"Bakıda COP29-a qatıldığıma görə qürur duyuram" - ABŞ senatoru
Mən Bakıda COP29-a qatıldığıma görə qürur duyuram. Trend xəbər verir ki, bu barədə ABŞ senatoru Şeldon Uaythaus COP29 çərçivəsində keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.
O qeyd edib ki, iqlim dəyişikliyi ilə mübarizədə bizi çətinliklər gözləyir.
“Əsas faktlar ondan ibarətdir ki, ABŞ-də iqlimlə bağlı aparılan işlərin böyük bir hissəsi dövlət və bələdiyyə səviyyəsindədir. Dünyanın beşinci ən böyük iqtisadiyyatı olan Kaliforniyaya və dünyanın onuncu ən böyük iqtisadiyyatı olan Nyu-Yorka nəzər salsanız, onlar birlikdə işləməklə çox şey əldə edə bilərlər.
İqlim problemi artıq təkcə üfüqdə görünmür. Biz onun fəsadlarını yaşayırıq. Dünyada vəzifələri olan insanlar və qurumlar iqlim faktlarına uyğun bəyanatlar və qərarlar qəbul etməli olacaqlar. İnvestisiya menecerləri, bankirlər, CEO-lar, korporativ direktorlar şuraları iqlim reallığına uyğunlaşmalıdırlar”, - deyə o bildirib.