KÖHNƏ VERSİYA            

Təhlükəsizlik Forumunun daimi Bakı ofisi yaradıldı - Əliyevdən 50 ölkəni birləşdirən yeni təşəbbüs...

Image

Elşad Həsənov: “Prezident İlham Əliyevin təşəbbüsü ilə təhlükəsizlik forumunun daimi katibliyinin yaradılması çox müsbət haldır”

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı ilə 50-yə yaxın ölkənin xüsusi xidmət orqanlarının nümayəndələrinin iştirak etdiyi “Qlobal nəqliyyat şəbəkələrinin təhlükəsizliyinə yönələn müasir çağırışlar” mövzusunda II Bakı Təhlükəsizlik Forumu keçirilib. Bu barədə mətbuata DTX-dən məlumat verilib. 

Bildirilib ki, tədbirdə Prezident İlham Əliyevin forumun iştirakçılarına müraciəti səsləndirilib, konfransın mövzusunu əhatə edən videomaterial təqdim olunub. Tədbirdə çıxış edən DTX-nin rəisi general-polkovnik Əli Nağıyev ötən ilin may ayında keçirilmiş və bu il yenidən təşkil olunan Bakı Təhlükəsizlik Forumunun tərəfdaş qurumlar arasında məlumat mübadiləsinin və qarşılıqlı əlaqənin digər sahələrinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.

Xidmət rəisi, həmçinin, beynəlxalq terrorçuluqla və bütövlükdə təhlükəsizlik sisteminə təhdid hesab olunan hallarla mübarizədə xüsusi xidmət orqanlarının fəaliyyətinin koordinasiyalı şəkildə təmin edilməsinin vacibliyini qeyd etməklə, tədbirin ümumi maraq kəsb edən məsələlər ətrafında ölkələrin təhlükəsizlik strukturlarının müzakirə aparmaları üçün önəmli platforma olduğunu nəzərə çatdırıb.

Xidmət rəisi builki forumun COP29 ərəfəsində keçirilməsinin təsadüfi olmadığına diqqət çəkərək, enerji resurslarının daşınmasında istifadə olunan nəqliyyat xətlərini hədəf alan terror-təxribat aktlarının qlobal xarakterli iqtisadi və ekoloji fəlakətlərə səbəb ola biləcəyindən və bu xüsusda birgə səylərin daha da gücləndirilməsinin və ümumi fəaliyyətin səmərəliliyinin artırılmasının zəruriliyindən danışıb.

Ə.Nağıyev Prezident İlham Əliyevin beynəlxalq aləmdə aktual olan məsələlərə dair tədbirlərin respublikamızda təşkil olunmasına davamlı siyasi dəstək verdiyini vurğulayaraq, bu konfransın qlobal nəqliyyat dəhlizlərinin təhlükəsizliyinin üzləşdiyi risqlərlə mübarizədə ortaq yanaşmaların formalaşdırılmasına və fəaliyyət strategiyasının təkmilləşdirilməsinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.
 Eyni zamanda, Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı Təhlükəsizlik Forumunun Bakıda daimi əsasda fəaliyyət göstərəcək Katibliyinin yaradılması iştirakçı ölkələr tərəfindən yekdilliklə dəstəklənib.

Əliyevin təşəbbüsü ilə Bakı təhlükəsizlik forumunun daimi katibliyi yaradıldı. Bunu necə qiymətləndirmək olar? Bu forumun daimi katibliyinin yaradılmasının faydası nədir?

“Daimi katibliyin Bakıda yaradılmasının üstünlüyü ondan ibarətdir ki...” 

Siyasi ekspert Elşad Həsənov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, müasir dövrdə dünyanın yenidən bölünməsi zamanı təhlükəsizliyin təmin edilməsi ön plana çıxır. “Çünki hər şey hər bir ölkənin təhlükəsizliyinin necə qurulmasından asılıdır. Bu da son dövrlər  Azərbaycanda çox yüksək səviyyədə qurulub və ölkəmiz təhlükəsiz bir məkana çevrilib. Bunun üçün də bizim hüquq-mühafizə orqanları, xüsusilə də təhlükəsizlik orqanları gecə-gündüz var qüvvələri ilə çalışırlar. Bu günlərdə Qlobal nəqliyyat şəbəkələrinin təhlükəsizliyinə yönələn müasir çağırışlar” mövzusunda II Bakı Təhlükəsizlik Forumu keçirilib. Düzdür, mətbuatda bu barədə çox az məlumat verilib, ancaq orda Təhlükəsizlik Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyevin çıxışından müəyyən məsələlər verilib və burada qlobal nəqliyyat dəhlizlərinin təhlükəsizliyinin üzləşdiyi risqlərlə mübarizədə ortaq yanaşmaların formalaşdırılmasının və fəaliyyət strategiyasının təkmilləşdirilməsinin vacib olduğu nəzərə çatdırılıb. 

Forumda, eyni zamanda, enerji resurslarının daşınmasında istifadə olunan nəqliyyat xətlərini hədəfə alan terror-təxribat aktları qlobal xarakterli iqtisadi, ekoloji fəlakətlərə səbəb ola biləcəyindən, bu sahədə birgə səylərin artırılmasının daha da vacib olduğu vurğulanıb.

Onu da xatırladım ki, bu forumda 50-yə yaxın ölkənin təhlükəsizlik orqanlarının rəhbərləri iştirak edib. Bu Forumun da Bakıda keçirilməsi və Prezident İlham Əliyevin təşəbbüsü ilə təhlükəsizlik forumunu daimi katibliyinin yaradılması çox müsbət haldır. Çünki bilirik ki, Azərbaycan Şimal-Cənub, Şərq-Qərb, “Orta Dəhliz” kimi böyük beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişdiyi bir ölkədir. Buna görə də Bakının strateji mövqeyi aydındır, Azərbaycansız bunların təhlükəsizliyinin təmin olunması çətindir. Ona görə də, daimi katibliyin Bakıda yaradılmasının üstünlüyü ondan ibarətdir ki, tərəfdaş ölkələr təhlükəsizliklə bağlı əldə etdikləri məlumatları katibliyə ötürəcəklər, katiblik də bu işləri müvafiq yerlərə göndərəcək. İnformasiyalar operativ olaraq vaxtında çatdırılacaq. Bir məsələni də deyim ki, təhlükəsizlik orqanlarının işinin effektivliyini artıran əsas şərtlərdən biri də hadisə baş verməmiş informasiya  əldə edib hazırlanan terror-təxribat hadisəsinin qarşısını almaqdır. Biri var, terror-təxribat hadisəsi törədilir, sonra onu törədənlər tapılır tutulur cəzalandırılır, bu da dövlətə həm  böyük iqtisadi, həm də siyasi zərər verir. Çünki həmin hadisənin törənməsi, terror-təxribat hadisəsinin baş verməsi məhz elə təhlükəsizlik və hüquq-mühafizə orqanlarının da imicinə zərbə vurur. Ona görə də burda əsas qayə həmin törədiləcək hadisələrin vaxtında qarşısının alınmasıdır. Bu gün kommunikasiyalarsız heç bir yer təsəvvür etmək olmaz”-deyə E.Həsənov bildirdi. 

Siyasi ekspert hesab edir ki, yaxın zamanlarda Ermənistan da “Zəngəzur dəhlizini” açacaq. E.Həsənovun sözlərinə görə, bu Forumda  Türkiyənin Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın da çıxışında bildirib ki, Azərbaycan- Ermənistan-Naxçıvan-Türkiyə-Avropa,  Ermənistan-Naxçıvan-İran, Ermənistan-Azərbaycan-Rusiya, Ermənistan-Türkiyə-Avropa, İran-Naxçıvan, Ermənistan-Gürcüstan  marşurutları, yəni bu nəqliyyat dəhlizləri üzrə  kommunikasiyalar açılacaq. “Regionda ərazi bütövlüyünün və suverenliyin qorunması şərtilə kommunikasiyalar açılacaq və təhlükəsizlik qarşılıqlı olaraq təmin ediləcək.  Bu, Türkiyənin Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalının fikirləridir. Bir daha onu qeyd edim ki, katibliyin burada açılması çox müsbət haldır”. 

E.Həsənovun fikrincə, bu da Azərbaycandan keçən və Azərbaycana gələn kommunikasiyaların təhlükəsizliyinin qorunması baxımından ölkələrlə qarşılıqlı olaraq informasiya mübadiləsinin həyata keçirilməsi (məxvi informasiyaların əldə olunması-E.H), onların vaxtında çatdırılması və terror-təxribat hadisələrinin qarşısının alıması üçün çox vacib məsələdir. “Hesab edirəm ki, bu bir daha ölkəmizin necə bir təhlükəsizlik adası olmasını göstərən amillərdən biri olacaq”-deyə E.Həsənov qeyd etd.

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

20.12.2024 | 17:27
Azərbaycanın müttəfiqləri bir superdövlətə qalib gəldi - superdövlət başqa yol tutdu...

20.12.2024 | 17:23
Mətbuat Şurası Qulu Məhərrəmlini təbrik etdi

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031