KÖHNƏ VERSİYA            

124 saylı məktəblə bağlı anonim zəng hüquq mühafizə orqanlarında araşdırılsın...

Image

BŞTH: “Anonim zəng olub, bununla bağlı da məktəb cavab verib”

Kamran Əsədov: “Şikayətin doğruluğu sübut olunmamışsa və mediada geniş şəkildə yayılırsa...”


Son günlər müxtəlif KİV-lərdə  Xəzər rayonunda yerləşən Füzuli Gözəlov adına 124 nömrəli məktəblə bağlı xoşagəlməz məlumatlar yayılıb.  Qaynarinfo-nun yaydığı məlumata görə, bu sayta  məktəbin bir qrup müəlliminin adından şikayət daxil olub və onlar bu məktəbin direktoru Adil Əliyevin faəliyyətindən narazılıqlıq ediblər. Qeyd olunur ki, müəllimlər işlərini itirməməsi üçün adlarının açıqlanmasını istəmirlər. 

Onların sözlərinə görə, direktor Adil Əliyev dərs saatlarını düzgün bölmür. Bölgü daha çox müəyyən şərtlər müqabilində olur, lakin, bununla belə direktor vəd etdiyi saatları da vermir. 

Sayt yazır ki, müəllimlər narazıılıq edəndə isə qərəzli şəkildə həmin saatları vakansiyaya çıxarır. "Araşdırma aparılsa, üzə çıxacaq ki, həmin fənlərə müəllim ehtiyacı olmadığı halda 13 vakansiya verilib. Müəllimlər haqqında olmayan sözlər danışaraq münaqişə yaradır, şəxsi-qərəzilik edir. Şəxsi münasibətlərini iş prosesinə yansıdaraq müəllimləri incidir", deyə şikayətçilər iddia edib. 

Onlar bildib ki, Elm və Təhsil Nazirliyi məktəbə komissiya göndərib şikayətləri araşdıra bilər. Eyni zamanda qeyd olunur ki, Adil Əliyev 65 yaşı tamam olub. O, təqaüdə göndərilməli olsa da, parlament seçkilərində komissiya sədri olduğu üçün müqaviləsinin vaxtı 4 sentyabr 2024-cü ilə qədər uzadılıb. “Direktor vəzifəsi ona müvəqqəti olaraq həvalə edilib", deyə müəllimlər vurğulayıb. 

Qaynarinfo məsələ ilə bağlı 124 nömrəli məktəblə əlaqə saxlayıb. Direktor müavini Gülnar Qədirova iddiaların əsassız olduğunu bildirib: “Əgər düz danışırlarsa, niyə adlarının çəkilməsini istəmirlər? Şikayət edirlər, amma anonim şəkildə. ATV kanalı da gəlmişdi, müsahibə verdim və ittihamların əsassız olduğunu bildirdim. Deyilənlər hamısı yalandır. Adil müəllim yaşlı adamdır, qısa müddətdən sonra vəzifədən gedəcək. Heç kimi incitmir, dərsləri də düzgün bölür”.  

124 nömrəli tam orta məktəblə bağlı digər məlumat isə Azad Azərbaycan Televiziya (ATV) kanalında yayımlanıb.  Kanaldan bildirilib ki, sözügedən məktəbdə pul yığıldığı iddia olunur və bununla bağlı şikayət ATV-nin "qaynar xətti"nə daxil olub. Qeyd olunur ki, pul müəllimlərin ehtiyacı və təmir üçün yığılır. ATV-yə görə, şikayətçi qeyd edib ki, onun bir övladından 25, digərindən isə 15 manat pul istənilib. 

124 saylı məktəbin təmsilçisi isə  iddiaların doğru olmadığını deyib. “Qeyd olunan məsələ bağlı məktəbdaxili araşdırma aparılıb və valideynlərlə görüş keçirilib, irəli sürülən iddiaların əsassız olduğu aydınlaşıb. Valideynlər də belə bir təşəbbüsün olmadığını qeyd ediblər”-deyə məktəbdən verilən məlumatda bildirilib. 

124 saylı məktəbdə nə baş verir?

Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTH) ilə əlaqə saxladıq. BŞTH-dan “Bakı-Xəbər”ə “anonim zəng olub və bununla bağlı da məktəb cavab verib”-deyə bildirdilər.  Sözügedən kanal valideynləri danışdırıb, onlar məktəbdə belə bir hal olmadığını deyiblər. Məktəbin direktoru da açıqlama verərək bildirib ki, bütün müəllimlərlə danışıb və belə bir məsələnin baş vermədiyini qeyd edib. Maraqlıdır, bir valideyn də etiraf etmir ki, sözügedən məktəbdə indiyə qədər belə hadisə baş verib. Əgər iddialar doğru deyilsə və mətbuatda yayılan məlumatlar anonim şəxs tərəfindən mediaya ötürülübsə və bu özünün təsdiqini tapmırsa, onda bu anonim zəngi araşdırmaq hüquq-mühafizə orqanlarının işidir.  Təbii ki, ATV kanalı kadrları müvafiq orqanlara verməlidir və aidiyyəti orqanlar da bunu araşdırmalıdır, gerçəkliyi üzə çıxarmalıdır. 

Bütün valideynlər, müəllimlər, direktor “belə şey olmayıb” deyir, amma bir anonim zənglə o boyda məktəbin adını biabır edirlər, bu isə qətiyyən  düzgün yanaşma deyil. Bu məsələni kökündən araşdırıb sonra efirə çıxarmaq daha effektiv olardı.  Əgər bunun tam aydınlaşmasını istəyirsə ATV kanalı buyurub həmin kadrları, həmin o səsi hüquq-mühafizə orqanlarına təqdim etsin. Bu anonim zəngi edən adamın kimliyi araşdırılsın. Bəlkə kiminsə 124 saylı məktəblə, onun rəhbərliyi ilə problemi var, onları qaralamaq üçün belə edir? Yaxud bəlkə sözgedən kanalın əməkdaşlarından kiminsə 124 saylı məktəbdə xoşuna gəlməyən bir şey olub onları qaralamaq, qorxutmaq istəyiblər, burada ən müxtəlif variantlar var və bu varinatların hanısa biridirsə, bu araşdırılmalı, aydınlaşdırılmalıdır . Tutaq ki, hansısa bir məktəbdən anonim zəng gəlib və iddia olunub ki, orada pul alırlar, telekanal da götürüb bunu efirə verir, sonra da məlum olur ki, belə şey yoxdur, bu yalandır. Onda həmin media qurumunun imici zədələnir, ona tamaşaçı etimadı azalır. Hansısa bir məsələni araşdırmadan, gerçəyi öyrənmədən onu ictimailəşdirmək, efirə vermək ziyanlı bir haldır. Efirdə belə araşdırma olur? 

Bu araşdırma o zaman başa çatacaq ki, məktəbdən şikayət edən o anonim valideynin kimliyi üzə çıxarılsın. O, kimdir, kimə bağlıdır? Bu valideyn idarə olunur, olunmur? Bəlkə o valideyn təxribatçıdır, bəlkə onu kimlərsə öyrədib məktəbin üstünə salıb? Bu adamı bəlkə kimlərsə öyrədib Azərbaycanın kütləvi informasiya vasitələrini, televiziyalarını, saytlarını hörmətdən salmaq istəyir? Bəlkə bu bizim mətbuatı nüfuzdan salmağa xidmət edən bir göstərişdir? Yəni araşdırılmamış bir məsələnin bu şəkildə işıqlandırılması, sonra da onun həqiqət olmadığının üzə çıxması həmin media qurumlarını pis vəziyyətə salır. Belə mediaçılıq olmaz və bu medainın nüfuzuna kölgə salan amillərdir. 

Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədovun da münasibətini öyrəndik. K.Əsədov  “Bakı-Xəbər”ə bildirdi ki, anonim şikayətlərin mediada işıqlandırılması mürəkkəb və həssas bir məsələdir. “Bir tərəfdən, bu, bəzi problemlərin cəmiyyətə çatdırılmasında və onların həlli üçün ictimai təzyiqin yaradılmasında rol oynaya bilər. Digər tərəfdən isə, anonim şikayətlər məktəb, müəllimlər və şagirdlər üzərində ciddi mənfi təsir yarada bilər, xüsusən də sübut olunmamış və ya əsassız ittihamlarla qarşılaşdıqları zaman”-deyə bildirdi.

K.Əsədov hesab edir ki, burada məsələnin müsbət tərəfləri də var, xüsusən də problemlərin üzə çıxarılması baxımından. Anonim şikayətlər, bəzi hallarda şikayətçilərin cəzalanma və ya təzyiq altında qalmaq qorxusu səbəbindən açıq şəkildə danışa bilmədiyi problemləri işıqlandıra bilər. Bu, xüsusilə sistemli problemlərin cəmiyyətin diqqətinə çatdırılmasında faydalı ola bilər.

İctimai nəzarət: Medianın anonim şikayətləri işıqlandırması təhsil sistemindəki problemlərə dair ictimai nəzarəti gücləndirə və məsuliyyət hissini artıra bilər. Bəzi hallarda bu, müsbət dəyişikliklərə səbəb ola bilər.

Məsələnin mənfi tərəfləri:

Reputasiyaya zərbə: Anonim şikayətlər müəllimlərin, məktəblərin və şagirdlərin nüfuzuna ciddi zərər vura bilər. Şikayətin doğruluğu sübut olunmamışsa və mediada geniş şəkildə yayılırsa, bu, yanlış anlaşılmalara, etibarın itirilməsinə və hətta təhsil mühitində gərginliyin artmasına gətirib çıxara bilər.

Psixoloji təsir: Şagirdlər və müəllimlər mediada yayılan anonim ittihamlar qarşısında özlərini təzyiq altında hiss edə bilər, bu isə onların psixoloji vəziyyətinə mənfi təsir göstərə bilər. Bu cür şikayətlər təhsil mühitində narahatlıq və motivasiya itkisi yarada bilər.

Ədalətsizlik riski: Anonim şikayətlərin əsassız olması hallarında günahsız insanların haqsız ittihamlarla üzləşməsi mümkündür. Belə hallar təhsil müəssisələri arasında mənfi münasibətlərin yaranmasına və əməkdaşlığın zəifləməsinə səbəb ola bilər.

Müqayisə üçün dünya təcrübəsini də qeyd edim: Bir çox ölkədə anonim şikayətlərə dair yanaşmalar fərqlidir. Məsələn, bəzi ölkələrdə mediada anonim şikayətlərin yayılması xüsusi diqqətlə idarə olunur və sübut olunmuş məlumatlar olmadan bu cür xəbərlərin yayılmasına məhdudiyyətlər qoyulur. Digər tərəfdən, bəzi ölkələrdə korrupsiya və ya digər sistemli problemlərlə mübarizə üçün anonim məlumatların ictimailəşdirilməsi əsas vasitə kimi istifadə edilir.

Nəticə olaraq, anonim şikayətlərin mediada işıqlandırılması diqqətli yanaşma tələb edir. Bu cür xəbərlər yayıldıqda, həm cəmiyyətin məlumatlandırılması, həm də məktəb və təhsil sistemindəki şəxslərin hüquqlarının qorunması arasında balans saxlanılmalıdır. Şikayətlər araşdırılmadan əvvəl əsassız ittihamların yayılmaması və zərərli nəticələrə yol açılmaması üçün daha çox diqqət göstərilməlidir”-deyə K.Əsədov qeyd etdi.

İradə SARIYEVA








VİDEO

Pezeşkian Şahin Mustafayevlə görüşdə səhv etdi, ermənilər isə səhvdən yapışdı... - VİDEO

Türk dövlətlərinin vahid xəritə qərarı Rusiyada təşvişə səbəb oldu... - VİDEO

Paşinyanın yarımçıq saziş təklifi Rusiyada da sərt tənqid edildi - Bu, demaqogiyadır, özünü aldatmaqdır - VİDEO

Ermənilərin bu xəbəri də yalandır - Xankəndidə bircə "genosid abidəsi" də qala bilməz...

COP29-da tarixi ilk yaşandı - su faktoru dünya gündəminə gətirildi...

Fransa Azərbaycanın səfirinə qarşı təzyiqlərə başladı...

SON XƏBƏRLƏR

22.11.2024 | 15:16
Putin üç ölkəni açıq hədələdi – onları vurmaq bizim haqqımızdır…

22.11.2024 | 14:47
Ukraynanın hökumət binaları Rusiya raketlərinin hədəfində - Radanın iclası ləğv edildi...

22.11.2024 | 14:31
Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır

22.11.2024 | 13:41
"Azərbaycan təcrübəsi gələcək beynəlxalq tədbirlər üçün nümunə ola bilər" - COP29 iştirakçıları...

22.11.2024 | 13:27
COP29-da İrəvandakı Azərbaycan mədəni irsinin dəyişdirilməsinə dair tədbir keçirildi

22.11.2024 | 13:04
Азербайджан лечит Армению профессионально и успешно - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

22.11.2024 | 12:48
Paşinyan Ermənistanda despot rejimə keçir

22.11.2024 | 12:37
Qazaxın azad olunan 4 kəndində müşahidə-nəzarət kameraları quraşdırılıb

22.11.2024 | 12:24
COP29 çərçivəsində Afrikada tətbiq olunan yaşıl təşəbbüslərə dair tədbir keçirilib

22.11.2024 | 12:07
Prezident İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib

22.11.2024 | 12:00
COP29-da danışıqlar qruplarının iştirakı ilə Qurultay olub

22.11.2024 | 11:52
General azad olunan ərazilərdə yeni yaradılan strukturları açıqladı

22.11.2024 | 11:43
Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblər - FOTO

22.11.2024 | 11:30
XIV tura bu gün "Kəpəz" - "Araz-Naxçıvan" matçı ilə start veriləcək

22.11.2024 | 11:15
"Azərbaycanlı tələbələrin şüarlarında ekstremizm faktları yoxdur" - Rusiya İstintaq Komitəsi

22.11.2024 | 11:05
"Bu tendensiyalar davam edərsə, iqlim dəyişikliyinə mənfi təsirlər daha da artacaq" - alman nazir

22.11.2024 | 11:03
Putin Qərbi vurmaqla hədələdi. İndi müharibənin şəkli necə dəyişəcək? - CANLI

22.11.2024 | 11:00
Bu gün Sabunçunun bəzi ərazilərində işıq olmayacaq - XƏBƏRDARLIQ

22.11.2024 | 10:30
Bu Türkiyə klubunun borcu 10 milyardı keçib

22.11.2024 | 10:20
Təbriz sakini İrəvanda döyülüb

22.11.2024 | 10:15
Yol polisi küləkli hava ilə bağlı sürücülərə və piyadalara müraciət edib

22.11.2024 | 10:05
Gəncədə qadın bıçaqlanaraq öldürülüb

22.11.2024 | 10:00
Bakıda COP29-da finiş xəttinə çatmaq üçün bizə ciddi təkan lazımdır - Quterreşdən PAYLAŞIM

22.11.2024 | 09:30
Son 7 ildə 1636 sərhəd pozucusu, 1021 rejim pozucusu saxlanılıb - DSX

22.11.2024 | 09:24
Büdcədə neft gəlirlərimiz 750 milyon manat azalacaq - 2 ciddi səbəb...

22.11.2024 | 09:17
Qlobal iqtisadiyyatın yarısı təbiətdən asılıdır - Britaniyalı nazir

22.11.2024 | 09:05
Balakəndə 4 otaqlı ev yanıb

22.11.2024 | 09:00
"Papa ilə görüşdən sonra özümü xeyirxah hiss edirəm" - Paşinyanın arvadından paylaşım

22.11.2024 | 08:40
Alimlər nazirin "yüksək maaş" sözlərini necə qarşıladı?..

22.11.2024 | 08:30
Hindistandan Almaniyaya uçan təyyarə Heydər Əliyev Aeroportuna təcili eniş edib

21.11.2024 | 22:49
Putindən Kimə qəribə hədiyyə - 10 min əsgərə qarşılıq Şimali Koreyaya 70 heyvan göndərdi...

21.11.2024 | 22:19
Zaxarovaya mətbuat konfransında zəng gəldi - Ukraynaya raket hücumları ilə bağlı danışma... +VİDEO

21.11.2024 | 21:43
MM Lüksemburq parlamentinin ant-Azərbaycan qətnaməsini tutarlı arqumentlərlə alt-üst etdi

21.11.2024 | 21:19
Ermənilərin Azərbaycanda 30 illik “enerji cinayətləri”nin araşdırılması başladı...

21.11.2024 | 21:03
ABŞ Ukraynaya "mina qadağasını" da götürdü...

21.11.2024 | 20:44
Ermənilərin bu xəbəri də yalandır - Xankəndidə bircə "genosid abidəsi" də qala bilməz...

21.11.2024 | 20:29
COP29-da tarixi ilk yaşandı - su faktoru dünya gündəminə gətirildi...

21.11.2024 | 20:15
COP29-un uğurları Fransanı özündən çıxarır...

21.11.2024 | 20:06
Azərbaycan Milli Dirəniş Təşkilatının Strateji Sənədinin ikinci nəşri yayımlandı

21.11.2024 | 20:01
Aİ-95-lə əlaqəli baş verənlər Azərbaycanın iqlim siyasətinin tərkib hissəsidir...

21.11.2024 | 19:48
Ermənistanda COP29-a qatılmamaq peşmançılığı başladı - çox şey itirilib...

21.11.2024 | 19:37
Urmiyədə vətəndaşlar İran rejiminin terroru dəstəkləyən siyasətlərinə etiraz ediblər

21.11.2024 | 19:34
Bakıda benzin-dizellə işləyən bir avtobus olmayacaq...

21.11.2024 | 19:21
244 milyon manat elm üçün nə deməkdir...

21.11.2024 | 19:07
Leyla Əliyeva COP29 çərçivəsində bəbirlərin mühafizəsinə həsr olunmuş tədbirdə çıxış edib

21.11.2024 | 19:03
BMT məhkəməsi Azərbaycanın iddiasını lüzumsuz yerə bir il uzadır - etnik təmizləmə faktdır...

21.11.2024 | 18:48
G20-nin Ukrayna ilə bağlı yekun sənədi heç nəyi dəyişməyə qadir deyil...

21.11.2024 | 18:41
Leyla Əliyeva COP29 çərçivəsində Qlobal Liderlərin Dialoqunda iştirak edib - FOTO

21.11.2024 | 18:35
“Böyük Qayıdışda” mina problemi - heç bir beynəlxalq dəstək yoxdur, qərəz, ikili standart, erməni barmağı...

21.11.2024 | 18:23
Türkiyə şirkətlərinin azad olunmuş rayonlarda fəaliyyəti barədə şayiələr yayırlar - 4 milyard ayrılıb...

21.11.2024 | 18:21
COP29-da “Yaşıl Dünya Naminə İnklüzivlik” mövzusunda yan tədbir keçirildi

21.11.2024 | 18:15
"COP29-da Paris Sazişinin əsas sahələri üzrə razılığa gəlmək vacibdir" - Britaniya nümayəndəsi

21.11.2024 | 18:09
İqlimlə bağlı məlumatları düzgün təqdim etməyən ölkələr də var - BMT layihə hazırlayıb...

21.11.2024 | 17:56
Azərbaycanda yerli istehsal avtobusları ilə bağlı mübahisə gedir - tələbat var?

21.11.2024 | 17:43
Fransanın bəzi dövlətləri COP-dan çəkindirməsi rəsmi bəyan olundu...

21.11.2024 | 17:30
Fransa Azərbaycanın səfirinə qarşı təzyiqlərə başladı...

21.11.2024 | 17:18
COP29 turizmlə bağlı tarixdə ilkə imza atdı...

21.11.2024 | 17:06
Nüvə müharibəsi başlasa Rusiya bu ölkələri vuracaq - dövlət televiziyası bir-bir açıqladı...

21.11.2024 | 16:59
"Bütün tərəflərin COP29-da əhəmiyyətli nəticələrə nail olmaq üçün konstruktiv işləməsi vacibdir" - Annalena Berbok

21.11.2024 | 16:33
Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edildi

21.11.2024 | 16:31
"Əminəm ki, COP29-da razılaşmaya nail olunacaq" - BMT Baş katibi

21.11.2024 | 16:24
Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edib - FOTO

21.11.2024 | 16:17
Rusiyanın Cənubi Kipri vuracağı iddia edildi - Kremlin təbligatçısı ruslara xəbərdarlıq etdi

21.11.2024 | 16:05
YAP bundan sonra da Azərbaycanın yeni zirvələr fəth etməsinə mühüm töhfələr verəcək

21.11.2024 | 16:04
"COP29 əla təşkil olunub" - Zaxarova

21.11.2024 | 15:51
"Cəmi bir qəpik sosial sığorta ödənişi olan şəxsə minimum pensiya ödənilir" - Sahil Babayev

21.11.2024 | 15:38
BMT Baş katibi G20 liderlərini COP29-da maliyyə məqsədinin təmin edilməsi üçün göstəriş verməyə çağırdı

21.11.2024 | 15:24
ABŞ nümayəndəsi Su üzrə Bakı Dialoqu təşəbbüsünün əhəmiyyətindən danışdı...

21.11.2024 | 15:17
"Bakıda yeni iddialı iqlim maliyyəsi məqsədinə dair razılaşma əldə etməliyik" - Quterreş

21.11.2024 | 15:10
"Paris Sazişinə əsaslanan beynəlxalq əməkdaşlıq iqlimlə mübarizə üçün zəruridir" - BMT Baş katibi

21.11.2024 | 14:50
COP29-da meşələr üçün iqlim maliyyəsinin artırılması məsələsi müzakirə edilib

21.11.2024 | 14:43
"Sivilizasiyamızın gələcəyini indi etdiklərimiz və ya etmədiklərimiz müəyyənləşdirəcək" - BMT rəsmisi

21.11.2024 | 14:25
"Çin və ABŞ-ın NDC-ləri qlobal istiləşməni 1,5 dərəcədə məhdudlaşdırmaq hədəfinə uyğun gəlmir"

21.11.2024 | 13:58
Kərim Vəliyev Pakistanın Quru Qoşunları komandanı ilə görüşdü

21.11.2024 | 13:56
COP29-da Kiçik ada dövlətlərinin və icmaların ekosistemləri müzakirə edildi

21.11.2024 | 13:45
"Su məsələləri üzrə Bakı Dialoqu gələcək COP-larda davamlı şəkildə keçirilməlidir" - BMT-nin xüsusi nümayəndəsi

21.11.2024 | 13:43
COP29 çərçivəsində aqroərzaq sistemlərinin dayanıqlığına nail olunması mövzusunda panel müzakirə keçirilib

21.11.2024 | 13:29
BMT rəsmisi Azərbaycanın iqlim dəyişmələrinə qarşı tədbirlərini yüksək qiymətləndirdi

21.11.2024 | 13:28
Nazir müavini bioloji müxtəlifliyin qlobal səviyyədə azalması səbəblərindən danışdı

21.11.2024 | 13:17
Su üzrə Bakı Dialoqu təşəbbüsünə dair niyyət protokolu imzalandı

XƏBƏR ARXİVİ

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930