"COP29-da artıq bəzi mühüm nəticələr əldə olunub" - Milli Məclisin sədri
Parlament Yığıncağımız Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammitindən və bir sıra digər mühüm tədbirlərdən və görüşlərdən sonra keçirilir. Fəaliyyət Gündəliyi və COP29 Sədrliyi tərəfindən irəli sürülən 14 təşəbbüs inklüziv prosesin nəticəsidir, hərtərəfli yanaşma nümayiş etdirir və qlobal iqlim fəaliyyətində hamını bir araya gətirir.
Bunu Milli Məclisin sədri Sahibə Qafarova Bakıda COP29 çərçivəsində Parlamentlərarası İttifaq və Azərbaycan Milli Məclisinin birgə təşkilatçılığı ilə Parlament Görüşündə deyib.
"Davam edən müzakirələr nəticəsində artıq bəzi mühüm nəticələr əldə olunub. İnanıram ki, COP29-un prezidenti cənab Muxtar Babayev çıxışında bu məsələlərə toxunacaq. Qlobal iqlim səylərində parlamentlərimiz haradadır? Bizim rolumuz nədir? Deyim ki, bunlar ritorik suallar deyil. Onların cavabları var. Doğrudan da, biz millət vəkilləri xalqlarımızın nümayəndələri kimi onlarla gündəlik ünsiyyətdə oluruq. Biz iqlim dəyişikliyinin onlar üzərində dağıdıcı təsirlərinin ilk şahidiyik", - o qeyd edib.
ZÜMRÜD