KÖHNƏ VERSİYA            

Şəhidlərimizi “Vikipedia”dan silənlərə qarşı ən güclü tədbiri Heydər Əliyev illər öncə görüb - Xatirə Kitabı...

Image

Nəzakət Məmmədova: “Xatirə Kitabının yaradılması Heydər Əliyevin uzaqgörənliyinin çox böyük təzahürüdür”

“Ulu öndər Heydər Əliyev Xatirə Kitabının yaradıcısıdır. Xatirə Kitabının yaradılması Heydər Əliyevin uzaqgörənliyinin çox böyük təzahürüdür. Bu gün Vikipediyada baş verənlər Ulu Öndərin Xatirə Kitabını yaratmaqda nə qədər haqlı olduğunu bir daha sübut etdi. “Heç kəs unudulmasın, heç kəs yaddan çıxmasın". Ulu öndərimiz Heydər Əliyevin bu sözləri Xatirə Kitabının yaradılması haqda Qanunda ayrıca bir bənd kimi göstərilib”. 

Bunu “Bakı-Xəbər”ə açıqlamasında Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabının baş redaktoru Nəzakət Məmmədova deyib. 

N.Məmmədova bildirdi ki, Heydər Əliyevin 1997-ci il 23 dekabr tarixli fərmanı ilə “Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu imzalanıb.

“Sanki Heydər Əliyev bu günləri görürdü və bu kitabı yaratmaqla şəhidlərimizin adlarının, qəhrəmanlıqlarının yaddaşlara, tarixə həkk olunmasını əbədiləşdirdi” 

“Biz bu gün bunun nə qədər aktual olduğunu yaxından hiss edirik.  

Ulu öndər İkinci Dünya müharibəsindən üzü bəri bütün şəhidlərin, Vətən uğrunda həlak olanların adlarının əbədiləşdirilməsinin vacibliyini vurğuladı və bu redaksiyanı yaratdı. Bizim redaksiyanın yaradılması məhz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Xatirə Kitabının yaradıcısıdır. Respublikanın hər bir yerində, hər bir sahədə həyata keçirilən işlərin təməli onun tərəfindən qoyulub. Müstəqilliyimizin möhkəmlənməsi, nəticədə bu gün güclü dövlətə çevrilməyimiz də ulu öndərin zamanında gördüyü möhtəşəm işlərin nəticəsidir.

Bilirsiz ki, 1993-cü ildə Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdığı dövrdə   ölkəmizdə vəziyyət çox acınacaqlı idi. Ölkə bütün sahələrdə böhran yaşayırdı, İqtisadiyyatımız ağır vəziyyətə düşmüşdü, ciddi maliyyə çətinlikləri vardı. Heydər Əliyev ölkəni yenidən qururdu, müxtəlif sahələri dirçəltdi, iqtisadiyyatımız düzəlməyə başladı, belə  bir dövrdə Heydər Əliyev Xatirə Kitabı Redaksiyasının yaradılması təşəbbüsünü irəli sürdü. Bu kitabın yaradılmasını Heydər Əliyev çox mühüm məsələ hesab edirdi. Xatirə Kitabı bu gün aktuallığını tapdı ki, bu kitab şəhidlərimizin adlarının əbədiləşdirilməsi üçün olduqca vacibdir, gərəklidir, labüddür. Xatirə Kitabının çap versiyasının mövcudluğunun əhəmiyəti çox böyükdür. Düşünürəm ki, kitabların çap versiyası, bütövlükdə çap  mətbuatı vacib və labüddür. Kitab qədər uzunömürlü, kitab qədər qalıcı, kitab qədər tarixə çevrilən ikinci bir nümunə yoxdur. Təbii, çap mətbuatı, qəzet, jurnal da bura daxildi. Yəni istər kitab, istər qəzet, istərsə də jurnal olsun, bunların virtual variantı o qədər də etibarlı görsənmir. Düzdür, hər bir nəşrin elektron variantının olması günün tələbidir və bütün dünya virtual platformadan istifadə edir. Bu gün müxtəlif qəzetlərin, jurnalların saytları da var, internet portalları da fəaliyyət göstərir, kitabxanalar da, kitablar da elektronlaşır. Bunlar hamısı yaxşıdır, oxuculara əlçatandır və sair. Amma son dövrlər saytlara haker hücumlarının şahidi oluruq. Belə hadisələr çox yaşanır. Baş verənlər bir daha sübut etdi ki, istənilən vaxt elektron variantlara müdaxilə etmək mümkündür. Yəni istənilən şəxs girib saytlarda hansısa bir məqalədə dəyişiklik edə, istədiyini silə, istədiyini ora əlavə edə bilər. Məsələn, tariximizlə bağlı faktları silə, onun yerinə qondarma, saxta məlumatlar yükləyə bilərlər. Ziyanımıza məqalələr yazıb, mətnlər hazırlayıb saytlarda  yerləşdirmək belələrinin əlində məncə çətin olmaz. Yəni baş verənlərdən belə nəticəyə gəlmək olar”.

N.Məmmədova qeyd etdi ki, belələri saxta məlumatlar əsasında "Vikipediya" məqalələri də hazırlayıb yerləşdirə bilərlər. “Elektron versiyalara hər cür müdaxilələr etmək olur. Amma çapa müdaxilə etmək olmur, çünki o çap olunur gedir. "Vikipedia"dan 3 mindən çox şəhidimiz barədə məqalələrin silinməsi təəssüf doğurur, ürəklərimizi ağrıdır. Amma baş verən hadisə kitabın və qəzetin aktuallığını bir daha sübut etdi. Kitab və qəzet bir tarixdir”. 

“Vikipedia”dan şəhidlərimizlə bağlı məlumatların silinməsini təəssüflə qarşılayan N.Məmmədova bildirdi ki, bizi istəməyən qüvvələr bu xoşagəlməz, mənfi addımı atsalar da, hər bir şəhidimiz barədə məlumat Xatirə Kitabının çap etdiyi kitablarda mövcuddur və bu məlumatlar onlar haqda baza rolunu oynayır. “Xatirə Kitabı şəhidlərimizin xatirəsini əbədiləşdirir. Düşünürəm ki, Xatirə Kitabının yaradılması Heydər Əliyevin uzaqgörənliyinin böyük və uğurlu nəticəsidir. Sanki Heydər Əliyev bu günləri görürdü və bu kitabı yaratmaqla şəhidlərimizin adlarının, qəhrəmanlıqlarının yaddaşlara, tarixə həkk olunmasını əbədiləşdirdi”.

N.Məmmədova bildirdi ki, Mədəniyyət Nazirliyi qarşısında yeni ideya və təkliflə çıxış edib: “Təklif etmişəm ki,  Birinci Qarabağ müharibəsində şəhid olanlar barədə də ayrıca cildlər hazırlayıb nəşr edək. Bilmirəm, necə cild olacaq, amma bu işi görmək lazımdır. Düzdür,  İkinci Dünya müharibəsinə həsr olunan 16 cildliyin içərisində Birinci Qarabağ müharibəsi şəhidlərinin adları da gedib. Ancaq Birinci Qarabağ müharibəsi şəhidləri  ilə bağlı ayrıca cildlər hazırlamaq niyyətindəyik. 

Ümid edirəm ki, nazirlik mənim bu ideyamı bəyəndi və bunu da gerçəkləşdirməyi planlaşdırırıq. Yəni "44 Günlük-Tarixi zəfər" 4 cildliyinin 2 cildi çap olunub və 3-cü cildi hazırda mətbəədədir. Yəqin ki, dördüncü cild gələn il hazır olacaq. Ondan sonra biz Birinci Qarabağ müharibəsi şəhidləri ilə bağlı araşdırma aparacağıq, onlar haqda məlumatlar toplayacağıq, onlarla bağlı məlumatları da ayrıca cildlərdə çap edəcəyik. Necə ki, Dövlət Təhlükəsizlik Xidməti nəzdində fəaliyyət göstərən Əsir, itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu ilə birgə Azərbaycanın ərazi bütövlüyünə təcavüz edən Ermənistanın Dağlıq Qarabağ və ətraf rayonlara hücumu, torpaqlarımızın işğalı zamanı əsir və girov götürülmüş, həmçinin naməlum şəraitdə itkin düşmüş hərbçi və mülki şəxslərin sonrakı taleləri araşdırılıb və dörd cilddən ibarət iki dildə kitab hazırladıq, burada 3888 nəfərin dəqiq məlumatları öz əksini tapdı, eləcə də Birinci Qarabağ müharibəsi şəhidləri barədə ayrıca cildlər hazırlamaq istəyirik. 

Bir də ki, tariximizi özümüz yazmasaq, özümüz qoruyub gələcək nəsillərə ötürməsək bunu heç kəs bizim yerimizə etməyəcək”-deyə N.Məmmədova bildirdi. 

İradə SARIYEVA







VİDEO

Zəngəzur dəhlizində özəl şirkətin nəzarət məsələsinin mənşəyi bilindi - Şarl Mişel - VİDEO

Paşinyan Lavrovun üzünə sərt qayıtdı... - VİDEO

Ermənistan indi də İranın marionetkası adlandırıldı... - VİDEO

Anım günü - müasir Azərbaycan tarixinin şanlı səhifəsi...

Hollandiya Azərbaycandan Bonayre adasının qisasını belə alır...

Antiterror əməliyyatı olmasaydı, Qarabağda bu gün vəziyyət necə olardı?

SON XƏBƏRLƏR

19.09.2024 | 00:55
Müdafiə Nazirliyi Ordumuzun “Qisas” əməliyyatından görüntülər yaydı - VİDEO

19.09.2024 | 00:10
Qarabağda erməni separatizminə son qoyan antiterror əməliyyatından bir il ötdü

18.09.2024 | 23:12
ABŞ Departamenti Ermənistana hərbi və digər yardımların artırılmasına münasibət bildirdi

18.09.2024 | 22:17
Britaniyanın XİN rəhbəri Azərbaycanın Qarabağı işğaldan azad etməsini dəstəklədi

18.09.2024 | 21:35
Anım günü - müasir Azərbaycan tarixinin şanlı səhifəsi...

18.09.2024 | 21:22
Paşinyanın saziş layihəsindən çıxardığı 3 maddənin biri budur...

18.09.2024 | 21:08
Pezeşkian qadınların yolunda “əxlaq polisinə müharibə açdı”...

18.09.2024 | 20:55
Ermənilər fahişə Anahiti bakirə Məryəmlə bir tutdular - Uca İsaya böyük təhqir...

18.09.2024 | 20:41
Ermənilər anlamağa başlayır - ölkənin xilası Azərbaycanın əlindədir...

18.09.2024 | 20:28
Rusiya-İran münasibətlərində Azərbaycandan xəbərsiz baş verənlər - Şoyqu 2-ci dəfə Tehrana qayıtdı...

18.09.2024 | 20:15
Rusiyanın və İranın Azərbaycandan tranzit asılılığı artır...

18.09.2024 | 20:02
Azad rayonların 1 illik bərpa xərci açıqlandı...

18.09.2024 | 19:50
Paşinyan KTMT-yə son nöqtəni qoydu: "Ermənistana ciddi təhdid mənbəyidir..."

18.09.2024 | 19:36
Frankofoniya sammitində Azərbaycana qarşı bəyanat qəbul olunacaq - Parislə İrəvan hazırlaşır...

18.09.2024 | 19:23
Putinin Köçəryana isti təbrik zəngi - Zəngəzur və sülh müzakirələri vaxtı bu vacib idimi...

18.09.2024 | 19:09
Söz azadlığı şəraitində milli dəyərlərlə nəsil yetişdirmək çətin vəzifədir...

18.09.2024 | 18:55
Hollandiya Azərbaycandan Bonayre adasının qisasını belə alır...

18.09.2024 | 18:42
Təhlükəsizlik Forumunun daimi Bakı ofisi yaradıldı - Əliyevdən 50 ölkəni birləşdirən yeni təşəbbüs...

18.09.2024 | 18:33
Leyla Əliyeva Milli Qəhrəman Mübariz İbrahimovun ailəsini ziyarət etdi - FOTO

18.09.2024 | 18:26
İqlim dəyişikliyi ilə mübarizəyə dəstək üçün yaradılmış beynəlxalq Fondun 3-cü iclası keçirilir - FOTO

18.09.2024 | 18:20
"Bakcell"dən abunəçilərə geniş seçim imkanı verən "Star" tarifi

18.09.2024 | 18:17
124 saylı məktəblə bağlı anonim zəng hüquq mühafizə orqanlarında araşdırılsın...

18.09.2024 | 18:11
Dipkorpus üzvləri Kəlbəcərə səfər ediblər - FOTO

18.09.2024 | 18:04
Rusiyanın son vaxtlar ermənilərə verdiyi "Smerç"lər Azərbaycana bu təhlükəni törədir...

18.09.2024 | 17:50
Ermənilər sosial şəbəkədə ilginc müzakirə açıblar - "Qarabağdan bu səbəbə getdik"...

18.09.2024 | 17:37
Antiterror əməliyyatı olmasaydı, Qarabağda bu gün vəziyyət necə olardı?

18.09.2024 | 17:23
Blinkenin Bakı və İrəvana zəngi - sülh prosesində yenilik ehtimalı hələ zəifdir...

18.09.2024 | 17:12
Binəqədidə əməliyyat zamanı narkotik vasitələr və odlu silahlar ələ keçirildi - FOTO

18.09.2024 | 17:04
İrandan Türkiyəyə psixotrop dərman aparanlar Culfada yaxalandı

18.09.2024 | 16:44
Ceyhun Bayramov ABŞ dövlət katibinin köməkçisinin müavini ilə görüşdü

18.09.2024 | 16:36
Cəmilin rəşadət zirvəsi...

18.09.2024 | 16:25
Lukaşenko Qərbi təhdid etdi - Belarusa hücum III Dünya Müharibəsinə səbəb ola bilər...

18.09.2024 | 16:10
“Azərbaycan media landşaftı üzrə məlumat bazasının yaradılması” layihəsi üzrə üçüncü toplantı keçirildi - FOTO

18.09.2024 | 16:05
Mərkəzi Bank valyuta bazarına müdaxiləni istisna etmədi...

18.09.2024 | 15:39
Gələn il sosial sahəyə nə qədər vəsait ayrılacaq?

18.09.2024 | 15:38
"Ermənistana münasibətdə yeni Marşal planı hazırlanır" - Prezidentin köməkçisi

18.09.2024 | 15:32
"Ermənistanın militarizasiya prosesində iştirak edən dövlətlər məsuliyyətlərini anlamalıdırlar"

18.09.2024 | 15:13
Əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi bu tarixdə yekunlaşacaq...

18.09.2024 | 15:02
Leyla Əliyeva “Kəpənək” uşaq bağçasının açılışında iştirak etdi - FOTO

18.09.2024 | 14:51
İmişlidə məktəb rəhbərliyinin tapşırıqlarına qarşı çıxan müəllim işdən çıxarıldı...

18.09.2024 | 14:46
Bakıda məşhur avtosalonun sahibi həbs edildi

18.09.2024 | 14:40
Heydər Əliyev Fondu ilə “Zamin” Fondu arasında memorandum imzalandı...

18.09.2024 | 14:38
Paşinyan KTMT-ni rəsmən Ermənistanın təhlükəsizliyinə təhdid adlandırdı... - Kremldən də dərhal reaksiya gəldi...

18.09.2024 | 14:10
Ermənistanda hərbi çevriliş cəhdi - İrəvan Moskvanı ittiham etdi...

18.09.2024 | 13:45
Paşinyan Ermənistanın təhlükəsizlik arxitekturasının səmərəsiz olduğunu etiraf etdi

18.09.2024 | 13:38
Ermənistan Azərbaycandan qaz ala bilər – Paşinyan açıqladı...

18.09.2024 | 13:31
Sumqayıtda 10 min manatlıq tütün məmulatını mənimsəyən şəxs tutuldu

18.09.2024 | 13:17
Gəncədə avtomobil qaçırmaqda şübhəli bilinən şəxs saxlandı

18.09.2024 | 13:10
Paşinyan COP29-da iştirak edib-etməyəcəyinə hələ də qərar verməyib

18.09.2024 | 13:03
Двойная игра России против Азербайджана возобновилась - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

18.09.2024 | 12:50
Antiterror əməliyyatı niyə keçirildi? - Müdafiə Nazirliyi səbəbləri AÇIQLADI

18.09.2024 | 12:35
Azərbaycanın strateji valyuta ehtiyatları 72,6 milyard dollara çatıb

18.09.2024 | 12:12
İş və istirahət günlərinin yerləri dəyişdirildi - altı gün ardıcıl iş olmayacaq

18.09.2024 | 11:37
Dipkorpus üzvləri Suqovuşan və Sərsəng su anbarlarında olublar... - FOTO

18.09.2024 | 11:30
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü təsis olundu - SƏRƏNCAM

18.09.2024 | 11:15
Türkiyəli futbolçu "Yuventus"da Del Pyeronun rekordunu qırdı

18.09.2024 | 11:06
Daha 4 itkin şəhid dəfn ediləcək

18.09.2024 | 11:02
ABŞ-ın "ləyaqətli sülh" planı Azərbaycana qarşı təhlükəli oyundur - CANLI

18.09.2024 | 11:00
Şəmkirdə 2 avtomobil toqquşub

18.09.2024 | 10:30
Ərəb Əmirliklərində yenilik - turistlərə pulsuz eSIM verilir

18.09.2024 | 10:20
“Həqiqət və ədalət əyilə bilər, lakin sınmaz” - Hikmət Hacıyevdən paylaşım

18.09.2024 | 10:16
Toyda döyülən şəxs xəstəxanada ölüb...

18.09.2024 | 10:06
Payız-qış mövsümü ilə bağlı qrip əleyhinə vaksinasiyaya başlanılıb - TƏBİB açıqlama yaydı

18.09.2024 | 10:00
"İqlim dəyişikliyinin yaratdığı fəsadlar artıq müxtəlif ölkələrdə hiss olunur"

18.09.2024 | 09:40
Cəlilabadda narkokuryer saxlanılıb

18.09.2024 | 09:32
Bakıda iqlim dəyişikliyi ilə mübarizəyə dəstək üçün yaradılmış beynəlxalq Fondun iclası keçirilir

18.09.2024 | 09:25
Bir ildə 1-ci sinfə gedənlər 32 min nəfər azalıb - nə baş verir?...

18.09.2024 | 09:20
"Bavariya" Xorvatiya klubunu biabır etdi - 9 qol!

18.09.2024 | 09:15
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun üzvlərinin Kəlbəcərə səfəri başlayıb

18.09.2024 | 09:06
Bu gün Milli Musiqi Günüdür

18.09.2024 | 09:00
Rusiya Zəngəzur dəhlizi ilə bağlı İranın "qırmızı xətt" siyasətini dəstəklədi - Şoyqu 2- ci dəfə Tehrana niyə qayıtdı....

18.09.2024 | 08:40
Söküntü işi aparanlarla Nəsimi rayon Məmmədquluzadə sakinləri arasında problem yaranıb...

18.09.2024 | 01:12
İsraildən Livana görünməmiş hücum - peycerlərə sızaraq onları eyni vaxtda partlatdılar, çox sayda ölən və yaralananlar var...

17.09.2024 | 22:25
Hərbi Hava Qüvvələrinin Komandanı Türkiyənin Baş Qərargah rəisi ilə görüşdü - FOTO

17.09.2024 | 21:45
Bakıda COP29-la bağlı zolaqların salınmasına başlandı - 14 nəqliyyat qovşağı olacaq...

17.09.2024 | 21:11
Zəngəzur dəhlizində Ermənistanın və İranın müqavimət imkanları tükənir...

17.09.2024 | 20:56
Üç azərbaycanlının məcburən Ukrayna müharibəsinə aparılması siyasi təzyiq faktına bənzəyir...

17.09.2024 | 20:42
Sejurne “parlaq riyakarlığa” yol verdi – “Fransa və Ermənistan sülh istəyir”...

17.09.2024 | 20:29
USAID rəsmisindən məsuliyyətsiz bəyanat - Koulman antiterror tədbirləri ilə bağlı faktları təhrif etdi...

17.09.2024 | 20:28
Türk dünyasının arxeoloqları Qarabağdakı bütün saxta erməni izlərini ifşa edəcəklər...

XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30