Rusiya Zəngəzur dəhlizi ilə bağlı İranın "qırmızı xətt" siyasətini dəstəklədi - Şoyqu 2- ci dəfə Tehrana niyə qayıtdı....
"Rusiya Zəngəzur dəhlizi ilə bağlı İranın " qırmızı xətt" siyasətini dəstəklədi- Şoyqu 2- ci dəfə Tehrana niyə qayıtdı....
"Rusiya- İran münasibətlərində Azərbaycandan " xəbərsiz" nə baş verir?!Şoyqu dünən 2- ci dəfə Tehrana qayıtdı , Tehranda İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əhmədiyanla və prezident Pezeşkiyanla görüşdü. Şoyqu bir neçə gün əvvəl Peterburqa səfər etmiş Əhmədiyanla görüşmüşdü. Bundan daha əvvəl isə avqust ayında Şoyqu Tehrana səfər etmiş və Əhmədiyanla görüşmüşdü. Ən ilginc və düşündürücü orasıdır ki, Şoyqu- Əhmədiyan görüşündən yayılmış rəsmi məlumatlarda deyilir:" Rusiya Azərbaycanla dəhliz və yol rabitəsi məsələlərində İranın siyasətini dəstəkləyir".."
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb. A.Quliyev daha sonra yazır: "Gözlənilməz və hətta anlaşılmaz deyilmi? Yəni Rusiya Zəngəzur dəhlizinin açılmasını " qırmızı xətt" hesab edən İranı dəstəkləyir? Başqa cür necə başa düşək? Azərbaycandan xəbərsiz Rusiya və İranın arasında hansısa razılaşma ola bilərmi? Bəlkə Zəngəzur dəhlizi ilə bağlı gizli üçtərəfli "İran- Ermənistan- Rusiya sövdələşməsi " var? Şübhəsiz ki, Ermənistan Zəngəzur dəhlizi ilə bağlı İranla Rusiyanın razılaşmasından yüksək dərəcədə məmnun qalacaq. Bu səbəbdən onun üçtərəfli sövdələşmədə hansısa şəkildə iştirakı çox inandırıcı görünür...
Prosesi birlikdə izləyək..."
Mətləb