Sabiq rəisi barəsində araşdırma başlayıb
Azərbaycan Auditorlar Palatasının sabiq rəisi və 2 əməkdaşı barəsində araşdırma başlayıb. Belə ki, Auditorlar Palatasının maliyyə və texniki təminat İdarəsinin sabiq rəisi Vəli Rəhimov, maliyyə təminatı və xarici əlaqələr idarəsinin maliyyəçi-mühasibi Gövhər Əhmədova və Palatanın digər auditoru Fəridə Novruzova barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılır.
Xatırladaq ki, Vəli Rəhimov 1996-2023-cü illərdə Auditorlar Palatasında müxtəlif vəzifələrdə çalışıb. 2020-ci ildə isə Maliyyə təminatı və xarici əlaqələr idarəsinin rəisi təyin olunub.
Mətləb