KÖHNƏ VERSİYA            

30 il Azərbaycan təbiətini məhv etmiş Ermənistan COP17 Biomüxtəliflik konfransı keçirəcək - gülməlidir...

Image

Rauf Zeyni: “Biomüxtəlifliyi məhv edən terrorçu dövlətin COP17-yə ev sahibliyi etməsi yolverilməzdir”

Erməni mətbuatı Ermənistanın 2026-cı ildə COP17-yə ev sahibliyi edəcəyini yazır. 

Bildirirlər ki, Tərəflərin COP17 Biomüxtəliflik Konfransı 2026-cı ildə Ermənistanda keçiriləcək. Bu barədə Ekologiya Nazirliyindən məlumat verilib.

Bioloji Müxtəliflik üzrə Konvensiya Tərəflərinin Konfransının X (keçmiş Twitter) səhifəsində deyilir ki, səsvermənin nəticələrinə görə, Ermənistan 65 səslə bu tədbirə ev sahibliyi etmək hüququ qazanıb. Guya Azərbaycan 58 səs toplayıb, Ermənistanın topladığı səs 65 olub.

Tərəflərin Bioloji Müxtəliflik üzrə XVI Konfransı (COP16) 21 oktyabr - 1 noyabr 2024-cü il tarixlərində Kolumbiyanın Kali şəhərində keçirilib. Səsvermə orada baş tutub.

Bioloji Müxtəliflik haqqında Konvensiya 5 iyun 1992-ci ildə Rio-de-Janeyroda qəbul edilmiş beynəlxalq müqavilədir.

Ermənistanın 2026-cı ildə COP17-yə ev sahibliyi etməsi hüququnu ona verənlərin, bu ölkəni dəstəkləyənlərin bunu hansı məqsədlə etdiyi aydın deyil. Ya da onlar bunu erməni təəssübkeşliyindən ediblər. Ermənistanın  qlobal biomüxtəlifliyə hansı töhfəsindən söhbət gedə bilər ki, o, Azərbaycan torpaqlarını işğalda saxladığı dövrlər biomüxtəlifliyə qarşı terror həyata keçirib, ekosid törədib. Azərbaycan ərazilərində biomüxtəlifliyin erməni   terroruna məruz qalması isə bütün Qafqazın biomüxtəlifliyinə bir zərbə olub. Biomüxtəliflik bir bölgə, rayon və şəhərlə bağlı deyil, o bütöv bir coğrafiyanı əhatə edir. Azərbaycanda bilomüxtəlifliyin terrora məruz qalması o deməkdir ki, bundan bütün Qafqaz bölgəsi, o cümlədən də sərhəd ölkələr ziyan çəkib. Bu halda Ermənistanın belə bir mötəbər tədbirə ev sahibliyi etməsi gülünc bir haldır. 

“Azərbaycan torpaqlarını 30 il işğal altında saxlayan işğalçı, terrorçu, genosid törədən, biomüxtəlifliyi məhv edən bir dövlətə səs verən dövlətləri kəskin qınayırıq”

Müstəqil ekspert Rauf Zeyni baki-xeber.com-a “Göründüyü kimi, dünyada  situasiya bundan ibarətdir ki, 30 il işğalçılıq edən dövlətlə ABŞ gəlib hərbi təlim keçir, Fransa onu maliyyələşdirir, silahlandırır və digər dövlətlərin də  hansı oyunlar oynadığı göz qabağındadır. Heç kəs fərqinə varmır ki, Ermənistan işağlçıdır, terror dövlətidir, terrorçuluqla məşğul olub. Ermənistan terroru nəinki biomüxtəlifliyə zərbə vurub, bu ölkə bütövlükdə təbiətin düşmənidir, Qarabağda və vaxtilə işğalda saxladığı digər ərazilərimizdə flora və faunanı məhv edib, meşə yanğınları törədib, meşələri qırıb, təbiətə, biomüxtəlifliyə qarşı böyük cinayətlər, ekosidlər, ekoloji genosidlər həyata keçirib. Bunlar hamısı bəlli məsələlərdir. Amma göründüyü kimi, Ermənistana lobbiçilik edənlər onun bu cinayətlərinə göz yumurlar”-deyə bildirdi. 

R.Zeyninin sözlərinə görə, Ermənistanın davranışları, bu cinayətləri böyük güclərə lazımdırsa, sərf edirsə, onlar ona lobbiçilik edirlər, Fransa, ABŞ onu dəstəkləyə bilər. “Digər ölkələr də Ermənistana özünə görə yox, Fransaya, ABŞ-a görə səs verirlər. Heç nəyin mahiyyətinə varmadan edirlər bunu. Bu da, əlbəttə ki, COP17-nin Ermənistanda keçirilməsini təmin edir. Bu, Ermənistanın öz gücü ilə bağlı deyil, lobbiçilərinin dəstəyi, birbaşa iştirakı, təsiri ilə əldə etdiyi nəticədir. Çox təəssüf ki, Azərbaycan ərazilərində biomüxtəlifliyə qarşı cinayətlər törədən,  ekosidlər, ekoloji genosidlər həyata keçirən Ermənistanın bu cinayətlərinə o ölkələr göz yumur. Biomüxtəlifliyi məhv edən terrorçu dövlətin COP17-yə ev sahibliyi etməsi yolverilməzdir”.

R.Zeyni bildirdi ki, xaricdəki erməni lobbisi, bu ölkəyə lobbiçilik edən dövlətlər onun cinayətlərini ört-basdır edirlər. “Yadınızdadırsa, Nensi Pelosini Ermənistana gətirmişdilər, “bir damcı göz yaşı 100 milyon dollara” başa gəlmişdi, guya bunlar qondarma, sözdə   “soyqırıma” görə “göz yaşı” tökürlər. Buna görə də biz dəfələrlə vurğulayırıq ki, lobbiçilik fəaliyyətini gücləndirmək lazımdır. Bu çox ciddi məsələdir. 

Biz Tərəflərin COP17 Biomüxtəliflik Konfransının 2026-cı ildə Ermənistanda keçirilməsinə səs verən dövlətlərə müraciət göndərməliyik ki, kimə səs verdiyinizi bilirsizmi? İndi gəlin, araşdıraq görək, Ermənistana səs verən o 65 dövlət hansı dövlətlərdir? O dövlətlərin Ermənistan haqqında nə qədər məlumatı var? Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi terror, soyqırım, ekosid, genosid və sair cinayatlərlə bağlı nə məlumatları var? Biz səsvermədən öncə onlara bu məlumatları göndərməli və Ermənistana səs verməkdən çəkindirməli idik ki, terrorçu dövlətə səs verməsinlər. Amma indi artıq, gördüyünüz kimi, onlar 2026-cı ildə 30 il ərzində Azərbaycanda törətdiləri o vəhşiliklərin, ekosidlərin, genosidlərin üstünü örtmək üçün beynəlxalq konfrans keçirdəcəklər. Bununla da özlərini belə qələmə verəcəklər ki, guya Ermənistan biomüxtəlifliyə xidmət edən dövlətdir. Çox təəssüf ki, bəşəriyyətdə, dünyada vəziyyət bu cürdür, lobbiçilik, ikili standartlar göz önündədir. Azərbaycan torpaqlarını 30 il işğal altında saxlayan işğalçı, terrorçu, genosid törədən, biomüxtəlifliyi məhv edən bir dövlətə səs verən dövlətləri kəskin qınayırıq”.

R.Zeyni qeyd etdi ki, Ermənistanın lobbiləri tərəfindən bu şəkildə dəstəklənməsi, yaranan  vəziyyət çox narahatedicidir. “Sülhü, stabilliyi, sabitliyi, inkişafı dəstəkləyən bir dövlət kimi dünyada baş verən bu məsələlərdən çox narahatıq. Vətəndaş cəmiyyəti, müstəqil ekspertlər olaraq bu məsələləri, əlbəttə, diqqətdə saxlayırıq”-deyə R.Zeyni bildirdi.   

İradə SARIYEVA  








VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Prezident İlham Əliyev təyyarə qəzası ilə bağlı müşavirə keçirdi - FOTO/YENİLƏNDİ

Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

SON XƏBƏRLƏR

25.12.2024 | 22:30
Azərbaycan çempionatı bir günlük təxirə salındı

25.12.2024 | 22:28
Mədəniyyət Nazirliyinin teatr-konsert müəssisələrində bütün mədəni-kütləvi tədbirlər təxirə salınıb

25.12.2024 | 22:26
ABL-ın basketbol görüşü təxirə düşdü

25.12.2024 | 22:22
Matəmə görə güləş üzrə Azərbaycan çempionatı 1 günlük təxirə salındı

25.12.2024 | 21:14
Azərbaycanın Suriya quruculuğunda iştirakına start verildi...

25.12.2024 | 20:58
Paşinyan yeni seçki kampaniyasına başladı - ilk hədəf sabiq prezidentlərdir...

25.12.2024 | 20:43
Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir...

25.12.2024 | 20:28
SOCAR-ı özəl şirkətlərdən asılı salan kim və nələrdir?..

25.12.2024 | 20:15
Kazan, Minsk, Gəncə - gələn ildən başlanır...

25.12.2024 | 20:01
Fransanın kəşfiyyat şeflərindən biri Bakı haqqında pis danışdı...

25.12.2024 | 19:49
Türkiyə memarlığının ŞAH ƏSƏRLƏRİ

25.12.2024 | 19:46
Zurabişvili hökuməti çevrilişlə hədələdi - Hakim partiya ona "psixi xəstə" dedi...

25.12.2024 | 19:33
Hansı müəllimlər güzəştli kartlar ala biləcək?...

25.12.2024 | 19:18
Makron Fransanı "dinozavr iyinə bürüdü" - 5-ci respublika dağılır...

25.12.2024 | 19:04
Uşaq hüquqları ilə bağlı yeni norma - Nazirlər Kabinetinə vaxt verildi...

25.12.2024 | 18:50
Sellofan torba kampaniyasında udan supermarketlər oldu - bəzi nazirliklər isə lobbiçilik etdi...

25.12.2024 | 18:36
Azad rayonlarda idman obyektlərinə qarşı çıxanlar var...

25.12.2024 | 18:22
İranın gizli şəkildə "Suriyaya qayıtmaq planı" - yeni islam birliyi?..

25.12.2024 | 18:08
Polisin bu addımı da kütləvi şəkildə dəstəkləndi...

25.12.2024 | 17:55
Nazirliklərin "hesabat verməsi" ləğv edildi - yeni qayda necə olacaq?

25.12.2024 | 17:41
Faşizm üzərində qələbə vaxtı Şimali Koreya var idi? - Moskvanın 80 illik qərarına ciddi iradlar var...

25.12.2024 | 17:35
Mətbuat Şurasından təyyarə qəzası ilə bağlı media orqanlarına çağırış …

25.12.2024 | 17:30
Rusiya diplomatlarını təyyarə qəzası ilə bağlı Aktauya göndərdi

25.12.2024 | 17:28
“Biz bütün bunları Azərbaycanda heç vaxt görməyəcəyik”...

25.12.2024 | 17:15
Xarici dezinformasiyalarla mübarizədə süni zəkadan geniş istifadə başlayıb

25.12.2024 | 17:03
Yeni Suriya rəhbərliyi beynəlxalq məhkəmələrdə İrana qarşı iddia qaldırmağa hazırlaşır - 300 milyard dollar təzminat istəyirlər...

25.12.2024 | 16:54
"Azərbaycan Hava Yollarının təyyarəsinin dəhşətli qəzası məni çox kədərləndirdi" - İsrail Prezidenti

25.12.2024 | 16:26
Prezident İlham Əliyev təyyarə qəzasının səbəbləri barədə: "Məsələ tam araşdırılmalıdır"

25.12.2024 | 16:23
Rusiya Müdafiə Nazirliyindən şok iddia – ABŞ Afrikanı bioloji müharibə meydanına çevirir...

25.12.2024 | 16:21
"Komissiya qəzanın səbəblərini və bütün təfərrüatlarını araşdırıb həm mənə, həm də Azərbaycan ictimaiyyətinə məlumat verməlidir" - Prezident

25.12.2024 | 16:10
İran Azərbaycana başsağlığı verdi

25.12.2024 | 16:05
Zelenski ilə Slovakiya baş naziri arasında “söz atışması” – Kiyev bizə dondurulmuş Rusiya aktivlərindən 500 milyon təklif etdi...

25.12.2024 | 15:51
Ərdoğan Prezident İlham Əliyevə zəng edib

25.12.2024 | 15:51
Təyyarə qəzası ilə bağlı yaradılan dövlət komissiyasının üzvləri hadisə yerində...

25.12.2024 | 15:33
Dekabrın 26-da Azərbaycanda matəm elan edildi

25.12.2024 | 15:30
Putin AZAL-ın təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı başsağlığı verib

25.12.2024 | 15:23
"AZAL-a məxsus təyyarinin qəzaya uğraması ilə bağlı dərin kədər hissi keçiririk" - Moldova Prezidenti

25.12.2024 | 15:18
Sahibə Qafarova təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verdi

25.12.2024 | 15:10
Təyyarə qəzasının səbəblərinin araşdırılması üçün dövlət komissiyası yaradıldı - Prezident sərəncam imzaladı

25.12.2024 | 14:53
XİN AZAL-ın təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı məlumat yaydı

25.12.2024 | 14:46
Dünya liderləri təyyarə qəzası ilə əlaqədar Azərbaycana başsağlığı veriblər

25.12.2024 | 14:46
32 nəfər təyyarə qəzasından sağ çıxıb - Baş Prokurorluq açıqladı...

25.12.2024 | 14:43
Prezident İlham Əliyev təyyarə qəzası ilə bağlı müşavirə keçirdi - FOTO/YENİLƏNDİ

25.12.2024 | 14:36
Bakıdan Aktauya xüsusi həkim heyəti və lazımi tibbi avadanlıqlar göndərildi

25.12.2024 | 14:30
Ərdoğan təyyarə qəzası ilə bağlı başsağlığı verdi

25.12.2024 | 14:23
Prezident İlham Əliyevin olduğu təyyarə Heydər Əliyev Beynəlxalq hava limanına eniş etdi

25.12.2024 | 14:23
"AZAL-ın təyyarəsinin qəza enişi etməsi ilə əlaqədar cinayət işi açılıb" - Baş Prokurorluq

25.12.2024 | 14:06
MEDİA Agentliyi təyyarə qəzası ilə bağlı jurnalistlərə çağırış etdi

25.12.2024 | 13:59
Bakıda narkotik satışı təşkil edən ata və iki övladı saxlandı - FOTO

25.12.2024 | 13:43
Qazaxıstan da təyyarə qəzası ilə bağlı araşdırmalara başladı

25.12.2024 | 13:42
Paşinyan onları debata çağırdı, onlar da Paşinyanın bəyanatlarını "dəlilik" adlandırıb rədd cavabı verdilər...

25.12.2024 | 13:36
"Azərbaycanlı və qazax qardaşlarımıza hər cür dəstəyi verməyə hazırıq" - Türkiyə XİN

25.12.2024 | 13:35
Dekabrın 11- də Yerevandan Bakıya uçmuş təyyarədə nə olub?- həm də bu ilk deyilmiş....

25.12.2024 | 13:33
"Təyyarə qəzası ilə bağlı hər cür yardımı göstərməyə hazırıq" - İsrail səfiri

25.12.2024 | 13:23
ABŞ səfirliyindən təyyarə qəzası ilə bağlı paylaşım - kömək etməyə hazırıq...

25.12.2024 | 13:20
Sərnişin təyyarəsinin qəzaya uğraması faktı ilə bağlı cinayət işi başlandı

25.12.2024 | 13:17
Tokayev tapşırıq verdi - Qazaxıstanda təyyarə qəzası ilə bağlı komissiya yaradıldı

25.12.2024 | 13:15
Prezident İlham Əliyev Vladimir Putinə zəng edib

25.12.2024 | 13:06
AZAL-dan təyyarə qəzası ilə bağlı yeni açıqlama - 62 sərnişin...

25.12.2024 | 13:02
AZAL-ın Bakı-Qroznı reysində olan sərnişinlərin siyahısı açıqlandı

25.12.2024 | 12:55
Prezidentin tapşırığına uyğun olaraq, təyyarə qəzasının səbəblərinin araşdırılması üçün dövlət komissiyası yaradıldı

25.12.2024 | 12:52
Prezident İlham Əliyev Aktaudakı təyyarə qəzası ilə bağlı Bakıya geri döndü

25.12.2024 | 12:48
Prezident İlham Əliyev Aktaudakı təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verdi - FOTO

25.12.2024 | 12:44
Aktauda təyyarə qəzasında 25 nəfərin sağ qaldığı açıqlandı

25.12.2024 | 12:31
Prezidentin tapşırığı ilə dövlət orqanlarının nümayəndələri Qazaxıstana yola düşüblər

25.12.2024 | 12:22
Qəzaya uğrayan təyyarədə 37 Azərbaycan vətəndaşı olub...

25.12.2024 | 12:10
Mehriban Əliyeva Aktaudakı təyyarə qəzasında həlak olanların doğmalarına və yaxınlarına başsağlığı verdi - FOTO

25.12.2024 | 12:00
“Müsəlman Səkkizliyi”nə üzv olduq - bu təşkilatdan qazancımız nə olacaq?

25.12.2024 | 11:25
Bakı-Qroznı reysi ilə uçan təyyarə qəzaya uğradı - FOTO/VİDEO/YENİLƏNDİ

25.12.2024 | 11:20
İnsult xəstəliyi üzrə tibbi xidmətlər təkmilləşdirilir

25.12.2024 | 11:16
Dövlət Komitəsinin sədri Sumqayıtda vətəndaşları dinləyəcək

25.12.2024 | 11:10
Şəkidə avtomat gizlədən keçmiş məhkum yaxalandı

25.12.2024 | 11:05
Türkiyədə ƏMƏLİYYAT - İŞİD-ə bağlı 182 nəfər saxlanıldı

25.12.2024 | 11:00
Vladiqafqazda güclü partlayış - ölən və yaralananlar var

25.12.2024 | 10:30
Bu gün Cəhridə işıq olmayacaq -XƏBƏRDARLIQ

25.12.2024 | 10:20
Bələdiyyə seçkiləri ilə əlaqədar səsvermə protokolları hazırlanacaq

25.12.2024 | 10:10
"35 yaşımda artıq məcburi köçkünlük həyatı sona çatır” - Cəbrayıl sakini

25.12.2024 | 10:05
"Məşədi Dadaş" məscidinə bıçaqla hücum edən şəxsə hökm oxunub -18 il həbs cəzası...

25.12.2024 | 10:00
Paşinyan Putinlə məzələnir - MDB iclasına getməmək üçün "virusa yoluxmuşam" dedi...

25.12.2024 | 09:40
Şamaxıda avtomobil aşıb, xəsarət alan var

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031