KÖHNƏ VERSİYA            

COP29-la əlaqədar Təşkilat Komitəsinin yeddinci iclası keçirildi

Image

Oktyabrın 1-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar Təşkilat Komitəsinin yeddinci iclası keçirilib.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, Təşkilat Komitəsinin sədri Samir Nuriyev Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq sonuncu iclasdan keçən müddət ərzində COP29 üzrə Tədbirlər Planının icrası istiqamətində görülmüş işləri qeyd edib.

Prezident İlham Əliyevin COP29-a hazırlıq prosesini daimi olaraq diqqətdə saxladığını qeyd edən Təşkilat Komitəsinin sədri dövlətimizin başçısının sentyabrın 10-da Bakı Olimpiya Stadionunda COP29-a hazırlıqla bağlı görülən işlərlə tanış olaraq müvafiq tapşırıq və göstərişlər verdiyini diqqətə çatdırıb.

Samir Nuriyev sentyabrın 22-23-də Nyu-Yorkda keçirilmiş “Gələcəyin Sammiti”ndə, daha sonra isə BMT Baş Assambleyasının 79-cu sessiyasının ümumi müzakirələri çərçivəsində bir sıra dövlət və hökumət başçılarının öz çıxışlarında COP29-a istinad etməsinə toxunaraq, noyabr ayında bütün dünyanın diqqətinin Azərbaycanda olacağını bildirib.

Prezident Administrasiyasının rəhbəri sentyabr ayında COP29 Sədrliyi tərəfindən Bakıda müxtəlif vacib tədbirlərin təşkil olunduğunu bildirərək, İtki və Zərər Fondunun 3-cü iclasını xüsusi qeyd edib. Təşkilat Komitəsinin sədri hazırda davam edən Bakı İqlim Həftəsinin əldə etdiyi nəticələrin davamlı olacağına inamını ifadə edib, qarşıdan gələn tədbirlər arasında oktyabrın 10-11-də keçiriləcək Pre-COP tədbirinin vacibliyini vurğulayıb.

Samir Nuriyev Prezident İlham Əliyevin inkişaf etməkdə olan kiçik ada dövlətlərinin COP29-da iştirakından irəli gələn məsələlərin həlli ilə bağlı verdiyi tapşırığın həm bu ölkələr, həm də inklüzivliyin təmin olunması nöqteyi-nəzərindən beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılandığını bildirib.

Təşkilat Komitəsinin sədri dövlət qurumlarının COP29 çərçivəsində beynəlxalq tərəfdaşlarla birlikdə çoxsaylı tədbirlər keçirəcəklərini qeyd edib.

Samir Nuriyev Azərbaycan QHT-lərinin “Gələcəyin Sammiti”nin işində fəal iştirak etdiklərini və bunun nəticəsi olaraq 22 ölkədən 44 QHT nümayəndəsinin Azərbaycanın COP29-a ev sahibliyi edən ölkə kimi inklüzivliklə bağlı addımlarını dəstəkləyən bəyanat verdiyini bildirib.

Sonra Samir Nuriyev Bakı Olimpiya Stadionunda görülən işlər, nəqliyyatın təşkili, təhlükəsizlik, COP29 vizasının əldə edilməsi, informasiya təhlükəsizliyi ilə bağlı məsələlər haqqında danışaraq, onların həlli istiqamətində müvafiq tapşırıqlar verib.

Ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş Prezidenti Muxtar Babayev Nyu-York İqlim Həftəsi ərzində keçirilmiş görüşlər də daxil olmaqla, COP29-la bağlı ümumi gedişat barədə məlumat verib.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov Bakı Olimpiya Stadionunda aparılan işlər və digər təşkilati-logistika məsələləri barədə çıxış edib.

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində keçirilmiş görüşlər və digər substantiv məsələlər barədə danışıb.

Maliyyə naziri Samir Şərifov iqlim maliyyəsi, bu kontekstdə Beynəlxalq Valyuta Fondu və Dünya Bankı ilə həyata keçirilən əməkdaşlıq barədə çıxış edib.

Elm və təhsil naziri Emin Əmrullayev COP29 zamanı təhsil müəssisələrinin fəaliyyətinin təşkili barədə məruzə edib.

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev COP29 zamanı təhlükəsizliyin təmin edilməsi məsələləri barədə danışıb.

Mədəniyyət nazirinin müavini Səadət Yusifova COP29 ilə əlaqədar Mədəniyyət Nazirliyi tərəfindən görülmüş işlər, o cümlədən “İqlim naminə mədəniyyət” təşəbbüsü barədə məlumat verib.

Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova COP29 ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyi tərəfindən görülmüş işlər və “Harmoniya” təşəbbüsü barədə danışıb.

İclasın sonunda COP29 Tədbirlər Planının icrası istiqamətində görülən işlərin davam etdirilməsi və digər aidiyyəti məsələlər üzrə tapşırıqlar verilib.

ZÜMRÜD







VİDEO

Türk dövlətlərinin vahid xəritə qərarı Rusiyada təşvişə səbəb oldu... - VİDEO

Paşinyanın yarımçıq saziş təklifi Rusiyada da sərt tənqid edildi - Bu, demaqogiyadır, özünü aldatmaqdır - VİDEO

Stano açıq şəkildə Ermənistanın sülhə mane olmaq siyasətini dəstəklədi... - VİDEO

Azərbaycandan xaricə ixracın tam dəyəri ölkəyə niyə qayıtmır? - Qeyri-şəffaf səhifələr...

Azərbaycanda erməni əlifbası çap edildi - mühüm yenilik...

Separatçı erməni canilər barədə yeni məhkəmə qərarı İrəvanda şou ilə qarşılandı...

SON XƏBƏRLƏR

15.10.2024 | 12:16
Yunus Oğuz Özbəkistanda keçiriləcək "Mədəniyyət və incəsənət sahəsində islahatlar” Beynəlxalq Forumunda iştirak edəcək

15.10.2024 | 12:00
Bakıda “Qərbi Azərbaycan mədəniyyəti” festivalı keçiriləcək

15.10.2024 | 11:43
Varşavada “Qərbi Azərbaycan - yaddaşlarımızda” adlı sərginin açılışı olub

15.10.2024 | 11:20
2 vəkilin fəaliyyətinin xitamı üçün məhkəməyə müraciət ediləcək - Vəkillər Kollegiyası

15.10.2024 | 11:10
UEFA Millətlər Liqası: bu gün IV tura yekun vurulacaq

15.10.2024 | 11:06
Böyük Britaniyadan ŞOK qərar - Gürcüstanla dialoq donduruldu

15.10.2024 | 11:00
"Bu, Martinikdəki müstəmləkə sisteminin dözülməz təzahürüdür" - BƏYANAT

15.10.2024 | 10:30
Kürdəxanıda "Mercedes" 2 piyadanı vurub, biri vəfat edib

15.10.2024 | 10:20
Rusiyanın Azərbaycana qida təhlükəsizliyi ilə bağlı yanaşmaları açıqlandı

15.10.2024 | 10:15
Almaniyadan qərar - bu təşkilata 360 milyon avro ayıracaq

15.10.2024 | 10:10
İki Kollecə direktor müavinləri təyin olunub

15.10.2024 | 10:06
Biləsuvarda bədbəxt hadisə - qadın yanaraq ölüb...

15.10.2024 | 10:00
Peru mediası Azərbaycanın zəngin mədəniyyəti barədə yazır

15.10.2024 | 09:53
Kanadadan sərt addım - Hindistanın 6 diplomatını ərazisindən çıxaracaq

15.10.2024 | 09:27
Ərdoğandan Azərbaycan açıqlaması - "Bu yardımı heç vaxt unutmayacaqıq"

15.10.2024 | 09:23
Özəl pensiya fondlarının uğurlu olacağına şübhələr var...

15.10.2024 | 09:21
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ICESCO-nun qərargahında olub

15.10.2024 | 09:11
Türkiyə millisindən İslandiyada möhtəşəm qələbə!

15.10.2024 | 09:07
Ermənıstan yaxınlarda 10 noyabr 2020- ci il bəyanatındakı imzadan imtina edəcək...

15.10.2024 | 09:00
Mədəniyyət Nazirliyində xarici sirk rəhbərləri və mütəxəssisləri ilə görüş keçirilib

15.10.2024 | 08:40
TƏBİB-də, demək olar hər gün kadr dəyişikliyi olur - bəs nəticə?...

15.10.2024 | 00:23
Sahibə Qafarova Bakıdan düzgün təlimat aldı…

14.10.2024 | 21:16
Dünya iqtisadiyyatını neft-qaza görə qiymət şoku gözləyir...

14.10.2024 | 21:01
İsrailli nazirin azı 7 dövlətə qarşı açıq ərazi iddiası qulaqardına vurulur...

14.10.2024 | 20:46
Hollandiya müstəmləkə tarixinin bu biabırçı faktlarını gizlədə bilməz...

14.10.2024 | 20:32
Ermənistan prezidenti Orta Asiya türk dövlətlərində nə axtarır - Türkmənistan, ardınca Qazaxıstan...

14.10.2024 | 20:18
İrəvanın rus dilinə basqıları Moskvanı hərəkətə gətirdi - ümid "sərgiyə" qaldı...

14.10.2024 | 20:05
Paşinyan Ermənistanı regional “cındıra” çevirir - bunu ermənilər özləri bəyan etdi...

14.10.2024 | 19:52
Azərbaycandan fındıq ixracı az qala 4 min ton azalıb - niyə?

14.10.2024 | 19:48
Mundialda 4 həmyerlimiz fəxri kürsüyə qalxıb

14.10.2024 | 19:45
"Ümid" və "Alpman" taekvondo klublarının təşkil etdiyi açıq birincilik başa çatıb

14.10.2024 | 19:35
Gürcüstan ABŞ və Avropanın gözündə "badamgözlü idi, indi oldu kor Fatmanisə"...

14.10.2024 | 19:23
İlham Əliyev Prezident seçilən gün Seyid Həsən demişdi ki...

14.10.2024 | 19:09
Azərbaycandan xaricə ixracın tam dəyəri ölkəyə niyə qayıtmır? - Qeyri-şəffaf səhifələr...

14.10.2024 | 18:56
Gürcüstan parlament seçkiləri ən mürəkkəb geosiyasi döyüş səhnəsi olacaq - 26 oktyabr...

14.10.2024 | 18:43
Qərbin Azərbaycanda “insan haqları” adı altında təxribat layihələri bu səbəbdən iflasa uğrayır...

14.10.2024 | 18:29
Almaniya Ermənistanla hərbi razılaşma imzaladı...

14.10.2024 | 18:16
Azərbaycanda erməni əlifbası çap edildi - mühüm yenilik...

14.10.2024 | 18:03
Ailə başçısını itirməyə görə peansiya, müavinət - 185 min nəfərdən çox

14.10.2024 | 18:00
Yazıçı Vaqif Sultanlının "Səhra savaşı" romanı yenidən yayınlandı

14.10.2024 | 17:57
Prezident İlham Əliyev: “Binokl diplomatiyası” qəbuledilməzdir"

14.10.2024 | 17:55
Prezident Əliyev Ermənistanın sülh sazişinin razılaşdırılmış müddəalarının imzalanması təklifini reallıqdan kənar adlandırdı

14.10.2024 | 17:51
Laçın və Şuşada 400-dən çox vakant iş yeri açıldı...

14.10.2024 | 17:39
Separatçı erməni canilər barədə yeni məhkəmə qərarı İrəvanda şou ilə qarşılandı...

14.10.2024 | 17:26
Türkmənistan Azərbaycanla sıx təmaslardan və türk inteqrasiyasından yayınır...

14.10.2024 | 17:17
Hərbi hissədə tapşırıq adı altında 1 milyon 558 manat ödəniş edilib - MN-dəki mənimsəmə işi

14.10.2024 | 17:06
Əliyevin "COP atəşkəsi" təşəbbüsünü dəstəkləyən dövlətlərin sayı xeyli artacaq...

14.10.2024 | 16:53
Səfərbərlik Xidmətinin vəzifəli şəxsləri və əməkdaşları barəsində 3 cinayət işi başlandı...

14.10.2024 | 16:44
Çağırışdan yayınan 448 nəfər hərbi xidmətə göndəriləcək

14.10.2024 | 16:30
XİN beynəlxalq ictimaiyyəti Ermənistanın mina terroruna göz yummamağa çağırdı...

14.10.2024 | 16:17
Pezeşkian Azərbaycan səfirliyinə hücum edən şəxslə bağlı hökmün icrasından danışdı

14.10.2024 | 16:08
“Nar” nitq və eşitmə məhdudiyyətli şəxslər üçün peşə təlimlərinə dəstəyini davam etdirir - FOTO

14.10.2024 | 16:04
ADA Universitetində İtaliya-Azərbaycan Universiteti layihəsi çərçivəsində tədbir keçirilib

14.10.2024 | 15:45
"Maxim" taksi şirkəti 20 min manat cərimələndi...

14.10.2024 | 15:30
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə yeni səlahiyyətlər verildi

14.10.2024 | 15:24
Hərbi Hava Qüvvələrinin təlimlərindən görüntülər - FOTO/VİDEO

14.10.2024 | 15:20
Prezident bir sıra məhkəmələrə sədrlər və müavinlər təyin etdi

14.10.2024 | 15:06
Sabirabadda vətəndaşın 135 min manatını ələ keçirən dələduz yaxalandı

14.10.2024 | 14:49
Xəzərdə 330 minlik qaçaq siqaret tutuldu

14.10.2024 | 14:21
Tramp “daxili düşmənlərə” qarşı ordudan istifadəni təklif etdi...

14.10.2024 | 14:05
Ahıl şəxsləri aldadaraq pullarını ələ keçirən daha bir nəfər saxlandı

14.10.2024 | 14:02
Bizə hansı vacibdir: cərimələri artırmaq, yoxsa düşüncəmizi dəyişmək?

14.10.2024 | 13:50
Nömrəsiz maşın sürən Xaçmaz sakini Qaradağ postunda yaxalandı...

14.10.2024 | 13:28
Birinci Qarabağ müharibəsində itkin düşənlərin ailə üzvləri azad ərazilərə səfər ediblər

14.10.2024 | 13:17
23 yaşlı oğlan Quşçu Ayrım kəndində minaya düşdü

14.10.2024 | 13:04
Кадыров объявил кровную месть сенатору Керимову. Опять армянский след - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

14.10.2024 | 12:56
Prezident İlham Əliyev Qətərin yeni səfirinin etimadnaməsini qəbul edib - FOTO/YENİLƏNDİ

14.10.2024 | 12:55
Belçikanın yeni səfiri Prezident İlham Əliyevin qəbulunda... - FOTO/YENİLƏNDİ

14.10.2024 | 12:44
Azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqlar icarəyə veriləcək...

14.10.2024 | 12:30
Bakı-Quba yolunda narkotikin təsiri altında olan motosikletçi saxlandı

14.10.2024 | 12:11
Prezident İlham Əliyev Danimarkanın yeni səfirinin etimadnaməsini qəbul etdi - FOTO/YENİLƏNDİ

14.10.2024 | 12:07
Prezident Estoniyanın yeni səfirini qəbul etdi - FOTO/YENİLƏNDİ

14.10.2024 | 12:06
Qvardiola bu futbolçunu istəyir - 150 milyon təklif edirlər

14.10.2024 | 12:03
Prezident İlham Əliyev Beninin yeni səfirinin etimadnaməsini qəbul etdi - FOTO/YENİLƏNDİ

14.10.2024 | 12:00
489 hərbçi yüksək texnologiyalı protezlə təmin edilib

14.10.2024 | 11:30
Azərbaycan 2026-cı ildə cüdo üzrə Dünya Çempionatına ev sahibliyi edəcək

14.10.2024 | 11:15
Biləcəridə "KamAZ"ın vurduği piyada xəstəxanada öldü...

14.10.2024 | 11:10
Azərbaycandan Avropaya 9,4 milyard kubmetr qaz ixrac olunub - nazirdən PAYLAŞIM

14.10.2024 | 11:06
Azərbaycan yığması bu gün Slovakiya ilə qarşılaşacaq

14.10.2024 | 11:03
Ermənilər təşviş içində - Paşinyanın qəfil Moskva səfərinin səbəbləri... - CANLI

XƏBƏR ARXİVİ

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031