Vətəndaşın bank kartlarından 20 min manat oğurlayan şəxs yaxalandı
![Image](/uploads/posts/2023-12/3ff31b21170314055043601890310903996.webp)
Dekabrın 10-da və 19-da Bakı şəhər sakini olan bir nəfərin bank kartlarından hesablarındakı 20.000 manat pulun oğurlanması barədə polisə məlumat daxil olub.
DİN-dən verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini 2003-cü il təvəllüdlü R.Xankişiyev müəyyən olunaraq saxlanılıb.
Mətləb