KÖHNƏ VERSİYA            

Onun şəhid düşdüyü yerə “gedər-gəlməz” deyirlər - Şamil Nəcəfovun anası...

Image

Gülşən Nəcəfova: “Uşaqlıqdan hərbi sahəni çox sevirdi, hərbiçi olmaq istəyirdi, bu arzusunun da qarşısını aldım, ancaq sonradan özümü çox qınadım”

Anaların gözlərini yollar yordu, anaların ürəyini fələk qırdı. “Elə darıxıram ki. Yollara baxıram, yollar balamı qaytarar bəlkə” deyib özünə təsəlli verməyə çalışır Gülşən müəllimə. İlk övladına - Şamilə yüksək təhsil vermişdi ana. Ümid edirdi ki, Şamil ictimai həyatda sayılıb-seçilən bir vətəndaş, bir mütəxəssis olacaq. 

Şamil həqiqətən də sayılıb-seçilən oğul oldu, amma ananın arzuladığı bu deyildi. Təbii, heç bir ana balasına şəhidlik məqamı arzulamaz. Amma taleyin işidir ki, ananın oğlu canını dünyada hər şeydən artıq sevdiyi Vətəninə fəda etdi. 

Azərbaycan Ordusunun əsgəri, Vətən müharibəsi şəhidi Nəcəfov Şamil Rəfi oğlu  4 fevral 1997-ci ildə Sumqayıt şəhərində anadan olub. Əslən Yardımlı rayonundandır, Abşeron rayonunun Saray qəsəbəsində yaşayıb. 2003-cü ildə 1-ci sinfə gedib, 2014-cü ildə orta məktəbi bitirib. 2014-2018-ci illərdə Bakı Dövlət Universitetinin "Beynəlxalq münasibətlər və iqtisadiyyat" fakültəsində təhsil alıb. 2018-ci ildə bakalavrı bitirib, ardınca  magistraturaya qəbul olub, 2020-ci ildə "Turizm iqtisadiyyatı" üzrə magistr dərəcəsini alıb. 

Şamil Nəcəfov 14 iyul 2020-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət edib... 

“Oğlum “gedər gəlməz yol” deyilən yerdə şəhid olub”

Şəhidin anası Gülşən Nəcəfova ilə Xatirə Kitabı Redaksiyasının hazırladığı “44 gün – Tarixi zəfər” adlı kitabın III cildinin Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında keçirilən təqdimat mərasimində həmsöhbət olduq. 

“Oğlum həqiqi hərbi xidmətdə idi. Gəncədə “N” saylı hərbi hissədə xidmət edirdi. Şamil əsgərlikdə olanda 44 günlük Vətən müharibəsi başladı. Oğlum oradan Murovdağ istiqamətində gedən döyüşlərə qatılıb. Onları Murovdağ, Kəlbəcər tərəfə aparıb. Orada döyüşüb. Topçu, baş tuşlayıcı olub. Komandiri ilə danışanda dedi ki, mən qəlpə aldığım üçün orada ola bilmədim. Sonra bir əsgərdən də soruşduq, dedi ki, mən qəlpə yarası aldım, amma Şahin sona qədər qalıb döyüşüb. Murovdağ, Kəlbəcər və Daşkəsənin arasında bir yer var, orada “gedər gəlməz yol” deyirlər, oğlum “gedər gəlməz yol” deyilən yerdə şəhid olub. Biz bunu sonradan bildik. 

2020-ci ilin oktyabr ayının 1-də Şamilin nəşini gətirdilər. Şəhid olan gecə hazırlayıb gətirmişdilər, səhər nəşini bizə  çatdırdılar. Şamil namaz qılırdı, oruc tuturdu, Allahın sevimli bəndəsi idi. Bəlkə də onun o gözəl əməlləri, Allaha bağlılığı onu mənə elə yetirdi, tərtəmiz, gül kimi idi nəşi. Gəncədə prokurorun müavini dedi ki, müəllimə, mən Şamilin namaz qıldığını bilmirdim, amma onun nəşini müsəlman qaydası ilə dəfnə hazırlatdıq”. 

Gülşən müəllimə həm Sumqayıt şəhər 34 nömrəli tam orta məktəbdə, həm də Saray qəsəbəsində yerləşən 2 saylı orta məktəbdə dərs deyir. “Şamil mənim ilk övladımdır. İki oğlum vardı, Şamil getdi...Oğlum 23 yaşında şəhidlik zirvəsinə yüksəldi. Ali təhsilli idi. BDU-da həm magistr, həm də bakalavr üzrə təhsil almışdı. 

Təsəvvür edin ki, Şamili bacardığım qədər qorumağa çalışdım. İstəmirdim getsin. Oğlum çox dərin savada malik bir gənc idi. Bütün müəllimləri onun necə savadlı olduğunu bilirdi. Dedim ki, Şamil, əsgərliyə də getmə, sən burda daha çox lazımsan. Dedi ki, yox, ana, Allah da buyurur, qanunlarımız da tələb edir, mən mütləq əsgəri xidmətə getməliyəm. Onu əsgəri xidmətdən saxlamaq istəyirdim. Amma şəhid olmazdan iki il əvvəl mənə dedi ki, ana, birdən məni əsgərlikdən saxlamaq istəyərsən, bunu heç vaxt etmə, çünki əsgərliyə gedəcəyəm. Dedi ki, mən necə lazımdır, vətənimə xidmət etmək, ona olan borcumu qaytarmaq istəyirəm. Mən onu əsgərlikdən saxlaya bilərdim, amma Şamil qəti etiraz edib “ana, bilirsən mənimlə oxuyanların hamısı hardadır? Xaricdə. Deyirsən, mən də onlar kimi olum? Sən sağsan?” dedi. Dedim sağam, qarşında oturmuşam. Dedi deməli, mən getməliyəm. Şamil belə bir vətənpərvər oğul idi. 

Birinci Qarabağ müharibəsi dövründə, bu hadisələrin törədildiyi vaxtlarda ali məktəbin sonuncu kursunda oxuyurdum. O dövrdə istəyirdim ki, qızları da məcburi şəkildə müharibəyə aparsınlar, özüm də döyüşmək arzusunda idim. Deyirdim ki, heç olmasa bir erməni əsgəri öldürüb qızlarımızın, qadınlarımızın, körpələrimizin qisasını alım. Bizim evdə sonradan da belə söhbətlərimiz çox olurdu. Sonralar özümü qınadım ki, mən niyə belə söhbətlər edirdim ki, Şamil də bu söhbətlərə istinad edib belə bir tərbiyə aldı. Biz onu vətənpərvərlik ruhunda böyütdük”.

Oğlunun şəhid olarkən subay olduğunu deyən ana bildirdi ki, nişanlısı olmasa da, amma istədiyi, əhd-peyman bağladığı bir qız vardı: “Fikri vardı ki, əsgərliyə gedib gəlsin və əhd-peyman bağladığı qızla evlənsin, işi olsun. Amma Şamilin bu arzusu da çox təəssüf ki, gözündə qaldı, həyata keçmədi. 

Amma Şamili yaşadırıq, xatirəsi əbədiləşdirilir, məktəblərdə siniflərə adı verilib. Saray qəsəbəsində Şamilin adına küçə var, böyüdüyü küçə onun adını daşıyır. Xatirə Kitabı Redaksiyası da Şamil kimi oğulların xatirəsini kitablarda əbədiləşdirir. 

Yeri gəlmişkən, bir arzumu demək istəyirəm. Şamil kimi yüksək təhsil almış bir oğulun Vətən uğrunda son damla qanına qədər vuruşmağı, bu yolda şəhidlik mərtəbəsinə yüksəlməyi gənc nəslə çox gözəl bir örnəkdir. Şamil kimi oğullar haqda  dərsliklərdə, kitablarda məlumatlar versələr, onların qəhrəmanlıq yolu, eyni zamanda savadı, biliyi barədə söhbət açsalar bu yaxşı olar. Gənc nəsil Şamil kimi oğulların həyatını oxuyub və onların yolu ilə gedə bilərlər. Bu çox gözəl olardı. Eyni zamanda Şamil kimi oğulların adlarının məktəblərə, bağçalara verilməsi çox müsbəöt olardı. Uşaqlar biləndə ki, bəli, bu məktəb filan şəhidin adını daşıyır, onlar o şəhidin həyatını öyrənərlər. 

Şamil həqiqətən də çox dərin uşaq olub, bütün sahələrdə nümunə göstərilib. O məktəbdə yeganə şagird idi ki, bütün müəllimlər ondan çox razı idilər. Oğlumun oxuduğu Sumqayıt şəhər 34 saylı məktəbin riyaziyyat müəlliməsi Dürdanə müəllimə deyirdi ki, qurban olum Şamilə, hər zaman üzümü ağ edir. Şamil bilik olimpiadalarında iştirak edib və həmişə yüksək yer tutub. Hamının sevimlisi idi. İstər evdə, istərsə də məktəbdə Şamil qeyri-adi uşaq idi. İnandırım ki, atası “Şa” deyən kimi Şamil onun nə istədiyini bilirdi və yerinə yetirirdi. Bax, belə uşaq idi. Heç kəsi incitməzdi, hamıya kömək göstərməyə çalışardı, əlindən gələni canla-başla edirdi. Kənardan bir az zəhmli görünərdi, amma daxilən o qədər yumşaq idi, ürəyi ipək kimi idi. Çox xeyirxah idi. 

Şamil gözəl salto vururdu. Qorxurdum, deyirdim ki, anan qurban, ehtiyatlı ol. Onu güləşə qoydum. Müəllimi deyirdi ki, Şamilin idmançı üçün lazım olan güclü ayaqları var, onun çox yaxşı gələcəyi olacaq. Bir gün gördüm ki, mənə “ana, mən bilirəm, gələcəkdə kim olacam. Daha qərara gəlmişəm” dedi. Dedim, kim olacaqsan? “İdmançı olacağam, çempion olacağam” dedi. Evdə çox vaxt xalası ona çempion deyirdi. Dedim ki, yox, Şamil, sən daha idmana getməyəcəksən, çünki çox savadlısan. Həmçinin uşaqlıqdan hərbi sahəni çox sevirdi, hərbiçi olmaq istəyirdi, bu arzusunun da qarşısını aldım, ancaq sonradan özümü çox qınadım. Fikirləşdim ki, bəlkə hərbiçi olsaydı müharibədə özünü düşməndən daha yaxşı müdafiə edərdi, həyatda qala bilərdi. Bilmirəm, səhv etmişəm, düz etmişəm? Amma sonra deyirəm ki, Şamilin alnına şəhidlik yazılmışdı, onsuz da o, bu zirvəyə ucalacaqdı”. 

Bildirək ki, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şamil Nəcəfov ölümündən sonra "Vətən uğrunda" medalı, Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Şamil Nəcəfov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı, Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Şamil Nəcəfov ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.

Ana deyir ki, təsəllisi oğlundan qalan uca şəhidlik adıdır. Bu adın heç zaman silinməyəcəyini deyən Gülşən müəllimə bildirir ki, Şamil kimi oğulların həyat və döyüş yolu təbliğ olunmalıdır, çünki gənclərimiz onlardan nümunə götürüb Vətənimizi qoruya bilərlər. 

Dörd ildir şəhid anasının gözlərinin yaşı qurumur ki, qurumur. Şamilini gözləyir, xəyallarında oğluna qovuşur, onunla söhbət edir, tövsiyələrini verir. Deyirlər ki, ən böyük müəllim anadır. O bir ana kimi oğlunu çox yüksək səviyyədə yetişdirib və Vətənə bəxş edib. 

“Gedər gəlməz yolun” yolçusu Şamil Nəcəfov elə bir zirvəyə ucalıb ki, ora çox müqəddəsdir, əzizdir. Bizlər o zirvəyə böyük sevgi və minnətdarlıq hissi ilə boylanırıq. 

İradə SARIYEVA








VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Prezident İlham Əliyev təyyarə qəzası ilə bağlı müşavirə keçirdi - FOTO/YENİLƏNDİ

Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

SON XƏBƏRLƏR

25.12.2024 | 22:30
Azərbaycan çempionatı bir günlük təxirə salındı

25.12.2024 | 22:28
Mədəniyyət Nazirliyinin teatr-konsert müəssisələrində bütün mədəni-kütləvi tədbirlər təxirə salınıb

25.12.2024 | 22:26
ABL-ın basketbol görüşü təxirə düşdü

25.12.2024 | 22:22
Matəmə görə güləş üzrə Azərbaycan çempionatı 1 günlük təxirə salındı

25.12.2024 | 21:14
Azərbaycanın Suriya quruculuğunda iştirakına start verildi...

25.12.2024 | 20:58
Paşinyan yeni seçki kampaniyasına başladı - ilk hədəf sabiq prezidentlərdir...

25.12.2024 | 20:43
Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir...

25.12.2024 | 20:28
SOCAR-ı özəl şirkətlərdən asılı salan kim və nələrdir?..

25.12.2024 | 20:15
Kazan, Minsk, Gəncə - gələn ildən başlanır...

25.12.2024 | 20:01
Fransanın kəşfiyyat şeflərindən biri Bakı haqqında pis danışdı...

25.12.2024 | 19:56
Təyyarə qəzasının səbəblərinin araşdırılması üçün yaradılmış dövlət komissiyasının iclası keçirildi - FOTO

25.12.2024 | 19:50
Kasım-Jomart Tokayev Prezident İlham Əliyevə başsağlığı verib

25.12.2024 | 19:49
Türkiyə memarlığının ŞAH ƏSƏRLƏRİ

25.12.2024 | 19:46
Zurabişvili hökuməti çevrilişlə hədələdi - Hakim partiya ona "psixi xəstə" dedi...

25.12.2024 | 19:38
Təyyarə qəzasında 38 nəfər ölüb, 29 nəfər yaralanıb...

25.12.2024 | 19:33
Hansı müəllimlər güzəştli kartlar ala biləcək?...

25.12.2024 | 19:18
Makron Fransanı "dinozavr iyinə bürüdü" - 5-ci respublika dağılır...

25.12.2024 | 19:04
Uşaq hüquqları ilə bağlı yeni norma - Nazirlər Kabinetinə vaxt verildi...

25.12.2024 | 18:50
Sellofan torba kampaniyasında udan supermarketlər oldu - bəzi nazirliklər isə lobbiçilik etdi...

25.12.2024 | 18:36
Azad rayonlarda idman obyektlərinə qarşı çıxanlar var...

25.12.2024 | 18:22
İranın gizli şəkildə "Suriyaya qayıtmaq planı" - yeni islam birliyi?..

25.12.2024 | 18:08
Polisin bu addımı da kütləvi şəkildə dəstəkləndi...

25.12.2024 | 17:55
Nazirliklərin "hesabat verməsi" ləğv edildi - yeni qayda necə olacaq?

25.12.2024 | 17:41
Faşizm üzərində qələbə vaxtı Şimali Koreya var idi? - Moskvanın 80 illik qərarına ciddi iradlar var...

25.12.2024 | 17:35
Mətbuat Şurasından təyyarə qəzası ilə bağlı media orqanlarına çağırış …

25.12.2024 | 17:30
Rusiya diplomatlarını təyyarə qəzası ilə bağlı Aktauya göndərdi

25.12.2024 | 17:28
“Biz bütün bunları Azərbaycanda heç vaxt görməyəcəyik”...

25.12.2024 | 17:15
Xarici dezinformasiyalarla mübarizədə süni zəkadan geniş istifadə başlayıb

25.12.2024 | 17:03
Yeni Suriya rəhbərliyi beynəlxalq məhkəmələrdə İrana qarşı iddia qaldırmağa hazırlaşır - 300 milyard dollar təzminat istəyirlər...

25.12.2024 | 16:54
"Azərbaycan Hava Yollarının təyyarəsinin dəhşətli qəzası məni çox kədərləndirdi" - İsrail Prezidenti

25.12.2024 | 16:26
Prezident İlham Əliyev təyyarə qəzasının səbəbləri barədə: "Məsələ tam araşdırılmalıdır"

25.12.2024 | 16:23
Rusiya Müdafiə Nazirliyindən şok iddia – ABŞ Afrikanı bioloji müharibə meydanına çevirir...

25.12.2024 | 16:21
"Komissiya qəzanın səbəblərini və bütün təfərrüatlarını araşdırıb həm mənə, həm də Azərbaycan ictimaiyyətinə məlumat verməlidir" - Prezident

25.12.2024 | 16:10
İran Azərbaycana başsağlığı verdi

25.12.2024 | 16:05
Zelenski ilə Slovakiya baş naziri arasında “söz atışması” – Kiyev bizə dondurulmuş Rusiya aktivlərindən 500 milyon təklif etdi...

25.12.2024 | 15:51
Ərdoğan Prezident İlham Əliyevə zəng edib

25.12.2024 | 15:51
Təyyarə qəzası ilə bağlı yaradılan dövlət komissiyasının üzvləri hadisə yerində...

25.12.2024 | 15:33
Dekabrın 26-da Azərbaycanda matəm elan edildi

25.12.2024 | 15:30
Putin AZAL-ın təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı başsağlığı verib

25.12.2024 | 15:23
"AZAL-a məxsus təyyarinin qəzaya uğraması ilə bağlı dərin kədər hissi keçiririk" - Moldova Prezidenti

25.12.2024 | 15:18
Sahibə Qafarova təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verdi

25.12.2024 | 15:10
Təyyarə qəzasının səbəblərinin araşdırılması üçün dövlət komissiyası yaradıldı - Prezident sərəncam imzaladı

25.12.2024 | 14:53
XİN AZAL-ın təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı məlumat yaydı

25.12.2024 | 14:46
Dünya liderləri təyyarə qəzası ilə əlaqədar Azərbaycana başsağlığı veriblər

25.12.2024 | 14:46
32 nəfər təyyarə qəzasından sağ çıxıb - Baş Prokurorluq açıqladı...

25.12.2024 | 14:43
Prezident İlham Əliyev təyyarə qəzası ilə bağlı müşavirə keçirdi - FOTO/YENİLƏNDİ

25.12.2024 | 14:36
Bakıdan Aktauya xüsusi həkim heyəti və lazımi tibbi avadanlıqlar göndərildi

25.12.2024 | 14:30
Ərdoğan təyyarə qəzası ilə bağlı başsağlığı verdi

25.12.2024 | 14:23
Prezident İlham Əliyevin olduğu təyyarə Heydər Əliyev Beynəlxalq hava limanına eniş etdi

25.12.2024 | 14:23
"AZAL-ın təyyarəsinin qəza enişi etməsi ilə əlaqədar cinayət işi açılıb" - Baş Prokurorluq

25.12.2024 | 14:06
MEDİA Agentliyi təyyarə qəzası ilə bağlı jurnalistlərə çağırış etdi

25.12.2024 | 13:59
Bakıda narkotik satışı təşkil edən ata və iki övladı saxlandı - FOTO

25.12.2024 | 13:43
Qazaxıstan da təyyarə qəzası ilə bağlı araşdırmalara başladı

25.12.2024 | 13:42
Paşinyan onları debata çağırdı, onlar da Paşinyanın bəyanatlarını "dəlilik" adlandırıb rədd cavabı verdilər...

25.12.2024 | 13:36
"Azərbaycanlı və qazax qardaşlarımıza hər cür dəstəyi verməyə hazırıq" - Türkiyə XİN

25.12.2024 | 13:35
Dekabrın 11- də Yerevandan Bakıya uçmuş təyyarədə nə olub?- həm də bu ilk deyilmiş....

25.12.2024 | 13:33
"Təyyarə qəzası ilə bağlı hər cür yardımı göstərməyə hazırıq" - İsrail səfiri

25.12.2024 | 13:23
ABŞ səfirliyindən təyyarə qəzası ilə bağlı paylaşım - kömək etməyə hazırıq...

25.12.2024 | 13:20
Sərnişin təyyarəsinin qəzaya uğraması faktı ilə bağlı cinayət işi başlandı

25.12.2024 | 13:17
Tokayev tapşırıq verdi - Qazaxıstanda təyyarə qəzası ilə bağlı komissiya yaradıldı

25.12.2024 | 13:15
Prezident İlham Əliyev Vladimir Putinə zəng edib

25.12.2024 | 13:06
AZAL-dan təyyarə qəzası ilə bağlı yeni açıqlama - 62 sərnişin...

25.12.2024 | 13:02
AZAL-ın Bakı-Qroznı reysində olan sərnişinlərin siyahısı açıqlandı

25.12.2024 | 12:55
Prezidentin tapşırığına uyğun olaraq, təyyarə qəzasının səbəblərinin araşdırılması üçün dövlət komissiyası yaradıldı

25.12.2024 | 12:52
Prezident İlham Əliyev Aktaudakı təyyarə qəzası ilə bağlı Bakıya geri döndü

25.12.2024 | 12:48
Prezident İlham Əliyev Aktaudakı təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verdi - FOTO

25.12.2024 | 12:44
Aktauda təyyarə qəzasında 25 nəfərin sağ qaldığı açıqlandı

25.12.2024 | 12:31
Prezidentin tapşırığı ilə dövlət orqanlarının nümayəndələri Qazaxıstana yola düşüblər

25.12.2024 | 12:22
Qəzaya uğrayan təyyarədə 37 Azərbaycan vətəndaşı olub...

25.12.2024 | 12:10
Mehriban Əliyeva Aktaudakı təyyarə qəzasında həlak olanların doğmalarına və yaxınlarına başsağlığı verdi - FOTO

25.12.2024 | 12:00
“Müsəlman Səkkizliyi”nə üzv olduq - bu təşkilatdan qazancımız nə olacaq?

25.12.2024 | 11:25
Bakı-Qroznı reysi ilə uçan təyyarə qəzaya uğradı - FOTO/VİDEO/YENİLƏNDİ

25.12.2024 | 11:20
İnsult xəstəliyi üzrə tibbi xidmətlər təkmilləşdirilir

25.12.2024 | 11:16
Dövlət Komitəsinin sədri Sumqayıtda vətəndaşları dinləyəcək

25.12.2024 | 11:10
Şəkidə avtomat gizlədən keçmiş məhkum yaxalandı

25.12.2024 | 11:05
Türkiyədə ƏMƏLİYYAT - İŞİD-ə bağlı 182 nəfər saxlanıldı

25.12.2024 | 11:00
Vladiqafqazda güclü partlayış - ölən və yaralananlar var

25.12.2024 | 10:30
Bu gün Cəhridə işıq olmayacaq -XƏBƏRDARLIQ

25.12.2024 | 10:20
Bələdiyyə seçkiləri ilə əlaqədar səsvermə protokolları hazırlanacaq

25.12.2024 | 10:10
"35 yaşımda artıq məcburi köçkünlük həyatı sona çatır” - Cəbrayıl sakini

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031