Ermənistanda hərbi çevriliş cəhdi - İrəvan Moskvanı ittiham etdi...
Ermənistan milli təhlükəsizlik xidmətinin əməkdaşları hakimiyyəti hərbi çevriliş yolu ilə ələ keçirmək cəhdinin qarşısını alıblar.
Ermənistan istintaq komitəsinin yaydığı açıqlamaya görə, hərbi çevriliş planı ölkə vətəndaşlarından və keçmiş Qarabağ ermənilərindən ibarət qrup tərəfindən hazırlanıb. İstintaq komitəsi iddia edir ki, qrupun üzvləri Rostov şəhərinə gedərək orada hansısa “Arbat” bazasında təlim keçiblər. “Müəyyən edilib ki, təlimlərin məqsədi Ermənistana qayıtmaq və mövcud hökuməti devirmək olub”, - deyə istintaq komitəsi bildirib.
Qeyd olunub ki, 7 nəfər barəsində cinayət işi başlanıb. Onlardan üçü həbs edilib, dördü isə axtarışa verilib.
Saxlanılan şəxslərə ittihamlar irəli sürülüb, onların barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı məhkəməyə ərizələr təqdim olunub. Cinayət qrupunun digər üzvlərinin aşkar edilməsi üçün fəal tədbirlər görülür.
Ermənistan sözügedən cəhdə görə Rusiyanı ittiham edib.
ZÜMRÜD