KÖHNƏ VERSİYA            

İran Azərbaycanın tibb və doktorantura diplomlarını etibarsız saydı - rəsmi cavab veriləcəkmi?

Image

Kamran Əsədov: “İranın qərarı təkcə akademik deyil, həm də siyasi kontekstdə dəyərləndirilməlidir”

İran Azərbaycan Respublikası universitetlərinin doktorantura və tibb elmləri üzrə ixtisasların diplomlarının etibarsız olduğunu elan edib. Bu barədə İran Elm və Səhiyyə nazirlikləri məlumat yayıb. 

Bunun Azərbaycan Respublikası universitetlərinin dünya reytinq siyahısında yüksək yer tutmadığı ilə əlaqəli olduğu bildirilib.

“İranın diplomları tanımamaq qərarının əsaslandırılması yalnız reytinq göstəriciləri ilə izah olunmamalıdır”

Iranın iddiaları barədə fikir bildirən təhsil eksperti Kamran Əsədov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, İranın Elm və Səhiyyə Nazirliklərinin Azərbaycan Respublikasının universitetlərinin doktorantura və tibb ixtisasları üzrə diplomlarını tanımadığı barədə qərarı bu universitetlərin dünya reytinqlərində aşağı mövqelərdə olması ilə əlaqələndirilir. Bu qərar həm akademik, həm də diplomatik baxımdan ciddi nəticələr doğurur və təhsil sahəsində ölkəmizin mövqeyini yenidən nəzərdən keçirməyi zəruri edir: “Azərbaycan universitetlərinin beynəlxalq reytinqlərdə mövqeyi son illərdə müəyyən irəliləyişlər göstərsə də, ümumi mənzərə arzuolunan deyil. QS Dünya Universitetləri Reytinqində Bakı Dövlət Universiteti 941-950-ci, Azərbaycan Dövlət İqtisad Universiteti isə 1081-1100-cü yerlərdə qərarlaşıb. Digər universitetlər – Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Xəzər Universiteti isə 1351-1501+ kateqoriyasına daxil edilib. Times Higher Education reytinqində Bakı Dövlət Universiteti dünyanın TOP-250 universitetləri sırasında göstərilsə də, digər Azərbaycan universitetləri bu siyahılarda kifayət qədər önəmli mövqelərə sahib deyillər. Bu nəticələr göstərir ki, Azərbaycan ali təhsil müəssisələri beynəlxalq standartlarla rəqabət aparmaq üçün əlavə səylərə ehtiyac duyur. İranın diplomları tanımamaq qərarının əsaslandırılması yalnız reytinq göstəriciləri ilə izah olunmamalıdır”. 

Ekspertin sözlərinə görə, diplomların tanınması təhsil proqramlarının keyfiyyəti, məzunların praktik bacarıqları, tədris metodologiyası və beynəlxalq akkreditasiya kimi daha geniş amillərə əsaslanır: “Azərbaycanın bir çox universitetində tədris proqramları müasir tələblərə uyğunlaşdırılsa da, bu proqramların beynəlxalq akkreditasiya qurumları tərəfindən təsdiq olunmaması, bəzi sahələrdə tətbiqi biliklərin məhdud olması və tədqiqat fəaliyyətlərinin zəifliyi kimi problemlər mövcuddur. Xüsusilə tibb təhsili sahəsində beynəlxalq standartların tətbiqi daha vacibdir, çünki bu sahədə məzunların peşəkar hazırlıq səviyyəsi insan sağlamlığı ilə birbaşa əlaqəlidir.  Bununla yanaşı, İranın qərarı təkcə akademik deyil, həm də siyasi kontekstdə dəyərləndirilməlidir. Azərbaycanla İran arasındakı siyasi münasibətlərdəki gərginlik və müxtəlif sahələrdə olan fikir ayrılıqları bu qərarın əsas səbəblərindən biri ola bilər. İranın bu addımı, təhsil sahəsində Azərbaycana qarşı bir təzyiq vasitəsi kimi istifadə edilə bilər. Eyni zamanda, Azərbaycanın beynəlxalq təhsil əməkdaşlıqlarında daha fəal olması və Qərb standartlarına uyğunlaşması İran tərəfindən strateji bir narahatlıq kimi qəbul edilə bilər. Bu vəziyyəti düzəltmək üçün təhsildə ciddi islahatlar aparılmalıdır. İlk növbədə, Azərbaycan universitetlərinin beynəlxalq akkreditasiya proseslərindən keçməsi təmin edilməlidir. Akkreditasiya proqramlarının qəbulu təkcə beynəlxalq arenada tanınmanı təmin etmir, həm də tədris prosesinin keyfiyyətini artırmağa imkan yaradır. Universitetlərdə elmi tədqiqatların inkişafına daha çox diqqət yetirilməli, bunun üçün dövlət və özəl sektor tərəfindən geniş maliyyə dəstəyi ayrılmalıdır. Eyni zamanda, tibb təhsili sahəsində müasir laboratoriyalar, klinik baza və təcrübə proqramlarının təkmilləşdirilməsi ilə bağlı addımlar atılmalıdır. Azərbaycan universitetlərinin dünya reytinqində daha yüksək mövqelər əldə etməsi üçün təkcə daxili resurslarla kifayətlənmək olmaz. Beynəlxalq tərəfdaşlarla əməkdaşlıq genişləndirilməli, xarici mütəxəssislərin iştirakı ilə təhsil proqramları yenilənməlidir. Bununla yanaşı, universitetlərdə beynəlxalq tələbələrin və professorların cəlb olunması üçün əlverişli mühit yaradılmalıdır. Bu, yalnız təhsilin keyfiyyətini artırmaqla qalmayacaq, həm də universitetlərin qlobal rəqabət qabiliyyətini gücləndirəcək.  İranın bu qərarını yalnız bir problem kimi deyil, həm də təhsil sistemimizin zəifliklərini aradan qaldırmaq üçün bir fürsət kimi görmək lazımdır. Təhsil sisteminin inkişafı Azərbaycanın gələcəkdəki mövqeyini müəyyən edəcək ən vacib amillərdən biridir. Təhsilə qoyulan sərmayə yalnız milli iqtisadiyyatın və sosial həyatın inkişafına deyil, həm də ölkənin beynəlxalq nüfuzuna xidmət edəcək. Azərbaycanın ali təhsil sistemi qlobal standartlara uyğunlaşdırıldıqca, belə qərarlar həm əhəmiyyətsiz olacaq, həm də ölkəmiz beynəlxalq arenada daha güclü mövqe tutacaq”.

Günel CƏLİLOVA







VİDEO

Paşinyanın debat çağırışına Ter-Levondan cavab - “2019-cu ilin iyun olaylarını aç”... - VİDEO

Aydın Quliyev: "Qroznıda təyyarə cinayətinin arxasında konkret şəxslər var..." - VİDEO

Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir... - VİDEO

Aktauya düşmüş təyyarəni tam xilas etmək mümkün imiş - itirilmiş şok imkan...

Cənubi Qafqazda yeni gərginlik mərhələsi yaradılır - Azərbaycan xəbərdarlıq etdi...

Tramp Qərbdə siyasi-mənəvi böhrana qarşı - Azərbaycan Prezidentindən dəstək…

SON XƏBƏRLƏR

09.01.2025 | 12:05
"Bu itkiyə dözmək üçün səbr diləyirik" - Azərbaycan XİN Gürcüstana başsağlığı verib

09.01.2025 | 12:00
Paşinyan iclas keçirib - Ermənistanın Avropa İttifaqına üzvlüyü barədə

09.01.2025 | 11:30
Yanğında 5 uşaq öldü, Gürcüstanın bütün ərazilərində dövlət bayraqları endirildi

09.01.2025 | 11:15
Xaricdə təhsil alanlar üçün peşə tanınması üzrə növbəti imtahan keçiriləcək

09.01.2025 | 11:10
Kaliforniya qubernatoru istefa verməlidir! - Tramp qəzəblidir...

09.01.2025 | 11:05
Türkiyə ordusu Suriyada PKK-ya qarşı əməliyyat keçirəcək?

09.01.2025 | 11:00
Bakının 6 küçəsində skuter parklanma məntəqəsi yaradılıb

09.01.2025 | 10:54
Hollivudun bir hissəsi təxliyə edilir - meşə yanğınlarına görə...

09.01.2025 | 10:30
Nelson Mandelanın nəvəsi həbs edildi - avtomobil oğurladığı üçün...

09.01.2025 | 10:20
Britaniyadan qanunsuz miqrasiyaya ZƏRBƏ - bu şəxslər “qara siyahı”ya salınacaq

09.01.2025 | 10:10
"Qarabağ" yeni ildə ilk qarşılaşmasına çıxacaq

09.01.2025 | 10:05
Dəm qazı daha bir can aldı - bu dəfə Xırdalanda...

09.01.2025 | 10:00
Tramp Çini məyus etdi - "buna imkan verməyəcəm!"

09.01.2025 | 09:30
Əli Əkbər Əhmədianın Ermənistandadır - bu gün Paşinyanla görüşəcək

09.01.2025 | 09:23
Azərbaycanda elektrobus istehsalı başlanır...

09.01.2025 | 09:20
Naxçıvanın bu kəndində hərbi sursat aşkar edildi

09.01.2025 | 09:15
Kıvanç Tatlıtuğ yeni serialda - qazancı gizli saxlanılır...

09.01.2025 | 09:10
Pakistan mediası Azərbaycan Prezidentinin müsahibəsindən yazır

09.01.2025 | 09:05
"Barselona" Superkubokun finalında

09.01.2025 | 09:00
Kaliforniyada meşə yanğınları 5 nəfərərin həyatına son qoydu

09.01.2025 | 08:38
Kərə yağının idxalı və daxili istehsalı artır - qiymət də artsa, batdıq...

08.01.2025 | 22:10
"Ermənistan XİN rəhbərinin “Qərbi Azərbaycan İcması” ilə bağlı iddiaları tarixin saxtalaşdırılmasıdır" - Rəsmi Bakı

08.01.2025 | 21:43
AZAL Kazana bütün uçuşları dayandırdı

08.01.2025 | 21:22
1-ci Şah Abbas erməni Eçmiədzin kilsəsi üzərində “nə gəzir”...

08.01.2025 | 21:07
Aktauya düşmüş təyyarəni tam xilas etmək mümkün imiş - itirilmiş şok imkan...

08.01.2025 | 20:51
Paşinyan qəbul etməsə, Azərbaycan bu məsələni gündəlikdən çıxarmayacaq...

08.01.2025 | 20:51
Ərdoğan Prezident İlham Əliyevə zəng edib

08.01.2025 | 20:36
Naxçıvandan Türkiyəyə keçiddə mindən çox İran TIR-ı? - Yalana baxın...

08.01.2025 | 20:22
Azərbaycan tam hazırdır - Ermənistan yeni müharibəni qaçılmaz etdi...

08.01.2025 | 20:15
Leyla Əliyeva və Arzu Əliyevanın iştirakı ilə Bakıda yenilənmiş həyətlər istifadəyə verildi - FOTO

08.01.2025 | 20:08
Makronun aylarla hazırlaşdırdığı briqada Zelenskiyə ağır zərbə vurdu...

08.01.2025 | 19:53
Azərbaycanlıların Qərbi Azərbaycana qayıdışının çərçivəsi müəyyənləşdi...

08.01.2025 | 19:39
Trampın əsas hədəfi - Baydenin "Azərbaycan səhvlərini aradan qaldırmaq"...

08.01.2025 | 19:25
Makron Fransanın bütün siyasi elitasını Azərbaycanofob edib...

08.01.2025 | 19:12
Nazir Vilayət Eyvazov İsmayıllıda vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO/VİDEO

08.01.2025 | 19:04
Vətəndaş cəmiyyətinin düzgün təşkili Azərbaycanın daha böyük uğurlarını şərtləndirir...

08.01.2025 | 18:50
Makron COP29 vaxtı hətta bu namərdliyə də əl atdı...

08.01.2025 | 18:36
İran Azərbaycana qarşı radar quraşdırdı...

08.01.2025 | 18:23
Cənubi Qafqazda yeni gərginlik mərhələsi yaradılır - Azərbaycan xəbərdarlıq etdi...

08.01.2025 | 18:14
"Bu artıq ajiotaj deyil, ermənilər qorxuya düşüblər" - Yunus Oğuz

08.01.2025 | 18:09
Türkiyə-Ermənistan sərhədində faşist-terror təhlükəsi - Əliyevdən dəqiq eyham...

08.01.2025 | 18:05
Əməliyyat zamanı həkimə ad günü keçirdilər - "German Hospital"dakı hadisə ilə bağlı araşdırma başladı

08.01.2025 | 18:00
Deputat Əhliman Əmiraslanov Sabirabadda seçicilərini qəbul edib

08.01.2025 | 17:57
Ekoturizm paytaxtı 2025: Ərzurum qış macəralarına hazırlaşır

08.01.2025 | 17:55
Avrokomissiya prezidentinin COP29 vədinə xəyanəti açıldı...

08.01.2025 | 17:42
Tramp Qərbdə siyasi-mənəvi böhrana qarşı - Azərbaycan Prezidentindən dəstək…

08.01.2025 | 17:35
“Müstəqil, suveren Azərbaycanın uğurları yeni dünya nizamının formalaşmasına əhəmiyyətli töhfə olacaq” - Vüqar Rəhimzadə

08.01.2025 | 17:29
Azərbaycanın faşist dövlətlə qonşuluğu uzun çəkə bilməz - xəbərdarlıq...

08.01.2025 | 17:22
Ermənistan-Türkiyə sərhədində rus sərhədçilərin sayı azaldıla bilər

08.01.2025 | 17:17
Ərdəbilin mollası İran rejimini pis duruma saldı - konkret şərt qoyulub...

08.01.2025 | 17:06
Misir Prezidenti Prezident İlham Əliyevə başsağlığı verdi

08.01.2025 | 17:00
Tramp Ukrayna müharibəsini 24 saata bitirəcəyini demişdi, indi də altı ay deyir...

08.01.2025 | 16:27
Bələdiyyə seçkilərində neçə namizəd qeydə alınıb?..

08.01.2025 | 16:21
QAİ Mirzoyanı tutarlı arqumentlərlə "vurdu" - Ermənistan insanlıq əleyhinə cinayət törədir...

08.01.2025 | 16:04
"Fransa BTQ-ni ittiham etməkdənsə qanunsuz fəaliyyətlərini dayandırmalıdır" - Abbas Abbasov

08.01.2025 | 15:50
MM-in Təşəbbüs Qrupu beynəlxalq ictimaiyyətə çağırış etdi - Ermənistan bu hərəkətlərinin qarşısı alınmalıdır...

08.01.2025 | 15:37
İsrail Türkiyə ilə müharibəyə hazırlaşır? - Netanyahunun qurduğu komitənin hesabatı ortaya çıxdı...

08.01.2025 | 15:26
Fransa təşkilatı Bakı Təşəbbüs Qrupuna böhtan atdı - Qrupdan açıqlama gəldi...

08.01.2025 | 15:14
Milli Məclis xarici ölkə parlamentlərini Ermənistana təzyiq göstərməyə çağırdı

08.01.2025 | 15:03
Prezident İlham Əliyev İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibini qəbul etdi - FOTO/YENİLƏNDİ

08.01.2025 | 14:44
Paytaxtda oğurluq və dələduzluq edən şəxslər saxlandı

08.01.2025 | 14:25
Prezident İlham Əliyev Aİ-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib

08.01.2025 | 14:10
Qərbi Azərbaycan İcması Prezidentə təşəkkür etdi...

08.01.2025 | 13:44
Bakıda telefon oğurlayan 3 nəfər tutuldu

08.01.2025 | 13:30
Eritreyada saxlanan gəmilərdə heyət üzvlərindən 18-i Azərbaycan vətəndaşıdır

08.01.2025 | 13:19
Azərbaycan Respublikasının D-8-ə daxil edilməsi onun böyük dövlət olduğunun göstəricisidir

08.01.2025 | 13:12
Tuqay Rəhimli baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi təyin olundu

08.01.2025 | 13:03
Иранский мулла должен быть наказан! - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

08.01.2025 | 12:50
Qətərin Baş naziri və xarici işlər naziri Prezident İlham Əliyevə başsağlığı verdi

08.01.2025 | 12:47
Qətər Əmiri Prezident İlham Əliyevə başsağlığı verdi

08.01.2025 | 12:34
Xaçmaz sakini “Kalaşnikov”la tutuldu

08.01.2025 | 12:10
Bərdədə avtomat satmaq istəyən keçmiş məhkum yaxalandı

08.01.2025 | 12:00
"Buna yalnız axmaq adam cavab verə bilər” - Trampdan İran AÇIQLAMASI

08.01.2025 | 11:30
Sabah Naxçıvanın bu şəhərində işıq olmayacaq - XƏBƏRDARLIQ

08.01.2025 | 11:23
Küveytin Baş naziri Prezident İlham Əliyevə başsağlığı verdi

08.01.2025 | 11:20
Qadın cüdoçumuz "Böyük Dəbilqə" turnirinə qatılacaq

08.01.2025 | 11:15
Xaçmazda kitabxana binası yanıb

08.01.2025 | 11:10
Kubada DƏHŞƏT - silah anbarı partladı, 13 əsgər itkin düşdü

08.01.2025 | 11:10
Təyyarə qəzasında vəfat etmiş vətəndaşların kredit borcları silinib

08.01.2025 | 11:05
Ukrayna mediası İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsini geniş işıqlandırıb

XƏBƏR ARXİVİ

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031