KÖHNƏ VERSİYA            

Yovşanlı-yarğanlı çöllərin üzü Bakıya doğru “səngərləri”...

Image

1918-ci ilin sentyabr ayının əvvəllərində Bakı şəhərinə doğru üç istiqamətdə xilaskarlıq yürüşü edən 5-ci Qafqaz  İslam Ordusunun zabit-əsgər heyətinin əsas zərbə mövqeyi Şamaxı-Qobustan istiqamətində (Acıdərə-Ceyrankeçməz-Cəngi...yolu boyunca, Bayan-Ata düzünün yovşanlı şöllərində keçən döyüş yolları boyunca) olmuşdur ki, həmin günlərin Qazi döyüşçüsü, Osmanlı Türkiyəsindən uzanan hərb yolunun Şahidi....və sonda Bayan-Ata qoynunda Şəhid olmuş Türk Ərəninin məzarı yovşanlı çöllərdə qara mərmərə dönmüşdür...

Azərbaycan Xalq Cumhuriyyətinin işğal altında olan paytaxtı Bakı şəhərinin 1918-ci il sentyabr ayında azad edilməsi dövlət quruculuğunda siyasi-hərbi əhəmiyyət kəsb etdiyi kimi, Yaxın Şərqdə ilk demokrtik dövlət quran Türk-Müsəlman xalqlarıının milli-mənəvi bütövlüyünün təsdiqi, tarixən təşəkkül tapmış ictimai-mədəni irsinə sahiblənməsi, müstəqil dövlət quruculuğu tarixinin qorunub saxlanılması.. baxımından da dünyəvi dəyərə malik idi. Məhz buna görə də həmin tarixdə birləşmiş düşmən qüvvələrinin, xüsusilə rus bolşevik-hay daşnak cəbhəsinin müqaviməti güclənmiş, o cümlədən, Bakı şəhəri və ona yaxın yaşayış məntəqələrində də törətdikləri qanlı qırğınların, soyqırım faciələrinin miqyası daha da genişlənmişdir.

Qobustan yaylasının alçaq tirəli, dərin qobulu və geniş yarğanlı-yovşanlı çölləri (“Qulaqçın”, “Torağay”, “Bayan-Ata”... qış otlaqları) 1918-ci ilin yaz-yay aylarında birləşmiş silahlı-nizami dəstələri, süvari və topçu düşmən qüvvələrinin (başda daşnak-bolşevik təmayüllü Bakı Soveti Xalq Komissarları Sovetinin sədri S.Şaumyan olmaqla) hərbi-döyüş meydanına, cəbhə xəttinə çevrilmiş, yaxınlığdakı yaşayış məntəqələrinin (Qaracüzlü, Çaylı, Cəngi, Xəlilli, Keçəllər, Bədirli, Kosalar, Nağdılı, Ağdərə, Yuxarı və Aşağı Güzdək, Atbulaq, Səngəçal...) əsasən tərəkəmə elatları üçün ciddi təhlükəyə çevrilmişlər. 

Həmin ildə yeni yaradılmış Azərbaycan Milli Ordusu Bakı şəhərinə 3 istiqamətdən (Quba-Şabran, Şamaxı-Qobustan, Navahı-Şıxlar yaşayış məntəqələri boyuncsa) hücum edən rus-hay quldur dəstələrinin (ingilis-fransız bölmələri də onlarla bir cəbhədə idi) hücumunu dəf etməkdə ona görə çətinlik çəkirdi ki, düşmən arxa hissələrdən də qəflətən basqınlar yaradırdı. Bu hal, xüsusilə Qobustan-Xızı nahiyələri ətrafında (Acıdə, Ceyrankeçməz, Cəngi və Sumqayıtçay çayları hövzəsində) daha şiddətli baş vermişdir.

Bakı şəhərindən 35 km aralıda, Sumqayıtçayın sol sahilində yerləşən Çaylı/Pirəkəşkül kəndi də düşmən hücumuna məruz qalmışdır. Qobustan-Abşeron nahiyəsinin qədim və sakral Caylı kəndini əhatə edən Bəyi dağı, Qoturdağ, İslam dağı və Şiş dağ yüksəklikləri (bu hissə həm də strateji nəqliyyat yolu olub) düşmənin silahlı dəstələri tərəfindən səbhə xəttinə çevriləndə, 80-ə qədər evi olan Çaylı-Orta Oba kəndlərinin əhalisi 4-5 km aralıdakı Qotur dağa sığınmış, kəndin könüllü özünümüdafiə dəstələri silaha sarılaraq müdafiə olunmuşlar. Həmin hadisələrin iştirakçısı olan Mirabbas Hacı Zəki oğlunun (1894-1974) söylədiyinə görə, güclü müqavimət yalnız  5-ci Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın köməyə gələn əsgər-zabit heyətinin kəndə gəlişi ilə sonlanmışdır. Həmin döyüşlərin izi hələ də qalmaqdadır-kəndin “Qızılburun tirəsi”nin (Sumqayıtçayın sağ sahilində) ətrafında, quzey tərəfdəki Şişdağın yamaclarında paslı giliz nümunələri, səngər yerləri, 5-ci Qafqaz İslam Ordusunun heyətinin düşərgə yerləri, “ayaq izləri” indi də qalmaqdadır.

Mir Zöhrab Kərbəlayi Mir Əhəd oğlu (1925-2007), yaşlıların yaddışına görə bildirmişdir ki, Türk ordusu Çaylı kəndindən sonra Biləcəri-Fatmayı-Kürdəxanı cəbhə xəttinin gücləndirilməsini təmin edib. 

1937-ci ildə repressiya dalğası kəndin könüllü-milli döyüşçülərdən Mir Həsən Mir Əhəd oğlu və qardaşı Mir Salamı...qurban vermişdir. Onlar kəndin cənubundakı Qoturdağ və İslam dağı arasındakı dərin yarğanlı dərədə olmuş ən ağır döyüşlərin iştirakçıları olmuşlar.

Qədim “İpək yolu” üstündə salınmış Cəngi kəndinin (paytaxdan 45 km şima-qərbdə) üstündəki Sunqur dağı, Adəm-Ata, Köşək-Ata... yüksəklikləri, Cəngi çayının Ağdərə kəndi hövzəsi də Ordularımızın qələbəsinə, mənfur düşmənin basılmasına şahidlik edib. 

Hazırda Bayan-Ata dağı ilə üzbəüz yövşanlı çöldə qərib Türk Əsgərinin Şəhid məzarına ətirli yellər sığal çəkir...

1918-ci ilin avqust-sentyabr aylarında Xızı-Altıağac ərazisindəki Siyakü dağının ətəyindəki Ağdərə kəndi (Cəngi kəndindən 35 km şimal-qərbdə, 100-dən çox evi olan bu kənd hərbi-ticarət yolu üstündə yerləşib) səbhə xətti üzərində yerləşmişdir. Hələ iyun-iyul aylarında bu kəndə Qızmeydan-Hilmilli kəndləri istiqamətindən rus-hay dəstələri tərfindən güclü hücumlara, qırğınlara məruz qalmış, Şeyxlər kəndi (35-40 ev) tamam yandırılmış, əhalisi qırılmışdır. Bu istiqamətdə yolun ələ keçirilməsi hərbi-siyasi rus-hay xuntası kimi yaradılan Bakı Xalq Komissarları Sovetinin Bakı-Dərbənd quru yolu ilə hərbi təchizatının təmin edilməsi əhəmiyyətini daşımışdır. Bu barədə Ağdərə kənd sakinlərindən Məhəmməd Əmirhüseyn oğlu Əsgərov (1856-1956), Əmirhüseyn Məhəmməd oğlu (1905-1990), Məşədi Balağa Əhməd oğlu (1927-2018) bildiriblər ki, həmin dövrdə qəflətən edilən hücumlardan qurtulmaq üçün əhali qonşu Tüdar (bölgənin ən qədim kəndi), Əmbizlər, Qasımkənd...kəndlərinə köçmüş, yalnız Nuru Paşanın gəlişindən sonra onlar evlərinə qayıtmışlar. 

Türk-Müsəlman birliyinin sarsılmazlığını ifadə edən həmin dövr hadisələrindən biri belə olub ki, Ağdərə kəndi bütünlüklə talan edilib yandırıldıqdan sonra (hətta Cümə məscidi də), əhalinin malı-mülkü qarət edildikdən, 20-yə qədər dinc sakin öldürüldükdən sonra...özünü çatdıran 5-ci Qafqaz İslam Ordusunun bir dəstəsi təhlükəsizliyi təmin etmək üçün kənddə qalır. Qarət edilən malın-mülkün axtarılması üçün qonşuluqdakı hayların-rusların yerləşdiyi Hilmilli kəndinə gəlirlər. Bir həyətdə ot tayasında gizlədilən furqon, taxılı təmizləyən avadanlıq...tapılır. Türk zabiti həmin oğrunu bağlayır ağaca və şallaqlayır:

- Gavur oğlu gavur, mənim müsəlman qardaşlarımın malını qəsb etməyə sənə kim ixtiyar verib?

1918-ci ilin rus-hay qüvvələrinin siyasi-hərbi ittifaqının Azərbaycan dövlətçiliyinə qarşı törətdiyi qanlı-faciəvi hadisələr, ilk növbədə, Bakı şəhəri və ona yaxın olan nahiyələrin, yaşayış məntəqələrinin Türk-Müsəlman əhalisinin soyqırımı kökənli əhalinin yurd-ocaqlarında Cənubi Azərbaycanda və Qarabağdan hayların və Volqaboyundan rusların köçürülərək yerləşdirməklə, XX əsrin dünyəvi sənaye mərkəzi olan Abşeron yarımadasdını və Xəzər dənizinin qərb hissəsinində bolşevik Rusiyasına tabe olan “erməni”-rus muxtariyyətinin yaradılması başlıca məqsəd olmuşdur.

Abşeron bölgəsinin strateji əhəmiyyətinə və siyasi-hərbi yükünə göz dikən hay kilsəsinin Xəzər dənizi sahilində Qarabağ ərazilərinə uyğun 2-ci “hay ocağı”nın yaradılması V.Lenin-S.Şaumyan cütlüyünün məkrli niyyəti idi (1-cinin 2-ci ilə yazışmalarında bu məsələ aydın görünür). Ona görə də, düşmənin bütün silahlı dəstələri Bakı şəhərində mərkəzləşdirilmiş və ətraf istiqamətlərə doğru (arxa tərəfdən qəfil hücumların təşkili ilə bərabər) planlı hərbi əməliyyatlar aparılmışdır.

Qismət Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi

P.S. Yazının hazırlanmasında həm də Xızı nahiyəsi, Ağdərə kənd sakini Hacı Üzeyir Əmirhüseyn oğlu Məmmədlinin (1937), Abşeron nahiyəsi, Çaylı kəndi, qədim Orta Oba məhəlləsinin sakini Mirəli  Mir Zöhrab oğlu Zəkiyevin (1955), Qobustan nahiyəsinin Cəngi və Ərəbşalbaş kənd sakinləri Nizami Ağadadaş oğlunun (1955) və Samid Seyidi oğlunun (1971) məlumatlarından istifadə olunmuşdur.







VİDEO

Təyyarəmizi Qroznıda Rusiya vurub - təsdiqləndi... - VİDEO

Tramp 20 yanvarda bu inanılmaz fərmanları verəcək - dünya yeni dönəmə girir... - VİDEO

Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı... - VİDEO

“Zəngəzur” və “Qərbi Azərbaycan” sözləri danışıqlardan çıxarılsın - Avropa deputatı reallıq hissini itirdi...

Aktau təyyarə qəzasında çoxsaylı şübhəli məqamlar var - "quş dəstəsi" ən zəif varianta çevrilir...

ABŞ Ermənistana silah satışına haqq qazandırdı... “Nəzarət edirik”...

SON XƏBƏRLƏR

26.12.2024 | 23:52
Aktauda qəzaya uğrayan təyyarənin ikinci “qara qutu”su da tapıldı

26.12.2024 | 23:27
Təyyarəmizi Qroznıda Rusiya vurub - təsdiqləndi... - VİDEO

26.12.2024 | 22:43
Gürcüstan spikeri və XİN rəhbəri təyyarə qəzası ilə əlaqədar Azərbaycan səfirliyində olublar

26.12.2024 | 21:55
İsrail aviaşirkəti AZAL təyyarəsinin qəzaya uğramasından sonra Moskvaya bütün reysləri ləğv etdi

26.12.2024 | 21:38
Təyyarə qəzasında yaralananlar "Yeni Klinika"ya yerləşdirildi

26.12.2024 | 21:30
Təyyarə qəzasında yaralananlara və ölənlərin ailələrinə maddi kompensasiya veriləcək

26.12.2024 | 21:12
Dünyada ən dəhşətli dollar-yuan müharibə dövrü başladı...

26.12.2024 | 21:10
Təyyarə qəzasında həlak olanlardan dördünün nəşi Aktaudan Bakıya gətirildi - FOTO

26.12.2024 | 21:07
Azərbaycanın ABŞ-dakı səfirliyində xatirə kitabı açılıb

26.12.2024 | 20:56
“Zəngəzur” və “Qərbi Azərbaycan” sözləri danışıqlardan çıxarılsın - Avropa deputatı reallıq hissini itirdi...

26.12.2024 | 20:41
Paşinyanın debat çağırışına Ter-Levondan cavab - “2019-cu ilin iyun olaylarını aç”...

26.12.2024 | 20:26
Paşinyan Ermənistanı MDB-dən də uzaqlaşdırır - Moskvada hələ ümid edirlər...

26.12.2024 | 20:12
"Qərbi azərbaycanlıların qayıdış məsələsi sülh sazişində yer aldı" - erməni cəmiyyəti yeni xofda...

26.12.2024 | 19:58
Ermənistanın ticarətində 54 faiz artım necə baş verir?...

26.12.2024 | 19:45
Minlərlə kənd kitabxanası təhlükədən qurtardı - ağıllı təklif var...

26.12.2024 | 19:36
Təyyarəmiz Qroznıda vurulub, məsuliyyət Rusiyanın üzərindədir - təsdiqləndi...

26.12.2024 | 19:32
Təyyarə qəzasında yaralanan vətəndaşlarımız Bakıya gətirildi - FOTO

26.12.2024 | 19:23
"Türkiyə Abxaziyada çevriliş hazırlayır" - ermənilər bölgənin yeni rusofob "prezidentini" də tapıblar...

26.12.2024 | 19:10
Vətən müharibəsindən sonra diasporumuzun ən ümdə işi - lobbiçilik...

26.12.2024 | 19:01
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

26.12.2024 | 18:56
Bakının "Minsk qrupu buraxılsın" tələbinə Kremldən birmənalı dəstək gəldi...

26.12.2024 | 18:42
Aktau təyyarə qəzasında çoxsaylı şübhəli məqamlar var - "quş dəstəsi" ən zəif varianta çevrilir...

26.12.2024 | 18:28
ABŞ Ermənistana silah satışına haqq qazandırdı... “Nəzarət edirik”...

26.12.2024 | 18:28
Tiflisdə azərbaycanlıları da təkrar seçki tələbilə ayağa qaldırırlar...

26.12.2024 | 18:22
Aktauda təyyarə qəzasında yaralananlar FHN-in xüsusi təyyarəsi ilə Bakıya yola düşdü - FOTO

26.12.2024 | 18:15
“Quru keçidlər açıq olsaydı, təyyarə qəzası olmazdı” - sosial şəbəkələrdə absurd müzakirə...

26.12.2024 | 18:12
Andjey Duda Prezident İlham Əliyevə başsağlığı verdi

26.12.2024 | 18:02
Vaxtı ötmüş kreditlər probleminin günahkarı yenə də banklar özləridir...

26.12.2024 | 17:49
MDB ölkələri ilə ticarətimizdə böyük nöqsan var - cəmi 1.4 milyard dollar...

26.12.2024 | 17:44
Si Cinpin Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

26.12.2024 | 17:42
Rüstəm Minnixanov Prezident İlham Əliyevə başsağlığı verdi

26.12.2024 | 17:37
Tarix muzeyində saxta “Erməni Kilikiya şahlığı” ekspozisiyası açılıb

26.12.2024 | 17:26
Bakıda şagirdlər marşrut avtobuslarına buraxılmır...

26.12.2024 | 17:18
Aktauda qəzaya uğrayan AZAL təyyarəsi Rusiya hava məkanında hücuma məruz qalıb

26.12.2024 | 17:10
Rusiyadan NATO və Avropa ölkələrinə nüvə xəbərdarlığı - istənilən ssenariyə hazırıq...

26.12.2024 | 17:02
Təyyarə qəzasında xəsarət alan bir qrup vətəndaşımız ölkəyə gətirilir - FOTO

26.12.2024 | 16:51
AZAL-ın təyyarəsinin qəzaya uğramasına Rusiya raketi səbəb olub - "Euronews"dan iddia...

26.12.2024 | 16:44
Slovakiya Prezidenti Prezident İlham Əliyevə başsağlığı verib

26.12.2024 | 16:30
“Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir” - Vüqar Rəhimzadə

26.12.2024 | 16:08
Əsədin arvadının vəziyyəti ağırlaşdı - sağalma şansı 50 faizə düşüb, otağına heç kim buraxılmır...

26.12.2024 | 15:39
Gürcüstanın XİN başçısı Ceyhun Bayramova zəng vurdu - "Azərbaycanın yanındayıq"

26.12.2024 | 15:30
Fələstin Prezidenti Prezident İlham Əliyevə başsağlığı verdi

26.12.2024 | 15:18
Beynəlxalq ictimaiyyətdən Azərbaycana başsağlığı mesajları gəlməkdə davam edir

26.12.2024 | 15:17
BƏƏ Prezidenti Prezident İlham Əliyevə başsağlığı verdi

26.12.2024 | 15:15
Həştərxanın qubernatoru Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

26.12.2024 | 15:12
Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Prezident İlham Əliyevə başsağlığı verdi

26.12.2024 | 15:10
TDT Baş katibi Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

26.12.2024 | 14:35
Tramp Milad təbrikində Kanadanın baş nazirini qubernator adlandırdı - ABŞ-ın 51-ci ştatı olsalar...

26.12.2024 | 14:32
Məhəmməd Şahbaz Şərif Prezident İlham Əliyevə məktub göndərib

26.12.2024 | 14:20
"Nəşlərin tanınması üçün yaxınlarının DNT analizinə ehtiyac olacaq" - Baş konsul

26.12.2024 | 14:16
Milorad Dodik Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

26.12.2024 | 14:14
Məsud Pezeşkian Prezident İlham Əliyevə başsağlığı verdi

26.12.2024 | 14:05
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə zəng edib

26.12.2024 | 13:51
Təyyarə qəzasında vəfat edən sərnişinlər və ekipaj üzvlərinin siyahısı açıqlandı

26.12.2024 | 13:45
Azərbaycan və Qazaxıstanın Baş nazirləri arasında növbəti telefon danışığı olub

26.12.2024 | 13:34
ABŞ Departamenti AZAL təyyarəsinin qəzaya uğraması ilə əlaqədar başsağlığı verib

26.12.2024 | 12:46
AZAL prezidentindən təyyarə qəzasının səbəbləri ilə bağlı açıqlama...

26.12.2024 | 12:33
Tramp 20 yanvarda bu inanılmaz fərmanları verəcək - dünya yeni dönəmə girir... - VİDEO

26.12.2024 | 12:16
Təyyarə qəzasında xəsarət alanlardan daha birinin azərbaycanlı olduğu məlum oldu

26.12.2024 | 12:05
Təyyarə qəzasında həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi - FOTO

26.12.2024 | 12:00
Azərbaycan kubokunun final matçı Sumqayıtda keçiriləcək

26.12.2024 | 11:51
Qəzaya uğrayan təyyarənin ekipaj üzvlərindən 3-ü ölüb

26.12.2024 | 11:50
Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı... - VİDEO

26.12.2024 | 11:45
Təyyarə qəzasında həlak olanlardan biri Cəlilabad sakinidir

26.12.2024 | 11:30
Qazaxıstan Baş nazirinin müavini Ceyhun Bayramova zəng edib

26.12.2024 | 11:20
Azərbaycan və Türkiyə BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olmalıdır - SƏBƏB?... Ramilə Dadaşova yazır

26.12.2024 | 11:05
"Xəstələrdən üçünün vəziyyəti ağır qiymətləndirilir” - Həkimdən açıqlama

26.12.2024 | 11:00
"Dualarımız və düşüncələrimiz Azərbaycanladır"- Pakistan səfirindən paylaşım

26.12.2024 | 10:40
Sumqayıtda 105 000 abonentə bəd xəbər- bu gün qaz olmayacaq...

26.12.2024 | 10:30
Bir gündə 48 cinayətin üstünün açılması təmin olunub - DİN

26.12.2024 | 10:20
Təyyarə qəzasında sağ qalanlardan 12 nəfəri bu gün Azərbaycana gətirilir

26.12.2024 | 10:15
Bu hökmün icrası barbarlıqdır və ləğv edilməlidir - Nobel sülh mükafatçısından İrana İTTİHAM

26.12.2024 | 10:10
Siyasi partiyalar təyyarə qəzası ilə əlaqədar bəyanat yayıblar

26.12.2024 | 10:05
"Real" bu almaniyalı futbolçuya "göz qoyub"...

26.12.2024 | 10:00
Təyyarə qəzası zamanı xəsarət almış doqquz rusiyalı təxliyə edilib - Rusiya FHN açıqlama yaydı

26.12.2024 | 09:30
Braziliya da təyyarə qəzasını araşdıracaq - Qazaxıstandan AÇIQLAMA

26.12.2024 | 09:26
“Azparkinq" işçilərinin böyük nöqsanı - ancaq cərimə yazır, nəzarət etmirlər...

26.12.2024 | 09:20
Baydendən Pentaqona "vəsiyyət" - Kiyevə hərbi yardımı davam etdirin...

26.12.2024 | 09:15
Hacıqabulda onlayn narkotika alverçisi yaxalanıb

26.12.2024 | 09:10
Antonio Qutereşdən başsağlığı mesajı

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031