KÖHNƏ VERSİYA            

Anım günü - müasir Azərbaycan tarixinin şanlı səhifəsi...

Image

Dünyada ən böyük tarixi ədalətsizliklə üzləşmiş ölkəılərdən biri də, heç şübhəsiz ki, Azərbaycandır. Bunun ən bariz sübutu Azərbaycan ərazilərinin işğalda olarkən qarşılaşdığı münasibət, ikili standartlar oldu. Əslində belə standartlar hələ də davam edir.

Eyni zamanda o da faktdır ki, İkinci Qarabağ müharibəini şərtləndirən səbəblərdən biri də belə standartlar oldu. Sirr deyil ki, böyük güclər, o cümlədən ATƏT-in Minsk qrupu 29 illik fəaliyyəti dövründə Qarabağ münaqişəsinin həllinə yox, dondurulmasına çalışdı. Elə bu səbəbdən uzun illər ərzində aparılan danışıqlar nəticəsiz qaldı. Çünki həm işğalçıya, həm də işğala məruz qalmış tərəfə eyni münasibət bəslənilir, beynəlxalq qətnamələr kağız üzərində qalırdı. Hər zaman məsuliyyətli ölkə olaraq Azərbaycan daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirərək münaqişənin danışıqlar vasitəsilə həllinə çalışıb. Həmçinin BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi kağız üzərində qalmışdı. Bunun fonunda aramsız olaraq davam edən Ermənistanın təxribatçı addımları, bəyanatları, hərəkətləri müharibəni qaçılmaz edirdi. Yaranmış vəziyyətdən faydalanmağa çalışan Ermənistan işğal altında saxladığı Azərbaycan ərazilərini acınacaqlı vəziyyətə salır, şəhər və kəndlərdə infrastrukturu tamamilə məhv edir, Azərbaycana milyardlarla dollar dəyərində maddi ziyan vururdu. Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını işğal etməsi azərbaycanlıları doğma yurd-yuvalarından didərgin salmaqla yanaşı, ölkəmizin iqtisadiyyatına və mədəni irsinə də ağır zərbə vurdu. Nəticədə bir milyondan çox azərbaycanlı 30 il ərzində qaçqın və məcburi köçkün həyatı sürməyə məcbur oldu. Özü də belə halla Azərbaycan ilk dəfə deyildi ki, qarşılaşırdı. Bəllidir ki, Azərbaycana qarşı 200 ildən çox davam edən düşmənçilik siyasəti ermənilərin məhz çar Rusiyası zamanı əzəli torpaqlarımıza - Qarabağa köçürüldükləri vaxtdan başlayıb. Azərbaycanlılara qarşı etnik dözümsüzlük çar Rusiyasından sonrakı illərdə də davam edib. Erməni daşnakları və cəlladları tərəfindən 1905-1907-ci və 1918-ci illərdə yüz minlərlə soydaşımız vəhşicəsinə qətlə yetirilib. 1918-1920-ci illər isə xalqımızın yaddaşında erməni silahlı quldur dəstələrinin xüsusi qəddarlığı ilə qalıb. Həmin illərdə İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tiflisdə, Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda, Göyçayda on minlərlə dinc azərbaycanlı əhali soyqırımına məruz qalıb, yaşadıqları yerlərdən qovulub, onlara işgəncələr verilib, yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə-yeksan olunub. Bu acı tarixi reallıqlar Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması prosesi sovet dövründə də davam edib. Tarixi ata-baba yurdlarından azərbaycanlı əhalinin deportasiyası 1948-1950-ci illərdən başlayaraq 1956-cı ilə qədər davam etdirilib. 1988-ci ildə 300 min azərbaycanlı öz yaşadığı tarixi torpaqlarından, yəni indiki Ermənistan ərazisindən zorla deportasiya olunub. Bütün bunların ardınca növbəti erməni işğalına srart verilib.

Ermənistan xarici havadarlarının yardımı ilə ərazilərimizn 20 faizini işaəl edib. Özü də erməni qəsbkarlarının bütün dünyada olan havadarları Azərbaycanı işğal faktı ilə barışdırmaq, müvəqqəti itirilmiş ərazilərdən birdəfəlik imtina etdirmək üçün var qüvvələri ilə çalışdılar. İşğaldan azad edilməsinin yeganə yolunun hərbi yol olduğu getdikcə özünü daha qabarıq şəkildə büruzə verməkdə idi. Bütün bu illər ərzində Azərbaycanın inkişafı, güclü iqtisadiyyata, qüdrətli orduya sahib olması istiqamətində gərgin və məqsədyönlü iş aparıldı. 2016-cı il aprel ayında Lələtəpə və 2020-ci il iyul ayında Tovuz döyüşləri zamanı Azərbaycan bu işğala öz gücünə son qoymaq iqtidarında olduğunu bütün dünyaya nümayiş etdirdi. Lakin Ermənistan bu döyüşlərdən də nəticə çıxarmadı. Azərbaycana qarşı təxribatlar davam etdirildi və 2020-ci il 27 sentyabr tarixində Ermənistan Azərbaycanın yaşayış məntəqələrini və döyüş mövqelərini şiddətli artilleriya atəşinə tutmaqla, hərbi qulluqçularla yanaşı 11 dinc sakinin, o cümlədən 2 uşağın ölümünə səbəb oldu. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmrini verdi. Azərbaycan xalqı 30 ilə yaxın müddət ərzində bu əmri gözləyirdi. Beləliklə 44 günü davam edən “Dəmir yumruq” əməliyyatı xalq-ordu birliyinin təcəssümü oldu. Müharibə dövründə xalq öz dəmir yumruğunu, birliyini və gücünü nümayiş etdirə bildi. On minlərlə insanın orduya könüllü yazılması, eləcə də təxribatlar zamanı öz evlərini tərk etməməsi faktı Azərbaycanda xalq-ordu birliyi və orduya, qələbəyə inamın göstəricisi idi. Bununla da Azərbaycan tarixinə zəfər salnaməsi kimi daxil olan “Dəmir yumruq” əməliyyatı ilə işğala son verildi. Qeyd edək ki, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq prezident İlham Əliyev 27 sentyabr - Vətən müharibəsinin başladığı günün Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması ilə bağlı sərəncam imzalayıb. Bu addım şəhid ruhlarına, şəhidlərin doğmalarına ali ehtiramın göstəricisidir. 27 sentyabrla başlayan Zəfər yolumuz 8 noyabrda Şuşada üçrəngli Azərbaycan Bayrağının dalğalanması ilə yekunlaşdı. Bundan sonra xalqımız qalib xalq, müzəffər xalq kimi yaşamağa başladı. Sarsıdıcı məğlubiyyətdən sonra ilk dövrlər istisnasız olaraq kapitulyasiya şərtlərini icra edən, Ağdam, Laçın və Kəlbəcəri dinc yolla tərk etməyə məcbur olan Ermənistan sonradan havadarlarından gələn təhrikedici dəstək fonunda yenidən hərbi ritorikaya üz tutmağa və revanşist mövqeni sərtləşdirməyə başladı. Təəssüflər olsun ki, proseslərin bu cür arzuolunmaz gedişatına Rusiya sülhməramlıları da alternativ yollarla Azərbaycanın Qarabağ bölgəsinə hərbi sursat və canlı qüvvə daşınması və xüsusi texnika cəlb edilməklə yeni yolun tikintisinə rəvac verməklə, qeyri-adekvat davranışlarla öz "töhfələrini" verməkdə idi. Ötən il sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələri bir sıra genişmiqyaslı hərbi təxribatlar və terror hücumu törətdilər. Bundan sonra Azərbaycan Qarabağda qanunsuz erməni qruplaşmalarına qarşı antiterror tədbirlərinin başlandığını elan etdi. Əməliyyatın məqsədi Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağda Ermənistana tabe olan separatçı qüvvələrin nəzarəti altındakı hərbi hədəfləri zərərsizləşdirmək və bununla da ölkəmizin suverenliyini tam təmin etmək idi. Əməliyyat Qarabağdakı erməni qüvvələrin çox qısa müddətdə - cəmi 23 saata təslim edilməsi ilə nəticələndi. Qarabağda yaşayan ermənilər isə Azərbaycanın təklif etdiyi vətəndaşlıqdan imtina edərək separatçı rəhbərlərinin təkidi ilə öz ölkələrinə qayıtdılar. Bununla Azərbaycan suverenliyini bütün torpaqlarında bərpa etdi. Artıq bunlar fonunda indi Azərbaycana dünyada tamam fərqli münasibət sərgilənir, ölkəmiz böyük beynəlxalq nüfuz sahibidir. 

Tahir TAĞIYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlılığı nədir?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

20.12.2024 | 17:27
Azərbaycanın müttəfiqləri bir superdövlətə qalib gəldi - superdövlət başqa yol tutdu...

20.12.2024 | 17:23
Mətbuat Şurası Qulu Məhərrəmlini təbrik etdi

20.12.2024 | 17:19
Azad edilmiş ərazilərdə neçə nəfərin nəşinin qalıqları tapılıb? - Rəsmi açıqlama...

20.12.2024 | 17:14
BMT-nin "faşizm qətnaməsinin" əleyhinə çıxan elə ölkələr var ki... İnanılmazdır...

20.12.2024 | 17:08
Ərdoğan Suriyaya gedir - Dəməşqdə hazırlıqlar başlayıb...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031