KÖHNƏ VERSİYA            

Rusiya-Ermənistan ticarəti müəmmalı şəkildə 16 milyard dollara çıxıb...

Image

Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi 6 dəfə artıb

Rusiya ilə Ermənistan arasında ciddi siyasi qalmaqal yaşanmaqdadır. Ermənistan KTMT-də fəaliyyətini dondurduğunu bəyan edib, bu təşkilatın heç bir tədbirinə qatılmır.

Digər tərəfdən də bu ilin avqust ayında Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) Sərhəd Qoşunları Ermənistanın Zvartnots Beynəlxalq Hava Limanından çıxarıldı. Bunun ardınca isə rus sərhədçiləri İran-Ermənistan sərhədinin sərhəd-keçid məntəqəsini erməni sərhədçilərinə təhvil verdilər. Hazırda rus sərhədçilərinin Ermənistan-İran və Ermənistan-Türkiyə sərhədindən də çıxarılması barədə danışıqlar gedir. Nikol Paşinyan bir sıra müsahibələrində rus qoşunlarının Gümrüdə yerləşən 102-ci bazasının da ləğv edilməsinin hədəflərindən biri olduğunu bəyan edib. Yəni faktiki olaraq Ermənistan zaman-zaman Rusiyadan uzaqlaşır. Amma buna baxmayaraq, bu iki ölkə arasında ticarət dövriyyəsi son üç ildə 6 dəfədən cox artıb. Rusiya-Ukrayna müharibəsindən əvvəlki ildə, yəni 2021-ci ildə Ermənistan və Rusiya arasında ticarət dövriyyəsi 2,6 milyard dollar olub. Lakin Rusiya bu ilin sonuna kimi Ermənistanla ticarət dövriyyəsinin rekord həcmə - 16 milyard dollara çatacağını gözləyir.

Bu barədə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin “İzvestiya” qəzetinə müsahibəsində bildirib.

“Konkret rəqəmlər haqqında danışsaq, artıq 2024-cü ilin birinci yarısında Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi 8,3 milyard dollar həddini keçərək, bütün ötən ilin göstəricilərini – 7,4 milyard dolları ötüb, 14-16 milyard dollardır”, - deyə o qeyd edib.

Səfir vurğulayıb ki, hazırda Ermənistanda birgə iqtisadi layihələrin həyata keçirilməsinə başlanılması istiqamətində iş aparılır. Onların Ermənistan sənayesinin inkişafına töhfə verəcəyi nəzərdə tutulur.

Müqayisə üçün bildirək ki, ötən il Ermənistanın ümumdaxili məhsulu (ÜDM) 24,21 milyard dollar, Azərbaycanda isə bu rəqəm 72,36 milyard dollar olmasına rəğmən, 2023-cü ildə Ermənistan ilə Rusiya arasinda ticarət dövriyyəsi 7,4 milyard, Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi isə 3,44 milyard dollar təşkil edib. 2024-cü ilin oktyabr ayına qədər Moskvanın Bakı ilə ticarət dövriyyəsi 3,94 milyarda, İravanla isə bu reqəm 14 milyard dollara çatıb.

Elə isə, aralarında bu qədər siyasi gərginlik olan Moskva ilə İrəvanın ticarət əlaqəsi nədən bu qədər yüksək templə artir? Özü də bu artım templəri Rusiyanın Ukraynaya hücumundan sonra 6 dəfədən çox artıb.

Əvvəlcə onu qeyd edək ki, Ermənistan Qərbdən və ərəb ölkələrindən, o cümlədən də Səudiyyə Ərəbistanından Rusiyaya vacib olan elektronika məhsulları - çıplər və digər növ diodlar idxal edir və sonradan onu Moskvaya ixrac edir. Hansı ki, bu məhsulların Rusiyaya ixrac edilməsi sanksiyalar  altındadır.

Digər tərəfdən, Rusiya Ermənistana çəkisi az, qiyməti çox olan məhsullar - qiymətli metallar və daşlar ixrac edir. Ermənistan isə bu məhsulları öz növbəsində ərəb ölkələrinə öz məhsulu kimi satır. Məsələn, son üç ildə Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliyi ilə ticarət dövriyyəsi 3 il ərzində orta hesabla dörd dəfə artaraq 10 milyard dolları keçib. Yəni Ermənistan həm Rusiyanın qiymətli metallarını satmaqla onu valyuta ilə, həm də hərbi texnika üçün elektronika materialları ilə təmin edir. Moskvaya valyuta və elektronika materialları lazımdir, İrəvana isə pul qazanmaq üçün ticarət...

Bununla yanası, Ermənistan iqtisadiyyatı hazırda əsasən rus biznes strukturlarının inhisarındadır. Ermənistan Rusiyadan siyasi cəhətdən uzaqlaşdıqca Moskva bu ölkəyə investisiya yatırımlarını artıraraq onu iqtisadi asılılıqda saxlamaq istəyir. Ermənistana isə bu investisiya hava-su kimi lazımdır, ona görə də siyasi hakimiyyət rus investisiyasından imtina edə bilmir.

Eyni zamanda, Qərb də Ermənistana investisiyalarını artırır ki, İrəvanın Moskvadan iqtisadi asılılığı azalsın. Paşinyan hakimiyyəti isə hələ ki, nə Qərb, nə də rus investisiyasından imtina etmək fikrindədir, bu da ölkədə, hələ ki, iqtisadi artımı stimullaşdırır. Bu durum Ermənistanda 2026-cı il seçkilərinə qədər davam edəcək. Paşinyan yenidən hakimiyyətdə qala bilsə, bu ehtimal çox böyükdür, bundan sonra Qərb ondan siyasi seçim etməyi mütləq istəyəcek. Ermənistanın ağir günləri məhz onda başlayacaq. Məhz ona görə beynəlxalq ekspertlər Ermənistanda ÜDM artımları tempinin 2026-cı ildən sonra kəskin azalacağını proqnozlaşdırır.

Akif NƏSİRLİ







VİDEO

Təyyarəmizi Qroznıda Rusiya vurub - təsdiqləndi... - VİDEO

Tramp 20 yanvarda bu inanılmaz fərmanları verəcək - dünya yeni dönəmə girir... - VİDEO

Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı... - VİDEO

“Zəngəzur” və “Qərbi Azərbaycan” sözləri danışıqlardan çıxarılsın - Avropa deputatı reallıq hissini itirdi...

Aktau təyyarə qəzasında çoxsaylı şübhəli məqamlar var - "quş dəstəsi" ən zəif varianta çevrilir...

ABŞ Ermənistana silah satışına haqq qazandırdı... “Nəzarət edirik”...

SON XƏBƏRLƏR

27.12.2024 | 15:08
Sağ qalan AZAL-ın bələdçisindən EKSKLÜZİV müsahibə: hadisənin CANLI ŞAHİDİ DANIŞDI

27.12.2024 | 14:10
Ermənistan Xankəndində vəfat edən erməniəsilli şəxsin nəşini qəbul etmir...

27.12.2024 | 13:55
Prezident İlham Əliyev bir sıra qanunlara dəyişiklikləri təsdiqlədi

27.12.2024 | 13:50
Dövlət Turizm Agentliyinin işçilərinin say həddi artırılıb

27.12.2024 | 13:43
İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi təsdiqləndi

27.12.2024 | 13:38
Baş nazir Əli Əsədov Qazaxıstanın Azərbaycandakı səfirliyində olub - FOTO

27.12.2024 | 13:23
Salman bin Əbdüləziz Al Səud Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

27.12.2024 | 13:15
Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında qanunu təsdiqləndi

27.12.2024 | 13:03
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə başsağlığı verdi

27.12.2024 | 12:43
Nikaraqua Prezidenti və vitse-prezidenti Prezident İlham Əliyevə başsağlığı verdi

27.12.2024 | 12:15
Qroznı hava limanı Azərbaycan təyyarəsi vurulduqdan 5 dəqiqə sonra bağlanıb - yeni təfərrüatlar...

27.12.2024 | 12:00
ABŞ vətəndaşı casusluğa görə 15 il həbs cəzası aldı - Rusiya FTX açıqlama yaydı

27.12.2024 | 11:37
Azərbaycan Çeçenistandan heç bir yardım qəbul etmək niyyətində deyil - Prezident Administrasiyasındakı mənbə

27.12.2024 | 11:20
Milli Məclisin plenar iclası keçirilir - 17 məsələ müzakirə olunur

27.12.2024 | 11:10
Təyyarə qəzasında həlak olan Ramazan Filiyev Balakəndə dəfn edilib

27.12.2024 | 11:05
Dekabr ayının bütün sosial ödənişləri yekunlaşıb - rəsmi AÇIQLAMA

27.12.2024 | 11:00
Fatih Terim “Əl-Şəbab” klubunun baş məşqçisi oldu

27.12.2024 | 10:43
Prezident İlham Əliyev 2025-ci ilin dövlət büdcəsini təsdiqləyib

27.12.2024 | 10:30
Sabunçuda “Mercedes” 61 yaşlı qadını vurub öldürdü

27.12.2024 | 10:29
Qroznıda "təyyarə cinayətinin" arxasında konkret şəxslər var...

27.12.2024 | 10:20
Ekologiya və Təbii Sərvətlər Nazirliyində kadr dəyişikliyi - xanım direktor işdən çıxarıldı

27.12.2024 | 10:15
Bu gün Suraxanı, Cəlilabad və Lənkəranın bir hissəsində işıq olmayacaq

27.12.2024 | 10:10
İmadəddin Nəsiminin 655 illiyi münasibətilə elektron məlumat bazası hazırlanıb

27.12.2024 | 10:05
Kanadalı nazirlər Trampın görüşünə gediblər

27.12.2024 | 10:00
"Natali Luazonun bu fikirlərini qınayırıq" - İcmadan etiraz bəyanatı

27.12.2024 | 09:50
Azərbaycan idman ölkəsi kimi gücünü beynəlxalq yarışlarda təsdiqləyib

27.12.2024 | 09:40
ABŞ-da ŞOK HADİSƏ - avtomobildə 4 yaşlı uşaq güllələnib!

27.12.2024 | 09:30
Peru Azərbaycana başsağlığı verib

27.12.2024 | 09:22
Azərbaycanda distant təhsil diplomları birdəfəlik qadağan olundu...

27.12.2024 | 09:18
Yaponiyadan 2025-ci il üçün rekord büdcə - 731 milyard dollar!

27.12.2024 | 09:14
İngiltərə nəhənglərindən xal itkisi

27.12.2024 | 09:05
Şirvanda "Jiquli" hasara çırpılıb, sürücü ölüb

27.12.2024 | 09:00
Bu gün Sumqayıtın böyük hissəsində qaz olmayacaq - XƏBƏRDARLIQ

27.12.2024 | 08:39
Yumurta yenə bahalaşmağa başladı - qıtlıq, ya bayramqabağı hadisə?..

26.12.2024 | 23:52
Aktauda qəzaya uğrayan təyyarənin ikinci “qara qutu”su da tapıldı

26.12.2024 | 23:27
Təyyarəmizi Qroznıda Rusiya vurub - təsdiqləndi... - VİDEO

26.12.2024 | 22:43
Gürcüstan spikeri və XİN rəhbəri təyyarə qəzası ilə əlaqədar Azərbaycan səfirliyində olublar

26.12.2024 | 21:55
İsrail aviaşirkəti AZAL təyyarəsinin qəzaya uğramasından sonra Moskvaya bütün reysləri ləğv etdi

26.12.2024 | 21:38
Təyyarə qəzasında yaralananlar "Yeni Klinika"ya yerləşdirildi

26.12.2024 | 21:30
Təyyarə qəzasında yaralananlara və ölənlərin ailələrinə maddi kompensasiya veriləcək

26.12.2024 | 21:12
Dünyada ən dəhşətli dollar-yuan müharibə dövrü başladı...

26.12.2024 | 21:10
Təyyarə qəzasında həlak olanlardan dördünün nəşi Aktaudan Bakıya gətirildi - FOTO

26.12.2024 | 21:07
Azərbaycanın ABŞ-dakı səfirliyində xatirə kitabı açılıb

26.12.2024 | 20:56
“Zəngəzur” və “Qərbi Azərbaycan” sözləri danışıqlardan çıxarılsın - Avropa deputatı reallıq hissini itirdi...

26.12.2024 | 20:41
Paşinyanın debat çağırışına Ter-Levondan cavab - “2019-cu ilin iyun olaylarını aç”...

26.12.2024 | 20:26
Paşinyan Ermənistanı MDB-dən də uzaqlaşdırır - Moskvada hələ ümid edirlər...

26.12.2024 | 20:12
"Qərbi azərbaycanlıların qayıdış məsələsi sülh sazişində yer aldı" - erməni cəmiyyəti yeni xofda...

26.12.2024 | 19:58
Ermənistanın ticarətində 54 faiz artım necə baş verir?...

26.12.2024 | 19:45
Minlərlə kənd kitabxanası təhlükədən qurtardı - ağıllı təklif var...

26.12.2024 | 19:36
Təyyarəmiz Qroznıda vurulub, məsuliyyət Rusiyanın üzərindədir - təsdiqləndi...

26.12.2024 | 19:32
Təyyarə qəzasında yaralanan vətəndaşlarımız Bakıya gətirildi - FOTO

26.12.2024 | 19:23
"Türkiyə Abxaziyada çevriliş hazırlayır" - ermənilər bölgənin yeni rusofob "prezidentini" də tapıblar...

26.12.2024 | 19:10
Vətən müharibəsindən sonra diasporumuzun ən ümdə işi - lobbiçilik...

26.12.2024 | 19:01
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

26.12.2024 | 18:56
Bakının "Minsk qrupu buraxılsın" tələbinə Kremldən birmənalı dəstək gəldi...

26.12.2024 | 18:42
Aktau təyyarə qəzasında çoxsaylı şübhəli məqamlar var - "quş dəstəsi" ən zəif varianta çevrilir...

26.12.2024 | 18:28
ABŞ Ermənistana silah satışına haqq qazandırdı... “Nəzarət edirik”...

26.12.2024 | 18:28
Tiflisdə azərbaycanlıları da təkrar seçki tələbilə ayağa qaldırırlar...

26.12.2024 | 18:22
Aktauda təyyarə qəzasında yaralananlar FHN-in xüsusi təyyarəsi ilə Bakıya yola düşdü - FOTO

26.12.2024 | 18:15
“Quru keçidlər açıq olsaydı, təyyarə qəzası olmazdı” - sosial şəbəkələrdə absurd müzakirə...

26.12.2024 | 18:12
Andjey Duda Prezident İlham Əliyevə başsağlığı verdi

26.12.2024 | 18:02
Vaxtı ötmüş kreditlər probleminin günahkarı yenə də banklar özləridir...

26.12.2024 | 17:49
MDB ölkələri ilə ticarətimizdə böyük nöqsan var - cəmi 1.4 milyard dollar...

26.12.2024 | 17:44
Si Cinpin Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

26.12.2024 | 17:42
Rüstəm Minnixanov Prezident İlham Əliyevə başsağlığı verdi

26.12.2024 | 17:37
Tarix muzeyində saxta “Erməni Kilikiya şahlığı” ekspozisiyası açılıb

26.12.2024 | 17:26
Bakıda şagirdlər marşrut avtobuslarına buraxılmır...

26.12.2024 | 17:18
Aktauda qəzaya uğrayan AZAL təyyarəsi Rusiya hava məkanında hücuma məruz qalıb

26.12.2024 | 17:10
Rusiyadan NATO və Avropa ölkələrinə nüvə xəbərdarlığı - istənilən ssenariyə hazırıq...

26.12.2024 | 17:02
Təyyarə qəzasında xəsarət alan bir qrup vətəndaşımız ölkəyə gətirilir - FOTO

26.12.2024 | 16:51
AZAL-ın təyyarəsinin qəzaya uğramasına Rusiya raketi səbəb olub - "Euronews"dan iddia...

26.12.2024 | 16:44
Slovakiya Prezidenti Prezident İlham Əliyevə başsağlığı verib

26.12.2024 | 16:30
“Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir” - Vüqar Rəhimzadə

26.12.2024 | 16:08
Əsədin arvadının vəziyyəti ağırlaşdı - sağalma şansı 50 faizə düşüb, otağına heç kim buraxılmır...

26.12.2024 | 15:39
Gürcüstanın XİN başçısı Ceyhun Bayramova zəng vurdu - "Azərbaycanın yanındayıq"

26.12.2024 | 15:30
Fələstin Prezidenti Prezident İlham Əliyevə başsağlığı verdi

26.12.2024 | 15:18
Beynəlxalq ictimaiyyətdən Azərbaycana başsağlığı mesajları gəlməkdə davam edir

26.12.2024 | 15:17
BƏƏ Prezidenti Prezident İlham Əliyevə başsağlığı verdi

26.12.2024 | 15:15
Həştərxanın qubernatoru Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

26.12.2024 | 15:12
Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Prezident İlham Əliyevə başsağlığı verdi

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031