Britaniyada quş qripi ŞOKU - 5 milyon doza peyvənd alındı
Böyük Britaniya hökuməti quş qripi ilə bağlı potensial pandemiyaya qarşı mübarizə üçün 5 milyon dozadan çox quş qripi peyvəndi alıb.
Bu barədə Britaniyanın Səhiyyə Təhlükəsizliyi Agentliyi məlumat yayıb. Bildirilib ki, bu addım virusun quşlar arasında yayılmasının artması fonunda atılıb. Hazırda virusun insandan insana ötürülməsinə dair heç bir sübut yoxdur və peyvənd yalnız virus insanlar arasında yayıldığı təqdirdə istifadə üçün nəzərdə tutulub.
Mətləb Salahov