KÖHNƏ VERSİYA            

Qərb dünən Suriyada terrorçu saydığı qüvvələrlə əməkdaşlığa başladı...

Image

Suriya hökumətinin dramatik şəkildə süqutundan sonra bir sıra Qərb hökumətləri keçmişdə terrorçu olaraq elan etdikləri şəxslərlə işləməyə hazır olduqlarına artıq eyham vururlar. Söhbət Suriyada hakimiyyəti ələ keçirən şəxslərdən gedir. 

Avropanın üç əsas paytaxtında Suriyada Əsəd rejiminin devrilməsinin əsas aktorlarından birinə çevrilmiş, daha əvvəl isə “qara siyahı”ya salınmış islamçı yaraqlı qrup olan “Heyət Təhrir əl-Şam”la bağlı mövqelərinə yenidən baxma ehtimalını indi istisna etmirlər.

Terrorçu kimi tanınan Suriya qruplarına münasibətdə mümkün dəyişikliklə bağlı söhbətlər ABŞ prezidenti Co Baydenin şərhindən sonra gedir. Ağ Ev rəhbəri qeyd edib ki, “Heyət Təhrir əl-Şam” "Əl-Qaidə" ilə əvvəlki əlaqələrindən uzaqlaşmağa çalışdığı üçün Vaşinqtonun bu qruplaşmaya münasibətdə ritorikası dəyişib: “Onlar böyük məsuliyyət götürdükləri üçün biz təkcə onların sözlərini deyil, həm də əməllərini qiymətləndirəcəyik”. Bununla belə, yeni seçilmiş prezident Donald Trampın administrasiyası dövründə Suriyaya münasibətin necə olacağı hələ bilinmir. Şərqi və Cənubi Asiya üzrə ekspert Fatimə Ayub isə qeyd edir: “Sudan məsələsində gördüyümüz kimi, İsraillə münasibətlərin normallaşması müqabilində sanksiyaların yumşaldılması baş verdi. Suriyada da bu ola bilər. Lakin  üfüqdə çoxlu böyük suallar var və mən hətta əmin deyiləm ki, “Heyət Təhrir əl-Şam”ın indiki mərhələdə mütləq cavabları var”. Aydındır ki, prezident Bəşər Əsədin devrilməsindən sonra qrupun Suriyada aparıcı oyunçu kimi mövqeyi Qərb hökumətlərini dilemma qarşısında qoyur. Fransanın xarici işlər naziri vəzifəsini icra edən Jan-Noel Baro “France Info” radiostansiyası ilə söhbətində bildirib ki, “Həyət Təhrir əş-Şam” “islamçı hərəkatdır” və ekstremizmdən, islamçılıqdan xilas olmaq üçün səmimi istəyini nümayiş etdirməlidir. Fransa diplomatiyasının rəhbəri vəzifəsini icra edən şəxs eyni zamanda əlavə edib ki, Paris səfiri yaxın günlərdə Dəməşqə gedəcək. Almaniya da eyni qeyri-müəyyən mövqedədir. Xarici İşlər Nazirliyinin sözçüsü Sebastian Fişer bildirib ki, “Heyət Təhrir əş-Şam”ın keçmişindən uzaqlaşdığı addımlar qrupun mülki şəxslərə, etnik və dini azlıqlara münasibətinə görə qiymətləndiriləcək. Britaniya hökumətinin nümayəndəsi Pat Makfadden də bəyan edib ki, “Həyat Təhrir əl-Şam”ın hökumətin yaratdığı terror təşkilatları siyahısından çıxarılması üçün “tez qərar” qəbul etmək lazımdır. O vaxta qədər “Həyat Təhrir əş-Şam”ın Suriyada hansı rolu oynayacağı hələ də bəlli deyil. Beynəlxalq Böhran Qrupunun baş məsləhətçisi Darin Xəlifə bunlar fonunda bildirir: “Düşünürəm ki, Qərb yerlərdə yeni reallıqla məşğul olmalıdır. Onlar “Heyət Təhrir əl-Şam” üçün aydın meyarlar qoymalıdırlar və əgər onlar yerinə yetirilərsə, sanksiyalara yenidən baxıla bilərlər ki, bu da yalnız Suriyada sülh və təhlükəsizliyə kömək olacaq”. Bu cür yanaşma “Taliban”ın idarə etdiyi Əfqanıstana yanaşmadan fərqli olardı. Qərb hökumətləri ekstremist qrupun geniş yayılmış insan haqlarını pozmasını və qadınlara qarşı sərt məhdudiyyətləri pisləyərək “Taliban”la bağlı sərt siyasət yürüdür. Amma Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan “Heyət Təhrir əl-Şam”la bağlı fərqli mövqe sərgiləyir: “Biz Suriyadakı bütün qruplarla işləyəcəyik. Baydenin də dediyi kimi, Suriyadakı müxtəlif qruplar, o cümlədən terrorçu kimi tanınan qruplar əslində bütün doğru sözləri deyiblər. İndi sual ondan ibarətdir ki, onlar daha yaxşı bir Suriya yaratmaq üçün nə edəcəklər”. Sallivan Bəşər Əsədin getməsini yaxşı hadisə adlandırıb və rejimin devrilməsinin irəlidə nələrin olacağı ilə bağlı risq və qeyri-müəyyənlik yaratdığını əlavə edib: “Suriyada daha yaxşı rejimin qurulması ilə bağlı imkanlar var, lakin ABŞ-da terrorçular, cihadçılar və digər insanların bundan istifadə edə biləcəyinə dair narahatlıq mövcuddur. Biz Suriyada sabit, inklüziv və demokratik gələcək istəyən hər kəslə işləməyə hazırıq”.

Qeyd edək ki “Heyət Təhrir əl-Şam”a Əbu Məhəmməd əl-Covlani   rəhbərlik edir. O,  uzun illər silahlıların lideri olsa da, az tanınıb. Ancaq 42 yaşlı bu adam Suriya prezidenti Bəşər Əsədi devirən ağlasığmaz hücuma başçılıq edincə, birdən-birə məşhurlaşıb.  “Radio Free Europe”in eksperti Kian Şərifi yazır ki, o, dekabrın 8-də suriyalılara telemüraciəti zamanı “Dəməşqin fəthi”ni elan edərkən, ləqəbi əvəzinə gerçək adından - Əhməd əl-Şaraadən yararlanıb. Qərbin terrorçu təşkilat kimi tanıdığı “Heyət Təhrir əl-Şam”ın lideri Əbu Məhəmməd əl-Covlani öz imicini çoxdan dəyişmək istəyir. O, “əl-Qaidə” ilə əlaqələrini kəsib, özünü tolerant və praqmatik lider kimi qələmə verir. İndi bu dəyişiklik çağırışla üzləşəcək. Başına 10 milyon dollar mükafat qoyulan Əl-Covlani və “Heyət Təhrir əl-Şam” Əsədsonrası Suriyada önəmli rol oynamağa çalışır. Sünni müsəlmanlardan oluşan qruplaşmanın bir çox üzvü qatı radikal sələfi hərəkatının davamçılarıdır. Onlar Suriyada şəriət qanunlarıyla yönəldiləcək dövlət qurmaq istəyirlər. “Heyət Təhrir əl-Şam”Avropa və Mərkəzi Asiyadan gələn silahlılardan ibarət xırda döyüşçü qruplaşmalarıyla birləşir. Vaşınqton İnstitutunun baş elmi işçisi Aaron Zelin “Heyət Təhrir əl-Şam”üzvlərini "siyasi cihadçılar" adlandırıb: “Covlani və “Heyət Təhrir əl-Şam” siyasətdə daha praqmatikdilər. Onlar “əl-Qaidə” və İŞİD kimi tanıdığımız qlobal cihadçılar və ənənəvi siyasi cihadçılar arasında yer tuturlar”. Covlani İsrailin işğal etdiyi Colan təpələrindən qaçıb Səudiyyə Ərəbistanına sığınan suriyalı bir ailədə, 1982-ci ildə doğulub. Döyüş fəaliyyətinin ilk illəri barədə bilgi yoxdur. İddia edilir ki, o, ABŞ-nin 2003-cü ildə İraqa müdaxiləsindən sonra “əl-Qaidə”nin bu ölkədəki qoluna qoşulub. 2012-ci ildə o, “Cəbhət ən-Nüsrə” adı ilə “əl-Qaidə”nin Suriyadakı qolunu yaradıb. Adını bir neçə dəfə dəyişən döyüşçülər “əl-Qaidə”dən uzaqlaşmağa çalışıblar. Qruplaşma 2017-ci ildə Suriyanın şimal-qərbindəki müxalif qruplarla birləşərək “Heyət Təhrir əl-Şam”ıi yaradıb. Bir vaxtlar türban və uzun saqqalla gəzən Covlani hərbi uniforma da geyinib. Amma zaman keçdikcə döyüşçülərin liderlərinə xas əlamətlərdən imtina etməyə qərar verib. Covlani pencək geyinməyə başlayıb, üzünü qırxıb və Qərb mediasına müsahibələr verib. İranın silahlı proksiləri üzrə ekspert Fillip Smit qeyd edir: “Heyət Təhrir əl-Şam”ın lideri hiyləgərdir. O, özünün və təşkilatının hakimiyyətə yiyələnməsinə və mövqelərini möhkəmləndirməsinə can atır”. İmicinə və özünü mülayim və praqmatik göstərmək səylərinə baxmayaraq, Covlaniylə qruplaşmasının hələ də insan haqlarının pozulması və terrorçu təşkilatlarla əlaqələrinin olması məsələləri narahatlıq doğurur. ABŞ Dövlət Departamentinin 2013-cü ildəki bəyanatında “Cəbhət ən-Nüsrə”nın kamikadze hücumlarına istinad edilərkən, Covlani terrorçu kimi qeyd edilib. O da bildirilib ki, qruplaşmanın zordan istifadəsi suriyalıların istəkləriylə uzlaşmır: “Əsəddən sonra Suriyada ekstremizm və terrorçu ideologiyalara yer olmamalıdır”. 2017-ci ildə ABŞ-nin Suriyadakı səfirliyi X sosial şəbəkəsindəki paylaşımında rəsmi Vaşınqton “əl-Qaidə”nin yüksəkvəzifəli şəxslərini, o sıradan Covlanini ədalətə cəlb etməyə sadiq olduğunu vurğulayıb.

Samirə SƏFƏROVA







VİDEO

Paşinyanın debat çağırışına Ter-Levondan cavab - “2019-cu ilin iyun olaylarını aç”... - VİDEO

Aydın Quliyev: "Qroznıda təyyarə cinayətinin arxasında konkret şəxslər var..." - VİDEO

Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir... - VİDEO

Dünyanın "strateji idarəedicisi" İlham Əliyevlə görüş istəyini reallaşdırdı...

Hərbi cinayətdə ittiham olunan ermənilərin ziyan vurduğu 531 min azərbaycanlı kimlərdir...

Abdolbari Gözəlin sərvəti kim(lər)ə qalacaq?...

SON XƏBƏRLƏR

23.01.2025 | 21:22
Saxta erməni tarixinin izlərini qədim Babilistan yazılarına aparıb çıxardılar...

23.01.2025 | 21:07
Baydenlə Blinkenin “907-ci nankorluğu” ABŞ xristianlarının diqqətində...

23.01.2025 | 20:52
Paşinyan Bakıda məhkəməsi gedən erməniləri şok fikirlərlə müdafiə etdi...

23.01.2025 | 20:39
"Zəngəzur dəhlizi ABŞ-a verilir" - iddia...

23.01.2025 | 20:25
Qərbi azərbaycanlı şəhidlər Xocalı soyqırımından sonra cəbhəyə könüllü getdi - Hicran Zülfiyev...

23.01.2025 | 20:11
Baydenin Trampla Bakının arasına buraxdığı daha bir problem - USAİD...

23.01.2025 | 20:07
Leyla Əliyeva Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - FOTO

23.01.2025 | 19:58
SOCAR-ın xarici aeroportda sərmayə qərarı nə qədər qazanclı olacaq...

23.01.2025 | 19:44
Misilsiz layihə - 3 ölkənin qaz və elektrik sistemləri birləşdirilir, Azərbaycan açar mövqedədir...

23.01.2025 | 19:30
Tramp Rusiyaya qarşı planlarının bəzi maddələrini açıqladı...

23.01.2025 | 19:17
Azərbaycanın "Yaşıl dəhliz" strategiyası işləməyə başladı...

23.01.2025 | 19:11
“Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsi”nə dəyişiklik edildi

23.01.2025 | 19:10
Prezident bəzi fərmanlarda dəyişiklik etdi

23.01.2025 | 19:07
Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti ƏDV-dən azad edildi

23.01.2025 | 19:05
Prezident Kənd Təsərrüfatı Nazirliyi Aparatının işçilərinin say həddinin artırılması ilə bağlı sərəncam imzaladı

23.01.2025 | 18:55
Avropa Şurasında Azərbaycana qarşı növbəti düşmənçilik edildi...

23.01.2025 | 18:41
Azad rayonlarda enerji istehsalı regionların inkişafında mühüm mərhələdir...

23.01.2025 | 18:28
Kreml rəsmiləri Trampla görüş üçün əldən-ayaqdan gedir - Trampdan hələ uyğun cavab yoxdur...

23.01.2025 | 18:23
İrana casusluq edən gəmi kapitanının cəzası dəyişmədi - 16 il...

23.01.2025 | 18:14
Azərbaycanın xarici ticarətində narahatlıq yaradan göstərici - üç dəfə azalıb...

23.01.2025 | 17:58
Məhkəmə Köçəryanla Sarkisyanın Bakıya gətirilməsini tələb edə bilər...

23.01.2025 | 17:45
Britaniya Qroznıda vurulmuş təyyarəmizlə bağlı narahatdır... Niyə?

23.01.2025 | 17:32
Bakıda 5-ci sinif rus bölməsində qalmaqal...

23.01.2025 | 17:26
Azərbaycan-Gürcüstan əlaqələri qarşılıqlı hörmət və etimada əsaslanır

23.01.2025 | 17:20
Azərbaycan sahibkarları növbəti 1 il də rahat "nəfəs alacaqlar"...

23.01.2025 | 17:15
Narkotiklərin satışında ittiham edilən tiktokerə 5 il 1 ay iş verildi

23.01.2025 | 17:08
Trampdan daha bir radikal qərar - ABŞ qoşunları Avropadan çıxarılır...

23.01.2025 | 16:55
Sosial şəbəkələrdə tanınmış şəxslərə qarşı kiberdələduzluq edənlər yaxalandı

23.01.2025 | 16:43
Qərbi Azərbaycan İcması Ermənistan hökumətinin irqçi siyasətini sərt şəkildə qınadı

23.01.2025 | 16:36
Ceyhun Bayramov Cahit Bağcını qəbul etdi

23.01.2025 | 16:26
Zelenski 2022-də İstanbul razılaşmalarının niyə pozulduğunu açıqladı - Ukraynada biri mənə Putindən ultimatum gətirdi…

23.01.2025 | 16:15
Qəhrəmanlıq zirvəsinə ucalanlar

23.01.2025 | 16:08
Trampdan Putinə təhdid kimi xəbərdarlıq - müharibəni dayandırın, yoxsa... mənim başqa yolum qalmayacaq

23.01.2025 | 15:58
MOK Makronun saxta medalları ilə bağlı Beynəlxalq Olimpiya Komitəsinə müraciət etdi

23.01.2025 | 15:24
Polis Nəsimidə əməliyyat keçirdi, 16 kiloqram narkotik tutuldu

23.01.2025 | 15:16
Cinayətkarlıqla mübarizə üzrə Koordinasiya Şurasının sədri dəyişdirildi

23.01.2025 | 14:55
"Ukraynanın məğlub olması NATO-ya trilyonlarla dollara başa gələcək" - Baş katib

23.01.2025 | 14:30
Gəncədə 10-dan çox avtomobili soyan şəxslər yaxalandı...

23.01.2025 | 13:57
Suraxanıda mağazadan oğurluq edən şəxs saxlandı

23.01.2025 | 13:42
Paris prokurorluğu Fransa daxili işlər nazirini səriştəsizlikdə günahlandırdı...

23.01.2025 | 13:28
Tehrandakı səfirliyimizə hücumda şəhid olan Orxan Əsgərovun atası - "Biz o terrorçunun edamını istəyirik"

23.01.2025 | 13:14
Личный враг Путина на инаугурации Трампа. Почему? - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

23.01.2025 | 13:06
Xaçmazda dələduzluq edənlər yaxalandı

23.01.2025 | 12:43
Prezident İlham Əliyev Ərdoğana zəng edib

23.01.2025 | 12:15
Bölgədə sülh və təhlükəsizlik Ermənistan üzərindən təhdid edilir

23.01.2025 | 12:05
Deputatlar Qarabağ yolçusudur - azad edilmiş ərazilərdə görülən işlərlə tanış olacaqlar

23.01.2025 | 12:00
Tovuzda ustanı elektrik cərəyanı vurub

23.01.2025 | 11:30
“Fənərbağça” “Lion”a, “Mançester Yunayted” “Reyncers”ə qarşı

23.01.2025 | 11:20
“Azərbaycan milli mətbuatının 150 illiyi” yubiley medalı təsis ediləcək

23.01.2025 | 11:18
Tanınmış jurnalist vəfat edib

23.01.2025 | 11:15
ABŞ-da ATIŞMA - 4 polis yaralanıb

23.01.2025 | 11:05
Miqrantlara bəd xəbər - Tramp deportasiya üçün bu Nazirliyə səlahiyyət verdi

23.01.2025 | 11:03
Ermənistan Trampa gərək olacaqmı? - CANLI

23.01.2025 | 11:00
İrandan Azərbaycana 80 kq narkotikin keçirilməsinin qarşısı alınıb

23.01.2025 | 10:30
Naxçıvanda bu idarəyə yeni rəis təyin olunub

23.01.2025 | 10:20
Bələdiyyə seçkiləri ilə əlaqədar veb-kameralara texniki nəzarət mərkəzinə baxış keçirilib

23.01.2025 | 10:14
Bakıda "Tofaş" yolu keçən qadını vurub öldürdü

23.01.2025 | 10:05
"Qarabağ" bu gün Avroliqada növbəti oyununa çıxır

23.01.2025 | 10:00
Tramp durmaq bilmir - indi də "Husilər"i terror təşkilatı elan etdi

23.01.2025 | 09:25
Avropa ərzağı Bisfenol A maddəsində saxlamağı qadağan etdi - bilirsiz bu nədir?..

23.01.2025 | 09:20
Qəzzada dağıntılar altından daha 212 nəfərin cəsədi çıxarılıb

23.01.2025 | 09:10
Bir ildə 83 milyona yaxın tibbi xidmət göstərilib - TƏBİB

23.01.2025 | 09:05
Tramp öz şəxsi mühafizə rəhbərini Məxfi Xidmətə direktor təyin edib

23.01.2025 | 09:00
Tehranda Azərbaycan və İran arasında Anlaşma Memorandumu imzalanıb

23.01.2025 | 08:39
Həcc ziyarəti azərbaycanlılar üçün buna görə bahalaşır - QMİ-nin inhisarı...

22.01.2025 | 23:27
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında İsveçrə səfərilə bağlı videoçarx paylaşılıb - VİDEO

22.01.2025 | 22:55
Azərbaycan Dünyanın Mənəviyyat Mərkəzidir - İlin 22-ci gününə sözardı

22.01.2025 | 21:27
Tramp İranla iş görən ölkələri hədələdi - İranla münasibətlərimiz necə olacaq...

22.01.2025 | 21:15
Məktəblərdə 5 gün dərs olmayacaq

22.01.2025 | 21:14
Suriya üsyançıları Putinlə Tartus sazişini ləğv etdilər...

22.01.2025 | 20:59
Tramp 1-ci dönəmdə Azərbaycanın enerji siyasətinə necə dəstək verib - yaxın tarixin gerçəyi...

22.01.2025 | 20:44
Tramp Azərbaycanla bağlı nə edəcək - "Yol xəritəsi" hazırdır...

22.01.2025 | 20:30
Bakıda məhkəməsi gedən ermənilərin "ev dustaqlığına" çıxmaq planlarının məqsədi...

22.01.2025 | 20:15
Dünyanın "strateji idarəedicisi" İlham Əliyevlə görüş istəyini reallaşdırdı...

22.01.2025 | 20:02
Hərbi cinayətdə ittiham olunan ermənilərin ziyan vurduğu 531 min azərbaycanlı kimlərdir...

22.01.2025 | 19:53
Əli Əsədov fəaliyyət müddəti başa çatan Cahit Bağçını qəbul etdi

22.01.2025 | 19:45
Tramp Makronun axırına çıxacaq - Avropa liderləri qorxuya düşüb...

22.01.2025 | 19:32
Naxçıvanda 640 baş donuz yoxa çıxıb...

22.01.2025 | 19:18
Tramp ABŞ-Ermənistan strateji sazişini ləğv edə bilər...

22.01.2025 | 19:05
Bakıda xəstənin ölümünə görə plastik cərrah həbs edildi…

XƏBƏR ARXİVİ

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031