KÖHNƏ VERSİYA            

Zəngəzur dəhlizində Ermənistanın və İranın müqavimət imkanları tükənir...

Image

Ermənistandan keçən tranzit marşrutlar bu ölkənin ərazi bütövlüyünü pozmayacaq. Bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk Rusiyanın Azərbaycan və Naxçıvan arasında nəqliyyat kommunikasiyasının açılmasına yeni çağırışlarını şərh edərkən deyib: “Kommunikasiyaların blokdan çıxarılması üç dövlətin başçıları tərəfindən əldə olunmuş 10 noyabr 2020-ci il üçtərəfli bəyanatının icrası ilə mümkündür. Siz bilirsiniz ki, Rusiya bu prosesə qoşulmağa və suverenlik, ərazi bütövlüyü və yurisdiksiya prinsipi əsasında kömək etməyə həmişə hazırdır”.

Xatırladaq ki, Overçuk Ermənistana ötən həftə səfər edərək baş nazir Nikol Paşinyanla görüşmüşdü. Bundan əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistanı Azərbaycan və Naxçıvan arasında nəqliyyat kommunikasiyasının açılmasını sabotaj etməkdə ittiham edən bəyanatları İrəvanı hiddətləndirmişdi. Məsələ burasındadır ki, Moskva və İrəvan 10 noyabr 2020-ci il üçtərəfli bəyanatının 9-cu bəndini fərqli şəkildə yozurlar. Moskva iddia edir ki, həmin bəndə görə Azərbaycan və Naxçıvan arasında nəqliyyat kommunikasiyasına Rusiya sərhədçiləri nəzarət etməlidir. Ermənistan rəsmilərinin sözlərinə görə isə, bu heç də o demək deyil ki, Azərbaycan və Naxçıvan arasında adamların və yüklərin hərəkətinə Rusiya nəzarət etməlidir. Lavrov bundan əvvəl demişdi ki, Moskva orada neytral sərhəd və vergi nəzarətinin olmasını istəyir. Overçuk Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri ilə birlikdə nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması üzərində işləyən üçtərəfli komissiyanın həmsədrlərindən biridir. Ermənistanda olarkən Overçuk erməni həmkarı Mher Qriqoryanla danışıqlar aparıb. Bu danışıqlarda hər hansı razılaşmanın əldə olunub-olunmadığı məlum deyil. Ermənistan politoloqlarından Armen Bağdasaryan bildirir ki, məsələ Ermənistanın sözügedən 9-cu bəndi ləğv etdirə bilib-bilməməsindədir: “Söhbət təkcə Naxçıvana yol açılmasından getmir. Əgər həmin marşrut Rusiyanın nəzarəti olmadan işləsə, Moskvanın regiondakı mövqeyi əhəmiyyətli dərəcədə zəifləyəcək. Yox, əgər kommunikasiya kanalları Rusiyanın nəzarəti altında olsa, Ermənistan Rusiyanın təsir dairəsindən çıxmaq niyyətindən həmişəlik əl çəkməli olacaq”.

Xatırladaq ki, Rusiyanın Zəngəzur dəhlizi kimi tanınan nəqliyyat kommunikasiyasının açılmasında belə israrlı mövqeyi İran tərəfindən hələ də tənqid olunur. Tehran bildirir ki, regionda hər hansı “geosiyasi dəyişiklik” onun üçün qeyri-məqbuldur. Rusiya XİN bildirmişdi ki, Moskva bu məsələdəki mövqeyini Tehrana aydınlaşdırmaq üçün “bütün zəruri izahatları” verib. Lakin İran millət vəkillərindən Fəda Hüseyn Maleki bəyan edib ki, Rusiyanın Zəngəzur dəhlizi məsələsindəki mövqeyi Tehrana arxadan zərbədir. Amma belə fikirlər də səslənir ki,  Dəhlizin açılması indiki halda daha çox Rusiya üçün lazımdır. Müəyyən daşınmaları Moskva İran vasitəsilə Fars körfəzinə çıxarmaq niyyətindədir. Zəngəzur dəhlizi açılmadan bunu etmək çox çətindir. Dəniz yolu ilə bu uzun prosedur tələb edir. Rusiya öz tabeliyində olan Ermənistan dəmir yolundan bu məqsədlər üçün istifadə etmək istəyir. Əslində, indiki mürəkkəb geosiyasi məqamda Rusiya və İran bir–biri üçün vacib partnyorlardır. Amma ehtimal etmək olar ki, əgər Zəngəzur dəhlizi ilə bağlı tərəflər arasında fikir ayrılığı davam edərsə, bu, öz növbəsində ikitərəfli münasibətlərə də təsir edəcək. Bu isə tərəflərin heç biri üçün sərfəli deyil. O səbəbdən tərəflərin ortaq məxrəcə gəlməsi mümkün hesab olunur. Bir məqamı da qeyd edək ki, İranın bu məsələ ilə bağlı radikal mövqeyi bu dövlətin özü üçün bumeranq effekti verə bilər. Çünki bu, Türkiyə ilə ikitərəfli münasibətlərin perspektivi üçün də yaxşı nə isə vəd etmir. Üstəgəl, nəzərə almaq lazımdır ki, Qərb hər nə qədər Cənubi Qafqazla bağlı riyakar mövqə sərgiləsə də, İrana təzyiq üçün bir bəhanə axtarır. Bu mənada, rəsmi Tehranın Zəngəzur dəhlizi ilə bağlı radikal mövqeyindən istifadə edilməsi mümkündür. Belə bir vaxtda Ermənistan tərəfi İranın Zəngəzur dəhlizinə qarşı çıxmasının əsas səbəbini açıqlayıb. Ermənistanın hakim "Vətəndaş müqaviləsi" partiyasında keçirilən görüşdə bu məsələ müzakirə edilib. Görüş zaman hakim partiyanın üzvlərindən biri İranın Zəngəzur məsələsində səmimiyyətinə inanmadığını bildirib. O deyib ki, Tehran Zəngəzur dəhlizi məsələsində Rusiyaya qarşı çıxmaqla həmin yolun İran ərazisindən keçiməsinə nail olmaq istəyir. Elə bu fonda xarici işlər naziri Ararat Mirzoyan İranın Zəngəzur dəhlizinə qarşı sərt çııxş etməsinin əsas səbəbini açıqlayıb. O, bu məsələyə aydınlıq gətirərək deyib ki, burada problem təkcə yolda deyil, əsas məsələ Tehranın Cənubi Qafqaz regionunda təsir gücünü qoruyub saxlamaqdan gedir: “Zəngəzur məsələsində Tehran uğursuzluğa düçar olarsa, o zaman bölgədə Türkiyə və Azərbaycan, həmçinin Qərb dominant gücə malik olacaq”. Belarusdan olan ekspert Aleksandr Tixanski isə qeyd edir ki, İranın Zəngəzur dəhlizi ilə bağlı iddiaları siyasi-iqtisadi xarakter daşıyır: “İran BRICS və ŞƏT-in üzvüdür və bu, Zəngəzur dəhlizi ətrafında yaranmış vəziyyətin fonunda heç də az əhəmiyyət kəsb edən amil deyil. Nəzərə almaq lazımdır ki, məhz Ermənistanla Azərbaycan arasındakı Zəngəzur dəhlizi - Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında quru əlaqəni təmin etmək üçün nəzərdə tutulmuş nəqliyyat marşrutu ilə bağlı mübahisələrdə İran faktoru ortaya çıxıb. Bundan başqa, Tehran layihədən qəti şəkildə imtina etdiyini bu dəhlizi Bakı ilə birlikdə fəal şəkildə dəstəkləyən Moskvaya çatdırmaq üçün diplomatik addımlar atıb. Hesab olunur ki, Tehran müttəfiqi Ermənistanla əlaqəni itirməkdən qorxur, çünki onun ərazisindən salınmalı olan dəhliz daha çox əraziyə nəzarəti nəzərdə tutur. Amma başqa fikirlər də var: İranın iddiaları sırf iqtisadi xarakter daşıyır, əlbəttə, deyirlər ki, guya Tehran dəhlizin Araz çayının sahilindən, öz ərazisindən keçməsini istəyir”. Azərbaycanın Zəngəzur dəhlizinin çəkilməsi məsələsindən imtina etdiyini deyən, bunu İrəvanla sülhün bağlanması üzrə danışıqlarda sıçrayış əldə etmək istəyi ilə əsaslandıran A.Tixanski bildirib ki, hazırda ABŞ-ın arzuladığı Çin-Qazaxıstan-Azərbaycan-Ermənistan-Türkiyə “dəhlizi” sual altındadır. O, bununla bağlı Azərbaycan prezidenti İlham Əliyevin Bakının Tehranla analoji layihə üzərində işləyəcəyini bildirən sözlərini xatırladıb. Analitikin fikrincə, Azərbaycan regional tərəfdaşlara arxalanıb, ilk növbədə ABŞ-ı Ermənistanla danışıqlar prosesinə təsir imkanından məhrum edib. İkincisi, İrəvanın hələ mövcud olmayan “dəhlizə” çıxışını əngəlləyib: “Tehran öz dəhlizini yaratmaq istəyir və Türkiyənin regionda güclənməsindən qorxur. Bundan başqa, biz İranla Rusiya Federasiyası arasında çoxlu ziddiyyətləri, o cümlədən Cənubi Qafqazda baş verənlərlə bağlı fikir ayrılığını da yaddan çıxarmamalıyıq. İran bu bölgədə xarici aktorların mövcudluğunun artmasına həmişə çox həssas yanaşıb. Zəngəzur dəhlizinin açılması Türkiyənin Azərbaycan və Mərkəzi Asiyaya birbaşa çıxışı deməkdir ki, bu da Ankaranın regionda iştirakını artırır. Rusiyanın buna şərait yaratması Tehranda anlaşılmazlığa səbəb olur. İran rəsmiləri öz şərhlərində bunu açıq şəkildə ifadə etmirlər və tez-tez sərt ifadələrlə çıxış etmək üçün dövlətə bağlı xəbər agentliklərindən istifadə praktikasına əl atırlar, çünki konkret olaraq heç kim onlara görə məsuliyyət daşımır. Agentlik nə istəsə yaza bilər, o, formal qurumdur, rəsmi şəxs deyil”. Tixanskinin sözlərinə görə, Rusiya Xarici İşlər Nazirliyi Türkiyə-Azərbaycan müttəfiqliyi kontekstində Zəngəzur dəhlizini israrla və davamlı tələb edəcək, Tehran isə bu layihəyə qarşı çıxacaq. “Beləliklə, müxtəlif geosiyasi aktorlar arasında manevrlər edən, hətta Rusiya Federasiyasının Zəngəzur dəhlizinə təkbaşına nəzarətini əngəlləməyə çalışan Qərbin qaydaları ilə oynayan İran öz təsirini gücləndirməyə çalışır. Düşünürəm ki, İran prezidenti Məsud Pezeşkian yaxın vaxtlarda Rusiya rəhbərliyinin mövqeyinə şəxsən aydınlıq gətirə bilər. Onun Kazanda keçiriləcək BRICS-in oktyabr sammitində iştirak edəcəyi artıq təsdiqlənib. İranın Rusiyadakı səfiri Kazem Cəlili bildirib ki, bu tədbir çərçivəsində Pezeşkian ilə Putin arasında danışıqlar planlaşdırılır. Oktyabr ayını gözləyirik”.

Tahir TAĞIYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlılığı nədir?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

20.12.2024 | 17:27
Azərbaycanın müttəfiqləri bir superdövlətə qalib gəldi - superdövlət başqa yol tutdu...

20.12.2024 | 17:23
Mətbuat Şurası Qulu Məhərrəmlini təbrik etdi

20.12.2024 | 17:19
Azad edilmiş ərazilərdə neçə nəfərin nəşinin qalıqları tapılıb? - Rəsmi açıqlama...

20.12.2024 | 17:14
BMT-nin "faşizm qətnaməsinin" əleyhinə çıxan elə ölkələr var ki... İnanılmazdır...

20.12.2024 | 17:08
Ərdoğan Suriyaya gedir - Dəməşqdə hazırlıqlar başlayıb...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031