"Azərbaycanın ikiillik Şəffaflıq Hesabatı (BTR) bu həftə təqdim olunmağa hazırdır"
Ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində Mavi zonada keçirilən Yaponiya, Cənubi Afrika Respublikası, Amerika Birləşmiş Ştatları, İtaliya Respublikası, Qazaxıstan Respublikasının nazirlərinin iştirakı ilə "Qlobal iqlim şəffaflığı üzrə nazirlərin dəyirmi masası"nda maraqlı fikirlər səsələndirib.
Nazir qeyd edib ki, Azərbaycanın ikiillik Şəffaflıq Hesabatı (BTR) bu həftə təqdim olunmağa hazırdır. “Ambisiyaların artırılması Milli Müəyyən edilmiş töhfələr, Milli Uyğunlaşma Planları və İkiillik Şəffaflıq Hesabatı (BTR) vasitəsilə 1,5 dərəcə hədəfini qorumaq üçün aydın planların hazırlanmasını tələb edir.
SİTAT: "Qlobal iqlim şəffaflığının bu dəyirmi masada müxtəlif ölkələrin nazirlərinin iştirakı ilə müzakirəsi inanıram ki, daha effektiv addımlar atmağa imkan verəcək."
Mətləb Salahov