KÖHNƏ VERSİYA            

Ermənistan Rusiyadan üzülüşməyə ideoloji əsas da hazırlayır...

Image

Məlum olduğu kimi, Ermənistanda yeni tədris ilindən etibarən “Rus dili” orta məktəblərdə tədrisi vacib olan baza dilləri siyahısından çıxarılaraq, xarici dil statusuna keçirilib. Artıq orta ümumtəhsil müəssisələrində rus dilinin tədris saatları azaldılıb. 

Belə ki, 4 və 9-cu siniflərdə bu dil həftədə üç, yuxarı siniflərdə isə iki dəfə tədris olunacaq. Hələ yayda ölkənin Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi xarici dillərin tədrisinə dair bütün məktəblərə sirkulyar göndərib. Buna əsasən, təhsil müəssisələrinin sinifləri üçün rus dili baza (məcburi) statusundan xarici (seçmə) statusuna keçib. Eyni zamanda, hər xarici dilə həftədə iki saat ayrılıb. Yəni “Rus dili” ayrıca fənn kimi yalnız 4-cü, 9-cu siniflərdə həftədə üç saat olmaqla, 11-ci və 12-ci siniflərdə həftədə iki saat olmaqla  qalıb. 2, 3, 5, 6, 7, 8 və 10-cu sinif şagirdləri üçün ayrıca “Rus dili” fənni yoxdur. “Xarici dil 1” və “Xarici dil 2” var. Ermənistan Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi bəyan edib ki, dövlət standartının norma və müddəaları Ermənistanın ümumtəhsil müəssisələrinin səlahiyyətli orqanları üçün məcburidir.

Baş verənləri şərh edən “Milli müdafiə” jurnalının baş redaktoru, siyasi analitik İqor Korotçenko bildirir ki, bu, Ermənistan hakimiyyətinin anti-Rusiya siyasətinin daha bir göstəricisidir: “Bu, Ermənistanın Qərbə yönəlmə siyasətinin və onun strateji tərəfdaşı kimi Rusiya ilə müttəfiqlik münasibətlərini rədd etməsinin nəticəsidir. Ermənistanda məktəblilərin icbari məktəb proqramı kimi deyil, yalnız öz istəkləri ilə oxuyacaqları dillərlə bağlı nəticə, başa düşürük ki, nəyə gətirib çıxaracaq. Bunlar  Ukraynadakı kimi ssenarilərin təkrarlanması üçün zəmindir, çünki hakimiyyət ölkədə rusofobiyanın artmasına kömək edir. Erməni cəmiyyəti üçün Rusiya Federasiyası ilə mədəni və mənəvi baxımdan bir fasilə planıdır. Ermənistan hakimiyyətinin indi məqsədi böyük rus dilinə və böyük rus ədəbiyyatına güvənmədən yeni nəsil erməni vətəndaşlarını Qərb prinsipləri əsasında yetişdirməkdir. Ermənistanın hazırkı hakimiyyətinin Rusiyadan uzaqlaşdırma siyasəti, Qərblə yaxınlaşma və gələcəkdə Rusiya Federasiyası ilə tərəfdaşlıq və strateji münasibətləri sıfıra endirmək siyasətinin tərkib hissəsidir”. Politoloq Ermənistan və Azərbaycanın təhsil sferasında gedən proseslərin təzadına diqqət çəkib: “Ermənistanda belə rus məktəbləri mövcud deyil və rus icması yalnız bəzi ibtidai təzahürlərdədir. Onu qonşu Azərbaycanla müqayisə edin: burada Rus Pravoslav Kilsəsinin Bakı yeparxiyası və Rus İcması fəaldır. Onlar tədbirlər keçirirlər, Milli Məclisdə öz deputatlarının olması, rəsmi orqanların himayəsindən və dəstəyindən bəhrələnməsi prosesi davamlıdır. Görürük ki, Azərbaycanda Rusiya universitetlərinin yeni birgə filialları açılır ki, onlar bir sıra istiqamətlərdə, o cümlədən, elmin öyrənilməsi yolu ilə kadrlar hazırlayırlar. Təəssüf ki, Ermənistanda bu proses Rusiya ilə münasibətlərdə zehni və nəsillərarası fasilə mərhəsləinə daxil olur. Bizim erməni lobbiçiləri daim çoxəsrlik qardaşlıq və  dostluqdan danışır, lakin Ermənistan hakimiyyətinin belə siyasəti cəmiyyət tərəfindən etirazla qarşılanmır və bu, İrəvanın hərəkətlərinin təhlükəli xarakterindən xəbər verir. Paşiyan hökumətinin Ermənistanın yaşadığı bəlalarla bağlı Rusiyaya qarşı iddialarını gündəlik və siyasi informasiya səviyyəsində təqdim edirlər. Yəni əslində Ermənistanın Rusiya Federasiyası ilə müttəfiqlik və tərəfdaşlığa son qoyması üçün ideoloji əsas hazırlanır”.

İqor Korotçenko qeyd edib ki, rus dili ilə bağlı qərar bu və ya digər şəkildə Ermənistanda aktiv şəkildə fəaliyyət göstərən Qərb QHT-lərinin əlinə yeni fürsət verəcək: “Onlar üçün əsas məqsəd, ilk növbədə, Amerika və Britaniyanın nəzarəti altında ermənilərə fransız dilini tədris etməkdir. Halbuki, heç kim bunun praktiki baxımdan özünü necə büruzə verdiyini bilmir, amma buna baxmayaraq, insanların şüurunda Fransaya və fransızlara qarşı izaholunmaz sevgi var deyirlər. İndi bayraq onların əlindədir”. Ermənistan parlamentinin “Hayastan” fraksiyasından olan deputatı Lilit Qalstyan qeyd edir ki, rus dilinin tədrisi siyasi üstünlüklər və şıltaqlıqlar müstəvisinə keçirilə bilməz: “Ermənistan-Rusiya münasibətlərinin hazırkı vəziyyəti təbii olaraq təhsil və mədəniyyət sahələrinə təsir edir və təsir edəcək. Bu təsir, xüsusilə Ermənistanın indiki hökumətinin timsalında nəzərə çarpır, milli fəaliyyət tərzinə çevrilir”. Qalstyan rus dilinin statusunun aşağı düşməsini İrəvanın vektorunun dəyişməsinin nəticəsi hesab edir. Eyni zamanda o qeyd edib ki, hazırda Ermənistan-Rusiya münasibətlərində böhran dərinləşir və bu gün ölkələr arasında münasibətlərdə yaxşılaşma əlaməti yoxdur. Əslində Ermənistanda rus dilinin sıxışdırılması yeni deyil. Məsələ çoxdankı müttəfiqlər arasında ən böyük problemlərdən biri olaraq qalır. Onlar zaman-zaman bu məsələni həll etməyə çalışsalar da, məsələ hələ də həllini tapmayıb. Lakin indi vəziyyət dəyişib. Ermənistanın Qərbyönümlü siyasəti, bu ölkədə Qərb maraqlarının getdikcə daha çox kök salması və güclənməsi rus dilinin sıxışdırlmasına yeni təkan verdi. Ümumiyyətlə, Ermənistanda azsaylı rus əhalisinin sıxışdırılması uzun müddətdir davam edən problemdir. Monoetnik dövlətə çevrilmiş Ermənistanda daha da dözülməz hala gələn bu vəziyyəti aradan qaldırmaq üçün nə əvvəlki hakimiyyət, nə də indiki hakimiyyət heç bir iş görməyib. Məsələn, əgər 1989-cu ilin siyahıyaalınmasının statistikasına görə, ruslar Ermənistan əhalisinin 1,6 faizini təşkil edirdisə, 2015-ci ildə bu rəqəm 0,3 faizə - təxminən 200 rusa düşüb. Sonradan da azalmaqda davam edib. Bu, Ermənistanda son 30 ildə başqa millətlərin ölkədən köçürülməsi və qovulması prosesinin sistemli xarakter daşıdığını göstərir. Digər tərəfdən, ölkədə yaranmış radikal ideologiyanın “qələbəsi” belə neqativ cərəyanların yaranmasına münbit şərait yaratdı. Ona görə də Ermənistanda rus dilinin inkişafı ilə bağlı Rusiyanın istənilən təşəbbüsü qulaqardına vuruldu və cəmiyyət və hakimiyyət buna qıcıqla yanaşdı. 

Samirə SƏFƏROVA







VİDEO

Təyyarəmizi Qroznıda Rusiya vurub - təsdiqləndi... - VİDEO

Tramp 20 yanvarda bu inanılmaz fərmanları verəcək - dünya yeni dönəmə girir... - VİDEO

Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı... - VİDEO

“Zəngəzur” və “Qərbi Azərbaycan” sözləri danışıqlardan çıxarılsın - Avropa deputatı reallıq hissini itirdi...

Aktau təyyarə qəzasında çoxsaylı şübhəli məqamlar var - "quş dəstəsi" ən zəif varianta çevrilir...

ABŞ Ermənistana silah satışına haqq qazandırdı... “Nəzarət edirik”...

SON XƏBƏRLƏR

26.12.2024 | 23:52
Aktauda qəzaya uğrayan təyyarənin ikinci “qara qutu”su da tapıldı

26.12.2024 | 23:27
Təyyarəmizi Qroznıda Rusiya vurub - təsdiqləndi... - VİDEO

26.12.2024 | 22:43
Gürcüstan spikeri və XİN rəhbəri təyyarə qəzası ilə əlaqədar Azərbaycan səfirliyində olublar

26.12.2024 | 21:55
İsrail aviaşirkəti AZAL təyyarəsinin qəzaya uğramasından sonra Moskvaya bütün reysləri ləğv etdi

26.12.2024 | 21:38
Təyyarə qəzasında yaralananlar "Yeni Klinika"ya yerləşdirildi

26.12.2024 | 21:30
Təyyarə qəzasında yaralananlara və ölənlərin ailələrinə maddi kompensasiya veriləcək

26.12.2024 | 21:12
Dünyada ən dəhşətli dollar-yuan müharibə dövrü başladı...

26.12.2024 | 21:10
Təyyarə qəzasında həlak olanlardan dördünün nəşi Aktaudan Bakıya gətirildi - FOTO

26.12.2024 | 21:07
Azərbaycanın ABŞ-dakı səfirliyində xatirə kitabı açılıb

26.12.2024 | 20:56
“Zəngəzur” və “Qərbi Azərbaycan” sözləri danışıqlardan çıxarılsın - Avropa deputatı reallıq hissini itirdi...

26.12.2024 | 20:41
Paşinyanın debat çağırışına Ter-Levondan cavab - “2019-cu ilin iyun olaylarını aç”...

26.12.2024 | 20:26
Paşinyan Ermənistanı MDB-dən də uzaqlaşdırır - Moskvada hələ ümid edirlər...

26.12.2024 | 20:12
"Qərbi azərbaycanlıların qayıdış məsələsi sülh sazişində yer aldı" - erməni cəmiyyəti yeni xofda...

26.12.2024 | 19:58
Ermənistanın ticarətində 54 faiz artım necə baş verir?...

26.12.2024 | 19:45
Minlərlə kənd kitabxanası təhlükədən qurtardı - ağıllı təklif var...

26.12.2024 | 19:36
Təyyarəmiz Qroznıda vurulub, məsuliyyət Rusiyanın üzərindədir - təsdiqləndi...

26.12.2024 | 19:32
Təyyarə qəzasında yaralanan vətəndaşlarımız Bakıya gətirildi - FOTO

26.12.2024 | 19:23
"Türkiyə Abxaziyada çevriliş hazırlayır" - ermənilər bölgənin yeni rusofob "prezidentini" də tapıblar...

26.12.2024 | 19:10
Vətən müharibəsindən sonra diasporumuzun ən ümdə işi - lobbiçilik...

26.12.2024 | 19:01
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

26.12.2024 | 18:56
Bakının "Minsk qrupu buraxılsın" tələbinə Kremldən birmənalı dəstək gəldi...

26.12.2024 | 18:42
Aktau təyyarə qəzasında çoxsaylı şübhəli məqamlar var - "quş dəstəsi" ən zəif varianta çevrilir...

26.12.2024 | 18:28
ABŞ Ermənistana silah satışına haqq qazandırdı... “Nəzarət edirik”...

26.12.2024 | 18:28
Tiflisdə azərbaycanlıları da təkrar seçki tələbilə ayağa qaldırırlar...

26.12.2024 | 18:22
Aktauda təyyarə qəzasında yaralananlar FHN-in xüsusi təyyarəsi ilə Bakıya yola düşdü - FOTO

26.12.2024 | 18:15
“Quru keçidlər açıq olsaydı, təyyarə qəzası olmazdı” - sosial şəbəkələrdə absurd müzakirə...

26.12.2024 | 18:12
Andjey Duda Prezident İlham Əliyevə başsağlığı verdi

26.12.2024 | 18:02
Vaxtı ötmüş kreditlər probleminin günahkarı yenə də banklar özləridir...

26.12.2024 | 17:49
MDB ölkələri ilə ticarətimizdə böyük nöqsan var - cəmi 1.4 milyard dollar...

26.12.2024 | 17:44
Si Cinpin Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

26.12.2024 | 17:42
Rüstəm Minnixanov Prezident İlham Əliyevə başsağlığı verdi

26.12.2024 | 17:37
Tarix muzeyində saxta “Erməni Kilikiya şahlığı” ekspozisiyası açılıb

26.12.2024 | 17:26
Bakıda şagirdlər marşrut avtobuslarına buraxılmır...

26.12.2024 | 17:18
Aktauda qəzaya uğrayan AZAL təyyarəsi Rusiya hava məkanında hücuma məruz qalıb

26.12.2024 | 17:10
Rusiyadan NATO və Avropa ölkələrinə nüvə xəbərdarlığı - istənilən ssenariyə hazırıq...

26.12.2024 | 17:02
Təyyarə qəzasında xəsarət alan bir qrup vətəndaşımız ölkəyə gətirilir - FOTO

26.12.2024 | 16:51
AZAL-ın təyyarəsinin qəzaya uğramasına Rusiya raketi səbəb olub - "Euronews"dan iddia...

26.12.2024 | 16:44
Slovakiya Prezidenti Prezident İlham Əliyevə başsağlığı verib

26.12.2024 | 16:30
“Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir” - Vüqar Rəhimzadə

26.12.2024 | 16:08
Əsədin arvadının vəziyyəti ağırlaşdı - sağalma şansı 50 faizə düşüb, otağına heç kim buraxılmır...

26.12.2024 | 15:39
Gürcüstanın XİN başçısı Ceyhun Bayramova zəng vurdu - "Azərbaycanın yanındayıq"

26.12.2024 | 15:30
Fələstin Prezidenti Prezident İlham Əliyevə başsağlığı verdi

26.12.2024 | 15:18
Beynəlxalq ictimaiyyətdən Azərbaycana başsağlığı mesajları gəlməkdə davam edir

26.12.2024 | 15:17
BƏƏ Prezidenti Prezident İlham Əliyevə başsağlığı verdi

26.12.2024 | 15:15
Həştərxanın qubernatoru Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

26.12.2024 | 15:12
Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Prezident İlham Əliyevə başsağlığı verdi

26.12.2024 | 15:10
TDT Baş katibi Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

26.12.2024 | 14:35
Tramp Milad təbrikində Kanadanın baş nazirini qubernator adlandırdı - ABŞ-ın 51-ci ştatı olsalar...

26.12.2024 | 14:32
Məhəmməd Şahbaz Şərif Prezident İlham Əliyevə məktub göndərib

26.12.2024 | 14:20
"Nəşlərin tanınması üçün yaxınlarının DNT analizinə ehtiyac olacaq" - Baş konsul

26.12.2024 | 14:16
Milorad Dodik Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

26.12.2024 | 14:14
Məsud Pezeşkian Prezident İlham Əliyevə başsağlığı verdi

26.12.2024 | 14:05
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə zəng edib

26.12.2024 | 13:51
Təyyarə qəzasında vəfat edən sərnişinlər və ekipaj üzvlərinin siyahısı açıqlandı

26.12.2024 | 13:45
Azərbaycan və Qazaxıstanın Baş nazirləri arasında növbəti telefon danışığı olub

26.12.2024 | 13:34
ABŞ Departamenti AZAL təyyarəsinin qəzaya uğraması ilə əlaqədar başsağlığı verib

26.12.2024 | 12:46
AZAL prezidentindən təyyarə qəzasının səbəbləri ilə bağlı açıqlama...

26.12.2024 | 12:33
Tramp 20 yanvarda bu inanılmaz fərmanları verəcək - dünya yeni dönəmə girir... - VİDEO

26.12.2024 | 12:16
Təyyarə qəzasında xəsarət alanlardan daha birinin azərbaycanlı olduğu məlum oldu

26.12.2024 | 12:05
Təyyarə qəzasında həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi - FOTO

26.12.2024 | 12:00
Azərbaycan kubokunun final matçı Sumqayıtda keçiriləcək

26.12.2024 | 11:51
Qəzaya uğrayan təyyarənin ekipaj üzvlərindən 3-ü ölüb

26.12.2024 | 11:50
Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı... - VİDEO

26.12.2024 | 11:45
Təyyarə qəzasında həlak olanlardan biri Cəlilabad sakinidir

26.12.2024 | 11:30
Qazaxıstan Baş nazirinin müavini Ceyhun Bayramova zəng edib

26.12.2024 | 11:20
Azərbaycan və Türkiyə BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olmalıdır - SƏBƏB?... Ramilə Dadaşova yazır

26.12.2024 | 11:05
"Xəstələrdən üçünün vəziyyəti ağır qiymətləndirilir” - Həkimdən açıqlama

26.12.2024 | 11:00
"Dualarımız və düşüncələrimiz Azərbaycanladır"- Pakistan səfirindən paylaşım

26.12.2024 | 10:40
Sumqayıtda 105 000 abonentə bəd xəbər- bu gün qaz olmayacaq...

26.12.2024 | 10:30
Bir gündə 48 cinayətin üstünün açılması təmin olunub - DİN

26.12.2024 | 10:20
Təyyarə qəzasında sağ qalanlardan 12 nəfəri bu gün Azərbaycana gətirilir

26.12.2024 | 10:15
Bu hökmün icrası barbarlıqdır və ləğv edilməlidir - Nobel sülh mükafatçısından İrana İTTİHAM

26.12.2024 | 10:10
Siyasi partiyalar təyyarə qəzası ilə əlaqədar bəyanat yayıblar

26.12.2024 | 10:05
"Real" bu almaniyalı futbolçuya "göz qoyub"...

26.12.2024 | 10:00
Təyyarə qəzası zamanı xəsarət almış doqquz rusiyalı təxliyə edilib - Rusiya FHN açıqlama yaydı

26.12.2024 | 09:30
Braziliya da təyyarə qəzasını araşdıracaq - Qazaxıstandan AÇIQLAMA

26.12.2024 | 09:26
“Azparkinq" işçilərinin böyük nöqsanı - ancaq cərimə yazır, nəzarət etmirlər...

26.12.2024 | 09:20
Baydendən Pentaqona "vəsiyyət" - Kiyevə hərbi yardımı davam etdirin...

26.12.2024 | 09:15
Hacıqabulda onlayn narkotika alverçisi yaxalanıb

26.12.2024 | 09:10
Antonio Qutereşdən başsağlığı mesajı

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031