KÖHNƏ VERSİYA            

Gürcüstanın Azərbaycan məktəblərində ciddi dərslik qüsuru var...

Image

Gürcüstanda Azərbaycandilli məktəblər üçün nəzərdə tutulan 2-ci sinif riyaziyyat dərsliyində bəzi tapşırıqlar ana dilinə tərcümə edilməyib, gürcü dilindən tərcümə rus dilində verilib. Bu da soydaşlarımızın narazılığına səbəb olub. 

Bu barədə iqtisadiyyat üzrə fəlsəfə doktoru, ictimai fəal Aygül İsayeva sosial şəbəkə hesabında məlumat yayıb.

Bu problem nədən qaynaqlanır? Niyə Azərbaycan dillinə tərcümə edilən dərslikdə rus dilindən istifadə olunur? Mütəxəssislər yoxdurmu?

Aygül İsayeva: “Təəssüflər olsun ki, 20 ilə yaxın bir vaxt ərzində Gürcüstanın Azərbaycan məktəbləri üçün normal səviyyəli bir dərslik ortaya çıxarılmayıb”

Aygül İsayeva “Bakı-Xəbər”ə bildirdi ki, bu problem yalnız 2-ci sinif riyaziyyat dərsliklərində deyil, başqa fənlərə aid dərsliklərdə də mövcuddur. “2005-ci ildən Gürcüstanda dərsliklər tərcümə olunur. Əvvəllər  dərsliklər Azərbaycandan gətirilirdi. 2005-ci ildən isə qeyri-gürcü dilli məktəblər, o cümlədən də Azərbaycandilli məktəblər üçün dərsliklər Gürcüstanda çap olunur və gürcü dilindən tərcümə edilir. Bu, 20 ilə yaxın bir dövrü əhatə edir. Təəssüflər olsun ki, 20 ilə yaxın bir vaxt ərzində Gürcüstanın Azərbaycan məktəbləri üçün normal səviyyəli bir dərslik ortaya çıxarılmayıb. Azərbaycan məktəbləri üçün olan bütün dərsliklərdə ciddi problemlər var. Keçən ay da bu barədə  paylaşım etmişdim və paylaşım etdiyim 2-ci sinif riyaziyyat dərsliyi idi. 2023-cü ildə nəşr olunub, yəni ən sonuncu nəşrdir. 116 Azərbayandilli məktəbin hamısında bu dərslikdən istifadə edilir. O kitabda müəyyən tapşırıqların izahı rus dilində verilib. Bunun da səbəbi aydın deyil. Bilmirəm ki, bu qərəzli şəkildə edilib, yoxsa tərcüməçinin səhvidir. Dərsliyin müəllifi gürcülərdir, dərslik də gürcü dilindən Azərbaycan dilinə tərcümə olunub. Amma ora rus dilində izahlar necə düşüb, bilinmir. Tərcüməni azərbaycanlılar edir və tərcümə edənlərin əksəriyyəti fənn müəllimləridir. Tutaq ki, kimsə riyaziyyatdan dərs deyirsə, o da götürüb gürcü dilindən tərcümə edir. Gürcüstanın Təhsil Nazirliyi peşəkar tərcüməçiləri dərsliklərin tərcüməsi prosesinə cəlb etmir. Burada qətiyyən tərcüməçi qrupu yoxdur. Mən riyaziyyat dərsliklərini Azərbaycan dilinə tərcümə edən bir şəxslə danışmışam, o bir riyaziyyat müəllimidir. Özü dedi ki, bizə tərcümə üçün çox qısa müddət verirlər ki, 1 aya, ay yarıma bir kitabı tərcümə et. Bir adam həm tərcümə edir, həm redaktə, həm də korrektura işini görür. O kitablar ciddi şəkildə redaktə, korrektə olunmadığı üçün sonradan ciddi səhvlər ortaya çıxır. İndi bəzi tərcümə edənlər mənə dedilər ki, artıq korrektorlar da var, amma buna baxmayaraq yenə də o səhvlər ortaya çıxır. Bunun da səbəbi odur ki, tərcümə işi ilə peşəkarlar məşğul olmur. Bunun üçün xüsusi qrup yaradılmalıdır ki, tərcümə işi peşəkar səviyyədə olsun, səhvlər aradan qaldırılsın. Fənn üzrə mütəxəssis olmalıdır, tərcüməçi olmalıdır və sair. Təəssüflər olsun ki, bu yoxdur. Dərsliklərin tərcüməsinə bir nəfər məsul olur və bu işi qısa müddət ərzində gördüyü üçün də problemlər ortaya çıxır. 

Bu problem 2-ci sinif, 5-ci sinif riyaziyyat dərsliklərində, eləcə də digər fənlərə aid dərsliklərdə də var. 5-ci sinif riyaziyyat dərsliyində məzmun səhvi var. Məsələn, mətndə yazılıb ki, hava müxtəlif cür ola bilir. Axı hava müxtəlif cür ola bilməz, hava qeyri-sabit, dəyişkən ola bilər. Bunu bu şəkildə şagird oxuyanda təkcə bu onun o fənni anlamağına mənfi təsir etmir, eyni zamanda ana dilində fikri yanlış ifadə edir. Yəni sən ana dilində özünü ifadə edəndə bu səhvi buraxırsan. Şagird görür ki, Təhsil Nazirliyinin hazırlayıb məktəblərə verdiyi bir dərslikdə hava bu cür ifadə olunur, o gedib sabah ictimai yerdə də bunu o cür ifadə edəcək. Bu artıq ana dilində özünü necə ifadə edirsən ona da təsir edir”. 

A.İsayeva qeyd etdi ki, problemin həllinə nail olmaq üçün Gürcüstanın Təhsil və Elm Nazirliyində olub və orada nazir müavini, ümumtəhsil şöbəsinin rəhbəri və əməkdaşları ilə görüşüb, 3 saata yaxın söhbət edib, məsələni onların diqqətinə çatdırıb. “Orda onlara dedim ki, ana dilində dərs saatlarını azaltmısınız, bir tərəfdən ana dilinin mənimsənilməsinə belə təsir edirsiniz. İkinci tərəfdən, dərsliklərdə xeyli problemlər var və  dərsliklər problemli tərcümə olunduğu üçün yenə də ana dilinin mənimsənilməsinə mənfi təsir edir. Şagird ana dilini ədəbi dil səviyyəsində mənimsəyə bilmir, siz dəsrlikləri o şəkildə tərcümə etməklə  ana dilimizi birbaşa məişət səviyyəsinə endirirsiniz.  Onlar mənimlə razılaşmadılar, dedilər ki, dərsliklərdə əvvəllər problemlər vardı, amma indi heç bir dərslikdə hər hansı problem yoxdur, biz buna tamamilə əminik. Səhv tərcümələr ana dilimizin mənimsənilməsinə mənfi təsir edir. Amma nazirlikdə mənimlə razılaşmadılar və belə qərara gəldim ki, problemi ictimaləşdirim”. 

A.İsayevanın sözlərinə görə, 20 ilə yaxın bir dövr ərzində dərsliklərin yüksək səviyyədə tərcümə edilməsi üçün peşəkar mütəxəssis də hazırlamaq, yaxşı bir nəşriyyatla işləmək də mümkün olardı, səhvsiz, nöqsansız bir dərslik oryata çıxara bilərdilər. “20 il az müddət deyil, bu illər ərzində inkişafa nail olmaq mümkün idi. 2-3 ildən bir yeni dərslik çap edirlər. Hər dəfə bu qədər səhvlər buraxılırsa, deməli, elə özləri də bunu istəyir ki, dərsliklər bu formada qüsurlu, səhvlə dolu olsun, uşaqlar öz dillərində normal oxumasınlar. Bu dərsliklərdə qrammatik, orfoqrafik, məzmun səhvləri çoxdur. Bir dərslikdə yalnız bir səhifədə beş-altı səhv tapdım. Bir səhifədə beş-altı səhvin olması nə deməkdir? Bu necə ola bilər? Bir dərslikdə “avqusun beşində” yazılmaq əvəzinə “avqustun beyində” yazılıb”, “axırıncı” sözündə “axrıncı” yazılıb, yenə də orfoqrafik səhvə yol verilib. 

Bir məsələni də vurğulayım ki, hansı dərsliyi açırsan mətnlərdə Nika, İrakli, Nino kimi gürcü adları var, bir dənə azərbaycanlı adı yoxdur. Nəyə görə? Mən bu dəsrlikdə niyə təmsil olunmuram, orda mənim adım bir azərbaycanlı kimi niyə getmir, nə üçün ancaq gürcü adlarından istifadə olunur? Əslində, bunun özü diskriminasiyanın bir formasıdır ki, dərsliklərdə azərbaycanlı adları yoxdur. 

Sonra “İncəsənət” dərsliyi çap ediblər, kitabı açırsan görürsən ki, baş-ayaq çap olunub. Sən kitabı oxumaq üçün bu tərəfə, sonra isə o tərəfə çevirməlisən. “Vətəndaş cəmiyyəti” kitabının üz qabığında ciddi səhv gedib, “şagird” sözündə “r” hərfi yox idi. Bu addır, necə gözdən yayına bilər? Bu birbaşa görsənən bir səhvdir və bunu necə çap etmisən? 116 məktəbin hamısına bu kitab gedəcək, söhbət minlərlə kitabdan gedir.

Problemdən çıxış yolu üçün təklifim var: 

Problemi həll etmək üçün mütləq tədbir görülməlidir. Dərsliklər gürcü dilindən Azərbaycan dilinə tərcümə olunanda prosesdə Azərbaycan və gürcü dillərini bilən bir mütəxəsisin iştirakı vacibdir. Bundan başqa, Azərbaycandan ən güclü dərslik, tərcümə mütəxəssisləri bu işə cəlb olunmalıdır. Azərbaycanda yaxşı mütəxəssislər var, onlar bu işə cəlb olunmalıdır ki, problem həll olunsun. Çünki Gürcüstanda elə mütəxəssis yoxdur”.

A.İsayeva hesab edir ki, Azərbaycandan Gürcüstana məhz bu məsələ üçün dil, dərslik, tərcümə və sair üzrə mütəxəssislər cəlb edilməlidir ki, problem kökündən öz həllini tapsın: “Xüsusi ekspert qrupu yaradılmalıdır və bu qrupa bizim mütəxəssislərlə yanaşı Azərbaycandan da mütəxəssislər cəlb olunmalıdır. Bundan sonra bəlkə ortaya normal dərsliklər çıxa”.

Kamran Əsədov: “Gürcüstanda Azərbaycandilli məktəblər üçün nəzərdə tutulan dərsliklərdə belə problemlərin yaranması...”

Təhsil mütəxəssisi Kamran Əsədov da məsələyə münasibət bildirdi. “Gürcüstanda Azərbaycandilli məktəblər üçün nəzərdə tutulan dərsliklərdə belə problemlərin yaranması bir neçə əsas səbəbdən qaynaqlanır. İlk olaraq, təhsil siyasətinin və azlıqların hüquqlarının təmin edilməsindəki struktur problemlər diqqətə alınmalıdır. Gürcüstanda milli azlıqlar üçün tədris materiallarının hazırlanması həm siyasi, həm də texniki çətinliklərlə üzləşir.

Birinci səbəb resurs çatışmazlığıdır. Tədris materiallarının hazırlanmasında əsas yük dövlət tərəfindən dəstəklənən təhsil nazirliklərinə və xüsusi olaraq bu işə cəlb edilən mütəxəssislərə düşür. Gürcüstanda azərbaycandilli təhsil sektorunda kifayət qədər təcrübəli kadrların və Azərbaycan dilində yüksək keyfiyyətli tərcümə edə biləcək mütəxəssislərin olmaması səbəbindən dərsliklər bəzən qeyri-dəqiq və natamam hazırlanır. Rus dilində qalan tapşırıqlar, ehtimal ki, tərcümə prosesindəki resurs çatışmazlığından və ya məsuliyyətsiz yanaşmadan qaynaqlanır”. 

K.Əsədovun sözlərinə görə, tərcümə üçün mütəxəssislərin sayının az olması, mövcud mütəxəssislərin təcrübələrinin yetərli olmaması və ya bu işin aşağı maliyyə ilə həyata keçirilməsi kimi amillər də bu problemin bir hissəsidir: “İkinci səbəb tarixi və mədəni kontekstdə axtarılmalıdır. Gürcüstan Sovet İttifaqının tərkibində olduğu dövrdə rus dili təhsildə dominant rol oynayırdı. Bir çox təhsil materialları rus dilində hazırlanırdı və bu ənənə müəyyən mənada müasir Gürcüstanda da davam edir. Müasir dövrdə gürcü dilinə tərcümələr üstünlük təşkil etsə də, azərbaycandilli məktəblər üçün xüsusi yanaşma göstərilməməsi və bu prosesin çox yavaş aparılması nəticəsində dərsliklərin tam tərcümə edilməməsi problemi qalır.

 Üçüncü səbəb siyasi və sosial məsələlərlə bağlıdır. Gürcüstanda azərbaycanlı icmasının təhsil hüquqlarının tam təmin olunmaması problemi illərdir müzakirə olunur. Dövlətin azlıqlar üçün tədris materiallarına prioritet yanaşmaması, onları əsasən ikinci dərəcəli məsələ kimi görməsi belə problemlərin yaranmasına səbəb olur. Azərbaycandilli məktəblər üçün dərsliklərin hazırlanması bir çox hallarda yalnız formallıq kimi qəbul edilir. Bu isə dərsliklərin məzmununda keyfiyyətsizliyə və çatışmazlığa yol açır.

Bundan başqa, müəllif hüquqları və məzmun məsələləri də rol oynaya bilər. Əgər dərsliklər tamamilə Gürcüstan tərəfindən deyil, başqa ölkələrdə hazırlanmış materialların uyğunlaşdırılması ilə ortaya çıxırsa, bu prosesdə orijinal dilin tam tərcümə edilməməsi halları baş verir. Bu, həm də tərcümə prosesində keyfiyyət nəzarətinin zəifliyini göstərir.

Həll yolları üçün dövlətin daha genişmiqyaslı tədbirlər görməsi lazımdır. İlk növbədə, azərbaycandilli təhsil sektorunda peşəkar tərcüməçilərin və müəllimlərin hazırlanması üçün xüsusi proqramlar həyata keçirilməlidir. Gürcüstan hökuməti azlıqların hüquqlarını qorumaq məqsədilə bu sahəyə daha çox maliyyə ayırmalı və dərsliklərin hazırlanmasını keyfiyyətlə təmin edən mexanizmlər qurmalıdır. Həmçinin, Azərbaycan hökuməti və diaspor təşkilatları da bu prosesə dəstək göstərə bilər. Tədris materiallarının keyfiyyətinin artırılması yalnız icmanın təhsil səviyyəsini yüksəltməz, həm də onların cəmiyyətə inteqrasiyasını asanlaşdırar”.

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Prezident İlham Əliyev təyyarə qəzası ilə bağlı müşavirə keçirdi - FOTO/YENİLƏNDİ

Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

SON XƏBƏRLƏR

25.12.2024 | 22:30
Azərbaycan çempionatı bir günlük təxirə salındı

25.12.2024 | 22:28
Mədəniyyət Nazirliyinin teatr-konsert müəssisələrində bütün mədəni-kütləvi tədbirlər təxirə salınıb

25.12.2024 | 22:26
ABL-ın basketbol görüşü təxirə düşdü

25.12.2024 | 22:22
Matəmə görə güləş üzrə Azərbaycan çempionatı 1 günlük təxirə salındı

25.12.2024 | 21:14
Azərbaycanın Suriya quruculuğunda iştirakına start verildi...

25.12.2024 | 20:58
Paşinyan yeni seçki kampaniyasına başladı - ilk hədəf sabiq prezidentlərdir...

25.12.2024 | 20:43
Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir...

25.12.2024 | 20:28
SOCAR-ı özəl şirkətlərdən asılı salan kim və nələrdir?..

25.12.2024 | 20:15
Kazan, Minsk, Gəncə - gələn ildən başlanır...

25.12.2024 | 20:01
Fransanın kəşfiyyat şeflərindən biri Bakı haqqında pis danışdı...

25.12.2024 | 19:49
Türkiyə memarlığının ŞAH ƏSƏRLƏRİ

25.12.2024 | 19:46
Zurabişvili hökuməti çevrilişlə hədələdi - Hakim partiya ona "psixi xəstə" dedi...

25.12.2024 | 19:33
Hansı müəllimlər güzəştli kartlar ala biləcək?...

25.12.2024 | 19:18
Makron Fransanı "dinozavr iyinə bürüdü" - 5-ci respublika dağılır...

25.12.2024 | 19:04
Uşaq hüquqları ilə bağlı yeni norma - Nazirlər Kabinetinə vaxt verildi...

25.12.2024 | 18:50
Sellofan torba kampaniyasında udan supermarketlər oldu - bəzi nazirliklər isə lobbiçilik etdi...

25.12.2024 | 18:36
Azad rayonlarda idman obyektlərinə qarşı çıxanlar var...

25.12.2024 | 18:22
İranın gizli şəkildə "Suriyaya qayıtmaq planı" - yeni islam birliyi?..

25.12.2024 | 18:08
Polisin bu addımı da kütləvi şəkildə dəstəkləndi...

25.12.2024 | 17:55
Nazirliklərin "hesabat verməsi" ləğv edildi - yeni qayda necə olacaq?

25.12.2024 | 17:41
Faşizm üzərində qələbə vaxtı Şimali Koreya var idi? - Moskvanın 80 illik qərarına ciddi iradlar var...

25.12.2024 | 17:35
Mətbuat Şurasından təyyarə qəzası ilə bağlı media orqanlarına çağırış …

25.12.2024 | 17:30
Rusiya diplomatlarını təyyarə qəzası ilə bağlı Aktauya göndərdi

25.12.2024 | 17:28
“Biz bütün bunları Azərbaycanda heç vaxt görməyəcəyik”...

25.12.2024 | 17:15
Xarici dezinformasiyalarla mübarizədə süni zəkadan geniş istifadə başlayıb

25.12.2024 | 17:03
Yeni Suriya rəhbərliyi beynəlxalq məhkəmələrdə İrana qarşı iddia qaldırmağa hazırlaşır - 300 milyard dollar təzminat istəyirlər...

25.12.2024 | 16:54
"Azərbaycan Hava Yollarının təyyarəsinin dəhşətli qəzası məni çox kədərləndirdi" - İsrail Prezidenti

25.12.2024 | 16:26
Prezident İlham Əliyev təyyarə qəzasının səbəbləri barədə: "Məsələ tam araşdırılmalıdır"

25.12.2024 | 16:23
Rusiya Müdafiə Nazirliyindən şok iddia – ABŞ Afrikanı bioloji müharibə meydanına çevirir...

25.12.2024 | 16:21
"Komissiya qəzanın səbəblərini və bütün təfərrüatlarını araşdırıb həm mənə, həm də Azərbaycan ictimaiyyətinə məlumat verməlidir" - Prezident

25.12.2024 | 16:10
İran Azərbaycana başsağlığı verdi

25.12.2024 | 16:05
Zelenski ilə Slovakiya baş naziri arasında “söz atışması” – Kiyev bizə dondurulmuş Rusiya aktivlərindən 500 milyon təklif etdi...

25.12.2024 | 15:51
Ərdoğan Prezident İlham Əliyevə zəng edib

25.12.2024 | 15:51
Təyyarə qəzası ilə bağlı yaradılan dövlət komissiyasının üzvləri hadisə yerində...

25.12.2024 | 15:33
Dekabrın 26-da Azərbaycanda matəm elan edildi

25.12.2024 | 15:30
Putin AZAL-ın təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı başsağlığı verib

25.12.2024 | 15:23
"AZAL-a məxsus təyyarinin qəzaya uğraması ilə bağlı dərin kədər hissi keçiririk" - Moldova Prezidenti

25.12.2024 | 15:18
Sahibə Qafarova təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verdi

25.12.2024 | 15:10
Təyyarə qəzasının səbəblərinin araşdırılması üçün dövlət komissiyası yaradıldı - Prezident sərəncam imzaladı

25.12.2024 | 14:53
XİN AZAL-ın təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı məlumat yaydı

25.12.2024 | 14:46
Dünya liderləri təyyarə qəzası ilə əlaqədar Azərbaycana başsağlığı veriblər

25.12.2024 | 14:46
32 nəfər təyyarə qəzasından sağ çıxıb - Baş Prokurorluq açıqladı...

25.12.2024 | 14:43
Prezident İlham Əliyev təyyarə qəzası ilə bağlı müşavirə keçirdi - FOTO/YENİLƏNDİ

25.12.2024 | 14:36
Bakıdan Aktauya xüsusi həkim heyəti və lazımi tibbi avadanlıqlar göndərildi

25.12.2024 | 14:30
Ərdoğan təyyarə qəzası ilə bağlı başsağlığı verdi

25.12.2024 | 14:23
Prezident İlham Əliyevin olduğu təyyarə Heydər Əliyev Beynəlxalq hava limanına eniş etdi

25.12.2024 | 14:23
"AZAL-ın təyyarəsinin qəza enişi etməsi ilə əlaqədar cinayət işi açılıb" - Baş Prokurorluq

25.12.2024 | 14:06
MEDİA Agentliyi təyyarə qəzası ilə bağlı jurnalistlərə çağırış etdi

25.12.2024 | 13:59
Bakıda narkotik satışı təşkil edən ata və iki övladı saxlandı - FOTO

25.12.2024 | 13:43
Qazaxıstan da təyyarə qəzası ilə bağlı araşdırmalara başladı

25.12.2024 | 13:42
Paşinyan onları debata çağırdı, onlar da Paşinyanın bəyanatlarını "dəlilik" adlandırıb rədd cavabı verdilər...

25.12.2024 | 13:36
"Azərbaycanlı və qazax qardaşlarımıza hər cür dəstəyi verməyə hazırıq" - Türkiyə XİN

25.12.2024 | 13:35
Dekabrın 11- də Yerevandan Bakıya uçmuş təyyarədə nə olub?- həm də bu ilk deyilmiş....

25.12.2024 | 13:33
"Təyyarə qəzası ilə bağlı hər cür yardımı göstərməyə hazırıq" - İsrail səfiri

25.12.2024 | 13:23
ABŞ səfirliyindən təyyarə qəzası ilə bağlı paylaşım - kömək etməyə hazırıq...

25.12.2024 | 13:20
Sərnişin təyyarəsinin qəzaya uğraması faktı ilə bağlı cinayət işi başlandı

25.12.2024 | 13:17
Tokayev tapşırıq verdi - Qazaxıstanda təyyarə qəzası ilə bağlı komissiya yaradıldı

25.12.2024 | 13:15
Prezident İlham Əliyev Vladimir Putinə zəng edib

25.12.2024 | 13:06
AZAL-dan təyyarə qəzası ilə bağlı yeni açıqlama - 62 sərnişin...

25.12.2024 | 13:02
AZAL-ın Bakı-Qroznı reysində olan sərnişinlərin siyahısı açıqlandı

25.12.2024 | 12:55
Prezidentin tapşırığına uyğun olaraq, təyyarə qəzasının səbəblərinin araşdırılması üçün dövlət komissiyası yaradıldı

25.12.2024 | 12:52
Prezident İlham Əliyev Aktaudakı təyyarə qəzası ilə bağlı Bakıya geri döndü

25.12.2024 | 12:48
Prezident İlham Əliyev Aktaudakı təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verdi - FOTO

25.12.2024 | 12:44
Aktauda təyyarə qəzasında 25 nəfərin sağ qaldığı açıqlandı

25.12.2024 | 12:31
Prezidentin tapşırığı ilə dövlət orqanlarının nümayəndələri Qazaxıstana yola düşüblər

25.12.2024 | 12:22
Qəzaya uğrayan təyyarədə 37 Azərbaycan vətəndaşı olub...

25.12.2024 | 12:10
Mehriban Əliyeva Aktaudakı təyyarə qəzasında həlak olanların doğmalarına və yaxınlarına başsağlığı verdi - FOTO

25.12.2024 | 12:00
“Müsəlman Səkkizliyi”nə üzv olduq - bu təşkilatdan qazancımız nə olacaq?

25.12.2024 | 11:25
Bakı-Qroznı reysi ilə uçan təyyarə qəzaya uğradı - FOTO/VİDEO/YENİLƏNDİ

25.12.2024 | 11:20
İnsult xəstəliyi üzrə tibbi xidmətlər təkmilləşdirilir

25.12.2024 | 11:16
Dövlət Komitəsinin sədri Sumqayıtda vətəndaşları dinləyəcək

25.12.2024 | 11:10
Şəkidə avtomat gizlədən keçmiş məhkum yaxalandı

25.12.2024 | 11:05
Türkiyədə ƏMƏLİYYAT - İŞİD-ə bağlı 182 nəfər saxlanıldı

25.12.2024 | 11:00
Vladiqafqazda güclü partlayış - ölən və yaralananlar var

25.12.2024 | 10:30
Bu gün Cəhridə işıq olmayacaq -XƏBƏRDARLIQ

25.12.2024 | 10:20
Bələdiyyə seçkiləri ilə əlaqədar səsvermə protokolları hazırlanacaq

25.12.2024 | 10:10
"35 yaşımda artıq məcburi köçkünlük həyatı sona çatır” - Cəbrayıl sakini

25.12.2024 | 10:05
"Məşədi Dadaş" məscidinə bıçaqla hücum edən şəxsə hökm oxunub -18 il həbs cəzası...

25.12.2024 | 10:00
Paşinyan Putinlə məzələnir - MDB iclasına getməmək üçün "virusa yoluxmuşam" dedi...

25.12.2024 | 09:40
Şamaxıda avtomobil aşıb, xəsarət alan var

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031