KÖHNƏ VERSİYA            

Dollara tələb sürətlə artır, amma manata hələlik təhlükə yoxdur...

Image

Dekabrın 5-də keçirilən Mərkəzi Bank;n növbəti valyuta hərracında tələb 95,1 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb. Heç şübhəsiz, burada diqqət çəkən əsas məqam dollara tələbin artımıdır.

Məsələnin bu tərəfinə nəzər salan millət vəkili Vüqar Bayramov da bildirir ki, valyuta hərraclarında dollara tələbin yenidən artması müşahidə olunur. O qeyd edib ki, son 3 hərracda 241.1 milyon dollar satılıb: “Son 3 hərracda hər satış əvvəlkindən daha çox olub. Əgər noyabrın 28-də keçirilən hərracda 68.2 milyon dollarlıq tələb yaranmışdırsa, ötən ayın son günündə 77.8, dekabrın 5-də isə 95.1 milyon dollarlıq sifariş olub. Dollara tələbin artması daha çox mövsümi faktorlarla bağlıdır. Belə ki, dekabrda həm biznesin, həm də vətəndaşların xarici valyuta tələbi yüksəlir. Öncədən proqnozlaşdırıldığı kimi, dekabrda dollara tələbin artması gözlənilən idi. Belə ki, dövlət və özəl müəssisələrin, eləcə də bankların xarici borc öhdəlikləri üçün cari maliyyə ilində son ayın olması, idxalın artması, bayramlar ilə bağlı olaraq xarici səfərlərin çoxalması dollara tələbi artırır”. Ekspert onu da vurğulayıb ki, Azərbaycanda hələ ki, üzən məzənnə rejiminə keçirilməyib. Praktiki olaraq, manatın məzənnəsi birbaşa Azərbaycan Mərkəzi Bankının qərarlarından asılıdır. Qeyd edək ki, manat bazası milli valyutanın məzənnəsin təsir göstərən əsas faktor olsa da, idxalın azalması, dollarlaşma səviyyəsi və neftin, qazın satışından daxil olmalar məzənnəyə təsir göstərməkdədir. Xüsusən də neftin və qazın Azərbaycan üçün məqbul qiyməti tədiyyə balansına birbaşa təsir göstərir. Burada qeyd edək ki, daha əvvəl hərraca çıxarılan dolların əksər hallarda hammısı satılmadığı da məlum idi. Bu fonda bazar qaydaları üçün milli valyutanın kursu yüksəlməli idi. Amma Mərkəzi Bank manatın kəskin möhkəmlənməsində də maraqlı görsənmir. Bu baxımdan, növbəti dövr üçün məzənnənin necə dəyişəcəyini proqnozlaşdıran zaman dollara tələbin necə dəyişəcəyinə diqqət yetirmək lazımdır. İlin sonunadək dollara tələbin yüksələcəyi gözlənilir. Hərraclarda satılan dolların təxminən 90 faizinin idxal üçün istifadə edildiyini nəzərə alsaq bu zaman xarici valyutaya tələbin artması qaçılmazdır. Ənənəvi olaraq dekabrda dollar tələb yüksəlir. Bu idxalın və eləcə də bayramlar ilə bağlı olaraq səfərlərin sayının artması və o cümlədən dövlət və özəl müəssisələrin xarici borc öhdəlikləri ilə bağlıdır. Amma Mərkəzi Bank və Dövlət Neft Fondu dollara tələbi asanlıqla qarşılayır. Bu mənada hərraclarda dollara tələbin artması manatınməzənnəsinə təsiriz ötüşəcək.  digər tərəfədn nəzərə almaq lazımdır ki, növbəti aydan etibarən tələb yenidən stabilləşəcək. Manatın məzənnəsinin necə dəyişməsi isə birbaşa yenə də Mərkəzi Bankın mövqeyindən asılı olacaq. Amma aydındır ki, uzunmüddətli dövrdə manatın məzənnəsinin stabilliyi üçün valyuta bazarına neft və qaz sektorundan kənar sektordan daxil olan valyutanın həcminin artırılmasına ehtiyac var.

Qeyd edək ki, beynəlxalq ticarət əməliyyatlarında, xüsusilə də energetika sahəsində dolların dünya əsas valyutası kimi rol oynamağı davam etməsi gözlənilən prosesdir. Azərbaycanın neft və qaz kimi energetik resursları ilə dünya bazarında uzun müddət mühüm oyunçu olacaq. İkincisi, Azərbaycanın iqtisadiyyatının dollar ilə sıx əlaqəsi beynəlxalq ticarət əməliyyatlarının əksəriyyətində ABŞ valyutasının əsas pul olmasından irəli gəlir. Amma o da faktdır ki, ölkədə dolların geniş istifadə olunması, xüsusilə də xarici ticarət və investisiya sahəsində bunun özünü qabarıq göstərməsi ölkənin iqtisadiyyatının sürətlə inkişaf etməsinə kömək edir. Bu isə hərrac bazarında dolların tələbinin artmasına səbəb olur. Üçüncüsü, Azərbaycanın maliyyə siyasəti və valyuta idarəetmə sistemi də hərraclarda dolların tələbinin artmasına təsir edir. Ölkədəki maliyyə siyasətinin və valyuta idarəetmə sisteminin investorlara və ticarət tərəfdaşlarına güvən verməsi, hərraclarda dollara tələbin formalaşmasında az rol oynamır. Beləliklə, Azərbaycanda hərraclarda dollara tələbinin artması bir çox müxtəlif faktorlardan irəli gəlir. Bu faktorlar arasında energetika sahəsindəki nailiyyətlər, beynəlxalq ticarət əməliyyatları, maliyyə siyasəti və valyuta idarəetmə sistemi kimi bir sıra aspektlər var. Energetika sektorundakı nailiyyətlər, xarici ticarət və maliyyə siyasəti bu tendensiyada əsas rolu oynayır. Amma istənilən halda Azərbaycan “üzən məzənnə” rejiminə keçmədiyi üçün valyuta bazarındakı tarazlığı Mərkəzi Bankın qərarları müəyyənləşdirir. Bundan başqa, dollara tələbin artım dinamikası davamlı deyil. Ona görə də manata hər hansı bir ciddi təzyiqdən söhbət gedə bilməz. Ölkənin mövcud valyuta ehtiyatları və hazırki neft-qaz qiymətləri manata qorxu yaratmadan onun mövqeyinin rahatlığına imkan verir.

Ramil QULİYEV







VİDEO

Suriya azı 4 yerə bölünür... Əsəd "keçi qiymətinə" satılır - David koridoru gerçəkləşə bilər... - VİDEO

Paşinyan Azərbaycanla kiçik müharibə ssenarisi üzərində işləyir... - VİDEO

Konqresmen Pallone Bakıdan qaçdı və ABŞ da “tünd sirkə kimi partladı”... - VİDEO

Bir neçə nazirlik və xidmət yanlarındakı İctimai şuraları buraxacaq...

Avropa və Amerikanın pulu, kəşfiyyat məlumatları - OCCRP Azərbaycana təzyiq vasitəsidir...

OCCRP Azərbaycanı hədəfə alır, ancaq ABŞ varlılarının ofşor zonalarda əməllərini “görmür”...

SON XƏBƏRLƏR

06.12.2024 | 12:30
Bakıda vergidən yayınan MTK-ların böyük siyahısı ortaya çıxdı - söhbət milyonlarla manatdan gedir...

06.12.2024 | 12:00
Azərbaycanlıların qayıdış hüququna həsr olunmuş beynəlxalq konfransın yekun sənədi qəbul edilib

06.12.2024 | 11:30
Robert Levandovski daha 2 il "Barselona"da

06.12.2024 | 11:15
Onlarla Azərbaycandakı qohumları arasında əlaqə yaradıldı - BQXK açıqlama yayıb

06.12.2024 | 11:10
Hacıqabulda "Mercedes" aşıb, 1 nəfər ölüb

06.12.2024 | 11:05
Trampın seçilməsi üçün 260 milyon dollar xərcləyib - İlon Maskla bağlı şok hesabat

06.12.2024 | 11:00
Bakıda Fransa və Niderland neokolonializmi haqqında beynəlxalq konfrans işə başlayıb

06.12.2024 | 10:20
Bu ölkədə Baş Prokurorluq Prezidentin fəaliyyətindən şübhəyə düşüb...

06.12.2024 | 10:15
Neftimiz yenə ucuzlaşıb - dünya bazarında son durum

06.12.2024 | 10:10
Bir gündə 38 cinayətin üstü açılıb - DİN açıqlama yaydı

06.12.2024 | 10:10
Bakıda motosiklet yolu keçən qızı vurub

06.12.2024 | 10:05
Bələdiyyə seçkiləri ilə əlaqədar bu yerlərdə seçki məntəqələri yaradılır

06.12.2024 | 10:00
Bu gün Yasamalın bəzi ərazilərində qaz olmayacaq

06.12.2024 | 10:00
Culfanın bəzi kəndləri bu gün işıqsız qalacaq

06.12.2024 | 09:30
Azərbaycan və Qazaxıstanın XİN başçıları Maltada görüşüb

06.12.2024 | 09:25
Tələbə sayına görə niyə qonşulardan geridəyik?..

06.12.2024 | 09:20
Makron küncə sıxılır - 50 faizdən çox fransız onun istefasını tələb edir

06.12.2024 | 09:10
"Mən sizin üçün çox darıxıram" - Messi "Barselona" azarkeşlərinə səsləndi

06.12.2024 | 09:06
Bu gün rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramıdır

06.12.2024 | 09:00
Qubada 102 min manatlıq dələduzluq edənlər yaxalanıb

06.12.2024 | 08:38
Bankçılıqdan "açıq bankçılığa" keçid vətəndaşlara nə verəcək...

05.12.2024 | 23:56
Lavrovdan Paşinyanın KTMT bəyanatına reaksiya - o, bu mövzuda çox danışıb...

05.12.2024 | 23:23
Ceyhun Bayramov ATƏT-in iclasında Minsk qrupunun ləğvi məsələsini qaldırdı...

05.12.2024 | 22:37
"Həyat üçün şans" reabilitasiya mərkəzinin təssisçisi həbs edildi...

05.12.2024 | 22:15
Azərbaycan Türk fəlsəfə tarixinin 3-cü cildi işıq üzü görüb

05.12.2024 | 21:48
Ceyhun Bayramov gürcü nazirlə regional təhlükəsizlik məsələlərini müzakirə etdi...

05.12.2024 | 21:32
"Avropada etnik, dini dözümsüzlüyün və ayrı-seçkiliyin artması narahatlıq doğurur" - Ceyhun Bayramov

05.12.2024 | 20:56
Bir neçə nazirlik və xidmət yanlarındakı İctimai şuraları buraxacaq...

05.12.2024 | 20:39
Dolların taxtı silkələnir, Tramp alternativ pul yaradanları kəskin hədələdi - "kəsərəm"

05.12.2024 | 20:25
OCCRP COP29-a qarşı mübarizəni Amerika kəşfiyyatının materialları əsasında apardı...

05.12.2024 | 20:11
Ermənistan Bakının son sülh layihə təklifinə hələ cavab verməyib - Simonyan COP-u bəhanə etdi...

05.12.2024 | 19:56
ABŞ və Avropa OCCRP-dən ölkələrə təzyiq aləti kimi istifadə etməyə can atır - amma öz mövqeyini sarsıdır...

05.12.2024 | 19:41
İctimai Şuraların tərkibinə QHT sektorunda etirazlar böyüyür...

05.12.2024 | 19:27
Makron Fransanın siyasi və maliyyə sistemini çökdürdü - ölkə hökumətsiz qaldı...

05.12.2024 | 19:14
İqlim dəyişikliyi gender uçurumu yaradır, dünyaya təhdid - Azərbaycan reallıqları...

05.12.2024 | 19:00
Xatirə Kitabı Redaksiyasının şəhid ailələrinə misilsiz hədiyyəsi... - FOTO

05.12.2024 | 18:45
"Azərbaycan 21-22-ci ildə bizim torpaqlarımızı işğal etdi" - Bu fikri deyən sülh istəyir?

05.12.2024 | 18:31
OCCRP adlı qondarma beynəlxalq qurum bəzi Azərbaycan "jurnalistləri" ilə cinayətkar əlaqələr qurub...

05.12.2024 | 18:25
"Qərbi azərbaycanlıların qayıdış hüququnun təmin edilməsi davamlı sülh üçün zəruridir" - Əhliman Əmiraslanov

05.12.2024 | 18:17
Paşinyan Putinə kəskin tonda cavab verdi - “Belə sənədlər yoxdur”

05.12.2024 | 18:03
OCCRP-ni Azərbaycanın daxili işlərinə məşhur ermənipərəst ABŞ məmuru yönəldir...

05.12.2024 | 17:50
"İraqın və Suriyanın şimalında yeni türk dövləti" - informasiyanı yayanların hədəfi…

05.12.2024 | 17:37
Avropa və Amerikanın pulu, kəşfiyyat məlumatları - OCCRP Azərbaycana təzyiq vasitəsidir...

05.12.2024 | 17:33
Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunun iştirakçıları Prezidentə müraciət ünvanlayıblar

05.12.2024 | 17:24
Paşinyan bu dövlətin başçısını İrəvanda görmək istəmir...

05.12.2024 | 17:11
OCCRP Azərbaycanı hədəfə alır, ancaq ABŞ varlılarının ofşor zonalarda əməllərini “görmür”...

05.12.2024 | 17:06
Mərkəzi Bankın sədrinə müavinlər təyin edildi

05.12.2024 | 17:01
Prezident Mərkəzi Bankın sədrinə birinci müavin təyin etdi

05.12.2024 | 16:42
“Ermənistanı yeni müharibə avantürasına çəkmək Qərbin növbəti çirkin planıdır” - Vüqar Rəhimzadə

05.12.2024 | 16:36
"Qərbi azərbaycanlıların problemlərini dünyaya çatdırmalıyıq" - Şamil Ayrım

05.12.2024 | 16:20
"Azərbaycanla danışıqların pozulmasına erməni tərəfinin dövlət sirlərini sızdırması səbəb olub" – Simonyan

05.12.2024 | 16:07
Nəbatat Bağına giriş qiyməti açıqlandı - 6 yaşa qədər pulsuz, böyüklər üçün isə...

05.12.2024 | 15:56
Putindən Trampın dollar təhdidlərinə cavab - dünya artıq dəyişib...

05.12.2024 | 15:14
Zelenski Gürcüstan hakimiyyətinə sanksiya tətbiq etdi...

05.12.2024 | 14:49
"Avropalılar bizi “Maydan”la hədələyirdi, ancaq bu ideya iflasa uğradı, Gürcüstanda “Maydan” olmayacaq" - İrakli Kobaxidze

05.12.2024 | 14:28
Makron İsraili tənqid edir, İrəvandakı səfiri isə İranın lehinə paylaşımlar edir - Fransanın Qərb ölkələrinə xəyanəti...

05.12.2024 | 14:21
Suyu süzülən BAKI...

05.12.2024 | 14:18
Yunus Oğuzdan Qarabağ Universitetinə dəyərli hədiyyə- ÖZƏL

05.12.2024 | 14:05
Naxçıvan Sənaye Parkı yaradılır - FƏRMAN

05.12.2024 | 14:03
Rabitə və informasiya texnologiyaları sahəsi işçiləri “Tərəqqi” medalı ilə təltif edildi

05.12.2024 | 14:02
Prezident Azərbaycan Könüllülərinin VII Həmrəylik Forumunun iştirakçılarına müraciət ünvanladı

05.12.2024 | 13:25
Bakıda Ermənistandan zorla çıxarılmış azərbaycanlıların geri qayıtmasının hüquqi əsasları mövzusunda panel sessiyası keçirildi

05.12.2024 | 13:11
ABŞ-nin Qazaxıstandakı səfiri istefa verdi

05.12.2024 | 12:30
"Ermənistan Azərbaycan mədəni irsinin vəziyyətinin araşdırılması üçün UNESCO-nun missiya göndərməsinə icazə vermir" - Əziz Ələkbərov

05.12.2024 | 12:00
Türkiyənin 30 vilayətində PKK-ya qarşı əməliyyat keçirilib

05.12.2024 | 11:53
“Ermənistandan zorla çıxarılan azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda ikinci beynəlxalq konfransın açılışı olub

05.12.2024 | 11:47
Qərbi Azərbaycan İcmasının fəxri üzvlük sertifikatları təqdim edildi

05.12.2024 | 11:30
"Real" biabırçı antirekordunu yenə təkrarladı...

05.12.2024 | 11:10
Bu ölkədə böhran bitmir - Prezident müdafiə nazirinin istefasını qəbul edib

05.12.2024 | 11:05
Bu, torpaq deyil, insan haqları məsələsidir - Mövlud Çavuşoğlu

05.12.2024 | 11:02
Prezident İlham Əliyev Tailand Kralına məktub göndərib

05.12.2024 | 11:00
"Hazırda “Böyük Qayıdışa dair Dövlət Proqramı” uğurla icra edilir" - İlham Əliyev

05.12.2024 | 10:47
Prezident İlham Əliyev Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunun iştirakçılarına müraciət ünvanlayıb

05.12.2024 | 10:20
Bir gündə cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb

05.12.2024 | 10:16
Sabah Bakı Təşəbbüs Qrupu Sen Martin adasına həsr olunmuş beynəlxalq konfrans keçirəcək

05.12.2024 | 10:15
"Ermənistan Qərbi azərbaycanlıların hüquqlarının bərpası istiqamətində addımlar atmalıdır" - Prezident

05.12.2024 | 10:10
ABŞ bu ölkəyə xəbərdarlıq etdi

05.12.2024 | 10:05
Prezident: "Ermənistanın sürətlə silahlanması dayanıqlı sülhün əldə olunmasını əngəlləyir"

05.12.2024 | 10:05
Olimpiya Oyunları ilk dəfə Afrika ölkəsində keçirilə bilər

05.12.2024 | 10:00
Qərbi Azərbaycan həqiqətlərinin təbliği sahəsində fərqlənən bir qrup şəxs təltif edilib - SİYAHI

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031