KÖHNƏ VERSİYA            

Ekopostun yanında əcaib “Volt mmmmmmmmarket” reklamı - dilimizi hansı maraqla bu günə qoyurlar...

Image

Qiymət Məhərrəmli: “Ədəbi dilimizi biznes maraqlarına qurban verənləri...”

Paytaxtımızda, xüsusən də şəhərin giriş və çıxışında əsasən çox əcaib dili olan reklam lövhələrinə rast gəlirik. Ümumiyyətlə, dilçilərin, mətbuatın çağırışlarına, təklif və tövsiyələrinə baxmayaraq, şəhərimizin hər yerində qoyulan reklam lövhələrində ana dilimizin gözəlliyi, ədəbi dilimizin qaydaları pozulur. 

Doğrudur, Bakı Şəhər İcra Hakimiyyəti dəfələrlə bəyan edir ki, əcaib reklamlara qarşı mübarizə aparır, onları yığışdırır və sair. Amma görünən kəndə nə bələdçi? Yenə də hər addımda biz bu neqativ halı müşahidə edirik. Reklamların dili o şəkildə olmalıdır ki, burada ədəbi dilimizə, onun işləkliyinə xələl gəlməsin, dilimiz zədələnməsin. Lakin biz bunu görə bilmirik. Təəssüf ki, aidiyyəti qurumlar bu ağrılı prosesin qarşısını tamamilə ala bilmir.

Daimi oxucularımızdan biri redaksiyamıza bir foto göndərib. Bu, Sumqayıt-Bakı yolunda, “Ekologiya postu”nu keçəndən sonra körpüdə yerləşdirilən “Volt mmmmmmmmarket” reklam lövhəsinin şəklidir. Bu qədər “m” hərfinin yazılması, özü də bunun qaydalara zidd əks olunması insanlarda acı təəssüf və qıcıq yaradır. Bu qədər “m” hərfi yazmaq olar? Guya belə yazmaqla müştəri cəlb etmək istəyirlər, əslində isə ana dilimizi ağlar günə qoyurlar. Reklam işi ilə məşğul olanlar dilimizin qaydalarını kobud şəkildə pozmaqdan sanki zövq alırlar. Reklam şirkətlərinin əksəriyyətinin bu neqativ yolu tutduğu məlumdur. Oxucu sual edir ki,  “Volt market” sözünün yazılışında təxminən 40-dan çox “m” hərfindən istifadə edilməsinə nə ehtiyac var ki, bunlar ediblər?  Belə də reklam olar? Bunlar dili niyə bu günə salırlar, anlamaq olmur. Sanki dilimizdən kimlərsə qisas alır, onun gözəlliyini gözdən salmaq istəyir. 

Doğrudan da, Sumqayıt-Bakı yolunda “Ekologiya postunu” keçdikdən sonra körpünün şəhərə giriş hissəsində bu reklamın qoyulması və onun tamamilə körpünü tutması narazılıq yaradır. Sanki bir qrup reklamçı bunu qəsdən edir ki, dilimiz gözdən düşsün. Reklam mətnlərində ədəbi dilimizin bu şəkildə əzilməsi ciddi problemdir və aidiyyəti qurumlar bu reklamı ora yerləşdirənlərlə bağlı araşdırma aparsa yaxşı olar. Çünki bu, mənəvi bir cinayətdir. Dilə qarşı istənilən mənfi davranışın mütləq qarşısı alınmalıdır, onu edənlərə ağır cəza verilməlidir ki, başqaları da buna cəsarət etməsin. 

Baknın giriş hissəsində belə bir əcaib reklamın olması həqiqətən də hər kəsi narahat etməlidir.

Ekspertlər bildirir ki, ümumiyyətlə, reklam şirkətləri Azərbaycan dilinin qaydalarına qətiyyən əhəmiyyət vermək istəmirlər. Onların biznes maraqlarını ədəbi dilimizdən üstün tutduqlarını deyən ekspertlər hesab edir ki, bu cür şirkətlərə qarşı maliyyə cəzaları yox, başqa sanksiyalar tətbiq edilməlidir, onların fəaliyyəti müəyyən dövrə qədər dondurulmalıdır və onlar Reklam Haqqında Qanunun tələblərinə cavab verəcək addımlar atana qədər bu qadağalar qüvvədə qalmalıdır. Sumqayıt-Bakı yolunda bu cür əcaib reklam yerləşdirənlərin milli təəssübkeşlik hissindən uzaq olduğunu deyən ekspertlərin fikrincə, onlara qarşı ciddi tədbirlər görülməlidir. Rəsmi dövlət dilinin istənilən səviyyədə aşağılanmasının qəbuledilməz olduğunu vurğulayan ekspertlər qeyd edir ki, AMEA-nın Dilçilik İnstitutu, eləcə də dillə məşğul olan digər qurumlar bu istiqamətdə dövlət qurumları ilə birgə tədbirlər həyata keçirilməlidir.

“Bu çox ziyanlı tendensiyadır və o reklamı orada quraşdıran şirkət tənqidlərdən nəticə çıxarmalıdır” 

Filologiya üzrə fəlsəfə doktoru Qiymət Məhərrəmli “Bakı-Xəbər”ə bildirdi ki, Azərbaycan dilinin qaydalarının pozulması ictimaiyyətdə ciddi narazılıq doğurur. Müsahibimiz qeyd etdi ki, hər bir xalqın varlığını təsdiq edən amillərdən biri ana dilidir, onun ədəbi dilidir. “Çox təəssüf ki, Azərbaycan dilinin işlənmə qaydaları reklamçılar tərəfindən ciddi şəkildə pozulur. Ümumiyyətlə, dilə həssas münasibət olmalı olduğu halda biz bunun əksini görməkdəyik. Ədəbi dilimizi biznes maraqlarına qurban verənləri, onu əcaib hala salanları qınamaq lazımdır. İctimaiyyət olaraq buna öz etirazımızı bildirməliyik. Bakı-Sumqayıt yolunda körpünün üzərində belə bir reklam mətninin olması kimlərinsə biznes maraqlarına xidmət edir. Hesab edirəm ki, dilimizin belə əcaib formada təqdim edilməsinin qarşısı alınmalıdır. Başqa ölkələrdə bu kimi ziyanlı tendensiyaya rast gəlmək mümkün deyil. Bu çox ziyanlı tendensiyadır və o reklamı orada quraşdıran şirkət tənqidlərdən nəticə çıxarmalıdır”-deyə Q.Məhərrəmli bildirdi.

Q.Məhərrəmli hesab edir ki, bir sözdə reklam xatirinə bu qədər “m” hərfindən istifadə edilməsi çox böyük eybəcərlik yaradır. “Reklam şirkətləri dilçi alimləri prosesə cəlb etməlidir və ana dilimizin tələblərinə uyğun şəkildə reklam mətnləri hazırlamalıdır. Dil sahibsiz deyil, onun sahibi bu xalqdır və dil bizim heysiyyətimizdir. Hər birimiz dilimizin keşiyində dayanmalıyıq. Amma təəssüflər olsun ki, bəziləri bu vəzifələrini dərk etmək istəmir. Əlaqədar dövlət qurumları bu məsələlərə diqqət yetirməlidir”-deyə Q.Məhərrəmli əlavə etdi. 

İradə SARIYEVA








VİDEO

Təyyarəmizi Qroznıda Rusiya vurub - təsdiqləndi... - VİDEO

Tramp 20 yanvarda bu inanılmaz fərmanları verəcək - dünya yeni dönəmə girir... - VİDEO

Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı... - VİDEO

“Zəngəzur” və “Qərbi Azərbaycan” sözləri danışıqlardan çıxarılsın - Avropa deputatı reallıq hissini itirdi...

Aktau təyyarə qəzasında çoxsaylı şübhəli məqamlar var - "quş dəstəsi" ən zəif varianta çevrilir...

ABŞ Ermənistana silah satışına haqq qazandırdı... “Nəzarət edirik”...

SON XƏBƏRLƏR

26.12.2024 | 23:52
Aktauda qəzaya uğrayan təyyarənin ikinci “qara qutu”su da tapıldı

26.12.2024 | 23:27
Təyyarəmizi Qroznıda Rusiya vurub - təsdiqləndi... - VİDEO

26.12.2024 | 22:43
Gürcüstan spikeri və XİN rəhbəri təyyarə qəzası ilə əlaqədar Azərbaycan səfirliyində olublar

26.12.2024 | 21:55
İsrail aviaşirkəti AZAL təyyarəsinin qəzaya uğramasından sonra Moskvaya bütün reysləri ləğv etdi

26.12.2024 | 21:38
Təyyarə qəzasında yaralananlar "Yeni Klinika"ya yerləşdirildi

26.12.2024 | 21:30
Təyyarə qəzasında yaralananlara və ölənlərin ailələrinə maddi kompensasiya veriləcək

26.12.2024 | 21:12
Dünyada ən dəhşətli dollar-yuan müharibə dövrü başladı...

26.12.2024 | 21:10
Təyyarə qəzasında həlak olanlardan dördünün nəşi Aktaudan Bakıya gətirildi - FOTO

26.12.2024 | 21:07
Azərbaycanın ABŞ-dakı səfirliyində xatirə kitabı açılıb

26.12.2024 | 20:56
“Zəngəzur” və “Qərbi Azərbaycan” sözləri danışıqlardan çıxarılsın - Avropa deputatı reallıq hissini itirdi...

26.12.2024 | 20:41
Paşinyanın debat çağırışına Ter-Levondan cavab - “2019-cu ilin iyun olaylarını aç”...

26.12.2024 | 20:26
Paşinyan Ermənistanı MDB-dən də uzaqlaşdırır - Moskvada hələ ümid edirlər...

26.12.2024 | 20:12
"Qərbi azərbaycanlıların qayıdış məsələsi sülh sazişində yer aldı" - erməni cəmiyyəti yeni xofda...

26.12.2024 | 19:58
Ermənistanın ticarətində 54 faiz artım necə baş verir?...

26.12.2024 | 19:45
Minlərlə kənd kitabxanası təhlükədən qurtardı - ağıllı təklif var...

26.12.2024 | 19:36
Təyyarəmiz Qroznıda vurulub, məsuliyyət Rusiyanın üzərindədir - təsdiqləndi...

26.12.2024 | 19:32
Təyyarə qəzasında yaralanan vətəndaşlarımız Bakıya gətirildi - FOTO

26.12.2024 | 19:23
"Türkiyə Abxaziyada çevriliş hazırlayır" - ermənilər bölgənin yeni rusofob "prezidentini" də tapıblar...

26.12.2024 | 19:10
Vətən müharibəsindən sonra diasporumuzun ən ümdə işi - lobbiçilik...

26.12.2024 | 19:01
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

26.12.2024 | 18:56
Bakının "Minsk qrupu buraxılsın" tələbinə Kremldən birmənalı dəstək gəldi...

26.12.2024 | 18:42
Aktau təyyarə qəzasında çoxsaylı şübhəli məqamlar var - "quş dəstəsi" ən zəif varianta çevrilir...

26.12.2024 | 18:28
ABŞ Ermənistana silah satışına haqq qazandırdı... “Nəzarət edirik”...

26.12.2024 | 18:28
Tiflisdə azərbaycanlıları da təkrar seçki tələbilə ayağa qaldırırlar...

26.12.2024 | 18:22
Aktauda təyyarə qəzasında yaralananlar FHN-in xüsusi təyyarəsi ilə Bakıya yola düşdü - FOTO

26.12.2024 | 18:15
“Quru keçidlər açıq olsaydı, təyyarə qəzası olmazdı” - sosial şəbəkələrdə absurd müzakirə...

26.12.2024 | 18:12
Andjey Duda Prezident İlham Əliyevə başsağlığı verdi

26.12.2024 | 18:02
Vaxtı ötmüş kreditlər probleminin günahkarı yenə də banklar özləridir...

26.12.2024 | 17:49
MDB ölkələri ilə ticarətimizdə böyük nöqsan var - cəmi 1.4 milyard dollar...

26.12.2024 | 17:44
Si Cinpin Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

26.12.2024 | 17:42
Rüstəm Minnixanov Prezident İlham Əliyevə başsağlığı verdi

26.12.2024 | 17:37
Tarix muzeyində saxta “Erməni Kilikiya şahlığı” ekspozisiyası açılıb

26.12.2024 | 17:26
Bakıda şagirdlər marşrut avtobuslarına buraxılmır...

26.12.2024 | 17:18
Aktauda qəzaya uğrayan AZAL təyyarəsi Rusiya hava məkanında hücuma məruz qalıb

26.12.2024 | 17:10
Rusiyadan NATO və Avropa ölkələrinə nüvə xəbərdarlığı - istənilən ssenariyə hazırıq...

26.12.2024 | 17:02
Təyyarə qəzasında xəsarət alan bir qrup vətəndaşımız ölkəyə gətirilir - FOTO

26.12.2024 | 16:51
AZAL-ın təyyarəsinin qəzaya uğramasına Rusiya raketi səbəb olub - "Euronews"dan iddia...

26.12.2024 | 16:44
Slovakiya Prezidenti Prezident İlham Əliyevə başsağlığı verib

26.12.2024 | 16:30
“Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir” - Vüqar Rəhimzadə

26.12.2024 | 16:08
Əsədin arvadının vəziyyəti ağırlaşdı - sağalma şansı 50 faizə düşüb, otağına heç kim buraxılmır...

26.12.2024 | 15:39
Gürcüstanın XİN başçısı Ceyhun Bayramova zəng vurdu - "Azərbaycanın yanındayıq"

26.12.2024 | 15:30
Fələstin Prezidenti Prezident İlham Əliyevə başsağlığı verdi

26.12.2024 | 15:18
Beynəlxalq ictimaiyyətdən Azərbaycana başsağlığı mesajları gəlməkdə davam edir

26.12.2024 | 15:17
BƏƏ Prezidenti Prezident İlham Əliyevə başsağlığı verdi

26.12.2024 | 15:15
Həştərxanın qubernatoru Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

26.12.2024 | 15:12
Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Prezident İlham Əliyevə başsağlığı verdi

26.12.2024 | 15:10
TDT Baş katibi Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

26.12.2024 | 14:35
Tramp Milad təbrikində Kanadanın baş nazirini qubernator adlandırdı - ABŞ-ın 51-ci ştatı olsalar...

26.12.2024 | 14:32
Məhəmməd Şahbaz Şərif Prezident İlham Əliyevə məktub göndərib

26.12.2024 | 14:20
"Nəşlərin tanınması üçün yaxınlarının DNT analizinə ehtiyac olacaq" - Baş konsul

26.12.2024 | 14:16
Milorad Dodik Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

26.12.2024 | 14:14
Məsud Pezeşkian Prezident İlham Əliyevə başsağlığı verdi

26.12.2024 | 14:05
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə zəng edib

26.12.2024 | 13:51
Təyyarə qəzasında vəfat edən sərnişinlər və ekipaj üzvlərinin siyahısı açıqlandı

26.12.2024 | 13:45
Azərbaycan və Qazaxıstanın Baş nazirləri arasında növbəti telefon danışığı olub

26.12.2024 | 13:34
ABŞ Departamenti AZAL təyyarəsinin qəzaya uğraması ilə əlaqədar başsağlığı verib

26.12.2024 | 12:46
AZAL prezidentindən təyyarə qəzasının səbəbləri ilə bağlı açıqlama...

26.12.2024 | 12:33
Tramp 20 yanvarda bu inanılmaz fərmanları verəcək - dünya yeni dönəmə girir... - VİDEO

26.12.2024 | 12:16
Təyyarə qəzasında xəsarət alanlardan daha birinin azərbaycanlı olduğu məlum oldu

26.12.2024 | 12:05
Təyyarə qəzasında həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi - FOTO

26.12.2024 | 12:00
Azərbaycan kubokunun final matçı Sumqayıtda keçiriləcək

26.12.2024 | 11:51
Qəzaya uğrayan təyyarənin ekipaj üzvlərindən 3-ü ölüb

26.12.2024 | 11:50
Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı... - VİDEO

26.12.2024 | 11:45
Təyyarə qəzasında həlak olanlardan biri Cəlilabad sakinidir

26.12.2024 | 11:30
Qazaxıstan Baş nazirinin müavini Ceyhun Bayramova zəng edib

26.12.2024 | 11:20
Azərbaycan və Türkiyə BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olmalıdır - SƏBƏB?... Ramilə Dadaşova yazır

26.12.2024 | 11:05
"Xəstələrdən üçünün vəziyyəti ağır qiymətləndirilir” - Həkimdən açıqlama

26.12.2024 | 11:00
"Dualarımız və düşüncələrimiz Azərbaycanladır"- Pakistan səfirindən paylaşım

26.12.2024 | 10:40
Sumqayıtda 105 000 abonentə bəd xəbər- bu gün qaz olmayacaq...

26.12.2024 | 10:30
Bir gündə 48 cinayətin üstünün açılması təmin olunub - DİN

26.12.2024 | 10:20
Təyyarə qəzasında sağ qalanlardan 12 nəfəri bu gün Azərbaycana gətirilir

26.12.2024 | 10:15
Bu hökmün icrası barbarlıqdır və ləğv edilməlidir - Nobel sülh mükafatçısından İrana İTTİHAM

26.12.2024 | 10:10
Siyasi partiyalar təyyarə qəzası ilə əlaqədar bəyanat yayıblar

26.12.2024 | 10:05
"Real" bu almaniyalı futbolçuya "göz qoyub"...

26.12.2024 | 10:00
Təyyarə qəzası zamanı xəsarət almış doqquz rusiyalı təxliyə edilib - Rusiya FHN açıqlama yaydı

26.12.2024 | 09:30
Braziliya da təyyarə qəzasını araşdıracaq - Qazaxıstandan AÇIQLAMA

26.12.2024 | 09:26
“Azparkinq" işçilərinin böyük nöqsanı - ancaq cərimə yazır, nəzarət etmirlər...

26.12.2024 | 09:20
Baydendən Pentaqona "vəsiyyət" - Kiyevə hərbi yardımı davam etdirin...

26.12.2024 | 09:15
Hacıqabulda onlayn narkotika alverçisi yaxalanıb

26.12.2024 | 09:10
Antonio Qutereşdən başsağlığı mesajı

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031