KÖHNƏ VERSİYA            

İngilis kəşfiyyatının şefi amerikalı həmkarı ilə görüşdən sonra Bakıya niyə gəlmişdi...

Image

Elşən Manafov: “Rəsmi Londonun Bakıya münasibəti Avropa İttifaqının münasibətindən kifayət qədər fərqli olub”

Böyük Britaniyanın MI 6 kəşfiyyat xidmətinin rəhbəri Riçard Mur sentyabrın 14-də Bakıya gəlib və ADA Universitetində mühazirə oxuyub. Bu barədə universitet rəhbərliyinin sosial şəbəkədəki nəşrindən məlum olub.

Riçard Murun səfərinin məqsədinin təkcə universitetdə mühazirə oxumaq olmadığı şübhəsizdir. Çox güman ki, o, beynəlxalq və regional məsələlərlə bağlı ölkənin ali rəhbərliyi ilə danışıqlar aparacaq. Ehtimal kı, söhbət Rusiya və İranla münasibətlərdən, Zəngəzur dəhlizindən, Ukraynadakı müharibədən gedəcək. Diqqəti çəkən məqam həm də odur ki, Murun Bakıya gözlənilməz səfəri onun Londonda Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börnslə görüşündən bir həftə sonra baş verib. Eyni zamanda Mur və Bernsün imzası ilə “Financial Times” qəzetində beynəlxalq nizama təhlükə barədə məqalə dərc olunub. Həmin məqalədə Britaniyanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri yazır: “Dünya nizamı bəşəriyyətin soyuq müharibədən bəri görmədiyi təhlükə ilə üz-üzədir”.

Bütün bu deyilənlərin fonunda maraqlıdır, Mur Bakıya niyə gəlib? Ekspertlər bunu necə dəyərləndirir?

“Zəngəzur dəhlizi ətrafında mövcud mövqe fərqlərinin aradan qaldırılması yollarını muzakirə etmək...” 

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən politoloq Elşən Manafov bununla bağlı bir sıra məqamlara toxundu: “Əvvəla, Azərbaycan üçün Birləşmiş Krallıqla münasibətlər strsteji əhəmiyyət kəsb edir. Öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın dövlət rəhbərlərinin Britaniyaya olan 4 rəsmi və 7 işgüzar səfəri bunun bariz göstəricisidir. Münasibətlərin əsası mərhum prezident Heydər Əliyevin Britaniyaya olan rəsmi və işgüzar səfərləri zamanı, 1994-1998-ci illərdə qoyulub. Prezident Əliyevin Birləşmiş Krallığa bir neçə səfəri olub ki, onlar da dövlət və işguzar səfərlər çərçivəsində həyata keçirilib. Britaniya Azərbaycanla enerji təhlükəsizliyi sahəsində əməkdaşlığa böyük önəm verir. Onun ən böyük neft şirkəti BP-nin hələ “Əsrin kontraktı” çərçivəsində imzalanmış müqavilədə öz payı var və kifayət qədər böyükdür. BP isə Britaniyanın ən böyük vergi ödəyicilərindən biridir”. 

Politoloqun fikrincə, Azərbaycan iqtidarının enerji və xarici siyasət sahəsində çoxşaxəli fəaliyyəti dövlətin milli maraqlarına xidmət etməklə yanaşı, digər dövlətlərlə də bu sahədə qarşılıqlı faydalı əməkdaşlığin inkışaf etdirilməsi və genişləndirilməsi üçün perspektiv imkanlar yaradır: “Regional təhlükəsizlik problemlərinin həllinə öz baxışı olan rəsmi Bakı bu sahədə region dövlətləri ilə münasibətlərə daha böyük önəm verir. Rusiya ilə münasibətlərin format və məzmunu isə, istisna deyil ki, regionda nüfuz dairəsinin genişləndirilməsi, bölgənin geosiyasi konfiqurasiyasının dəyişdirilməsi ilə bağlı məsələlərdə Qərbi regionun lider dövləti sayıla biləcək Azərbaycanla münasibətləri onun maraqlarına uyğun geosiyasi müstəvi üzərinə çıxarılmasına sövq edir. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan-Rusiya münasibətlərində olan dinamika, ölkə ərazisinə rus sülhməramlılarının dəvət olunması bizim Qərbdəki bəzi tərəfdaşlarımızı məmnun etməmişdi. Hətta Britaniyanın Azərbaycandakı səfiri 2021-ci ildə rus sülhməramlılarının beynəlxalq tərkibli sülhməramlılarla əvəz edilməsi təklifini vermişdi. Bu isə Britaniyanın ABŞ-la yanaşı bəlli hadisədən narazı qalmasının bariz göstəricisi kimi diqqəti cəlb edib. Britaniya anqlosaks dünyasının aparıcı dövləti olmaqla, ABŞ-la yanaşı, bir qayda olaraq, Rusiyanın Qafqaz, Mərkəzi Asiya,Yaxın və Orta Şərq siyasətində ona qarşı duran imperiya olub. Hazırda dünyanın yeni nizamının müəyyən edilməsi uğrunda gedən və qlobal səciyyə daşıyan mübarizədə də Britaniya ABŞ-la bahəm Rusiya və Qlobal Cənuba qarşı duran tərəfdir. Azərbaycanın yerləşdiyi region, onun İranla həmsərhəd olması, Əfqanıstana və Mərkəzi Asiyaya gedən tranzit yollarının üzərində durması, Xəzərin enerji resursları həmişə Britaniyanın, onun xüsusi xidmət, əks kəşfiyyat qurumlarının diqqət mərkəzində olub. Britaniyanın əks kəşfiyyatının rəhbəri Riçard Mur zamanında Birləşmiş Krallığın Türkiyədə səfiri olaraq çalışıb. Türkiyə siyasi elitası, şəxsən Ərdoğanla münasibətləri var. Onun Bakıya səfəri zamanı bu amildən yararlanmaq üçün əvvəlcədən müvafiq tədbirlər gördüyünü istisna etməzdik. Əvvəla, Bakını Rusiya ilə münasibətlərdə Britaniyanı məmnun edə biləcək addımlar atmağa sövq etmək, Zəngəzur dəhlizi ətrafında mövcud mövqe fərqlərinin aradan qaldırılması yollarını muzakirə etmək, Türkiyənin Ermənistanla münasibətlərinin son vaxtlar normallaşdırılması üçün atılan addımlara rəsmi Bakının münasibətinə aydınlıq gətirməkdir. Eyni zamanda, İran və Mərkəzi Asiya ilə münasibətlərdə Qərbin geosiyasi gedişlərinə rəsmi Bakının perspektivdə necə yanaşacağına aydınlıq gətirməkdir. Qeyd etmək yerinə duşər ki, Rusiya faktoruna münasibətdə ciddi mövqe baxışlarının olmasına baxmayaraq, rəsmi Londonun Bakıya münasibəti Avropa İttifaqının münasibətindən kifayət qədər fərqli olub. Bu, 2-ci Qarabağ müharibəsi zamanı istər Birləşmiş Krallıq hökumətinin, istərsə də Murun rəhbərlik etdiyi əks-kəşfiyyat xidmətinin əməli fəaliyyətində özunu büruzə verib. Fransanın təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurası Azərbaycanın maraqlarına cavab verməyən bir qətnaməni qəbul etmək istəyərkən onu bloklayan məhz Britaniya diplomatiyası olub. Bütövlükdə isə, Britaniyanın Azərbaycana olan simpatiyası onun dövlət maraqlarından qaynaqlanır”.

Vidadi ORDAHALLI







VİDEO

Zəngəzur dəhlizində özəl şirkətin nəzarət məsələsinin mənşəyi bilindi - Şarl Mişel - VİDEO

Paşinyan Lavrovun üzünə sərt qayıtdı... - VİDEO

Ermənistan indi də İranın marionetkası adlandırıldı... - VİDEO

Anım günü - müasir Azərbaycan tarixinin şanlı səhifəsi...

Hollandiya Azərbaycandan Bonayre adasının qisasını belə alır...

Antiterror əməliyyatı olmasaydı, Qarabağda bu gün vəziyyət necə olardı?

SON XƏBƏRLƏR

19.09.2024 | 00:55
Müdafiə Nazirliyi Ordumuzun “Qisas” əməliyyatından görüntülər yaydı - VİDEO

19.09.2024 | 00:10
Qarabağda erməni separatizminə son qoyan antiterror əməliyyatından bir il ötdü

18.09.2024 | 23:12
ABŞ Departamenti Ermənistana hərbi və digər yardımların artırılmasına münasibət bildirdi

18.09.2024 | 22:17
Britaniyanın XİN rəhbəri Azərbaycanın Qarabağı işğaldan azad etməsini dəstəklədi

18.09.2024 | 21:35
Anım günü - müasir Azərbaycan tarixinin şanlı səhifəsi...

18.09.2024 | 21:22
Paşinyanın saziş layihəsindən çıxardığı 3 maddənin biri budur...

18.09.2024 | 21:08
Pezeşkian qadınların yolunda “əxlaq polisinə müharibə açdı”...

18.09.2024 | 20:55
Ermənilər fahişə Anahiti bakirə Məryəmlə bir tutdular - Uca İsaya böyük təhqir...

18.09.2024 | 20:41
Ermənilər anlamağa başlayır - ölkənin xilası Azərbaycanın əlindədir...

18.09.2024 | 20:28
Rusiya-İran münasibətlərində Azərbaycandan xəbərsiz baş verənlər - Şoyqu 2-ci dəfə Tehrana qayıtdı...

18.09.2024 | 20:15
Rusiyanın və İranın Azərbaycandan tranzit asılılığı artır...

18.09.2024 | 20:02
Azad rayonların 1 illik bərpa xərci açıqlandı...

18.09.2024 | 19:50
Paşinyan KTMT-yə son nöqtəni qoydu: "Ermənistana ciddi təhdid mənbəyidir..."

18.09.2024 | 19:36
Frankofoniya sammitində Azərbaycana qarşı bəyanat qəbul olunacaq - Parislə İrəvan hazırlaşır...

18.09.2024 | 19:23
Putinin Köçəryana isti təbrik zəngi - Zəngəzur və sülh müzakirələri vaxtı bu vacib idimi...

18.09.2024 | 19:09
Söz azadlığı şəraitində milli dəyərlərlə nəsil yetişdirmək çətin vəzifədir...

18.09.2024 | 18:55
Hollandiya Azərbaycandan Bonayre adasının qisasını belə alır...

18.09.2024 | 18:42
Təhlükəsizlik Forumunun daimi Bakı ofisi yaradıldı - Əliyevdən 50 ölkəni birləşdirən yeni təşəbbüs...

18.09.2024 | 18:33
Leyla Əliyeva Milli Qəhrəman Mübariz İbrahimovun ailəsini ziyarət etdi - FOTO

18.09.2024 | 18:26
İqlim dəyişikliyi ilə mübarizəyə dəstək üçün yaradılmış beynəlxalq Fondun 3-cü iclası keçirilir - FOTO

18.09.2024 | 18:20
"Bakcell"dən abunəçilərə geniş seçim imkanı verən "Star" tarifi

18.09.2024 | 18:17
124 saylı məktəblə bağlı anonim zəng hüquq mühafizə orqanlarında araşdırılsın...

18.09.2024 | 18:11
Dipkorpus üzvləri Kəlbəcərə səfər ediblər - FOTO

18.09.2024 | 18:04
Rusiyanın son vaxtlar ermənilərə verdiyi "Smerç"lər Azərbaycana bu təhlükəni törədir...

18.09.2024 | 17:50
Ermənilər sosial şəbəkədə ilginc müzakirə açıblar - "Qarabağdan bu səbəbə getdik"...

18.09.2024 | 17:37
Antiterror əməliyyatı olmasaydı, Qarabağda bu gün vəziyyət necə olardı?

18.09.2024 | 17:23
Blinkenin Bakı və İrəvana zəngi - sülh prosesində yenilik ehtimalı hələ zəifdir...

18.09.2024 | 17:12
Binəqədidə əməliyyat zamanı narkotik vasitələr və odlu silahlar ələ keçirildi - FOTO

18.09.2024 | 17:04
İrandan Türkiyəyə psixotrop dərman aparanlar Culfada yaxalandı

18.09.2024 | 16:44
Ceyhun Bayramov ABŞ dövlət katibinin köməkçisinin müavini ilə görüşdü

18.09.2024 | 16:36
Cəmilin rəşadət zirvəsi...

18.09.2024 | 16:25
Lukaşenko Qərbi təhdid etdi - Belarusa hücum III Dünya Müharibəsinə səbəb ola bilər...

18.09.2024 | 16:10
“Azərbaycan media landşaftı üzrə məlumat bazasının yaradılması” layihəsi üzrə üçüncü toplantı keçirildi - FOTO

18.09.2024 | 16:05
Mərkəzi Bank valyuta bazarına müdaxiləni istisna etmədi...

18.09.2024 | 15:39
Gələn il sosial sahəyə nə qədər vəsait ayrılacaq?

18.09.2024 | 15:38
"Ermənistana münasibətdə yeni Marşal planı hazırlanır" - Prezidentin köməkçisi

18.09.2024 | 15:32
"Ermənistanın militarizasiya prosesində iştirak edən dövlətlər məsuliyyətlərini anlamalıdırlar"

18.09.2024 | 15:13
Əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi bu tarixdə yekunlaşacaq...

18.09.2024 | 15:02
Leyla Əliyeva “Kəpənək” uşaq bağçasının açılışında iştirak etdi - FOTO

18.09.2024 | 14:51
İmişlidə məktəb rəhbərliyinin tapşırıqlarına qarşı çıxan müəllim işdən çıxarıldı...

18.09.2024 | 14:46
Bakıda məşhur avtosalonun sahibi həbs edildi

18.09.2024 | 14:40
Heydər Əliyev Fondu ilə “Zamin” Fondu arasında memorandum imzalandı...

18.09.2024 | 14:38
Paşinyan KTMT-ni rəsmən Ermənistanın təhlükəsizliyinə təhdid adlandırdı... - Kremldən də dərhal reaksiya gəldi...

18.09.2024 | 14:10
Ermənistanda hərbi çevriliş cəhdi - İrəvan Moskvanı ittiham etdi...

18.09.2024 | 13:45
Paşinyan Ermənistanın təhlükəsizlik arxitekturasının səmərəsiz olduğunu etiraf etdi

18.09.2024 | 13:38
Ermənistan Azərbaycandan qaz ala bilər – Paşinyan açıqladı...

18.09.2024 | 13:31
Sumqayıtda 10 min manatlıq tütün məmulatını mənimsəyən şəxs tutuldu

18.09.2024 | 13:17
Gəncədə avtomobil qaçırmaqda şübhəli bilinən şəxs saxlandı

18.09.2024 | 13:10
Paşinyan COP29-da iştirak edib-etməyəcəyinə hələ də qərar verməyib

18.09.2024 | 13:03
Двойная игра России против Азербайджана возобновилась - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

18.09.2024 | 12:50
Antiterror əməliyyatı niyə keçirildi? - Müdafiə Nazirliyi səbəbləri AÇIQLADI

18.09.2024 | 12:35
Azərbaycanın strateji valyuta ehtiyatları 72,6 milyard dollara çatıb

18.09.2024 | 12:12
İş və istirahət günlərinin yerləri dəyişdirildi - altı gün ardıcıl iş olmayacaq

18.09.2024 | 11:37
Dipkorpus üzvləri Suqovuşan və Sərsəng su anbarlarında olublar... - FOTO

18.09.2024 | 11:30
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü təsis olundu - SƏRƏNCAM

18.09.2024 | 11:15
Türkiyəli futbolçu "Yuventus"da Del Pyeronun rekordunu qırdı

18.09.2024 | 11:06
Daha 4 itkin şəhid dəfn ediləcək

18.09.2024 | 11:02
ABŞ-ın "ləyaqətli sülh" planı Azərbaycana qarşı təhlükəli oyundur - CANLI

18.09.2024 | 11:00
Şəmkirdə 2 avtomobil toqquşub

18.09.2024 | 10:30
Ərəb Əmirliklərində yenilik - turistlərə pulsuz eSIM verilir

18.09.2024 | 10:20
“Həqiqət və ədalət əyilə bilər, lakin sınmaz” - Hikmət Hacıyevdən paylaşım

18.09.2024 | 10:16
Toyda döyülən şəxs xəstəxanada ölüb...

18.09.2024 | 10:06
Payız-qış mövsümü ilə bağlı qrip əleyhinə vaksinasiyaya başlanılıb - TƏBİB açıqlama yaydı

18.09.2024 | 10:00
"İqlim dəyişikliyinin yaratdığı fəsadlar artıq müxtəlif ölkələrdə hiss olunur"

18.09.2024 | 09:40
Cəlilabadda narkokuryer saxlanılıb

18.09.2024 | 09:32
Bakıda iqlim dəyişikliyi ilə mübarizəyə dəstək üçün yaradılmış beynəlxalq Fondun iclası keçirilir

18.09.2024 | 09:25
Bir ildə 1-ci sinfə gedənlər 32 min nəfər azalıb - nə baş verir?...

18.09.2024 | 09:20
"Bavariya" Xorvatiya klubunu biabır etdi - 9 qol!

18.09.2024 | 09:15
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun üzvlərinin Kəlbəcərə səfəri başlayıb

18.09.2024 | 09:06
Bu gün Milli Musiqi Günüdür

18.09.2024 | 09:00
Rusiya Zəngəzur dəhlizi ilə bağlı İranın "qırmızı xətt" siyasətini dəstəklədi - Şoyqu 2- ci dəfə Tehrana niyə qayıtdı....

18.09.2024 | 08:40
Söküntü işi aparanlarla Nəsimi rayon Məmmədquluzadə sakinləri arasında problem yaranıb...

18.09.2024 | 01:12
İsraildən Livana görünməmiş hücum - peycerlərə sızaraq onları eyni vaxtda partlatdılar, çox sayda ölən və yaralananlar var...

17.09.2024 | 22:25
Hərbi Hava Qüvvələrinin Komandanı Türkiyənin Baş Qərargah rəisi ilə görüşdü - FOTO

17.09.2024 | 21:45
Bakıda COP29-la bağlı zolaqların salınmasına başlandı - 14 nəqliyyat qovşağı olacaq...

17.09.2024 | 21:11
Zəngəzur dəhlizində Ermənistanın və İranın müqavimət imkanları tükənir...

17.09.2024 | 20:56
Üç azərbaycanlının məcburən Ukrayna müharibəsinə aparılması siyasi təzyiq faktına bənzəyir...

17.09.2024 | 20:42
Sejurne “parlaq riyakarlığa” yol verdi – “Fransa və Ermənistan sülh istəyir”...

17.09.2024 | 20:29
USAID rəsmisindən məsuliyyətsiz bəyanat - Koulman antiterror tədbirləri ilə bağlı faktları təhrif etdi...

17.09.2024 | 20:28
Türk dünyasının arxeoloqları Qarabağdakı bütün saxta erməni izlərini ifşa edəcəklər...

XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30