Ermənistan Azərbaycandan qaz ala bilər – Paşinyan açıqladı...
Paşinyan hesab edir ki, Ermənistan gələcəkdə qazı Azərbaycandan ala bilər. Trend xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Ümumdünya Erməni Sammitində bildirib.
“Ermənistanın ərazisindən Naxçıvana və ya Türkiyəyə yönələn tranzit qaz kəmərinin olması variantını da qiymətləndirmək lazımdır”, - deyən Paşinyan qeyd edib ki, dünyada energetika üzrə müstəqillik yoxdur.
"Enerji cəhətdən təhlükəsiz ölkə yoxdur. Söhbət yalnız enerji diversifikasiyadan gedə bilər", - o, əlavə edib.