Türkiyə hərbçiləri Azərbaycan hərbçilərini sərhəddə belə qarşıladı - “Bir ürək, bir bilək, bir yumruq” + VİDEO

Türkiyənin Milli Müdafiə Nazirliyi Əlahiddə Ümumqoşun Ordunun Qars şəhərində birgə “Qış təlimləri - 2025”də iştirak edəcək Azərbaycan hərbçilərinin qarşılanması ilə bağlı video yayıb.
İki qardaş ölkə hərbçiləri Naxçıvan və İğdır bölgələri arasında yerləşən “Dilucu” nəzarət-keçid məntəqəsində görüşüblər.
“Bir millət, iki dövlət” mentalitetimizlə, “bir ürək, bir bilək, bir yumruq” olaraq çalışmağa davam edəcəyik" başlıqlı paylaşımda bildirilir: “Qış təlimləri - 2025”də iştirak edəcək Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti Həsrət körpüsündə 5-ci Sərhəd Briqadasının komandanlığı tərəfindən qarşılandı".
TAHİR
"Tek Millet, İki Devlet” anlayışımızla “tek yürek, tek bilek, tek yumruk” olarak çalışmaya devam edeceğiz!
— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) January 16, 2025
📍Dilucu/Iğdır
Kış Tatbikatı-2025’e katılacak Azerbaycan Silahlı Kuvvetleri personeli Hasret Köprüsü’nde 5’inci Hudut Tugay Komutanlığı personeli tarafından karşılandı.… pic.twitter.com/5QxhXLoQWo