Azərbaycan ölkələri 2025-ci ilə qədər öz Milli Uyğunlaşma Planlarını təqdim etməyə çağırdı
Azərbaycan bu ayın əvvəlində özünün Milli Uyğunlaşma Planını təqdim edib. Bu barədə COP29-un baş danışıqçısı Yalçın Rəfiyev “COP29-da Uyğunlaşma Fəaliyyətinin Sürətləndirilməsi: Milli Uyğunlaşma Planlarının formalaşdırılması və həyata keçirilməsinin sürətləndirilməsi” mövzusunda konfransda çıxışı zamanı deyib.
O, ölkələri 2025-ci ilə qədər öz MUP-larını təqdim etməyə çağırıb. “Bu, bizə 2030-cu ilə kimi onların həyata keçirilməsində irəliləyişə nail olmağa imkan verəcək. Bu planlar ən yaxşı təcrübəni necə paylaşdığımıza, texnologiyanın ötürülməsinə və bir-birimizin ambisiyalarına necə dəstək olacağımıza yol göstərəcək”, - deyə Yalçın Rəfiyev əlavə edib.
Onun sözlərinə görə, uyğunlaşma indi hər zamankından daha çox siyasi iradəyə ehtiyac duyur.
ZÜMRÜD