KÖHNƏ VERSİYA            

Türk dünyasının arxeoloqları Qarabağdakı bütün saxta erməni izlərini ifşa edəcəklər...

Image

Qasım Hacıyev: “Qarabağda, Şərqi Zəngəzurda türk dünyası arxeoloqlarının birgə arxeoloji qazıntılar aparması zərurətdir”

İşğal altında olduğu 30 ilə yaxın bir dövr ərzində Qarabağda və Şərqi Zəngəzurda bütün tarix-mədəniyyət, arxeoloji, təbiət, dini abidələr erməni saxtakarlığına məruz qalıb. Erməni işğalçılarının məqsədi Azərbaycanın maddi-mədəni, tarixi, dini irsini saxtalaşdırmaq, saxtalaşdırması mümkün olmayanları isə yer üzündən silmək olub. 

Uzun illər bu ziyanlı, bütün beynəlxalq konvensiyalara zidd əməllərlə, cinayət tərkibli  fəaliyyətlə məşğul oldular. Bu gün onların cinayətkar əməllərinin ifşası üçün geniş imkanlar mövcuddur. 

Sentyabrın 16-da Şuşada Türk Dünyasının Elmi-Tədqiqat İnstitutları və Arxeologiya Mərkəzləri Birliyinin (ARİCA) toplantısı keçirilib. Türk Akademiyasının Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutu ilə birgə təşkil etdiyi tədbir türk ölkələrinin aparıcı arxeoloq alimlərini bir araya gətirib.

İclasda Türk Akademiyasının prezidenti Şahin Mustafayev, həmçinin Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan (o cümlədən Qaraqalpakstan), Monqolustan və Tatarıstan (RF) elmi institutlarının və arxeologiya mərkəzlərinin rəhbərləri iştirak edib.

Elə bu toplantının keçirilməsi bizə böyük bir fürsət verib ki, erməni saxtakarlığını yerlə bir edək. 

Doğrudan da bu gün Qarabağda türk dünyası arxeoloqlarının iştirakı ilə arxeolji tədqiqatlara, arxeoloji qazıntılara ehtiyac var. Bütün gerçəklikləri dünyaya çatdırmaq, erməni yalanlarını ifşa etmək baxımından bu zəruridir. 

Ermənistan tarixdən dərs götürmək əvəzinə yenə də Azərbaycan ərazilərinə iddialar irəli sürür, Qarabağı özlərinin “tarixi vətəni” kimi qələmə verməkdən, özünü buradakı abidələrin “sahibi” kimi təqdim etməkdən əl çəkmək istəmir. Hazırda ermənilər yenə də Qarabağdakı alban dövrü abidələrinə, eləcə də başqa maddi irs nümunələrinə aid saxta məlumatlar düzəldib xarici mediada, xarici nəşrlərdə, hətta elmi jurnallarda belə onları dərc etdirirlər. Onlar hələ də uydurma “Tiqranakert” sevdasından əl çəkməyiblər. Hələ də dünyanı aldadırlar ki, guya Ağdam yaxınlığında, Şahbulaq qalasının yerində “Tiqranakert” adlı “qədim erməni şəhəri” olub. Ağdam işğalda olanda erməni arxeoloqu Hamlet Petrosyanın Şahbulaq ərazisinin altını üstünə çevirdiyi, mifik “Tiqranakert” axtardığı, burada onun başçılığı ilə qanunsuz arxeoloji ekspedisiyanın təşkil edildiyi, qazıntılar aparıldığı məlumdur. O da məlumdur ki, “Tiqranakert” “qazıntılarının” “elmi nəticələri” beynəlxalq elmi jurnallarda da çap olunmuşdu. Yəni ermənilər saxta məlumatları xaricdə də yaya bilirlər. Eyni zamanda da qədim Azıx mağarasında ermənilər xarici arxeoloqları cəlb etməklə qanunsuz arxeoloji qazıntı işləri aparmışdılar. Özü də bu ekspedisiyanın “beynəlxalq statuslu” bir ekspedisiya olduğunu deyirdilər. Təbii ki, xarici ölkələrdə qara arxeologiya ilə məşğul olan o qədər muzdlu arxeoloqlar var. Erməni lobbisinin onları bu qanusuz prosesə pulla cəlb etdiyi də şübhəsizdir. 

Ermənilərin Qarabağda vaxtilə həyata keçirdiyi qanunsuz arxeoloji fəaliyyətini yalnız türk dünyasının arxeoloqlarının birgə tədqiqat aparması beynəlxalq səviyyədə ifşa edə bilər. Çünki onlar arxeoloji qazıntılar, arxeoloji tədqiqatlar zamanı erməni saxtakarlığının izlərini aydın şəkildə görəcəklər və onları ifşa edəcəklər.   

“Erməni arxeoloqlarının saxtakarlıqlarını ifşa etmək üçün fəaliyyətimizi genişləndirməliyik” 

AMEA-nın Qafqazşünaslıq İnstitutunun Qafqaz Tarixi şöbəsinin müdiri, professor Qasım Hacıyev “Bakı-Xəbər”ə bildirdi ki, Türk Dünyasının Elmi-Tədqiqat İnstitutları və Arxeologiya Mərkəzləri Birliyinin (ARİCA) Şuşa toplantısının böyük əhəmiyyəti var və bunun çox uğurlu nəticələri olacaq. 

Q.Hacıyevin sözlərinə görə, o toplantıda hansı qərarlar qəbul edildiyindən hələlik məlumatı olmasa da, amma orada türk dünyası arxeoloqlarının Qarabağda birgə arxeoloji qazıntılar aparmaları üçün qərar verildiyinə ümid edir. “Orada hansı qərarlar qəbul edildiyi barədə məlumatım yoxdur. Amma güman edirəm ki, mütləq bu məsələni diqqətdə saxlayıblar və türk dünyası alimlərindən ibarət arxeoloq qrupunun Qarabağda arxeoloji qazıntılar, tədqiqatlar aparılması məsələsini qaldırıblar. Bu barədə açıqlanan qərarlardan biləcəyik. 

Bütövlükdə, Qarabağda, Şərqi Zəngəzurda türk dünyası arxeoqlarının birgə arxeoloji qazıntılar aparması zərurətdir. Torpaqlarımız işğaldan azad edildikdən sonra biz burada ermənilərin bizim maddi-mədəniyyət abidələrimizin başına gətirdikləri faciələri, vandalizm aktlarını yaxından izlədik. Biz sizinlə ermənilərin Qarabağda apardıqları qanunsuz arxeoloji qazıntılar barədə çox danışmışıq, onların heç bir çərçivəyə sığmayan bu cinayətlərini ifşa etmişik. Hamlet Petrosyanın Ağdam yaxınlığında mifik, tarixdə heç zaman mövcud olmayan “Tiqranakert” axtarışlarını dəfələrlə tənqid etmişik və bildirmişik ki, Ağdamda heç bir erməni izi, heç bir erməni irsi yoxdur, olmayıb da. Onlar özlərindən saxta tarix düzəltdikləri kimi, saxta irs də, saxta dövlət də icad ediblər. Heç Tiqranın ermənilərlə əlaqəsi də yoxdur. Dəfələrlə demişik ki, Tiqran erməni deyildi, parfiyalı idi. Amma ermənilər əksər tarixi şəxsiyyətləri öz adlarına çıxdığı kimi, Tiqrana da iddia edirlər. Tiqran hara, bizim ərazilər hara? Biz erməni arxeoloqlarının saxtakarlıqlarını, onlarla birgə bizim ərazilərdə qanunsuz tədqiqat, arxeoloji qazıntılar aparan xarici arxeoloqları ifşa etmək üçün fəaliyyətimizi genişləndirməliyik”.

Q.Hacıyev bildirdi ki, Türkiyə alimləri ilə bir neçə dəfə ekspedisiyalarda olub, Van bölgəsində, Ankara çevrəsində qazıntılarda iştirak edib. Türkiyə arxeoloqlarının Avropa, dünya arxeolqları ilə işlədiklərini, əməkdaşlıq etdiklərini deyən Q.Hacıyev bildirdi ki, bu baxımdan türk ölkələrinin arxeolqlarının iştirakı ilə bir qrupun təşkil edilməsi çox yaxşı olar. “Bu sahədə Türkiyə arxeoloqlarının böyük təcrübəsi var. Mən o vaxt Türk Tarix Qurumunun rəhbərlərinin hər biri ilə Ankarada görüşmüşəm, onlar da bura gəliblər. Təəssüflər olsun ki, Azərbaycanda onlarla birgə arxeoloji qazıntılar aparmamışıq. Avropadan gələn arxeoloqlarla işləmişik. Bura Fransa, Almaniya alimləri gəliblər. Amma təsəvvür edin ki, türk dünyası arxeoloqlarının Qarabağ ərazisində birgə arxeoloji qazıntılar aparmasının faydası çox böyük olar. Bu bütün dünyaya dəyər. Biz bununla çox effektiv nəticə əldə edə, erməni saxtakarlığını bütün dünyada ifşa edə bilərik. Türk dünyası arxeoloqları ilə birgə qazıntı işləri çox böyük fayda verə bilər. Bu işi əlaqəli görməliyik ki, effektiv nəticə əldə edək. Bu işi birlikdə görməyimiz çox arzuediləndir”-deyə professor Hacıyev bildirdi. 

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlılığı nədir?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

20.12.2024 | 17:27
Azərbaycanın müttəfiqləri bir superdövlətə qalib gəldi - superdövlət başqa yol tutdu...

20.12.2024 | 17:23
Mətbuat Şurası Qulu Məhərrəmlini təbrik etdi

20.12.2024 | 17:19
Azad edilmiş ərazilərdə neçə nəfərin nəşinin qalıqları tapılıb? - Rəsmi açıqlama...

20.12.2024 | 17:14
BMT-nin "faşizm qətnaməsinin" əleyhinə çıxan elə ölkələr var ki... İnanılmazdır...

20.12.2024 | 17:08
Ərdoğan Suriyaya gedir - Dəməşqdə hazırlıqlar başlayıb...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031