KÖHNƏ VERSİYA            

Ata Qarabağ veteranı, oğul isə şəhid - Eldar İsmayılovla müsahibə...

Image

Eldar İsmayılov: “Şəhid olduğu gün səhər saat 7-də mənimlə danışıb, saat 9-da şəhid olub”

İki balasını gözü yolda qoyub Vətənin müdafiəsinə getdi. Vətən torpaqlarının yağı düşmənin tapdağında olması Vüqarı çox narahat edirdi. İllər boyu gözlədiyi gün gəlib yetişdi. Vətən müharibəsinin ilk günlərindən döyüşə yollandı, torpalarımızın azad edilməsi uğrunda qəhrəmanlıqla vuruşdu. Nəsibi şəhidlik oldu Vüqarın. Mingəçevir şəhidi  İsmayılov Vüqar Eldar oğlundan danışırıq. 

Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasının  “44 gün – Tarixi zəfər” adlı kitabının I və II cildinin, həmçinin Vətən müharibəsi şəhidləri Əli və İslam Əhmədov qardaşları haqqında yazılmış “Şəhid dağı”, Musa və Tural Həsənov qardaşları haqqında yazılmış “Gəl, birlikdə köçək dünyadan...” adlı kitabların təqdimat mərasimini işıqlandırmaq üçün Mingəçevir şəhərində ezamiyyətdə olarkən bir neçə şəhid ailəsi ilə təmasda olduq. Şəhid İsmayılov Vüqarın atası, Birinci Qarabağ müharibəsi veteranı İsmayılov Eldardan  müsahibə götürdük. 

“Oğullarımız geri qayıtmadı, amma torpaqlarımız qayıtdı, bu bizim üçün böyük təsəllidir” 

Eldar dayı deyir ki, oğlunun qəhrəmanlığı ilə fəxr edir. “Mən özüm Birici Qarabağ müharibəsi veteranıyam. İkinci qrup əliləm. Oğlum çox vətənpərvər idi və canını da vətən yolunda fəda etdi. Ailəli idi, iki övladı yadigar qalıb. Səfərbərliklə getmişdi müharibəyə. Könüllü şəkildə gedib adını yazdırmışdı və müharibəyə apardılar. Mənim oğlum da, onun kimi başqa oğullar da torpaqlarımızın düşmən tapdağından azad olunması üçün canlarından keçdilər. Vüqar canını Vətən yolunda fəda etdi, özü getsə də, torpaqlarımız işğaldan azad edildi. Onun da ən böyük arzularından biri o idi. 

Şəhidlərlə bağlı tədbirlər keçirən, kitablar yazan, nəşrlər hazırlayan hər bir kəsə təşəkkür edirik. Respublika Xatirə Kitabı redaksiyasına xüsusi minnətdarlığımı bildirirəm ki, belə möhtəşəm işlər görürlər. Bizim oğullarımızı yada salan, unudulmağa qoymayan hər kəs sağ olsun”. 

E.İsmayılov bildirdi ki, Vüqar sentyabrın 21-də orduya çağırılıb, senytabrın 27-də isə müharibə başlayıb. Ata oğlu ilə son görüşünü də xatırlayır: “Mən onu Ağdərə ilə Suqovuşan arasında gördüm. Gedib tapmışdım. Vüqarla sonuncu dəfə oktyabrın 2-də görüşmüşəm, oktyabrın 6-da səhər saatlarında şəhid olub. Elə bil şəhid olacağını əvvəlcədən hiss etmişdi, şəhid olduğu gün səhər saat 7-də mənimlə danışıb, saat 9-da şəhid olub. Şəhid olacağı ürəyimə dammışdı. Ondan əvvəl Suqovuşanda çox oğullar şəhid olmuşdu. Dedi ki, ata, özünə fikir ver, özünə bax, fikir eləmə, hər şey yaxşı olacaq. Oğlum sonuncu dəfə zəng edəndə mənə övladlarını əmanət etdi, dedi ki, uşaqlarımdan muğayat ol. Bir qızı, bir oğlu qalıb. Vüqar qoçaq, cəsur bir oğlan idi, dağda, daşda, qayada gəzməyi çox sevirdi. Bizim əslimiz Gədəbəy rayonundandır, burada yaşayırıq”. 

Eldar dayı deyir ki, oğlunun şəhid olması faktını qəbul edib və bu səbəbdən də onun yolunu gözləmir. Ata bildirir ki, ağır da olsa, oğlunun yoxluğu ilə barışıb, öz dərdini içində çəkir. “Şəhid dərdi çox ağır dərddi. Bunu yaşamayan bilməz. Elə ailələr var ki, oğlu şəhid olmaqla evinin çırağı söndü, nəsil kəsildi. 

Mən oğlum haqda niyə dedim ki, şəhid olması ilə barışmışam? Mən Birinci Qarabağ müharibəsində iştirak etmişəm, beş il müharibədə olmuşam, gözüm nələr görüb, şəhidin, yaralının nə olduğunu çox yaxşı bilirəm. Bu baxımdan bilirdim ki, müharibədirsə orada şəhid olmaq da var. Odur ki, özümü Vüqarın şəhidliyinə hazırlamışdım. 

Biz o vaxt döyüşdük, amma bir yerdə müharibəni dayandırdılar, onda çox pisikmişdim ki, niyə o rayonları almadıq. Sağ olsun, Ali Baş Komandanı bizim arzumuzu gözümzdə qoymadı, torpaqlarımız azad olundu. Oğullarımız geri qayıtmadı, amma torpaqlarımız qayıtdı, bu bizim üçün böyük təsəllidir”-deyə E.İsmayılov bildirdi.     

Oğlunun mülki həyatda tikinti ustası olduğunu deyən Eldar dayı bildirdi ki, əlinin gözəl işi olub və onun tikdiyi evlər yadigar qalıb. 

Şəhid atası onu narahat edən bir məsələyə də toxundu. O, bildirdi ki, bir sıra hallarda orta məktəb müəllimləri şagirdləri Şəhidlər Xiyabanına ziyarətə aparkən Birinci Qarabağ Müharibəsi şəhidləri ilə Vətən müharibəsi şəhdiləri arasında ayrı-seçkilik salırlar. “Mən bunu təəssüf və ürək ağrısı ilə müşahidə etmişəm, bu   barədə narazılığını yerli qurumlara da bildirmişəm. Hər məktəbdə ən azı 30-40 sinif var, müəllimələr şagirdləri Şəhdilər Xiyabına aparır və xiyabanın girişindəki beş-on şəhidin üstünə qalaqla gül qoyub çıxıb gedirlər. Təəssüflər olsun ki, o biri şəhidlərin məzarı üsütünə bir dənə də olsa gül qoymurlar. Şəhidlər Xiyabanında Birinci Qarabağ Müharibəsi şəhduilərinin məzarları var və o şəkillərdən mənim üzümə baxırlar. Ən çox ona yanıram ki, onlar yada salınmır. Elə şəhidlər var, üsündə qalaqla gül var, amma elə şəhidlər də var ki, məzarının üstündə bir dənə də olsun gül yoxdur. Şəhidlər Xiyabanına gedin hər şeyi gözlərinizlə görərsiniz. Amma bu üzdəki şəhidlərin, itkinlərin, nəşi tapılmayanların, adsız məzarların üsünə bir dənə də olsun təəz gül qoymayıblar. Utanbcverici budur. Birinci Qarabağ Müharibəsi şəhidlərinin ailələri, veteranlar çox doğru irad tuturlar ki, ayrı-seçkilik var. Orada elə oğlanlar yatır ki, qəhrəmanlıqda bizim oğullarla bərabərdir. Ayrı-seçkilik doğru deyil. Çox xahiş edirəm ki, bunu yazıda qeyd edin. 107 nəfər itkin və şəhidin orda şəkilləri var. O vaxt da oğullar şəhid olmaqla evlərin işığı söndü, nə qədər evin qapısı bağlandı. Necə ki, indi də biz sönürük. Elə şəhidimiz var ki, ailəsindən heç kəs qalmayıb. Amma gənc müəllimələr onları yada salmır. Uşaqların əlinə gül verib Şəhidlər Xiyabanına aparırlar və o gülləri irəlidəki məzarların üstünə qoyub qayıdırlar. Niyə? Bunu elə etmək lazımdır ki, bütün şəhidlərin məzarlarının üstünə gül qoysunlar. İcra Hakimiyyəti başda olmaqla bütün təşkilatlar Şəhdilər Xiyabanında şəhidlərin məzarlarını düzgün ziyarət etsinlər. Bütün şəhid ailələrinə səbr diləyirəm. Ayrı-seçkilik mənim ürəyimi dağlayır. Hər dəfə döyüş yoldaşlarımın da məzarını ziyarət edirəm. Onları unutmaq olmaz...”

Şəhid atası bildirdi ki, bütün şəhidlər Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda ediblər və onların hamısına bir gözlə baxılmalıdır. Şəhid atasının iradı əsasən ictimaiyyətə və məktəb müəllimlərinədir. Deyir ki, onlar şəhdilərimizə eyni cür yanaşmalıdır. 

Eldar İsmayılovun söz-söhbəti çoxdur. Qürurlu, mərd bir insandır, Vətən sevgisini hər şeydən uca tutur. Deyir ki, qızım, oğlum şəhid olana qədər aşıqlıq və tamadalıq edib, öz ifası ilə toyları bəzəyib, Vüqardan sonra sazını da əlinə almır. Sazı Vüqara yas tutur...

İradə SARIYEVA
Mingəçevir-Bakı








VİDEO

Paşinyanın debat çağırışına Ter-Levondan cavab - “2019-cu ilin iyun olaylarını aç”... - VİDEO

Aydın Quliyev: "Qroznıda təyyarə cinayətinin arxasında konkret şəxslər var..." - VİDEO

Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir... - VİDEO

Azərbaycanla bağlı yanvarın sonunadək vaxt qoyuldu, Trampın Karterdən, Reyqandan nəyi kəm-kəsirdi ki...

Prezident İlham Əliyev xalqa müraciət etdi... - VİDEO/YENİLƏNDİ

Bir ildə cəmi 13 km delimitasiya, 1053 km hələ qalır - Ermənistan 2025-də nə edəcək...

SON XƏBƏRLƏR

05.01.2025 | 12:00
Ulduz tennisçi bu turnirdən imtina etdi - səbəbi açıqlanmır...

05.01.2025 | 11:40
ABŞ-da qar qorxusu - bəzi ştatlarda fövqəladə vəziyyət elan edilib

05.01.2025 | 11:32
Meloni Trampla görüşüb - nə müzakirə etdikləri gizli qalır...

05.01.2025 | 11:00
Qanunsuz saxlanılan odlu silah-sursat aşkarlanıb

04.01.2025 | 18:47
Qərbi Azərbaycan İcması Ermənistanın irqçi siyasətini ifşa etdi - Petrosyanın 1993-dəki çıxışı...

04.01.2025 | 17:53
Almaniyalı nazir Rusiyanı hərbi bazalarını Suriyadan çıxarmağa çağırdı...

04.01.2025 | 16:43
ABŞ narahatdır - Rusiya nüvə silahından istifadə edə bilər...

04.01.2025 | 16:10
Ermənistanın Baş Qərargah rəisinin keçmiş müavini 44 günlük müharibə ilə bağlı saxlandı

04.01.2025 | 14:43
Goranboyda narkokuryerlik edən 48 yaşlı qadın saxlandı - FOTO

04.01.2025 | 14:18
Qəzaya uğrayan AZAL təyyarəsilə bağlı istintaqın yekunlaşacağı son tarix açıqlandı

04.01.2025 | 13:30
Braziliyada AZAL-ın təyyarəsinin “qara qutu”larının açılmasına başlanıb

04.01.2025 | 12:55
Bakıda sərnişin avtobusu yük avtomobilinə çırpıldı - ölən və yaralananlar var...

04.01.2025 | 11:00
ABŞ-dan ŞOK addım - İsrailə 8 milyard dollarlıq silah satacaq

04.01.2025 | 10:30
Ötən gün 27 cinayətin üstü açılıb - DİN açıqlama yaydı

04.01.2025 | 10:20
"Burda son mövsümümdür" - Məhəmməd Salah "Liverpul"dan gedir

04.01.2025 | 10:05
Gürcüstandan ABŞ dolları ilə bağlı YENİ QƏRAR

04.01.2025 | 10:00
Bu tarixdə Trampa qarşı məhkəmə hökmü oxunacaq - aktrisanı rüşvətlə susdurmaqda ittiham olunur..

03.01.2025 | 23:28
AZAL Bakı–Kazan reysilə bağlı iddiaları təkzib etdi

03.01.2025 | 21:49
Moskva rus qazının Avropaya nəqlinin dayandırılmasına görə ABŞ-ı günahlandırdı - bədəlini ödəyəcəklər...

03.01.2025 | 20:07
Ermənistandakı pirotexniki məmulatlar anbarında yanğın olub

03.01.2025 | 19:07
Antalyada qorxulu anlar - 4,5 bal gücündə zəlzələ oldu...

03.01.2025 | 18:38
Cənubi Koreyada gərgin anlar - prezidenti həbs etmək üçün saraya minlərlə polis və xüsusi təyinatlı yeridildi

03.01.2025 | 16:57
Trampın sülh mesajları Moskvanın diqqətini çəkmədi - "...bizi maraqlandıracaq heç nə yoxdur”

03.01.2025 | 16:36
Slovakiya Zelenskiyə görə ukraynalı qaçqınlara dəstəyi azaldır...

03.01.2025 | 15:47
Bayden və ailəsinin xarici liderlərdən aldıqları hədiyyələr ortaya çıxdı - 20 min dollarlıq 7,5 karatlıq brilyant...

03.01.2025 | 14:58
Tokayev BMT baş katibi olacağı ilə bağlı şayiələrə aydınlıq gətirdi

03.01.2025 | 13:00
Qadın azarkeşi qucaqladı, yarım milyard cərimələndi - İranda skandal hadisə!

03.01.2025 | 12:10
"Milan" və "Yuventus" görüşəcəklər - bu dəfə Səudiyyə Ərəbistanında

03.01.2025 | 12:00
Bələdiyyə seçkilərində “exit-poll” keçirilməsi üçün sənəd qəbulu bu tarixdə başa çatır

03.01.2025 | 11:13
Almaniyalı nazir Dəməşq yolçusudur - Əhməd əl-Şaraa ilə görüşəcək

03.01.2025 | 11:10
20 il əvvəl İraqda necə oldusa, Suriyada da elə olacaq- sabah Ümumsuriya konfransı başlayır, sonda yenə Kürd muxtariyyatı...

03.01.2025 | 11:03
MSK seçkiqabağı təşviqat üçün ayrılmış görüş yerlərinin siyahısını açıqladı

03.01.2025 | 11:00
ABŞ bu ölkəyə 3,64 milyard dollarlıq raket satdı

03.01.2025 | 10:20
"Qara qutuların Braziliyaya göndərilməsi ədalətli istintaq üçün yeganə vasitədir" - Tokayevdən AÇIQLAMA

03.01.2025 | 10:10
Hacıqabulda dəhşətli yol qəzasında 3 nəfər ölüb

03.01.2025 | 10:00
20 yaşlı özbək futbolçu İngiltərə nəhənginin transfer hədəfində

03.01.2025 | 09:51
Bu ölkə prezidentindən Makrona çağırış - "qoşunlarını ölkəmizdən çıxart!"

03.01.2025 | 09:48
Türkiyəli aktyor özündən 22 yaş kiçik xanıma eşq elan etdi...

03.01.2025 | 09:00
Berlində baş verən partlayışda 2 polis yaralanıb

02.01.2025 | 23:46
Yeni Orleanda izdihamın üstünə sürülmüş "İŞİD avtomobili" əslində Trampa qarşı əməliyyatdır...

02.01.2025 | 23:00
Netanyahu əməliyyatdan sonra xəstəxananı tərk edib

02.01.2025 | 22:41
"Opel" Gəncədə qəza törətdi, 1 nəfər öldü

02.01.2025 | 22:30
Məşhur türkiyəli müğənni 80 yaşında vəfat etdi

02.01.2025 | 22:18
Ukraynanın üzərinə öhdəlik qoyulur - itirdiyi torpaqları hərbi yolla geri ala bilməyəcək...

02.01.2025 | 22:00
"Buna görə məyusam" - "Barselona"nın futbolçusundan ETİRAF

02.01.2025 | 21:30
İsrail ordusu Suriyanın cənubdakı ən böyük su anbarını ələ keçirdi...

02.01.2025 | 21:30
İran səfirini çağırdılar, tələb qoydular - "jurnalisti dərhal azad edin!"

02.01.2025 | 19:10
Azərbaycan XİN ABŞ-dakı hücumu pislədi

02.01.2025 | 17:47
Prezident İlham Əliyev Monteneqro Prezidentinə başsağlığı verdi

02.01.2025 | 17:16
Fransada iğtişaş - bir gecədə minə qədər avtomobil yandırıldı, 420 nəfər saxlandı...

02.01.2025 | 16:36
Bəzi plastik cərrahların tibbi təhsil sənədləri saxta imiş - rəsmən təsdiqləndi...

02.01.2025 | 16:07
Moskvada Bəşər Əsədə sui-qəsd cəhdi - zəhərlədilər...

02.01.2025 | 15:20
Bu ölkə ötən il 9,5 milyard dollarlıq silah ixrac edib

02.01.2025 | 15:07
6 iranlının edam edilməsi gərginliyə səbəb oldu - İran Səudiyyəyə nota verdi...

02.01.2025 | 14:59
Rusiyanın "qara polkovnik"i idi, 74 yaşında öldü

02.01.2025 | 14:48
Bu ölkədə narkotikaya görə cəzalar sərtləşdirildi

02.01.2025 | 14:08
Saxta pul dövriyyəsi ilə məşğul olan şəxs tutuldu

02.01.2025 | 13:20
Prezident İlham Əliyev və Mehriban Əliyeva Şahdağda “Lakeside” hotelində aparılmış işlərlə və “Xizək klubu” binasının tikintisi ilə tanış olublar - FOTO/YENİLƏNDİ

02.01.2025 | 12:41
Əhaliyə göstərilən istilik təchizatı xidmətinin tarifi dəyişdi

02.01.2025 | 12:35
Su təchizatı və tullantı sularının axıdılması sistemlərinə qoşulma xidmətinə görə ilk dəfə olaraq tariflər təsdiq edilib

02.01.2025 | 12:31
Tarif Şurası elektrik enerjisi üzrə yeni tarifləri müəyyənləşdirdi

02.01.2025 | 12:27
Təbii qaz tarifləri tənzimləndi

02.01.2025 | 12:15
Bir sıra kommunal xidmətlər və dərman vasitələri üzrə qiymətlər müəyyənləşdirildi

02.01.2025 | 11:48
Milli Qəhrəman Polad Həşimovun doğum günündə xatirəsi yad edildi - FOTO

02.01.2025 | 10:55
Formula 1 Azərbaycan Qran-prisinin vaxtı açıqlandı

02.01.2025 | 09:28
ABŞ-da sürücünün yük maşınını izdihamın üzərinə sürməsi nəticəsində ölənlərin sayı 15-i keçdi

01.01.2025 | 20:38
Afrika ölkələrindən Makrona Yeni il sürpizi - daha 3 ölkə Fransa ordusuna qapını göstərdi...

01.01.2025 | 18:37
Almaniya 9 Gürcüstan rəsmisinin ölkəyə girişini qadağan etdi

01.01.2025 | 18:06
Rusiyanın iki ölkəyə qarşı müharibə planı 10 il sonra ortaya çıxdı - nüvə obyektləri də rusların hədəfində olub...

01.01.2025 | 15:36
Azərbaycanla bağlı yanvarın sonunadək vaxt qoyuldu, Trampın Karterdən, Reyqandan nəyi kəm-kəsirdi ki...

01.01.2025 | 15:15
Nazir Vilayət Eyvazov İsmayıllıda vətəndaşları qəbul edəcək

01.01.2025 | 14:51
İran səfirliyinin müvəqqəti işlər vəkili Azərbaycan XİN-ə çağırıldı

01.01.2025 | 11:17
Prezident İlham Əliyev Sudanın Suveren Keçid Şurasının Sədrinə məktub göndərdi

01.01.2025 | 11:12
Prezident İlham Əliyev kubalı həmkarını təbrik etdi

31.12.2024 | 23:59
"Ümid edirəm ki, gələn il yanvarın sonlarından Azərbaycana qarşı şər, böhtan siyasətinə son qoyulacaq" - Prezident İlham Əliyev

31.12.2024 | 23:53
"Gələn il Qarabağa və Şərqi Zəngəzura qayıdacaq vətəndaşların sayı böyük dərəcədə artacaq" - Prezident

31.12.2024 | 23:53
Prezident: "Gələn il üçün hərbi büdcəmiz rekord həddə çatıb"

31.12.2024 | 23:48
Prezident İlham Əliyev bu il Azərbaycan üçün ən narahatedici məqamı açıqlayıb

31.12.2024 | 23:47
Prezident: "Bütün dünya Cənubi Qafqazda yaratdığımız yeni reallıqları qəbul edib"

31.12.2024 | 23:46
"Azərbaycan sülh, əmin-amanlıq, təhlükəsizlik və sabitlik şəraitində yaşayır" - Prezident İlham Əliyev

XƏBƏR ARXİVİ

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031