KÖHNƏ VERSİYA            

Cəmi 5 gündə İran üzərindən 43 rayona səpələnən zəngilanlılar indi nələr yaradır... - MÜSAHİBƏ

Image

Əli bəy Azəri: “İndi Zəngilanda sürətlə tikinti işləri gedir”

Uzun illər Ermənistanın işğalı altında olan Zəngilanın işğaldan azad edilməsi tariximizdə xüsusi əhəmiyyətə malikdir. Erməni işğalı nəticəsində öz yurd-yuvalarından pərən-pərən düşən, qaçqın həyatı yaşayan zəngilanlıların həyatında 20 oktyabr tarixinin xüsusi yeri var.  

2020-ci il oktyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev xalqa növbəti müraciəti zamanı Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndləri və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Zəngilan döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edildi. Bu da zəngilanlıların həyatına ən yaddaqalan tarixi gün kimi düşdü. Prezident İlham Əliyevin sərəncamı ilə 20 oktyabr Zəngilan şəhəri günü elan edilib. 

Zəngilanın işğal edilməsi, zəngilanlıların qaçqın-köçkünə çevrilməsi, onun azadlığa qovuşması, hazırda orada həyata keçirilən tikinti-quruculuq, bərpa işləri və sair məsələlərlə bağlı Zəngilan rayonunun Vejnəli kəndində doğulan və hazırda ədəbi fəaliyyətlə məşğul olan yazıçı Əli bəy Azəri ilə söhbət etdik. 

“Böyük qayıdış” Ağalı ilə başladı və bu, zəngilanlıların intizamlılığına, sözübütövlüyünə, dövlətə sədaqətinə verilən böyük qiymət idi”

Bildirim ki, Əli bəy ixtisasca hərbçidir. Ötən əsrin doxsanıncı illərində Vətənin başının üstünü qara buludlar alanda o, Rusiyada sülh şəraitində xidmətini dayandırmış, vətənə dönərək müstəqil ölkənin ərazilərinin erməni işğalından müdafiəsinə qoşulmuşdu. Döyüş əməliyyatlarının şəxsən iştirakçısı olub, bir səhra komandiri kimi bəzi döyüş əməliyyatlarına tabor komandiri səlahiyyətləri çərçivəsində rəhbərlik edib. “Atəşkəs” dövründə mayor rütbəsində ehtiyata buraxılıb. 

İctimai tədbirlərdə fəaldır.

- Əli bəy, Zəngilan işğala qədər necə idi? 

- Statistik məlumatları sadalamaq istəmirəm. Bu barədə internetdə kifayət qədər geniş məlumat var. Zəngilan bir kənd təsərrüfatı rayonu kimi şöhrətlənmişdi. Əhalinin əsas məşğuliyyəti heyvandarlıq və əkinçilik idi. Eyni zamanda Bakıdan Naxçıvana və İrəvandan Qafana doğru hərəkət edən qatarların Zəngilan rayonu üzərindən keçməsi rayonda sənayenin də inkişafına təkan vermişdi. Ümumiyyətlə, XX əsrin 70-ci illərindən başlayaraq nəinki Zəngilan şəhərində və Mincivan qəsəbəsində, hətta ucqar kəndlərdə də inkişaf hiss olunmaqdaydı. Adamlar özlərinə müasir görünüşlü evlər tikdirir, şəraitlərini yaxşılaşdırırdılar. Hökumət kəndlərdə də yeni məktəb binaları, klublar, mağazalar tikdirir, yollar çəkdirir, əhalinin rifahını yaxşılaşdırırdı. Bir sözlə, Zəngilan günü-gündən gözəlləşir, müasirləşirdi.   

- Bildiyimiz kimi, zəngilanlılar 67 gün tam mühasirə şəraitində ermənilərlə vuruşdu, 25-29 oktyabr 1993-cü ildə Zəngilan rayonunun əhalisi son anadək vuruşaraq, 235 şəhid və itkin verərək Araz çayını keçib, İran İslam Respublikasının ərazisi ilə keçərək Azərbaycanın 43 rayonunda müvəqqəti məskunlaşdılar. O günlər yadınıza necə gəlir? Zəhmət olmasa bu barədə danışardınız. 

-30-31 avqustda qonşu Qubadlı rayonu işğal olundu. 23 avqustda Füzuli və Cəbrayıl rayonlarının böyük hissəsi artıq işğala məruz qalmışdı. Demək olar ki, Qubadlı və Zəngilanın çıxması üçün sanki dəhliz saxlanılmışdı. Belə bir vaxtda Zəngilanda fəalların toplantısı keçirildi. Qərara alındı ki, bütün kişilər yeni yaranmaqda olan orduda xidmət keçənlərə dayaq duracaq, son damla qanadək rayon ərazisini müdafiə edəcəklər. Əlavə olaraq Qubadlı rayonunun aşağı ərazilərini və Cəbrayıl rayonunun Arazqırağı bölgəsini də Zəngilan Alayı öz mühafizəsinə götürdü. Vəziyyət günü-gündən ağırlaşırdı. Rayona sursat təchizatı zəifləyirdi, o cümlədən də ərzaq gətirilməsi pisləşirdi. Anbarlarda olan ehtiyat ərzaqlar əhaliyə paylanırdı. Ermənilər rayonu yarımblokada vəziyyətində saxlayıb, hərbi vəziyyətlə yanaşı həm də iqtisadi sıxıntılara saldılar. Oktyabrın 18-dən dörd tərəfdən - Cəbrayıl, Qubadlı, Qafan və Meğri rayonları tərəfdən erməni qoşunlarının intensiv hücumları başlandı. Halqa günü-gündən daralırdı. Döyüşçülər müdafiə mövqelərindən çıxmır, şəhid olur, ancaq son anadək vuruşurdular. Nəhayət, 26 oktyabrda dəhliz tamamilə bağlandı və tam mühasirə şəraiti yarandı. Mühasirəni yarıb çıxmağa qüvvə yetərli deyildi. Həmin vaxt ölkə başçısı Heydər Əliyevin İran İslam Respublikasının Prezidenti Rəfsəncani ilə birgə səyi nəticəsində Naxçıvan dəryaçasında Araz çayının suyu qismən bloklandı, əhali İran tərəfin də texnikasının köməyilə çayın üzərindən qonşu ölkənin ərazisi vasitəsilə köçürüldü. İkinci Xocalı faciəsinin təkrarlanmasına imkan verilmədi. Şəhidlər arasında ölkənin başqa bölgələrindən olanlar da var. Zəngilana köməyə hər yerdən gələnlər vardı. Onlar zəngilanlılarla bərabər burda müqəddəs vətən torpağını qoruyurdular və gücləri çatacaq son ana kimi qorudular. 

İmişli ərazisində çadırlar quruldu. İran ərazisindən daşınan 35 minlik Zəngilan əhalisi qarşılandı, isti yemək, qismən ərzaq və geyimlə təmin olundu. Qohum-əqrəbası yaşayan yerlərə üz tuta bilməyən əhali bir müddət çadırlarda yerləşdirildi. Dövlət, iqtisadi cəhətdən ağır vəziyyətdə olmasına baxmayaraq, çətin sınaqdan çıxdı. 

- Zəngilan milli və dini-tarixi abidələrlə zəngin olub. Ermənilər bunlara qarşı hansı vandal aktlar törədiblər? Erməni vandalizminin fəsadları, dağıdılmış tarixi və dini memarlıq abidələri barədə nə demək olar? 

- Zəngilanın emblemi hesab olunan Məmmədbəyli türbəsinin bir hissəsi dağıdılmışdır. Babək dövrünün yadigarı (Şəhri-Şərifan) Səkkizguşəli Şərifan sərdabəsi yerli-dibli məhv edilmişdir. Qayanın başında, yoldan çox-çox kənarda, əlçatmaz bir yerdə yerləşən Vejnəli Qız qalasının bir hissəsi partlayıcı maddə ilə partladılmışdır. Bartaz-Əmirxanlı kəndləri yaxınlığında rayonun ən böyük ziyarətgahı hesab olunan Xanazor piri uçurularaq yerlə-yeksan edilmişdir. Bir sözlə, irili-xırdalı doxsandan çox pir, ziyarətgah, məscid, tarixi abidə məhv edilərək dağıdılmışdır. Hətta Qarababada olan (Yuxarı Yeməzli kəndi yaxınlığında) xristian tariximizin nişanəsi Kilsə də dağıdılmışdır. 

- 20 oktyabr 2020-ci il tarixində Zəngilan rayonu işğaldan azad edildi. O günü necə xatırlayırsınız? Prezident İlham Əliyev bu barədə məlumat verəndə hansı hisslər keçirdiniz? 

- Müzəffər Ordumuzun irəliləməsini diqqətlə izləyirdik. Müdafiə Nazirliyi və ölkə başçısı - daha qürurla desək, Ali Baş Komandan şəxsən öz tvitter səhifəsində hər gün rəsmi məlumatlar verirdi. Həmin gün günorta saatlarında “Azərbaycan” nəşriyyatına gəlirdim. Məlumatı yolda eşitdim. Düzdür, mənim üçün hər qarış vətən torpağı əzizdir. Zəngilanın azad olunması xəbəri isə mənə qeyri-adi bir sevinc gətirdi. Bunu sözlə ifadə etməkdə çətinlik çəkirəm. Dərhal qohumlarıma, zəngilanlı dostlarıma zəng vurdum, xəbəri olmayanlara məlumatı çatdırdım, eşidənlərlə sevincimi bölüşdüm. 

- Prezident İlham Əliyevin sərəncamı ilə 20 oktyabr - Zəngilan şəhəri günü elan edilib. Bu gün zəngilanlılar üçün hansı mənanı ifadə edir?

- Ölkə başçısı bu sahədə təqdirəlayiq addımlar atıb. Hər rayonun azad olunduğu günün bayram kimi qeyd olunması üçün sərəncamlar imzalayıb. O cümlədən də 20 oktyabrı Zəngilan şəhər günü elan edib. 20 oktyabr zəngilanlılar üçün birlik günüdür. Necə ki, işğal dövründə zəngilanlılar bir yerə toplaşıb işğal günlərinin nisgilini birgə yaşayırdılar, indi də sevinclərini birgə qeyd edirlər. Eyni zamanda bütün umu-küsüləri bir kənara qoyub birliklərini, dövlətə sədaqətlərini büruzə verirlər.

-Azad Zəngilanın sakini olmaq nə deməkdir? Yəqin ki, ora getmisiniz. Getmisinizsə, ilk olaraq gözləriniz nələri axtardı və tapa bilmədiniz? 

- Adam necə yaşamasından, harda işləməsindən asılı olmayaraq bir yerə bağlıdır - o yer onun doğulub, boya-başa çatdığı, təbii nemətlərindən dadaraq at oynatdığı məkandır və hansı yaşda olur-olsun, ordan müqəddəs yer tanımır. Zəngilan mənim üçün bax, həmin müqəddəs yerdir. Mən Zəngilanın azadlığından güc alıram. Ərazilər azad olunsa da, hökumət orda aparılan işlərlə bağlı, xüsusən də minalardan təmizlənmə prosesi başa çatdırılmayana qədər xüsusi bir buraxılış rejimi tətbiq edib. Mən ötən müddətdə həmin rejimin tələblərinə riayət edərək ailəmlə müqəddəs yerlərin ziyarətinə getdim. İlk ziyarət etdiyim yer Seyid Həsən Ağa ziyarətgahı oldu. Qısa müddət ərzində həmin ziyarətgah və Babəkin dövründə ərəblərlə vuruşaraq şəhid olmuş qoşun rəhbərlərinin birinin qəbri üzərində inşa olunmuş Xanazor piri bərpa olunub. Heydər Əliyev Fondunun dəstəyi ilə Zəngilanda köhnə məscidin yerində yenişi inşa olunub. Bu, zəngilanlılara həm də mənəvi dayaqdır. Çox yeri görmək istəsəm də görə bilmədim, erməni vandalları oraları dağıdıblar, bizə viranə gözdağı qoyublar.  

- Deyildiyi kimi, bərpa-quruculuq işləri surətlə davam edir. Birinci pilot layihə Zəngilanda icra edildi, Ağalı kəndində. 200 evdən ibarət gözəl kənd salınıb. Bununla da “Böyük Qayıdış” prosenə Zəngilanda start verildi, “Böyük qayıdış” Zəgilanın Ağalı kəndindən başladı. Həm bununla bağlı, həm də aparılan tikinti-quruculuq və bərpa işləri barədə nə deyərdiniz? Məşğulluq, məktəb, bağça, tibb məntəqəsi, bütün xidmətlər - “ASAN”, “DOST”, kiçik və orta biznesə dəstək xidmətləri mövcuddur. 2022-ci ilin may ayında Ağalı kəndinin ilk sakinləri doğma torpaqlarında məskunlaşmağa başlayıblar. Əhalinin qayıdışı nə deməkdir?

- İmkan düşdükcə mən bütün toplantılarda bunu vurğulayıram. “Böyük qayıdış” Ağalı ilə başladı və bu, zəngilanlıların intizamlılığına, sözübütövlüyünə, dövlətə sədaqətinə verilən böyük qiymət idi. Eyni zamanda zəngilanlıların üzərinə qoyulmuş bir məsuliyyət kimi də qəbul olunmalıdır. Dövlət öz üzərinə düşən işlərin böyük bir hissəsini qarşılayır. Əhali də boş oturmamalıdır. Zəngilanda ərik bağları salınıb. Qoz ağacları əkilib. Digər yaşıllaşdırma işləri aparılır. Ağalıya köçürülən əhali təkcə Ağalıda yaradılan dövlət işləri ilə qane olmamalıdır. Onlar bölgədə aparılan digər quruculuq və bərpa işlərində də yaxından iştirak etməlidirlər. Onların qalmağa yerləri - öz doğma isti ocaqları var. Bu, böyük dayaq deməkdir. Digər bölgə sakinlərinin Zəngilanda görülən işlərə cəlb olunması Ağalıda yaşayanların iştirakı ilə bərabər tutula bilməz. Onlar üçün əlavə şərait yaradılması tələb olunur. İndi Məmmədbəyli, Cahangirbəyli kəndlərinin və Zəngilan şəhərinin tikintisi sürətlə həyata keçirilir. Eşitdiyimizə görə, 2026-cı ildə bu üç yaşayış məntəqəsində Ağalıda olduğu kimi sakinlərin yaşayışı tam təmin olunacaq. Onda bölgədə quruculuq işləri daha böyük vüsət alacaq.  

- Zəngilanın yeni inkişaf dövrü başlayır, bu rayonumuz tikilib qurulur… Bunları görəndə, duyanda hansı hisslər keçirirsiz? 

- Zəngilana birinci səfərimdə diqqətimi çəkən yarımçıq tikili oldu. Təxmin etdim ki, bu tikili nədirsə, beynəlxalq əhəmiyyət daşıyır. Soruşdum, beynəlxalq konqres mərkəzi olduğunu bildirdilər. Bir neçə aydan sonra tikili istifadəyə verildi və yüksək səviyyədə qonaqlarını qarşıladı. İndi Zəngilanda sürətlə tikinti işləri gedir. Ölkə başçısının qeyd etdiyi kimi, Zəngilan park-şəhər olacaq. Mərkəz yaşıllıqla əhatə olunacaq. Bilirsiniz ki, Zəngilan beşbarmaq çinarın vətənidir. Torpağı məhsuldardır. Doğma diyarın tez bir zamanda dirçəldilməsi, əlbəttə ki, adamı sevindirir. Ölkə başçısının dönə-dönə Zəngilana səfəri də biz zəngilanlılara qürur verir. Düzdür, ölkə başçısı digər bölgələrə də gedir, orda da yeni fundamentlərin qoyuluşunda iştirak edir, amma onun Zəngilana, buranın coğrafiyasına diqqəti elə bil bir az üstündür. Bəlkə də bu mənə belə görünür.  

- Zəngilan mühüm nəqliyyat qovşağıdır. Zəngilan nəqliyyat dəhlizləri üzərində yerləşir və ona görə Zəngilan Beynəlxalq Hava Limanının inşası da bu bölgənin inkişafı baxımından mühüm faktor olmuşdur. Bu barədə fikriniz?

- Bir az əvvəl bu qovşaq barədə nəsə qeyd etmişdik. Ermənistanla sülh müqaviləsi imzalanmayınca qovşağın əvvəlki fəaliyyətinin tam bərpası barədə bir söz demək mümkün deyil. Belə ki, hələ Zəngəzur dəhlizi açılmayıb. Biz Zəngilandan (Mincivan qəsəbəsindən) keçib Naxçıvana gedə bilmirik. Deməli, ermənilər də Zəngilandan keçməklə Qafana gedə bilməzlər. Bu bölgənin coğrafiyası belədir, yəni yerli əhalinin nəqliyyat qovşağı qarşılıqlı anlaşmadan keçməlidir. Bununla belə, Zəngilan yenə də nəqliyyat qovşağı rolunu oynayacaq. Araz çayı üzərində yeni salınan körpü İran ərazisinə, ordan keçməklə Naxçıvana gediş-gəlişin mümkünlüyünü təmin edəcək. Türkiyə tranzit yolu da Zəngilan üzərindən işə salına bilər. Zəngilanda hava limanının tez bir zamanda inşası isə bu işlərin sürətlə həyata keçirilməsinin bir təkanıdır. Hava limanı həm də bölgəyə turist axınını təmin edən nəqliyyat vasitəsi kimi istifadə olunacaq məkandır. Zəngilanda və ümumiyyətlə Həkəri bölgəsində turizmi inkişaf etdirəcək kifayət qədər potensial mövcuddur. 

İradə SARIYEVA







VİDEO

Təyyarəmizi Qroznıda Rusiya vurub - təsdiqləndi... - VİDEO

Tramp 20 yanvarda bu inanılmaz fərmanları verəcək - dünya yeni dönəmə girir... - VİDEO

Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı... - VİDEO

“Zəngəzur” və “Qərbi Azərbaycan” sözləri danışıqlardan çıxarılsın - Avropa deputatı reallıq hissini itirdi...

Aktau təyyarə qəzasında çoxsaylı şübhəli məqamlar var - "quş dəstəsi" ən zəif varianta çevrilir...

ABŞ Ermənistana silah satışına haqq qazandırdı... “Nəzarət edirik”...

SON XƏBƏRLƏR

26.12.2024 | 23:52
Aktauda qəzaya uğrayan təyyarənin ikinci “qara qutu”su da tapıldı

26.12.2024 | 23:27
Təyyarəmizi Qroznıda Rusiya vurub - təsdiqləndi... - VİDEO

26.12.2024 | 22:43
Gürcüstan spikeri və XİN rəhbəri təyyarə qəzası ilə əlaqədar Azərbaycan səfirliyində olublar

26.12.2024 | 21:55
İsrail aviaşirkəti AZAL təyyarəsinin qəzaya uğramasından sonra Moskvaya bütün reysləri ləğv etdi

26.12.2024 | 21:38
Təyyarə qəzasında yaralananlar "Yeni Klinika"ya yerləşdirildi

26.12.2024 | 21:30
Təyyarə qəzasında yaralananlara və ölənlərin ailələrinə maddi kompensasiya veriləcək

26.12.2024 | 21:12
Dünyada ən dəhşətli dollar-yuan müharibə dövrü başladı...

26.12.2024 | 21:10
Təyyarə qəzasında həlak olanlardan dördünün nəşi Aktaudan Bakıya gətirildi - FOTO

26.12.2024 | 21:07
Azərbaycanın ABŞ-dakı səfirliyində xatirə kitabı açılıb

26.12.2024 | 20:56
“Zəngəzur” və “Qərbi Azərbaycan” sözləri danışıqlardan çıxarılsın - Avropa deputatı reallıq hissini itirdi...

26.12.2024 | 20:41
Paşinyanın debat çağırışına Ter-Levondan cavab - “2019-cu ilin iyun olaylarını aç”...

26.12.2024 | 20:26
Paşinyan Ermənistanı MDB-dən də uzaqlaşdırır - Moskvada hələ ümid edirlər...

26.12.2024 | 20:12
"Qərbi azərbaycanlıların qayıdış məsələsi sülh sazişində yer aldı" - erməni cəmiyyəti yeni xofda...

26.12.2024 | 19:58
Ermənistanın ticarətində 54 faiz artım necə baş verir?...

26.12.2024 | 19:45
Minlərlə kənd kitabxanası təhlükədən qurtardı - ağıllı təklif var...

26.12.2024 | 19:36
Təyyarəmiz Qroznıda vurulub, məsuliyyət Rusiyanın üzərindədir - təsdiqləndi...

26.12.2024 | 19:32
Təyyarə qəzasında yaralanan vətəndaşlarımız Bakıya gətirildi - FOTO

26.12.2024 | 19:23
"Türkiyə Abxaziyada çevriliş hazırlayır" - ermənilər bölgənin yeni rusofob "prezidentini" də tapıblar...

26.12.2024 | 19:10
Vətən müharibəsindən sonra diasporumuzun ən ümdə işi - lobbiçilik...

26.12.2024 | 19:01
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

26.12.2024 | 18:56
Bakının "Minsk qrupu buraxılsın" tələbinə Kremldən birmənalı dəstək gəldi...

26.12.2024 | 18:42
Aktau təyyarə qəzasında çoxsaylı şübhəli məqamlar var - "quş dəstəsi" ən zəif varianta çevrilir...

26.12.2024 | 18:28
ABŞ Ermənistana silah satışına haqq qazandırdı... “Nəzarət edirik”...

26.12.2024 | 18:28
Tiflisdə azərbaycanlıları da təkrar seçki tələbilə ayağa qaldırırlar...

26.12.2024 | 18:22
Aktauda təyyarə qəzasında yaralananlar FHN-in xüsusi təyyarəsi ilə Bakıya yola düşdü - FOTO

26.12.2024 | 18:15
“Quru keçidlər açıq olsaydı, təyyarə qəzası olmazdı” - sosial şəbəkələrdə absurd müzakirə...

26.12.2024 | 18:12
Andjey Duda Prezident İlham Əliyevə başsağlığı verdi

26.12.2024 | 18:02
Vaxtı ötmüş kreditlər probleminin günahkarı yenə də banklar özləridir...

26.12.2024 | 17:49
MDB ölkələri ilə ticarətimizdə böyük nöqsan var - cəmi 1.4 milyard dollar...

26.12.2024 | 17:44
Si Cinpin Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

26.12.2024 | 17:42
Rüstəm Minnixanov Prezident İlham Əliyevə başsağlığı verdi

26.12.2024 | 17:37
Tarix muzeyində saxta “Erməni Kilikiya şahlığı” ekspozisiyası açılıb

26.12.2024 | 17:26
Bakıda şagirdlər marşrut avtobuslarına buraxılmır...

26.12.2024 | 17:18
Aktauda qəzaya uğrayan AZAL təyyarəsi Rusiya hava məkanında hücuma məruz qalıb

26.12.2024 | 17:10
Rusiyadan NATO və Avropa ölkələrinə nüvə xəbərdarlığı - istənilən ssenariyə hazırıq...

26.12.2024 | 17:02
Təyyarə qəzasında xəsarət alan bir qrup vətəndaşımız ölkəyə gətirilir - FOTO

26.12.2024 | 16:51
AZAL-ın təyyarəsinin qəzaya uğramasına Rusiya raketi səbəb olub - "Euronews"dan iddia...

26.12.2024 | 16:44
Slovakiya Prezidenti Prezident İlham Əliyevə başsağlığı verib

26.12.2024 | 16:30
“Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir” - Vüqar Rəhimzadə

26.12.2024 | 16:08
Əsədin arvadının vəziyyəti ağırlaşdı - sağalma şansı 50 faizə düşüb, otağına heç kim buraxılmır...

26.12.2024 | 15:39
Gürcüstanın XİN başçısı Ceyhun Bayramova zəng vurdu - "Azərbaycanın yanındayıq"

26.12.2024 | 15:30
Fələstin Prezidenti Prezident İlham Əliyevə başsağlığı verdi

26.12.2024 | 15:18
Beynəlxalq ictimaiyyətdən Azərbaycana başsağlığı mesajları gəlməkdə davam edir

26.12.2024 | 15:17
BƏƏ Prezidenti Prezident İlham Əliyevə başsağlığı verdi

26.12.2024 | 15:15
Həştərxanın qubernatoru Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

26.12.2024 | 15:12
Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Prezident İlham Əliyevə başsağlığı verdi

26.12.2024 | 15:10
TDT Baş katibi Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

26.12.2024 | 14:35
Tramp Milad təbrikində Kanadanın baş nazirini qubernator adlandırdı - ABŞ-ın 51-ci ştatı olsalar...

26.12.2024 | 14:32
Məhəmməd Şahbaz Şərif Prezident İlham Əliyevə məktub göndərib

26.12.2024 | 14:20
"Nəşlərin tanınması üçün yaxınlarının DNT analizinə ehtiyac olacaq" - Baş konsul

26.12.2024 | 14:16
Milorad Dodik Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

26.12.2024 | 14:14
Məsud Pezeşkian Prezident İlham Əliyevə başsağlığı verdi

26.12.2024 | 14:05
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə zəng edib

26.12.2024 | 13:51
Təyyarə qəzasında vəfat edən sərnişinlər və ekipaj üzvlərinin siyahısı açıqlandı

26.12.2024 | 13:45
Azərbaycan və Qazaxıstanın Baş nazirləri arasında növbəti telefon danışığı olub

26.12.2024 | 13:34
ABŞ Departamenti AZAL təyyarəsinin qəzaya uğraması ilə əlaqədar başsağlığı verib

26.12.2024 | 12:46
AZAL prezidentindən təyyarə qəzasının səbəbləri ilə bağlı açıqlama...

26.12.2024 | 12:33
Tramp 20 yanvarda bu inanılmaz fərmanları verəcək - dünya yeni dönəmə girir... - VİDEO

26.12.2024 | 12:16
Təyyarə qəzasında xəsarət alanlardan daha birinin azərbaycanlı olduğu məlum oldu

26.12.2024 | 12:05
Təyyarə qəzasında həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi - FOTO

26.12.2024 | 12:00
Azərbaycan kubokunun final matçı Sumqayıtda keçiriləcək

26.12.2024 | 11:51
Qəzaya uğrayan təyyarənin ekipaj üzvlərindən 3-ü ölüb

26.12.2024 | 11:50
Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı... - VİDEO

26.12.2024 | 11:45
Təyyarə qəzasında həlak olanlardan biri Cəlilabad sakinidir

26.12.2024 | 11:30
Qazaxıstan Baş nazirinin müavini Ceyhun Bayramova zəng edib

26.12.2024 | 11:20
Azərbaycan və Türkiyə BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olmalıdır - SƏBƏB?... Ramilə Dadaşova yazır

26.12.2024 | 11:05
"Xəstələrdən üçünün vəziyyəti ağır qiymətləndirilir” - Həkimdən açıqlama

26.12.2024 | 11:00
"Dualarımız və düşüncələrimiz Azərbaycanladır"- Pakistan səfirindən paylaşım

26.12.2024 | 10:40
Sumqayıtda 105 000 abonentə bəd xəbər- bu gün qaz olmayacaq...

26.12.2024 | 10:30
Bir gündə 48 cinayətin üstünün açılması təmin olunub - DİN

26.12.2024 | 10:20
Təyyarə qəzasında sağ qalanlardan 12 nəfəri bu gün Azərbaycana gətirilir

26.12.2024 | 10:15
Bu hökmün icrası barbarlıqdır və ləğv edilməlidir - Nobel sülh mükafatçısından İrana İTTİHAM

26.12.2024 | 10:10
Siyasi partiyalar təyyarə qəzası ilə əlaqədar bəyanat yayıblar

26.12.2024 | 10:05
"Real" bu almaniyalı futbolçuya "göz qoyub"...

26.12.2024 | 10:00
Təyyarə qəzası zamanı xəsarət almış doqquz rusiyalı təxliyə edilib - Rusiya FHN açıqlama yaydı

26.12.2024 | 09:30
Braziliya da təyyarə qəzasını araşdıracaq - Qazaxıstandan AÇIQLAMA

26.12.2024 | 09:26
“Azparkinq" işçilərinin böyük nöqsanı - ancaq cərimə yazır, nəzarət etmirlər...

26.12.2024 | 09:20
Baydendən Pentaqona "vəsiyyət" - Kiyevə hərbi yardımı davam etdirin...

26.12.2024 | 09:15
Hacıqabulda onlayn narkotika alverçisi yaxalanıb

26.12.2024 | 09:10
Antonio Qutereşdən başsağlığı mesajı

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031