KÖHNƏ VERSİYA            

Zəngəzur dəhlizi İranı isterikaya saldı - Tehranın “qırmızı xətti” keçildi...

Image

Rusiyanın Zəngəzur dəhlizi ilə bağlı son açıqlamaları İranda kəskin etirazla qarşılanmaqda davam edir. Rusiyanın Tehrandakı səfirliyinin təmsilçisi bu məsələ ilə bağlı İran Xarici İşlər Nazirliyinə çağırıldıqdan sonra ölkənin rəsmi mediası Moskvanı tənqid etməyə başlayıb. 

Elə indi də rəsmi Tehran Zəngəzur dəhlizinin özünün “qırmızı xətti” olduğunu bəyan edir. İranın xarici işlər naziri Abbas Araqçı deyib ki, qonşu dövlətlərin sərhədlərində hər hansı dəyişiklik onun ölkəsi üçün “qırmızı xətt” deməkdir və bu, tamamilə qəbuledilməzdir. 

İranın Ermənistandakı səfiri Mehdi Sübhani Azərbaycan və Naxçıvan arasında Ermənistan ərazisindən keçən ekstraterritorial quru dəhlizinin açılma imkanını istisna edib. Səfir vurğulayıb ki, İran çox güclü bir şəkildə buna qarşıdır: “Biz Ermənistanın ərazi bütövlüyü və suverenliyini pozan hər hansı dəhlizə qarşıyıq. Biz dəfələrlə demişik ki, bu, Ermənistanın və İranın maraqlarına ziddir. Ermənistan üçün, üzdəniraq dəhliz də daxil, müxtəlif adlar altında bəzilərinin xülyaları heç vaxt gerçəyə çevrilməyəcək”. Bundan əvvəl İranın İslam İnqilabı Keşikçiləri Korpusuna bağlı olan  yarımrəsmi “Təsnim” agentliyinin dərc etdiyi məqalədə diqqət Rusiya xarici işlər naziri Sergey Lavrovun bugünlərdə Ermənistanı Azərbaycan və Naxçıvan arasında nəqliyyat kommunikasiyasının açılmasına dair Rusiyanın vasitəçiliyi ilə əldə olunmuş razılaşmanı pozmaqda ittiham etməsinə yönəldilirdi. Rusiya rəsmiləri israr edirlər ki, 10 noyabr 2020-ci il üçtərəfli bəyanatının şərtlərinə görə, İrəvan Naxçıvan və Azərbaycan arasında Ermənistandan keçəcək nəqliyyat bağlarının təhlükəsizliyinə qarantiya verməlidir. Lakin Azərbaycan və Ermənistan bu məsələyə yanaşmada fərqli mövqe nümayiş etdirirlər. Bakı Naxçıvan və Azərbaycan arasında adamların və yüklərin gömrük və sərhəd yoxlamalarına məruz qalmadan keçidini istəyir. Ermənistan isə bildirir ki, onun ərazisindən keçən hər hansı nəqliyyat kommunikasiyası İrəvanın yurisdiksiyası altında olmalıdır. Naxçıvan və Azərbaycan əraziləri arasındakı Ermənistan ərazisi Zəngəzur vilayətidir. Bu, Ermənistanın İranla yeganə sərhəd rayonudur. “Təsnim”in məqaləsində deyilir ki, dəhlizin buradan keçməsi İranı Ermənistanla sərhədindən və beləliklə də Avropaya çıxış yollarından məhrum edə bilər: “Rusiyaya tövsiyə edilib ki, Moskva və Tehran arasında strateji münasibətlərə ziyan vura biləcək addımlardan çəkinsin, çünki Zəngəzur dəhlizi İranın şimal-qərb sərhədində yeni münaqişə ocağı yarada bilər”. Rusiya israr edir ki, onun istədiyi nəqliyyat əlaqələri Ermənistanın Zəngəzur üzərindəki suverenliyini pozmayacaq. Moskva qeyd edir ki, üçtərəfli bəyanatda dəhlizə Rusiya sərhədçilərinin nəzarət etməsi nəzərdə tutulub. Bütün bu mübahisələrin davam etdiyi bir vaxtda Bakı və İrəvan bəyan edib ki, sülh müqaviləsinin imzalanmasına əngəl törədən dəhliz məsələsinin müqavilə layihəsindən çıxarılması barədə razılığa gəliblər.

Belə görünür ki, Bakı ilə İrəvan arasında belə bir güzəşt razılaşdırılsa da, Tehran heç cür rahatlıq tapa bilmir. Səfir Sübhani sentyabrın 6-da İrəvanda jurnalistlərlə söhbətində nazirin bu bəyanatını təkrar dilə gətirib: “Biz başqa ölkələrin gəlib burda müəyyən təhlükəsizlik və ya nəzarət qurmasına qarşıyıq. Ermənistan hakimiyyətinin bizə bildirdiyi kimi, Sünik ərazisindəki sərhəd yoxlama-buraxılış məntəqələri Ermənistanın müvafiq qurumlarının nəzarəti və İrəvanın suverenliyi altında olacaq”. İran Məsləhət Şurasının üzvü, SEPAH-ın keçmiş baş komandanı Möhsün Rzayi daha açıq danışaraq bildirib: “Zəngəzur dəhlizi və İrana məxsus üç ada ilə bağlı Rusiya dövlət xadimlərinin davranışı heç bir vəchlə qəbul edilə bilməz və İranla dostluq, strateji münasibətlər barədə bəyanatlarla açıq-aşkar ziddiyyət təşkil edir”. Ölkə parlamentinin sabiq vitse-spikeri Əli Mütəhərri isə bu məsələdə İran hökumətini diqqətli olmağa çağıraraq yazıb: “On dördüncü hökumət Ermənistanda son vaxtlar Rusiyanın da dəstəklədiyi Zəngəzur dəhlizinin çəkilişinə həssas yanaşmalıdır. Rusiya heç vaxt, xüsusən də Ukrayna məsələsinə başının qarışdığı hazırkı dönəmdə İranın maraqlarını düşünməyib. Bu dəhliz Ermənistan üzərindən İranın Avropaya gedən yolunu bağlayacaq”. Qeyd edək ki, İranda Zəngəzur dəhlizi əleyhinə bu kampaniya avqustun 18-də Rusiya prezidenti Vladimir Putinin Azərbaycana rəsmi səfərindən sonra vüsət alıb. İslam Respublikasındakı bəzi qüvvələr yenə də dəhlizin açılmasını regionda sərhədlərin dəyişdirilməsi ilə bağlayır. Sanki Zəngəzur dəhlizi açılarsa, İranın Ermənistana gedən yolu bağlanacaq. Amma əslində belə deyil. Dəhlizin açılmasının İran-Ermənistan sərhədinin bağlanması ilə heç bir əlaqəsi yoxdur. Dəhliz İran-Ermənistan sərhədi hesabına fəaliyyət göstərməyəcək, sadəcə olaraq sərhədlərin dəyişdirilməməsi prinsipini İran Zəngəzur dəhlizinin açılmasına bir bəhanə kimi tətbiq edir. İndi görünən odur ki, Zəngəzur uğrunda gedən mübarizə nüfuz məsələsidir. Ermənistan əvvəl bölgədə Rusiyanın forpostu idisə, indi də Qərbin forpostu olmaq istəyir. İran isə bunu bəyənmir. O səbəbdən də Zəngəzur dəhlizinin açılmasına qarşı çıxır. Reallıqda Zəngəzur dəhlizi Azərbaycanla Ermənistanın daxili işidir, Bakı İrəvanla razılaşdıqdan sonra Tehranın məntiqsiz “qırmızı xətləri” də asanlıqla aşılacaq. Bunu İranda da yaxşı bilirlər.

Nahid SALAYEV







VİDEO

Təyyarəmizi Qroznıda Rusiya vurub - təsdiqləndi... - VİDEO

Tramp 20 yanvarda bu inanılmaz fərmanları verəcək - dünya yeni dönəmə girir... - VİDEO

Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı... - VİDEO

“Zəngəzur” və “Qərbi Azərbaycan” sözləri danışıqlardan çıxarılsın - Avropa deputatı reallıq hissini itirdi...

Aktau təyyarə qəzasında çoxsaylı şübhəli məqamlar var - "quş dəstəsi" ən zəif varianta çevrilir...

ABŞ Ermənistana silah satışına haqq qazandırdı... “Nəzarət edirik”...

SON XƏBƏRLƏR

26.12.2024 | 23:52
Aktauda qəzaya uğrayan təyyarənin ikinci “qara qutu”su da tapıldı

26.12.2024 | 23:27
Təyyarəmizi Qroznıda Rusiya vurub - təsdiqləndi... - VİDEO

26.12.2024 | 22:43
Gürcüstan spikeri və XİN rəhbəri təyyarə qəzası ilə əlaqədar Azərbaycan səfirliyində olublar

26.12.2024 | 21:55
İsrail aviaşirkəti AZAL təyyarəsinin qəzaya uğramasından sonra Moskvaya bütün reysləri ləğv etdi

26.12.2024 | 21:38
Təyyarə qəzasında yaralananlar "Yeni Klinika"ya yerləşdirildi

26.12.2024 | 21:30
Təyyarə qəzasında yaralananlara və ölənlərin ailələrinə maddi kompensasiya veriləcək

26.12.2024 | 21:12
Dünyada ən dəhşətli dollar-yuan müharibə dövrü başladı...

26.12.2024 | 21:10
Təyyarə qəzasında həlak olanlardan dördünün nəşi Aktaudan Bakıya gətirildi - FOTO

26.12.2024 | 21:07
Azərbaycanın ABŞ-dakı səfirliyində xatirə kitabı açılıb

26.12.2024 | 20:56
“Zəngəzur” və “Qərbi Azərbaycan” sözləri danışıqlardan çıxarılsın - Avropa deputatı reallıq hissini itirdi...

26.12.2024 | 20:41
Paşinyanın debat çağırışına Ter-Levondan cavab - “2019-cu ilin iyun olaylarını aç”...

26.12.2024 | 20:26
Paşinyan Ermənistanı MDB-dən də uzaqlaşdırır - Moskvada hələ ümid edirlər...

26.12.2024 | 20:12
"Qərbi azərbaycanlıların qayıdış məsələsi sülh sazişində yer aldı" - erməni cəmiyyəti yeni xofda...

26.12.2024 | 19:58
Ermənistanın ticarətində 54 faiz artım necə baş verir?...

26.12.2024 | 19:45
Minlərlə kənd kitabxanası təhlükədən qurtardı - ağıllı təklif var...

26.12.2024 | 19:36
Təyyarəmiz Qroznıda vurulub, məsuliyyət Rusiyanın üzərindədir - təsdiqləndi...

26.12.2024 | 19:32
Təyyarə qəzasında yaralanan vətəndaşlarımız Bakıya gətirildi - FOTO

26.12.2024 | 19:23
"Türkiyə Abxaziyada çevriliş hazırlayır" - ermənilər bölgənin yeni rusofob "prezidentini" də tapıblar...

26.12.2024 | 19:10
Vətən müharibəsindən sonra diasporumuzun ən ümdə işi - lobbiçilik...

26.12.2024 | 19:01
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

26.12.2024 | 18:56
Bakının "Minsk qrupu buraxılsın" tələbinə Kremldən birmənalı dəstək gəldi...

26.12.2024 | 18:42
Aktau təyyarə qəzasında çoxsaylı şübhəli məqamlar var - "quş dəstəsi" ən zəif varianta çevrilir...

26.12.2024 | 18:28
ABŞ Ermənistana silah satışına haqq qazandırdı... “Nəzarət edirik”...

26.12.2024 | 18:28
Tiflisdə azərbaycanlıları da təkrar seçki tələbilə ayağa qaldırırlar...

26.12.2024 | 18:22
Aktauda təyyarə qəzasında yaralananlar FHN-in xüsusi təyyarəsi ilə Bakıya yola düşdü - FOTO

26.12.2024 | 18:15
“Quru keçidlər açıq olsaydı, təyyarə qəzası olmazdı” - sosial şəbəkələrdə absurd müzakirə...

26.12.2024 | 18:12
Andjey Duda Prezident İlham Əliyevə başsağlığı verdi

26.12.2024 | 18:02
Vaxtı ötmüş kreditlər probleminin günahkarı yenə də banklar özləridir...

26.12.2024 | 17:49
MDB ölkələri ilə ticarətimizdə böyük nöqsan var - cəmi 1.4 milyard dollar...

26.12.2024 | 17:44
Si Cinpin Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

26.12.2024 | 17:42
Rüstəm Minnixanov Prezident İlham Əliyevə başsağlığı verdi

26.12.2024 | 17:37
Tarix muzeyində saxta “Erməni Kilikiya şahlığı” ekspozisiyası açılıb

26.12.2024 | 17:26
Bakıda şagirdlər marşrut avtobuslarına buraxılmır...

26.12.2024 | 17:18
Aktauda qəzaya uğrayan AZAL təyyarəsi Rusiya hava məkanında hücuma məruz qalıb

26.12.2024 | 17:10
Rusiyadan NATO və Avropa ölkələrinə nüvə xəbərdarlığı - istənilən ssenariyə hazırıq...

26.12.2024 | 17:02
Təyyarə qəzasında xəsarət alan bir qrup vətəndaşımız ölkəyə gətirilir - FOTO

26.12.2024 | 16:51
AZAL-ın təyyarəsinin qəzaya uğramasına Rusiya raketi səbəb olub - "Euronews"dan iddia...

26.12.2024 | 16:44
Slovakiya Prezidenti Prezident İlham Əliyevə başsağlığı verib

26.12.2024 | 16:30
“Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir” - Vüqar Rəhimzadə

26.12.2024 | 16:08
Əsədin arvadının vəziyyəti ağırlaşdı - sağalma şansı 50 faizə düşüb, otağına heç kim buraxılmır...

26.12.2024 | 15:39
Gürcüstanın XİN başçısı Ceyhun Bayramova zəng vurdu - "Azərbaycanın yanındayıq"

26.12.2024 | 15:30
Fələstin Prezidenti Prezident İlham Əliyevə başsağlığı verdi

26.12.2024 | 15:18
Beynəlxalq ictimaiyyətdən Azərbaycana başsağlığı mesajları gəlməkdə davam edir

26.12.2024 | 15:17
BƏƏ Prezidenti Prezident İlham Əliyevə başsağlığı verdi

26.12.2024 | 15:15
Həştərxanın qubernatoru Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

26.12.2024 | 15:12
Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Prezident İlham Əliyevə başsağlığı verdi

26.12.2024 | 15:10
TDT Baş katibi Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

26.12.2024 | 14:35
Tramp Milad təbrikində Kanadanın baş nazirini qubernator adlandırdı - ABŞ-ın 51-ci ştatı olsalar...

26.12.2024 | 14:32
Məhəmməd Şahbaz Şərif Prezident İlham Əliyevə məktub göndərib

26.12.2024 | 14:20
"Nəşlərin tanınması üçün yaxınlarının DNT analizinə ehtiyac olacaq" - Baş konsul

26.12.2024 | 14:16
Milorad Dodik Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

26.12.2024 | 14:14
Məsud Pezeşkian Prezident İlham Əliyevə başsağlığı verdi

26.12.2024 | 14:05
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə zəng edib

26.12.2024 | 13:51
Təyyarə qəzasında vəfat edən sərnişinlər və ekipaj üzvlərinin siyahısı açıqlandı

26.12.2024 | 13:45
Azərbaycan və Qazaxıstanın Baş nazirləri arasında növbəti telefon danışığı olub

26.12.2024 | 13:34
ABŞ Departamenti AZAL təyyarəsinin qəzaya uğraması ilə əlaqədar başsağlığı verib

26.12.2024 | 12:46
AZAL prezidentindən təyyarə qəzasının səbəbləri ilə bağlı açıqlama...

26.12.2024 | 12:33
Tramp 20 yanvarda bu inanılmaz fərmanları verəcək - dünya yeni dönəmə girir... - VİDEO

26.12.2024 | 12:16
Təyyarə qəzasında xəsarət alanlardan daha birinin azərbaycanlı olduğu məlum oldu

26.12.2024 | 12:05
Təyyarə qəzasında həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi - FOTO

26.12.2024 | 12:00
Azərbaycan kubokunun final matçı Sumqayıtda keçiriləcək

26.12.2024 | 11:51
Qəzaya uğrayan təyyarənin ekipaj üzvlərindən 3-ü ölüb

26.12.2024 | 11:50
Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı... - VİDEO

26.12.2024 | 11:45
Təyyarə qəzasında həlak olanlardan biri Cəlilabad sakinidir

26.12.2024 | 11:30
Qazaxıstan Baş nazirinin müavini Ceyhun Bayramova zəng edib

26.12.2024 | 11:20
Azərbaycan və Türkiyə BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olmalıdır - SƏBƏB?... Ramilə Dadaşova yazır

26.12.2024 | 11:05
"Xəstələrdən üçünün vəziyyəti ağır qiymətləndirilir” - Həkimdən açıqlama

26.12.2024 | 11:00
"Dualarımız və düşüncələrimiz Azərbaycanladır"- Pakistan səfirindən paylaşım

26.12.2024 | 10:40
Sumqayıtda 105 000 abonentə bəd xəbər- bu gün qaz olmayacaq...

26.12.2024 | 10:30
Bir gündə 48 cinayətin üstünün açılması təmin olunub - DİN

26.12.2024 | 10:20
Təyyarə qəzasında sağ qalanlardan 12 nəfəri bu gün Azərbaycana gətirilir

26.12.2024 | 10:15
Bu hökmün icrası barbarlıqdır və ləğv edilməlidir - Nobel sülh mükafatçısından İrana İTTİHAM

26.12.2024 | 10:10
Siyasi partiyalar təyyarə qəzası ilə əlaqədar bəyanat yayıblar

26.12.2024 | 10:05
"Real" bu almaniyalı futbolçuya "göz qoyub"...

26.12.2024 | 10:00
Təyyarə qəzası zamanı xəsarət almış doqquz rusiyalı təxliyə edilib - Rusiya FHN açıqlama yaydı

26.12.2024 | 09:30
Braziliya da təyyarə qəzasını araşdıracaq - Qazaxıstandan AÇIQLAMA

26.12.2024 | 09:26
“Azparkinq" işçilərinin böyük nöqsanı - ancaq cərimə yazır, nəzarət etmirlər...

26.12.2024 | 09:20
Baydendən Pentaqona "vəsiyyət" - Kiyevə hərbi yardımı davam etdirin...

26.12.2024 | 09:15
Hacıqabulda onlayn narkotika alverçisi yaxalanıb

26.12.2024 | 09:10
Antonio Qutereşdən başsağlığı mesajı

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031