəsizliyini isə daha çox təmin edir.
ZÜMRÜD