Bu ölkədə təyyarə qəzası 5 nəfərin həyatına son qoyub
Kosta-Rikada “Cessna 206” təyyarəsinin qəzaya uğraması nəticəsində 5 nəfər həlak olub, bir sərnişinin vəziyyəti ağırdır. Bu barədə “La Nacion” məlumat yayıb. Xilasedicilər bazar ertəsi Eskazu kantonunda qəzaya uğrayan təyyarənin qalıqlarına tapıb. Onlar vəziyyəti ağır olan sağ qalan qadının yerini müəyyən edə biliblər. Qəzaya uğrayan təyyarənin bütün sərnişinləri və ekipaj üzvləri kosta-rikalı olub.
Mətləb