Ermənistan mediası qondarma "Arsaxın dəfn günü barədə" bir kəlmə də yazmadı...
Məlumdur ki, ötən ilin 28 sentyabrında Şahmaranyanın qondarma "Arsax respublikasını" buraxmaq fərmanı ilə bəyan edildi ki, 2024- cü ilin 1 yanvarında Qarabağda yaradılmış bütün separatçı, qondarma "dövlət qurumları" öz varlıqlarına son qoymalıdır. Bu günə siyasi dairələrdə haqlı olaraq "qondarma Arsaxın dəfn günü " də deyilirdi.
Bu gün artıq 2024- cü ilin 1 yanvarıdır.Ermənistan mediası qondarma Arsax deyilən "dövlətin" buraxılması və ya buraxılmaması barədə bir kəlmə də yazmadı. Yəni Şahmaranyanın ötən il 28 sentyabrda imzaladığı "fərman" tam icradadır və hətta o qondarma qurumun təəssübkeşi olan millətçi ermənilərin də səsi çıxmadı. Görsənir ki, Paşinyan "Ermənistanda Arsax separatçılarının fəaliyyətinə yer olmayacaq " mövqeyində qətidir. Buna görə Paşinyana " afərin düşür"....
Nahid Salayev