ABŞ-ın Türkiyədən İran xahişi - onları gərginliyi azaltmağa inandırın...
ABŞ Türkiyədən və İranla əlaqələri olan digər regional müttəfiqlərdən Tehranı Yaxın Şərqdə gərginliyi azaltmağa inandırmağı xahiş edib. Bu barədə ABŞ-ınn Ankaradakı səfiri Ceff Fleyk jurnalistlərə açıqlamasında bildirib.
Səfiri qeyd edib ki, Vaşinqton HƏMAS və "Hizbullah" liderlərinin öldürülməsindən sonra İran və onun müttəfiqlərinin mümkün hücumlarının qarşısını almağa çalışır: "İranla hər hansı əlaqəsi olan bütün müttəfiqlərimizdən, o cümlədən Türkiyədən, onları gərginliyi azaltmağa inandırmağı xahiş edirik".
TAHİR