"Bakıda Qərbi Azərbaycan mövzusunda beynəlxalq tədbir keçiriləcək" - Əhliman Əmiraslanov
Dekabrın 5-də Qərbi Azərbaycan mövzusunda beynəlxalq tədbir keçiriləcək. Trend xəbər verir ki, bunu Qərbi Azərbaycana təhlükəsiz və ləyaqətli qayıdış” mövzusunda dinləmədə Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.
O bildirib ki, tədbirdə 50-dən artıq ölkədən akademik, ictimai, siyasi xadimlər iştirak edəcəklər.
“Belə tədbirlərin keçirilməsi də Qərbi Azərbaycana qayıdışımızla bağlı uğurlu addım olacaq. Almaniya, Rusiyadan da çox tanınmış insanlar olacaq. Ağsaqqal Şurasının üzvləri burada iştirak edirlər. Biz də çalışacağıq ki, yeni yaranmış təşəbbüs qrupuna yeni insanlar daxil olsunlar”,- deyə o qeyd edib.