çərşənbə axşamı günü, 20 oktyabr 2026
     

Ermənilər belə "tarixi faktları" bəzi azərbaycanlı tarixçi akademiklərin köməyi ilə uydurublar...

Image


Hafiz Cabbarov: "1983-cü ildə Moskvada keçirilən "Qafqaz xalqlarının tarixi coğrafiyası problemlərinə" həsr olunmuş müşavirdə məlum oldu ki, ümumiyyətlə tarixdə 387-ci il müqaviləsi olmayıb"

Ermənilər illər uzunu uydurub kitablaşdırdıqları yalanlara o qədər  aludə olublar ki, o saxta informasiyalara istinad edib uydurma iddialar səsləndirirlər. Diqqət çəkən məsələlərdən biri odur ki, bu yalanlar yalnız tarixçilər, ictimai fiqurlar, siyasətçilər tərəfindən dilə gətirilmir, bir sıra hallarda ölkənin birinci şəxsi də yalan məlumatlar ifadə etməkdən çəkinmir. 

Yadınızdadırsa, bu günlərdə Ermənistanın baş naziri Nikol Paşinyan İctimai TV-yə müsahibəsində Qərbi Azərbaycanla qondarma "Qərbi Ermənistan" arasında uğursuz müqayisə aparıb: "Biz "Qərbi Azərbaycan" ifadəsini eşidəndə qəzəblənirik. Amma düşünmürük ki, biz "Qərbi Ermənistan" deyəndə bu da kimisə qıcıqlandırır". Təbii, Paşinyanın bu iki məsələni-reallıqla uydurmanı eyni müstəviyə qoymaq cəhdi  yolverilməzdir, çünki Qərbi Azərbaycan reallıqdır, gerçək bir ərazidir, amma "Qərbi Ermənistan" ifadəsi mifik, çürük erməni təfəkkürünün məhsuludur. Yeri gəlmişkən, Paşinyanın bu qeyri-adekvat müqayisəsi Ermənistanda da kəskin reakiya doğurub. Məsələn, Tarix İnstitutunun direktoru Aşot Melkonyan Ermənistanın baş naziri Nikol Paşinyanın son müsahibəsindən hiddətlənib və "Azadlıq" radiosunun müxbiri ilə söhbətində onun fikirlərini tənqid edib, təbii ki, bu tənqid ermənisayağı tənqiddir. 

Onun qeyd etdiyinə görə,  paralellər aparanda bu o deməkdir ki, biz Qərbi Azərbaycan dedikdə indiki Ermənistan Respublikasının ərazisini nəzərdə tuturuq. Qərbi Azərbaycan ifadəsinin baş nazirin ağzından eşidilməsini tarixçi narahatlıqla qarşılayıb. 

Bunun ardınca isə Ermənistanın Respublika Partiyasının İcraiyyə orqanının nümayəndəsi, keçmiş vitse-spiker Eduard Şarmazanov "Qərbi Ermənistanla" bağlı cəfəng açıqlama verib və Paşinyanın   dediklərinə öz aləmində "düzəliş edib".   İ. Şarmazanov iddia edib ki, guya 387-ci ildə dünyada "Qərbi Ermənistan" "termini" işlədilməyə başlayıb. Guya "Qərbi Ermənistan" "siyasi", "tarixi" və "elmi termindir". Guya bu ifadə 387-ci ildə "Ermənistanın Roma və İran arasında ilk bölünməsindən" sonra istifadə olunmağa başlayıb. Guya həmin dövrdə "Qərbi Ermənistan" olub. Şarmazanovun ifadə etdiyi başqa cəfəng fikirləri qeyd etməyi lazım bilmədik, çünki uydurma və yalanlarla vaxtınızı almaq istəmədik. 

387-ci il məsələsindən söz düşmüşkən bir məqamı vurğulamaq istəyirik. Bir neçə il əvvəl Azərbaycanda tanınmış tarixçi akademiklərdən birinin elmi redaktorluğu ilə orta məktəblərin rus sektorları üçün "Azərbaycan tarixi" dərsliyində "387-ci ildə Persiya ilə Bizans Ermənistanı öz aralarında bölüblər" kimi cəfəng fikir yazılmışdı. Halbuki, tarixdə Ermənistan adında bölünmüş vilayət yoxdur, olmayıb da. O dövrdə hansı  Ermənistan olub ki, bunlar belə əl-ayağa düşüblər? Axı tarixdə XX əsrin əvvəllərinə qədər Ermənistan adlı dövlət olmayıb, bu Ermənistan isə Azərbaycanın tarixi Qərbi Azərbaycan ərazisində qurulub, qurulma tarixi də dünyaya məlumdur. 

Tarixdə barəsində danışılan Ərməniyyə Ermənistan demək deyil, o, Bizansın, indiki Suriyanın ərazisində yerləşən tarixi Ərməniyyə vilayəti idi.

Rus tarixşünaslığında, Sovet tarixşünaslığında, rusdilli kitablarda o Ərməniyyəni erməni tarixçiləri "Armeniya" etdilər, təbii ki, rusların köməyi ilə. Ərməniyyə ayrı şeydi, rusca səslənən Armenia - Ermənistan adı başqa şeydi. Bizansın dövründəki Ərməniyyə vilayətinin Ermənistanla heç bir əlaqəsi yoxdur. 

Ermənilərin bu adda iddialı danışması həm də bizim bəzi tarixçilərin məsuliyyətsizliyinin nəticəsidir ki, bu gün ermənilərin əlinə fürsət keçib və ondan istifadə edirlər. Bizim bəzi tarixçilər bunu hansı məqsədlə etmişdilər? Bəzi məsuliyyətsiz tarixçilərinin səhvi ucbatından orta məktəblərin dərsliklərinin bir çoxunda vaxtilə bu barədə  yazıblar. Rus sektorları üçün olan dərslikdə elə o cür də yazıblar ki, Bizans və Persiya "Armenianı" böldülər, erməni də oxuyub deyir ki, bizim Armeniadır. 

"Uydurma   387-ci il "müavailəsi" barədə bizim köhnə sovet dövründən qalma dərsliklərdə də yazılırdı"

Tarixçi Hafiz Cabbarov "Bakı-Xəbər"ə şərhində bildirdi ki, ermənilər, hər zaman olduğu kimi, yenə də öz əməllərini davam etdirirlər. "Ermənilərin ən sevimli məşğuliyyətlərindən biri  tarixin falsifikasiyası, tarixin saxtalaşdırılmasıdır.  Birincisi, ümumiyyətlə Armenia – Ərməniyyə (ərəb mənbələrində) adının indiki haylarla heç bir əlaqəsi yoxdur. Armenia hər hansı bir etnik adı bildirmir, bu,  arami dilində "yüksək yer" deməkdir. Mesopotamiyanın Şimalı, indiki Türkiyənin Cənub-Şərqi, Van gölü ətrafı arami dilində "yüksək yer-Armenia" adlanırdı. Necə ki, Mesopotamiya yunan dilində "iki çay arası" deməkdir, yəni hər hansı bir etnik mənşəyi, mənsubiyyəti bildirmir, Armenia adı da heç bir etnik mənsubiyyəti, xalqı, etnosu bildirmir, sadəcə olaraq  coğrafi məkanı bildirir.  Həmin coğrafi məkan dağlıq ərazi olduğu üçün belə adlanırdı. Burda bir çox xalqlar yaşamışdır. Yeri gəlmişkən, ora Armenia adlananda özlərini erməni adlandıran haylar bura çox sonralar gəlmişdilər. burda onlar məhz başqasının tarixi-coğrafiyasına, adına sahib durmağa çalışmışlar. Yəni ermənilərin   ölkələrinin adı belə oğurluqdur, belə xalqdan saxtakarlıqdan başqa heç nə gözləmək olmaz. Ona görə də, hansısa bir xalqı ittiham etməyə onların haqqı çatmır. Bu, Armenia termini haqda bildirdiklərimizdir".

Tarixçi qeyd etdi ki, bunun bir sıra oxşar situasiyaları, presedentlər var. O sual edir ki, niyə ermənilər  özlərini hay, ölkələrini Hayastan adlandırırlar, ancaq nə üçün Hayastan beynəlxalq termində Armenia adlanır? "Bunlar buranın qədim sakinidirsə onda beynəlxalq termin olaraq da ölkələrini Hayastan adlandırsınlar. Niyə adlandırmırlar? Çünki tarixi mənbələrə əsasən  bir daha sübut olunacaq ki, hayların  Armenia bölgəsi ilə heç bir əlaqəsi yoxdur.

O ki qaldı bunların 387-ci il müqaviləsinə, bununla bağlı bir maraqlı məlumatı sizinlə bölüşmək istəyirəm. Tanınmış Azərbaycan alimi, albanşünas Fəridə Məmmədovanın 1993-cü ildə nəşr olunmuş "Azərbaycanın siyasi tarixi və tarixi coğrafiyası" kitabının 116-cı səhifəsində belə bir qeydi var:    "Mən Albaniya torpaqları ilə bağlı 387-ci il müqaviləsini əks etdirən heç bir mənbə aşkar edə bilməmişəm". Yeri gəlmişkən, Fəridə Məmmədova bu dövr üzrə nəinki ölkəmizdə, dünyada tanınan mütəxəssislərdən biridir. 1983-cü ildə Moskvada keçirilən "Qafqaz xalqlarının tarixi coğrafiyası problemlərinə" həsr olunmuş müşavirdə məlum oldu ki, ümumiyyətlə tarixdə 387-ci il müqaviləsi olmayıb. Buna görə də həmin fakt artıq tarixi mənbə olmaq hüququndan məhrum edilib. Erməni alimi Arutunyan məcbur olub rəsmi olaraq məlumat vermişdi ki, belə bir müqavilə ümumiyyətlə yoxdur, bu yalnız erməni tarixçilərinin yazılarında özünə yer tapmışdı. Yəni əslində ermənilərin istinad etdiyi bu "müqavilənin" özü belə uydurmadır. Yeri gəlmişkən, şəxsən mən özüm də 387-ci il "müqaviləsi" ilə bağlı istinadları axtararkən bunun yalnız və yalnız erməni tarixçilərinin əsərlərində olduğunu gördüm. Ermənilər də bunu asanlıqla uydura bilərlər. təsəvvür edin, əgər müqavilə Sasani dövləti ilə Roma imperiyası arasında bağlanıbsa, bəs onda niyə onlara aid mənbələrdə bu barədə heç nə yoxdur? Yəni nə Sasani, nə də Roma mənbələrində bu müqavilə ilə bağlı heç nə yoxdur. Yalnız və yalnız bu, ermənilərin qondarma və uydurma mənbələrində qeyd olunur. Düzdür, bəzən  beynəlxalq ədəbiyyatda bu yalanlara istinad edirlər, ancaq  o ədəbiyyatın hamısına baxıram ki, görüm bunlar hansı mənbəyə dayanaraq bunu yazırlar. Görürəm ki, yalnız və yalnız erməni mənbələrinə. Çox təəssüf ki, bəzən tarix siyasi alətə çevrilir və bu tarixi də məqsədyönlü yaradırlar. Təəssüf ki, bəzən Avropa tarixçiləri əsassız olan erməni mənbələrinə əsaslanırlar, istinad edirlər. 

Yeri gəlmişkən, haqlısınız, uydurma  387-ci il "müqaviləsi" barədə bizim köhnə sovet dövründən qalma dərsliklərdə də yazılırdı. Amma artıq o barədə bizim dərkliklərdə heç nə yoxdur, haqlı olaraq bu uydurma məsələ çıxarılıb. Çünki həqiqətən də rəsmi istinadı olmayan, yalnız erməni mənbələrində olan,  uydurulmuş tarixi hadisənin dərsliklərdə verilməsi doğru olmaz. Bir sözlə, dediyim kimi, yenə də öz tarixlərini uydururlar, çünki Qafqazın istər antropologiyasında, istər etnoqrafiyasında, istər tarixi-coğrafiyasında, folklorunda 200 il o tərəfə getsək ermənin izi-tozu belə yoxdur. Ancaq Azərbaycan olmasa, demək olar ki, Qafqazın tarixi də olmamış olur. Əsas faktlardan biri odur ki,  bir xalqın qədimliyini göstərən onun folklorudur. Bir dənə erməni dastanı, erməni mahnısı, orijinal erməni folklor nümunəsi demək olar ki, yoxdur. Nə burda, nə  də Anadolu bölgəsində orijinal erməni folkloruna rast gəlməzsiniz. Bunlar yalnız və yalnız qonşu xalqlardan, xüsusən də türk xalqından oğurladıqları nümunələr ola bilər. Bu xalqın nail olduğu ən böyük "uğur" məhz oğurluqdur. Kiminsə tarixini, kiminsə məişətini, kiminsə torpağını oğurlamaq bunların adətinə çevrilib. Amma artıq bu da keçmir, onlar hər sahədə olduğu kimi, bu sahədə də məğlubiyyətə məhkumdular"-deyə H. Cabbarov qeyd etdi. 

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

20.10.2026 / 18:46
AKP qurucularından “AKP dağılacaq” bəyanatları gəldi...

20.10.2026 / 18:18
Azərbaycanda çevriliş hazırlayan AKP üzvlərinə cinayət işi açıldı...

20.10.2026 / 17:02
Yeni nəsil üçün hibrid – real və virtual kənd kitabxana-klub modeli”... YYSİB-nin yeni kreativ layihəsi

20.10.2026 / 16:48
ATMU professoru Məhərrəm Zülfüqarlının “Ucar tarixi” kitabı nəşr olunub

20.10.2026 / 16:27
Azərbaycanda KSM ekosisteminin inkişafı üçün QHT-lər və biznesin ortaq gözləntiləri

20.10.2026 / 14:09
Husilər-Səudlar müharibəsinin coğrafiyası genişlənəcək...

20.10.2026 / 13:54
Qazaxıstanda saxlanan Azərbaycan əsilli repə qarşı cinayət işi dayandırıldı – Navai ölkədən deportasiya edildi...

20.10.2026 / 13:37
Zelenski senatorları Ukraynaya yardımı bərpa etmək üçün Trampa təzyiq göstərməyə çağırdı

20.10.2026 / 13:21
İran ABŞ-a xəbərdarlıq etdi - Pikaks dağına mümkün hücumlar cavabsız qalmayacaq...

20.10.2026 / 13:06
Aşqabadda Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub - FOTO

20.10.2026 / 12:50
Nizami və Binəqədi prokurorlarının yeri dəyişdirildi

20.10.2026 / 12:28
Ukrayna Rusiyanın daha bir neft stansiyasına hücum etdi...

20.10.2026 / 12:11
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

20.10.2026 / 12:03
Müharibənin bitməsi və Ukraynanın NATO-ya qoşulması müqabilində Donbas Rusiyaya verilə bilər - Avropadan Putinə təklif...

20.10.2026 / 11:50
Cərimələnən şirkətlə 54 min manatlıq müqavilə imzalandı - məhbuslara dərmanı onlar satacaq...

20.10.2026 / 11:38
Neft Fondunun aktivləri 126 milyard manata yaxınlaşır...

20.10.2026 / 11:23
Məleykə Abbaszadə imtahanlardan sonra yaranan narazılıqlara münasibət bildirdi

20.10.2026 / 11:17
Hörmüz boğazında minaya düşən tankerdə yanğın başladı...

20.10.2026 / 11:05
329 nömrəli bağçada nöqsanlar aşkarlandı, protokol tərtib olundu

20.10.2026 / 10:52
SEPAH Hörmüz boğazında sualtı internet kabellərini vurmaqla hədələdi – bizə hücum olsa…

20.10.2026 / 10:23
"Zərərçəkmiş şəxslə sonradan barışmaq cəzanın avtomatik azaldılması demək deyil" - Ali Məhkəmə

20.10.2026 / 10:15
Dövlət qurumlarının informasiya təhlükəsizliyi üzrə rəhbərlərinin VIII Zirvə görüşü keçirilir

20.10.2026 / 09:26
Vens açıq danışdı – Ukrayna NATO-da olmamalıdır...

20.10.2026 / 08:47
Bu gün Zəngilan Şəhəri Günüdür

20.10.2026 / 07:47
Vens seçkidə Netanyahunu dəstəkləməyəcək - Trampdan fərqli olaraq…

20.10.2026 / 07:33
Hitlerin qardaşı oğlu ABŞ-da bioloji laboratoriya sahibi imiş…

20.10.2026 / 06:30
AKP-nin Diyanət Vəqfi də korrupsiya fırıldağında “baş köşədə” imiş – bu da din xadimləri...

20.10.2026 / 00:09
Tramp Zelenskiyə Ukrayna danışıqlarından çəkilməsini təklif etdi – onu başqası əvəz etməlidir...

19.10.2026 / 23:06
Leyla Əliyeva Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konsertini izləyib - FOTO

19.10.2026 / 22:54
Leyla Əliyeva Arkadağda əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib - FOTO

19.10.2026 / 22:40
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub - FOTO

19.10.2026 / 22:28
Əziz Mahmud Hudayi Vəqfi də AKP iqtidarındakı korrupsiya olayına səsini qaldırdı - "...əxlaqdan kənardır"...

19.10.2026 / 22:12
Tramp Ukrayna ilə müharibədə Putinə əməlli-başlı dəstək verir - “60 gün fasilə”...

19.10.2026 / 21:56
İran müharibənin yeni dövründə görünməmiş raket texnikası göstərəcək - Kitabçı gəldi...

19.10.2026 / 21:41
Paşinyan sülh sazişini baş nazirliyinin son ilinə saxladı...

19.10.2026 / 21:32
Şəki Dövlət Dram Teatrında “Yol üstə” tamaşasının məşqlərinə başlanılıb

19.10.2026 / 21:18
"Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik" - Prezident İlham Əliyev

19.10.2026 / 21:14
Tramp Putinə 60 günlük şans verdi - “ 2 məqsədim var”dedi...

19.10.2026 / 20:57
AKP iqtidarı Türkiyəni 193 ölkənin ən kriminal 10 ölkəsi sırasına gətirdi...

19.10.2026 / 20:43
Ukraynaya qarşı Tramp - Putin dizel sövdələşməsindən AKP iqtidarı da pay götürdü...

19.10.2026 / 20:26
Hakan Fidan Bakıda düzmü etdi?

19.10.2026 / 20:12
TƏBİB-dən vahid səhiyyə modelinə keçid - islahatların yeni mühüm mərhələsi başladı...

19.10.2026 / 19:51
Əhali acından ölür, AKP iqtidarı İraqda, Suriyada, Sudanda, Liviyada milyardları göyə sovurur

19.10.2026 / 19:42
Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana qaçarkən yaxalandı, Azərbaycana gətirildi

19.10.2026 / 19:35
Dinçi AKP iqtidarı azad edilmiş ərazilərimizdə 5 milyardlıq layihələrin qədrini bilmədi...

19.10.2026 / 19:10
Azərbaycana qarşı çağırışlar edən 7 türkiyəli beynəlxalq axtarışa verildi

19.10.2026 / 18:59
Neft bazarında yeni qiymət xaosu başladı...

19.10.2026 / 18:42
Azərbaycanda boşanma göstəricisi ilk dəfə 50 faizi keçib...

19.10.2026 / 18:34
Türkiyədə erkən seçki AKP iqtidarını silkələdi...

19.10.2026 / 18:30
İran rəsmisi Azərbaycanın da adını çəkdi - Rusiya, Çin, Hindistan...

19.10.2026 / 18:28
Rusiya Ermənistana qarşı nüvə şantajına əl atır

19.10.2026 / 18:20
FETO ilə dinçi AKP iqtidarının düşmənçiliyi haradan başlayıb?

19.10.2026 / 18:15
AKP-nin təriqət hakimiyyəti İsraillə ticarəti sürətlə genişləndirir

19.10.2026 / 18:12
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistanda səfərdədir - FOTO

19.10.2026 / 17:51
Tramp Ərdoğanı niyə "əzizləyir" - arada bu qədər problemlər varkən...

19.10.2026 / 17:35
Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli kampaniyaya son qoymağa çağırıb

19.10.2026 / 17:17
AKP iqtidarı 1 trilyonluq maliyyə qalmaqalını xarici qüvvələrə bağlamaq istədi - alınmadı...

19.10.2026 / 16:26
ABŞ Yaxın Şərqdəki vətəndaşlarına mümkün eskalasiya barədə xəbərdarlıq etdi...

19.10.2026 / 16:11
Adnan Əhmədzadədən yeni xəbər var - məhkəmə qarşısına çıxarıldı...

19.10.2026 / 15:55
Zelenski Trampı sərt tənqid etdi - bizi Putinə təslim olmağa məcbur edir...

19.10.2026 / 15:41
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb - FOTO

19.10.2026 / 15:26
Sahibə Qafarova Qırğızıstan Joqorku Keneşin sədri ilə görüşdü...

19.10.2026 / 15:12
İran ilk ağır qırıcı təyyarəsini sınaqdan keçirməyə hazırlaşır...

19.10.2026 / 14:44
Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində inklüziv təlim və tədris mərkəzi yaradıldı FOTO

19.10.2026 / 14:17
Prezident bir qrup energetiki təltif etdi

19.10.2026 / 13:59
Fransanın daxili işlər naziri polisin böyük şəhərlərdə vəziyyətə nəzarəti itirdiyini etiraf etdi...

19.10.2026 / 13:41
Kreml Kiyev danışıqlarda olmadan Ukraynada sülhü mümkünsüz hesab edir...

19.10.2026 / 13:04
Bu şəxslərin pensiyaları aylıq əlavələrlə artırılacaq...

19.10.2026 / 12:30
AKP-nin bu qədər korrupsiyaya qurşanmış üzvlərini kim himayə edir - 5 TUTARLI FAKT…

19.10.2026 / 12:12
Məktəb direktorunun maşınının yandırılması ilə bağlı daha bir nəfər saxlandı - VİDEO

19.10.2026 / 12:08
Yeni səhiyyə naziri Anar Bayramov KİMDİR? - DOSYE

19.10.2026 / 11:57
Rusiya Qara dənizdə daha bir yük gəmisini vurdu...

19.10.2026 / 11:45
Rubio ABŞ-ın Kiyevə kəşfiyyat dəstəyinin dayandırılmadığını deyir – Zelenski bu məlumatı haradan alıb bilmirəm...

19.10.2026 / 11:42
Baş nazirin müavinlərinin sayı 4-ə çatdı

19.10.2026 / 11:33
Anar Bayramov səhiyyə naziri təyin edildi

19.10.2026 / 11:31
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM

19.10.2026 / 11:29
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi - FƏRMAN

19.10.2026 / 11:27
Bakıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü 20 sutka həbs olundu

19.10.2026 / 11:12
Fransada etirazlarda saxlananların sayı 2 mini keçdi – DİN naziri istefa ərizəsi yazdı, Makron qəbul etmədi…

19.10.2026 / 10:54
Əraqçi ABŞ-a xəbərdarlıq etdi - diqqətli olun: bizim də yarımçıq qalmış işlərimiz var…

19.10.2026 / 10:39
Tramp Rusiyaya niyə əlavə sanksiyalar tətbiq etmədiyini açıqladı – onları masadan uzaqlaşdırmaq istəmirəm…

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ