"İqlim dəyişikliyinin yaratdığı fəsadlar artıq müxtəlif ölkələrdə hiss olunur"
COP27 və COP28-in uğurlarına əsaslanaraq, biz İtki və Zərərə Cavab Fondunu tam şəkildə işə salmalıyıq. Bu barədə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) müəyyən olunmuş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Bakıda keçirilən İtki və Zərərə cavab verən Fondun İdarə Heyətinin 3-cü iclasında bildirib.
"Biz həm də itki və zərərlə bağlı irəliləyiş əldə etməliyik, çünki iqlim dəyişikliyinin yaratdığı fəsadlar artıq müxtəlif ölkələrdə bir çox insan tərəfindən hiss olunur" - o vurğulayıb. M.Babayev əlavə edib ki, bütün bunlar ölkələrə bu istiqamətdə irəliləyişin nə qədər aktual olduğunu, iqlim dəyişikliyinin insanlara necə təsir göstərdiyini xatırladır.
Mətləb Salahov