41 gün baş məşqçi oldu, dünən qovuldu...
Türkiyənin “Beşiktaş” klubu baş məşqçisi Rza Çalımbayı istefaya göndərib. Bu barədə İstanbul təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb. Məlumatda deyilir ki, Superliqanın XVII turunda “Alanyaspor”la (1:3) oyundan sonra rəhbərlik iclas keçirib. Toplantıda 60 yaşlı mütəxəssislə yolların ayrılması qərara alınıb.
Qeyd edək ki, Rza Çalımbay noyabrın 10-da “Beşiktaş”ın baş məşqçisi təyin olunmuşdu. O, bu postda cəmi 41 gün qala bilib.
Mətləb