ABŞ nümayəndəsi Su üzrə Bakı Dialoqu təşəbbüsünün əhəmiyyətindən danışdı...
COP29 çərçivəsində noyabrın 21-də keçirilən mətbuat konfransında ABŞ Daxili İşlər Nazirliyi katibinin müavini vəzifəsini icra edən Laura Daniel Davis Su üzrə Bakı Dialoqu təşəbbüsünün əhəmiyyətini vurğulayıb
Laura Daniel Davis bildirib: “Su hər yerdədir. Eyni zamanda, su ilə bağlı bir çox problem var. Quraqlıqlar, daşqınlar və digər fəlakətlər hamısı su ilə əlaqəlidir”.
O qeyd edib ki, Azərbaycanın COP29 Sədrliyi Su üzrə Bakı Dialoqu təşəbbüsü ilə bir çox ölkələri bir araya gətirərək əhəmiyyətli iş görüb.
ZÜMRÜD